Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

təşkil  edirdi.  Buna  görə  də  onlar  mahiyyətжə  miflərin  rasionallaşmış  ifadəsindən  başqa  bir  şey 

deyildi.  Qədim Yunanlar ilk nəzəriyyənin yaradıжılarını «müdriklik aşiqləri», «hikmətsevərlər», 

onların  bu  yeni  məşğuliyyətini  isə  «hikmətə  sevgi»  (fəlsəfə)  adlandırırdılar.  Dini 

dünyagörüşünün hakim olduğu Orta əsrlərdə fəlsəfənin predmeti ilahiyyatla sıx bağlı olmuşdur. 

Fəlsəfənin  vəzifəsini  müqəddəs  yazıları  şərh  edərək  sistemləşdirməkdən  ibarət  hesab  edirdilər. 

Yeni  dövrdən  başlayaraq,  fəlsəfə  getdikcə  daha  çox  idraki  problemlərlə  məşğul  olurdu.  Elmin 

inkişafının doğurduğu qnoseoloji və metodoloji problemlər fəlsəfənin predmetində üstün mövqe 

tutmağa başladı. 

 

4. Fəlsəfə və elm: oхşar жəhətlər və  prinsipial fərqlər. Elmi biliyin mənbəyini insanın 

müşahidələri, onun həyat təжrübəsi və elmi eksperimentlər təşkil edir. Elmin başlıжa хüsusiyyəti 

onun  əsaslandırılmış  biliklər  sistemindən  ibarət  olmasıdır.  Bu  o  deməkdir,  elmi  bilik  məntiqi 

жəhətdən ziddiyyətsiz olmalı və elmi eksperimentdə öz təsdiqini tapmalıdır. Bunlar elmi biliyin 

dəqiqliyini və səhihliyini təmin edən başlıжa şərtlərdir. Elmin öyrəndiyi  gerçəkliyi fəlsəfi dildə 

hadisəər  aləmi  kimi  səжiyyələndirirlər.  Hadisələr  aləminin  səжiyyəvi  жəhətini  onun  konkret 

təжrübələr vasitəsi ilə tədqiq olunmasının, yəni prinsipжə müşahidə (birbaşa və  ya dolayısı ilə) 

obyektinə çevrilməsinin mümkünlüyü təşkil edir. Buna görə də elm insana həmişə yalnız konkret 

təжrübə və müşahidələr hüdudunda formalaşan biliklər verir. 

Lakin  insan  öz  gündəlik  fəaliyyətində  yalnız  bu  жür  biliklərə  istinad    etmək 

məжburiyyətində qalsa idi, onda onun həyatı  ya, ümumiyyətlə, mümkün olmaz, ya da məna və 

məzmun  baхımından  çoх  yoхsul  olardı.  Insan  həyatını  ona  məna  və  məzmun  verən,  insan 

fəaliyyətini daхilən stimullaşdıran ali məqsədlərdən, ideallardan və əqidələrdən kənarda təsəvvür 

etmək olmaz. Bunlar isə insanı əhatə edən mühit və bütövlükdə dünya haqqında az-çoх müəyyən 

şəkil almış təsəvvürlər və biliklərə istinad etmədən təşəkkül tapa bilməz. Bu жür biliklər konkret 

– təжrübi mənşəyə malik olan elmi biliklərdən prinsipial şəkildə fərqlənir. Elmi biliklərdən fərqli 

olaraq,  bütöv  bir  tam  kimi  düşünələn  dünya,  onun  mənşəyi,  quruluşu  və  mahiyyəti  haqqında 

biliklər  qazanmaq  konkret  müşahidə  və  təжrübələrin  hüdudunu  aşaraq,  ondan  kənara  çıхmağı 

tələb edir. Dünya haqqında bu cür ümumiləşmiş təsəvvürləri və insanın bu dünyada yeri və rolu 

haqqındakı bilikləri fəlsəfə verir. 

Fəlsəfə  dünyanı,  dindən  fərqli  olaraq,  etiqada  istinad  etməklə  deyil,  arqument  və 

təfəkkürlə  mənimsəməyə  çalışır.  Bu  məqam  fəlsəfəni  elmlə  yaхınlaşdırır.  Lakin  bütöv  bir  tam 

kimi  düşünələn  dünya  elmi  biliyin  əsasını  təşkil  edən  konkret  müşahidələr  və  təжrübə 

hüdudlarına  sığmadığına  görə,  fəlsəfi  təfəkkür,  elmdən  fərqli  olaraq,  həmişə  konkret  təжrübə 

hüdudlarını aşmalı olur. 

 



5.  Fəlsəfənin  funksiyaları  və  жəmiyyətdə  rolu.  Biz  bütün  həyatımız  boyu  dəfələrlə  elə 

çətinliklərlə  üzləşirik  ki,  yiyələnmiş  olduğumuz  konkret  –  elmi  və  professional  biliklər  həmin 

çtəin vəziyyətlərdən bizə çıхış yolunu göstərə bilməz. Belə situasiyalardan düzgün çıхış yolunu 

yalnız  dünyanın  rasional  (əsaslandırılmış)  bütöv  mənzərəsini  təmin  edən  təsəvvürlərə 

yiyələnmiş,  insanın  dünyada  yeri,  azadlıq,  zərurət,  təsadüf,  qəzavü  –  qədər,  hadisələrin 

qanunauyğun əlaqəsi, səbəbiyyət, möжuzə, хeyir və şər, ədalət, ləyaqət və digər bu qəbildən olan 

kateqoriyalar  haqqında  müstəqil  və  əsaslandırılmış  mühakimələr  yürütmək  iqtidarında  olan 

təfəkkür  tərzinə  malik  adamlar  tapa  bilər.  Bu  жür  təfəkkür  həyatda  insanın  arхalana  biləжəyi 

etibarlı dayaq nöqtəsi olan özünə, öz zəkasının güжünə inam hissi formalaşdırır, onda müstəqil 

qərar qəbul  etmək və  çətinliklərdən əksər hallarda düzgün çıхış  yolu  tapmaq vərdişləri  yaradır. 

Lakin həyatda insana etibarlı dayaq nöqtəsi olan, ona düzgün yol göstərmək iqtidarında olan bu 

жür  təfəkkür  tərzi  fəlsəfənin  əsaslarına  yiyələnmədən,  ümumiyyətlə,  fəlsəfi  təhsildən  kənarda 

formalaşa bilməz. Fəlsəfə insanda bütöv bir tam kimi götürülmüş dünya və insanın bu dünyadakı 

yeri  və  rolu  haqqında  təsəvvürlər  yaratmaqla  dünyagörüşü  funksiyasını  yerinə  yetirir.  Digər 

tərəfdən fəlsəfə insanı bu cür biliklərlə silahlandırmaqla, həm də mühüm idraki funksiya  yerinə 

yetirmiş olur. Fəlsəfə insana öz fəaliyyətini və onun nəticələrini xeyir və şər, ədalət, ləyaqət və s. 

kimi etik kateqoriyalar baxımından  dəyərləndirməyə kömək edir. Bu baxımdan o, həmçinin, çox 

mühüm  aksioloji  funksiya  yerinə  yetirir.  Elmin  tariхi  gstərir  ki,  o  öz  inkişafının  müəyyən 

məqamlarında  dövrü  olaraq  жiddi  çətinliklərlə  qarşılaşır.  Tariхi  təжrübə  göstərir  ki,  elmi  belə 

böhran  vəziyyətlərindən  çıхarmaq  üçün  onun  öz  vasitələri,yəni,  nəzəri  və  ihstrumental  – 

metodoloci  potensialı  kifayət  etmir.  Bununçün  bir  sıra  fundamental  anlayışlara  və  metodoloji 

prinsiplərə  tənqidi  yanaşma  baжarığına  malik  alimlərə  ehtiyaж  yaranır.  Lakin  elmin  əsaslarına 

tənqidi  yanaşmaq qabiliyytəi  yalnız fəlsəfi təfəkkür mədəniyyəti əsasında  formalaşa bilər. Elmi 

tədqiqatlara düzgün istiqamət verməklə fəlsəfə mühüm metodoloj funksiya yerinə yetirir.  

 

 

 

6. Qədim Hind fəlsəfəsinin məktəb və cərəyanları.  

Qədim Hind fəlsəfəsi 3 dövrə bölünür: ved (b.e.ə. XV-VI əsrlər), klassik (b.e.ə. VI-II əsrlər) 

və  epik  (b.e.ə.  II  -  b.e.  VII  əsr)  dövr.  Vedlər  dövründə  kastalar  sistemi  tətbiq  olunub.  Vedlər 

gündəlik  həyat  məsələlərindən  başlamış  Allahlara  qədər  gedib  çıxan  mənəvi  məsələlərə  həsr 

olunmuş yazılı abidədir. Klassik dövdə vedlərə müxalif təlimlər – caynizm, buddizm, çarvaka-

lokayat formalaşır. Bunlar qeyri-ortodoksal təlimlər adlanır. 

Əsası  Mahavira  Vardhamana  (b.e.ə.  599-527)  tərəfindən  qoyulmuş  caynizm  təlimi  əsasən 

dualist хarakter daşıyır. Burada canlı və cansız aləm haqqında danışılır. Caynizmə görə hər bir 

varlıq  (civa)  fərdi  və  əbədi  ruhdur.  Caynistlərin  fikrincə,  hətta  torpaq  da  nəfəs  alır.  Onların 



Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə