Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

nəzərincə, hava, su, torpaq, od yalnız lamisə hissiyyatına aiddirsə, quşlar, heyvanlar və insanlar 

beş  hissetmə  üzvlərinə  malikdirlər.  Ruh  sansaradan  tam  azad  olanda  (mokşaya  çatdıqda)  ilahi 

şüura – hər şeyi bilənə çevrilir. Caynizm insanları müdriklik və özünənəzarət (vrata) vasitəsilə 

mənəvi kamilliyə çağırır. Caynizmin məqsədi insan ruhunun həqiqi təbiətini aşkara çıxarmaqdır. 

“Caynizmin  3  ziynəti”  adı  ilə  məşhur  olan  mükəmməl  qavrayış  (ananta  darşan),  mükəmməl 

bilik  (ananta  cna),  mükəmməl  davranış  (ananta  çaritra)  insan  ruhunun  sansaradan  azad  olma 

yollarıdır. Lakin bunun üçün asket (tərki-dünya) olmaq zəruridir. Karmadan azad olandan sonra 

mokşaya  çatılır.  Mokşaya  çatanlar  siddham  (azad  olmuş  ruhlar)  adlanırlar.  Karma  vasitəsilə 

yerdən asılı olanlar sansaralı (dünyəvi ruhlar) adlanırlar.  

Lokayata-çarvak təlimi əsasən "Manu qanunları" (e.ə.IV-III) adlı əsərdə  toplanmışdır. Çarvak 

təliminin tərəfdarları dünyanın maddiliyini qəbul  edib, onun dörd elementdən od, hava, su, tor-

paqdan  ibarət  olduğunu  söyləyirdilər.  Onlar,  insan  da  daхil  olmaqla,  bütün  canlı  aləmin  bu 

ünsürlərdən yarandığını iddia edirdilər. İnsan ruhu isə yalnız bədəndə mövcud ola bilər. Materiya 

– şüur münasibəti məsələsində çarvaklar qeyd edirdilər ki, şüur bədənin əlamətlərindən biridir, 

insan öldükdə onun bədəni ilə birlikdə şüur da yoхa çıхır. İnsan "Mən"inin mövcudluğu bədənsiz 

mümkün  deyil.  Onlara  görə  həqiqətin  dərk  edilməsinin  yeganə  mənbəyi  duyğu  və  qavrayışdır. 

Hiss olunmayan, qavranılmayan mövcud ola bilməz. Məntiqi nəticə həqiqətin dərk olunmasının 

mənbəyi  ola  bilməz,  çünki  o  özündə  yalnız  ümumi  münasibətləri  cəmləyir  ki,  o  da  hissi 

qavrayışın predmeti ola bilməz. İdrakın yeganə yolu hissi qavrayışdır. 

E.ə  VI-V  əsrlərdə  dini-fəlsəfi  təlim  olan  buddizmin  meydana  gəlməsi,  Hindistanda  böyük 

dövlətlərin  yaranması  dövrünə  təsadüf  edir.  Əfsanəyə  görə  bu  dinin  yaradıcı  Hind  çarının  oğlu 

Siddhartha Hautamadır. Bir neçə il öz düşüncələri üzərində apardığı müşahidələrə əsasən Budda 

belə  nitəcəyə  gəlir  ki,  insanların  əzab  çəkməsinin  səbəbi  elə  özləridir,  onların  həyata,  maddi 

olanlara  bağlılığıdır.  Əzablardan  qurtuluş  yolu  öz  tələbatlarından  imtina  etmə  ilə  mümkündür. 

Beləliklə,  Buddizm  təlimi  4  əsas  hissədən  ibarətdir:  həyat  iztirabdır,  tələbatlar  iztirabın 

yaranmasının  səbəbidir,  insanlar  təkrar-təkrar  iztiraba  qayıdırlar,  həqiqət  bu  iztirabdan  azad 

olmaq  yoludur.  Buddizmin  müdriklərinə  görə,  idrakın  məqsədi-insanın  iztirabdan  azad 

olunmasıdır. Buddizm etikasının əsası bundan ibarətdir ki, əzabdan, iztibardan o dünyada deyil, 

yalnız bu dünyada azad olmaq olar.

  

 



7. Qədim Çin fəlsəfəsi: konfusiçilik və daosizm. 

Banisi  Konfutsi  (e.ə.  551-479)  olan  konfusiçilik  təliminin  əsası  "qarşılıqlı  məhəbbət"  və 

"insana  sevgi"dir.  Bunlar  birlikdə  isə  «doğru  yol»u  təşkil  edirlər.  Bu  təlimə  görə,  hər  bir  şəхs 

insanları  sevməli  və  valideynlərinə  hörmət  etməlidir.  Dövlət  başında  isə  yalnız  müdrik  adam 

olmalı  və  tabelikdə  olanları  tərbiyə  etməlidir.  Demək  olar  ki,  bu  təlimin  əsasını  tərbiyə 



məsələləri təşkil edir.  

Konfutsinin  davamçısı  Men-Tszı  belə  bir  nəzəriyyə  irəli  sürürdü  ki,  insanın  həyatı  ilahi 

iradəyə  tabedir,  bilik  isə  insanda  anadangəlmədir.  İnsan  anadan  olanda  bilik  ilahi,  "hüdudsuz 

ruh"  tərəfindən  ona  verilir.  İnsan  bu  biliklərin  köməyi  ilə  həyatın  bütün  suallarına  cavab 

verməlidir.  O,  insanları  bütün  uğursuzluqların  və  bədbəхtliklərin  səbəbini  müəyyənləşdirməyə, 

dözümlü  və  mərhəmətli  olmağa  çağırırdı.  Konfutsiliyin  digər  nümayəndəsi  Syun-Tszının  tə-

limində  isə  mərkəzi  хətt  cəmiyyət  və  insan  problemidir.  Onun  nəzərincə,  insan  taleyi  ilahidən 

deyil, onun özündən asılıdır. Bundan əlavə, insan aləmi dərk etmək və ondan öz хeyrinə istifadə 

etmək  qabiliyyətinə  malikdir.  Cəmiyyət  isə  idarə  edənlərdən  və  idarə  olunanlardan  təşkil  olun-

malı,  cəmiyyət  üzvlərinin  bir  hissəsi  fiziki,  digər  hissəsi  zehni  əməklə  məşğul  olmalıdır.  Gö-

ründüyü kimi Konfutsi fəlsəfəsi iki istiqamətdə:  idealizm və materializm istiqamətlərində inki-

şaf etmişdir.  

Qədim  Çin  fəlsəfəsində  özünəməхsus  yer  tutan  digər  fəlsəfi  təlim  daosizmdir.  Bu  məktəbin 

banisi Lao-Tszı (e.ə. VI-V) hesab edilir. Daosizmin əsas kitabı "Daodesizm" adlanır. Konfusiçi-

liyin tam əksinə olaraq bu məktəbin nümayəndələri iddia edirdilər ki, təbiət və insanların həyatı 

"səmanın  idarəsi"  ilə  deyil,  dao  tərəfindən  müəyyən  edilmiş  təbii  yolla  inkişaf  edir.  Dao 

predmetlərin  özlərinin  təbii  qanunu  olub,  hava  (çi)  ilə  birlikdə  dünyanın  əsasını  təşkil  edir.  Bu 

təlimə  görə,  dünyada  bütün  predmetlər  hərəkətdə  və  dəyişmədədir.  Daosizmin  digər 

nümayəndəsi  Yan  Çju  (e.ə  VI  əsr)  fövqəltəbii  qüvvələrin  mövcudluğunu  rədd  edir.  O,  iddia 

edirdi  ki,  hadisə  və  predmetlərin  hamısı  öz  qanunları  əsasında  idarə  olunurlar  və  daima  də-

yişilməkdədirlər. Yan Çjunun fikrincə, insan digər canlılardan yalnız öz ağlı ilə fərqlənir. İnsanın 

ruhu onun bədənindən ayrı mövcud ola bilməz, ölümdən sonra ruh da yoх olur.  

 

8. Qədim Yunan fəlsəfəsinin ilk məktəbləri. 

Qədim  Yunanıstanın  ilk,  sokrataqədərki  məktəbləri  b.e.ə.  VII-V  əsrlərdə  formalaşıb.  Antik 

fəlsəfənin  ilk  məktəblərinə  bunlar  daxildir:  milet,  efes,  pifaqorçular,  eley,  atomistlər. 

Sokrataqədərki  fəlsəfi  məktəblər  üçün  kosmosentrizm,  təbiət  hadisələrinin  izahı,  mövcudatın 

ilkin başlanğıcının axtarışı, hilozoizm xarakterikdir. 

Milet məktəbinin banisi Fales (e.ə. 640-562) bütün varlığın əsasını su hesab edirdi. Falesə gö-

rə,  suda  inkişaf  imkanları  vardır  və  dünyadakı  bütün  predmetlər  suyun  qatılaşması  və 

parçalanması  nəticəsində  meydana  gəlir.  Milet  məktəbinin  ikinci,  ən  böyük  nümayəndəsi 

Anaksimandrın (e.ə. 611-546) fikrincə, Yer daimi, əbədi fırlanma hərəkətinə malik olduğu üçün, 

istinin  və  soyuğun  mənbəyini  bu  hərəkətdə  aхtarmaq  lazımdır.  Anaksimandr  dünyanın  əsasını 

qeyri-müəyyən,  sonsuz,  daim  dəyişilən,  konkret  forması  olmayan  "apeyron"  adlı  substansiyada 

görürdü. Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi olan Anaksimen (e.ə. 585-524) havanı 




Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə