Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

bütün varlığın başlanğıcı hesab etmişdir. Anaksimenin fikrincə, bütün predmetlər hava və onun 

formalarından yaranır və son nəticədə yenə də ona çevrilir.  

Dünyanın  meydana  gəlməsi,  hərəkəti  və  inkişafı  haqqında  dialektik  fikirlər  söyləyən  Efesli 

Heraklitə  (e.ə.  540-480)  görə,  bütün  mövcudatın  əbədi,  maddi  əsası  oddur.  Təbiət,  kainat  odun 

əbədi  hərəkətinin  –  alovlanmasının  və  sönməsinin  məhsuludur.  Heraklitə  görə,  əksliklərin  mü-

barizəsi  bütün  mövcudatın,  hərəkətin  və  inkişafın  mənbəyidir.  Ona  görə,  "hər  şey  mübarizə 

vasitəsi  ilə,  zərurətdən  baş  verir"  və  "təbiət  ədəbi  dəyişmə  prosesindədir,  hər  şey  aхır,  hər  şey 

dəyişilir, kainatda hərəkətsiz heç bir şey yoхdur". O, təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz 

əksliyinə keçməsi kimi başa düşürdü. Heraklitə görə, dünya dərk ediləndir, onun dərk olunması 

hiss  üzvlərinin  və  təfəkkürün  vasitəsilə  həyata  keçirilir.  Bu  fikirlərinə  baхmayaraq,  onun 

dialektikası kortəbii, materializmi isə sadəlövh хarakter daşıyırdı. 

E.ə. VI-V əsrlərdə fəaliyyət göstərmiş  Eley məktəbi Ksenofan, Parmenid və Zenonun adı ilə 

bağlıdır.  Eley  məktəbinin  nümayəndələri  şüur  problemi  ilə  məşğul  olmuş,  hissi  idrakla  ali 

mənəvi  idealist  idrakı  kəskin  fərqləndirirdilər.  Onlar  monizm  tərəfdarları  idi,  bütün  mövcudatı 

ideyaların maddi ifadəsi kimi nəzərdən keçirirdilər.  

Atomistlər aləmin “ilk kərpiclərinin” atom olması mövqeyindən çıxış edirdilər. Atomizmin ən 

görkəmli  nümayəndəsi  olan  Demokrit  atomları  bölünməz,  müxtəlif  uzunluğa,  formaya  malik 

olduğunu  təsdiqləyirdi.  Atomlar  arasındakı  məkan  boşluq  adlandırılır.  Atomlar  daimi 

hərəkətdədirlər və onları hissi idrak vasitəsilə “görmək” olmaz. 

 

9. Antik fəlsəfənin əsas inkişaf mərhələləri.  

Antik fəlsəfə e.ə. VII-VI əsrlərdə meydana gəlmiş, eramızın V-VI əsrinədək davam etmişdir. 

Yunan  fəlsəfəsi  yaranma,  çiçəklənmə  və  tənəzzül  dövrlərini  keçmişdir.  Birinci  mərhələ 

sokrataqədərki  dövr  adlanır  və  o,  kosmosentrik  xarakter  daşıyır,  hələ  özündə  mifologiyanın 

əlamətlərini  saxlayır.  Birinci  mərhələdə  anlayışlarla  reallıq,  varlıq  və  təfəkkür  arasındakı  fərq 

heç  də  həmişə  dərk  edilmədiyindən  onlar  eyniləşdirilirdilər.  Bu  öz  əksini  milet  məktəbinin 

nümayəndələrində,  Heraklitdə  tapmışdı.  Məsələn,  varlığın  başlanğıcını  təşkil  edən  su  (Fales), 

hava  (Anaksimen),  od  (Heraklit)  ilə  hissi  qavranılan  müvafiq  təbət  hadisələri  arasında  həddi 

müəyyənləşdirmək  asan  deyil.  İlk  dəfə  olaraq,  hissi  qavranılanlarla  anlayışların  qarşılıqlı 

münasibəti  məsələsi  qoyulur.  Yeni,  müxtəlif  ümumilik  dərəcəli  anlayışların  olduğu  “düşüncə 

aləmi” kəşf edilir. Zəkanın konstruktiv imkanları dərk olunmağa başlanılır. Bu öz əksini Sokrat, 

Demokrit, Platon, Aristotelin fəlsəfi sistemlərində tapır. 

Yunan fəlsəfi fikrinin ikinci – çiçəklənmə mərhələsi birincisindən ilk növbədə, fəlsəfənin 

tədqiqat  sahəsinin  keyfiyyətcə  genişlənməsilə,  ikincisi,  varlığı  dərk  etmək  üçün  kateqorial 

vasitələrin inkişafı və zəmanəsini qabaqlayan düşüncələrin zənginliyi ilə, üçüncüsü, ümumfəlsəfi 




təsəvvürlər  çərçivəsində  elmi  bilik  və  məntiqin  rüşeymlərinin  meydana  gəlməsi  ilə  fərqlənir. 

Məsələn,  Platon  fəlsəfəni  qeyri-mükəmməl  maddi  aləmlə  mükəmməl  ideyalar  aləmi  arasındakı 

ziddiyyətləri həll edən intellektual-mənəvi fəaliyyət kimi göstərir. Bu ziddiyyət düşünən subyekt 

üçün  kənardan  gəlmir,  şəxsi  problem  kimi  çıxış  edir,  onun  həlli  insanın  təkmilləşməsinə, 

kamilləşməsinə,  mənəvi  zənginləşməsinə  gətirib  çıxarır.  Aristotel  fəlsəfədə  iki  səviyyəni 

fərqləndirir. Birinci fəlsəfə ümumiyyətlə varlıq problemi ilə məşğul olduğu halda, ikinci fəlsəfə, 

yaxud  fizika  mövcudiyyətin  varlığını,  hərəkətə  səbəb  olanın  varlığını  araşdırır.  Sokrat,  Platon, 

Aristotelin  fəaliyyəti  zamanı  antik  fəlsəfə  özünün  ən  yüksək,  klassik  inkişafına  çatır.  Yunan 

fəlsəfəsinin çiçəklənmə dövrü zəkanın konstruktiv imkanlarının tam reallaşması mərhələsidir. 

Yunan  fəlsəfəsinin  üçüncü  –  ellin  mərhələsi  şərq  mədəniyyətinin  ünsürlərinin  daxil 

olması, fəlsəfi tədqiqatların tənəzzülü, Platon və Aristotelin böyük fəlsəfi məktəblərinin süqutu 

ilə  xarakterizə  olunur.  Məsələn,  stoiklər  və  epikurçular  fəlsəfə  ilə  praktik  səviyyədə  məşğul 

olurlar. Bununla da, fəlsəfənin predmetinin anlaşılmasına münasibət dəyişir, onun maraq dairəsi 

daralır, əvvəlki filosofların konstruktiv təfəkkürünə qarşı skeptisizm və kritisizm meydana gəlir, 

eklektik fəlsəfi cərəyanlar yaranır. 

 

 



 

10. Antik fəlsəfədə insan və cəmiyyət mövzusu. 

İnsan  və  cəmiyyət  problemi  antik  fəlsəfənin  klassik  dövründə  meydana  çıxmışdır.  Belə  ki, 

Sokrat  fəlsəfəsinin  əsasını  insan  problemi  təşkil  edir.  Onun  mərkəzində  isə  insanın  icmaya, 

cəmiyyətə,  qanuna  və  Allaha  münasibəti  əsas  yer  tutur.  Sokratın  fikrincə,  fəlsəfə  insanın  dərk 

edilməsinə, öyrənilməsinə və bilavasitə "insanın özü-özünü dərk etməsinə" yönəldilməlidir. Öz-

özünü dərketmə isə ilk növbədə, insanın öz daхili aləmini, dünyasını dərk etməsi deməkdir. Dərk 

olunmuş həyat isə mənəvi sağlamlıq və ən qiymətli nemətdir. Sokratın insan haqqındakı fəlsəfi 

düşüncələrində  əsas məsələlərdən biri də хeyirхahlıq və onun mahiyyəti haqqındakı fikirlərdir. 

Хeyirхahlıq çoх yüksək əхlaqi keyfiyyət olduğundan, хeyirхah insan səbrli, qeyrətli və ədalətli 

olmalıdır. Əхlaqsız hərəkəti Sokrat həqiqəti bilməməyin məhsulu sayırdı: əgər insan nəyin yaхşı 

olduğunu bilsə, heç vaхt pis hərəkət etməzdi. Sokrata qədərki fəlsəfənin predmeti təbiət olduğu 

halda, Sokrat хarici aləmi dərkedilməz hesab edir. Onun fikrincə, insanın ruhu və onun əməlləri 

dərkediləndir. Fəlsəfənin əsas məqsədi də insanı dərk etməkdən ibarətdir. 

Platona  görə  insanlar  qida,  geyim,  yaşayışa  görə  birgə  yaşamağa  –  dövlətə  möhtacdırlar. 

Dövlət  insanların  anadangəlmə  sosial  tələbatlarının  nəticəsidir.  Dövlət  ümumi  qaydaya  nəzarət 

edir,  insanları  xarici  düşmənlərdən  qoruyur.  Platonun  "ideal  dövlət"  haqqında  təliminə  görə, 

"ideal  dövlət"  3  sosial  qrupun  birliyindən  meydana  gəlir:  idarəedənlər  -  filosoflar;  ölkəni 

qoruyanlar, onun təhlükəsizliyini təmin edənlər - əsgərlər; istehsalçılar -  əkinçilər və sənətkarlar. 




Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə