Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

Platon dövlətin üç formasını fərqləndirir – monarxiya, aristokratiya və demokeratiya. Monarxiya 

və aristokratiyanı “düzgün” dövlət forması adlandırırdı. 

Platon,  demokratik  dövlət  formasının  əleyhinə  çıхaraq,  onu  qara  camaatın,  qədirbilməz  хalqın, 

qaniçən zalımların hakimiyyəti hesab edirdi. 

Aristotelə görə insana zəka verilmişdir və dünyanı dərk edərək o, həyatının zəkalı həddini 

özü  müəyyənləşdirməlidir.  Aristotelə  görə  insan  üç  növ  ruha  –  vegetativ,  hissi,  rasional  ruha 

malikdir.  Rasional  ruh  fəal  intellektdir  və  yalnız  insana  xasdır.  Bu  intellekt  xaricdən  gəlir  və 

deməli,  ilahidir.    İnsanın  çata  biləcəyi  ali  xeyir  və  xoşbəxtlik  özünü  insan  kimi 

kamilləşdirmədədir. Aristotelə görə dövlət təbii quruluşdur, insan isə siyasi heyvandır. Dövlətin 

son  məqsədi  xoşbəxt  həyatı  təmin  etməkdir.  Dövlətin  başlıca  vəzifəsi  isə  əxlaqlı  vətəndaşı 

tərbiyə etməkdir. Platonun təbəqələrə böldüyü cəmiyyəti Aristotel yaşlara görə bölürdü. O, hesab 

edirdi  ki,  gənc  ikən  insan  hərb  sənəti  ilə,  qocalanda  isə  siyasətlə  məşğul  olmalıdır.  Aristotelə 

göprə  ən  yaxşı  hakimiyyət  formaları  –  monarxiya  və  aristokratiya,  ən  pis  dövlət  formaları  isə 

tiraniya, oliqarxiya və ifrat demokratiyadır. 

 

 

11.Orta əsrlər Qərb fəlsəfəsinin mənbələri: teosentrizm 

 

Hər  bir  tarixi  dövr  özünəməxsus  dünyagörüşünə  istinad  edir.  Qərb  mədəniyyətinin 



dünyagörüşü  əsasını  monoteist  din  olan  xristianlıq  təşkil  edir.  Bu  dünyagörüşünün  təməlində 

kreasionizm ideyası- dünyanı fövqəltəbii başlanğıc olan tək Allah tərəfindən heçdən yaradılması 

haqqında  dini  konsepsiya  durur.  Orta  əsrlərin  monoteist  dini  dünyagörüşü  mütləq  varlığı  - 

Allahı- hüdudsuz və hər şeyə qadir olan fövqəltəbii başlanğıc kimi səciyyələndirir. Orta əsrlərin 

kreasionist  dünyagörüşü  bütpərəstlik  üçün  səciyyəvi  olan  dualizmi  tamamilə  aradan  qaldırır: 

yalnız  yeganə  mütləq  başlanğıc  olan  tək  Allah  mövcuddur,  qalan  nə  varsa,  hamısı  onun 

yaratdıqlarıdır və buna görə də müstəqil mövcudluğa malik deyil. Orta əsrlər fəlsəfəsinin bütün 

ontoloji  təlimlərinin  əsasında  kreasionist  dini  konsepsiya  durur.  Müqəddəs  yazılar  Allahın 

kəlamlarıdır;  Allah  özü  və  yaratdıqları  haqqında  əsl  həqiqətləri  vəhylər  şəklində  peyğəmbərlər 

vasitəsilə insanlara bəyan edir. Buna görə də fəlsəfə və elm özlüyündə varlığın sirləri qarşısında 

acizdirlər.  Fəlsəfənin  vəzifəsi  dünya  haqqında  həqiqətləri  aşkara  çıxarmaq  yox,  müqəddəs 

yazıları  şərh  edərək  onları  təbliğ  etməkdir.  Beləliklə  Orta  əsrlərdə  fəlsəfənin  idraki  funksiyası 

onun  əlindən  alındı  və  o,  ilahiyyətin  xidmətçisi  səviyyəsinə  endirildi.  Orta  əsrlər  fəlsəfəsinin 

idrak  nəzəriyyəsinin  əsasında  “ilahi  vəhy”  haqqında  dini  təlim  durur.  Orta  əsrlər 

dünyagörüşünün çıxış nöqtəsini təşkil edən dünyanın fövqəltəbii başlanğıcı tək Allah haqqında 

təsəvvürlərin  özü  bir-birilə  o  qədər  də  uyuşmayan  iki  fərqli  ənənənin  sintezi  kimi  təşəkkül 




tapmışdır.  Bu  ənənələrdən  biri  öz  başlanğıcını  antik  fəlsəfənin  rasionalizmindən  götürür  və 

Allahın mahiyyətini onun xalis zəkanın təcəssümü olmasında görür. Allahın mahiyyətinə ikinci 

yanaşma  isə  öz  başlanğıcını  iudaizmdən  götürən  Bibliya  ənənələrindən  qaynaqlanır.  Bu 

ənənələrin davamcıları olan xristian ilahiyyatçıları Allahın mahiyyətində, ilk növbədə, hər şeyə 

qadir  olan  azad  iradə  sahibi  olmasını  önə  çəkirlər.  Mütləq  varlığın  təbiətinə  bu  cür  fərqli 

yanaşmalar bütün orta əsrlər Qərb fəlsəfəsində dərin izlər buraxdı.  

 

 12.Orta əsrlər Qərb fəlsəfəsinin əsas жərəyanları 



IV-V  əsrlərdə  xristianlığın  neoplatonizmlə  mürəkkəb  qarşılıqlı  təsiri  nəticəsində 

patristika adlandırılan xristian dini fəlsəfəsi təşəkkül tapdı. Patristikanın nümayəndəsi Avqustin 

(354-430)  xristian  dini  təlimini  neoplatonizm  prinsiplərindən  istifadə  edərək,  sistemləşdirməyə 

çalışırdı. Təbiət və cəmiyyətdən daha çox dünyanın transsendent yaradıcısına köklənmiş ruhani 

həyata  diqqət,  insanda  antik  mədəniyyətə  bəlli  olmayan  daxili  “Mən”  hissini  formalaşdırdı.  Bu 

hissin  fəlsəfi  inkişafı  xüsusi  subyektiv  bir  reallıq  kimi  özünüdərkin  kəşf  olunmasına  gətirib 

çıxardı. Beləliklə orta əsrlər fəlsəfəsində sonralar yeni dövr rasionalizminin çıxış nöqtəsini təşkil 

edən “Mən” anlayışının formalaşması prosesi başlandı. Kreasionizmin fəlsəfi cərəyanlarda fərqli 

şərhi,  mövcudluq  (ekzistensiya)  və  mahiyyət  (essensiya)  anlayışlarının  fərqləndirilməsi  orta 

əsrlər  Qərb  fəlsəfəsinin  əsas  cərəyanlarından  olan  realizmlə  nominalizm  arasında  əsrlər  boyu 

davam  edən  mübahisələrə  səbəb  oldu.  Orta  əsrlərdə  antik  fəlsəfə  ənənələrinin  davamçıları  olan 



realistlər  hesab  edirdilər  ki,  Allahın  xəlq  etdiyi  bütün  varlıqların  mövcudluğu  onların 

mahiyyətləri  ilə  şərtlənir,  onların  mahiyyətləri  əzəldən  ilahi  zəkada  onun  “ideyaları”  şəklində, 

ümumi  anlayışlar  (universalilər)  kimi  mövcuddur.  Realistlərdən  fərqli  olaraq,  nominalistlər 

hesab  edirdilər  ki,  xəlq  olunanların  mövcudluğu  öz  başlanğıcını  zəkadan  götürə  bilməz. 

Mövcudluq  Allahın  iradəsindən  qaynaqlanır  və  buna  görə  də  xəlq  olunmuşların  mövcudluğu 

onların mahiyyətlərindən ilkin olub müstəqildir.   Orta                            əsrlər  fəlsəfəsinin  görkəmli 

nümayəndələrindən  olan  Akvinalı  Foma  (1225-1274)  əsas  fəlsəfi  cərəyanlar  olan  realizmlə 

nominalizm  arasındakı  ziddiyyətləri  aradan  qaldırmağa  çalışırdı.  O,  mövcudluq  və  mahiyyət 

anlayışlarını  substansiya  və  aksidensiya  ilə  əvəzlədi.  Aksidensiyalardan    -  “xassələrdən, 

keyfiyyətlərdən,” fərqli olaraq, substansiyalar və ya mahiyyətlər müstəqil şəkildə mövcuddurlar. 

Uilyam  Okkama (1285-1349) görə  ideyalar (mahiyyət)  Allahın  yaratdıqlarının proobrazları  (ilk  

nümunələri)  şəklində  ilahi  zəkada  mövcud  deyil,  real  olaraq  yalnız  təkcələr  (konkret  varlıqlar) 

mövcuddur.  Nominalizm  varlığın  müxtəlif  iyerarxik  səviyyələri  haqqında  təlimi  qəbul  etmir. 

Təcrübəyə  istiqamətlənmə  nominalizmin  xarakterik  xüsusiyyətini  təşkil  edir.  Sonralar  bu 

tendensiya Yeni dövr fəlsəfəsində emprizm tərəfindən mənimsənilərək daha da dərinləşdirildi və 



Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə