Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

XVI-XVII 

əsrlərin 

eksperimental 

riyazi 


təbiətşünaslığınım 

inkişaf 


istiqamətinin 

müəyyənləşməsində əhəmiyyətli rol oynadı. 

 

13.Orta əsrlər Qərb fəlsəfəsində təbiətə münasıbət 

Orta    əsrlər    fəlsəfəsində    təbiət    antik    dünyagörüşü    üçün    səciyyəvi    olan    müstəqilliyini  

bütünlüklə  itirir- təbiət  Allahın  yaratdığı  varlıqlar  arasında  sıradan  birinə  çevrildi.  Möcüzə  

törətmək    qüdrətinə    malik    olan    Allah    nəinki  təbiəti  yaratmışdır,  o    həm    də    təbiətdə    baş  

verən    proseslərin    təbii    gedişinə    qarşı    durmaq    gücündədir.  Antik    dövrdə    təbiət    bütpərəst  

(çoxallahlıqdan    çıxış    edən  )  dünyagörüşünün    başlıca    mənbəyini      təşkil    edirdi.  Xristian  

monoteizmi    bütpərəstliklə    bir    araya    sığmadığına    görə    xristianlıq    bütün    vasitələrlə  

bütpərəstliyin  çıxış  nöqtəsini  təşkil  edən  təbiəti  alçaldıb  gözdən  salmağa  çalışırdı.  Buna  

görə  də  orta  əsrlərdə  təbiət  idrakın  müstəqil  predmetinə  çevrilmədi.Təbiət   öz  özlüyündə   

müstəqil  bir    dəyər    deyil,  daha    çox    simvolik    məna    daşımağa    başladı.    Təbiətdə    heç    bir  

hadisə  özü –özünü  təmsil  etmir;  onların  hər  biri  dini –mənəvi  mahiyyət  daşıyan  daha  ali  

reallığın  simvolları  kimi  çıxış  edirlər. Buna  görə  də  simvolizm  və  alleqorizm  müqəddəs  

yazılar    və    onlara  həsr    olunmuş    şərhlər    ruhunda    tərbiyə    olunmuş      orta    əsrlər    təfəkkür  

tərzinin  səciyyəvi  cəhətlərindən  birini  təşkil  edir.  

Orta əsrlər fəlsəfəsi insanla təbiət arasındakı münasibətlərə dair antik fəlsəfədən prinsipial 

şəkildə  fərqli  yanaşır.  Xristian  ilahiyyatı  insanı  Allahın  bənzəri  və  surəti  kimi 

səciyyələndirir.Bundan çıxış edərək, Orta əsr filosofları təbiəti deyi, insanı ali varlıq səviyyəsinə 

yüksəldirdilər. Antik fəlsəfəyə görə  insana  hər  nə  qədər  yüksək  dəyər  verilsə  də, o  təbiətin  

bir    hissəsi    kimi    ona    tabedir.  Orta  əsrlər  fəlsəfəsində  Allahın  surəti    və  bənzəri    kimi    insan 

sanki  təbiətin  hüdudlarından  kənara  çıxaraq,  onun  fövqündə  dayanır. Allah təbiəti ona görə 

yaratdı ki, o özü bütün  mövcudatın  hakimi  olduğu  kimi, təbiəti  yaradaraq, insanı  da onun  

hakimi etdi.  

 

14.Orta əsrlər Qərb fəlsəfəsində insan problemi 

İnsana  münasibətdə  orta  əsrlər  fəlsəfəsinin  irəli  sürdüyü  ideyaların  əsasını  xristianlığın 

“insan Allahın surəti və bənzəridir” ehkamı təşkil edir. Bu ehkam orta əsrlərdə insana münasibəti 

antik dövrlə müqayisədə kökündən dəyişdi. Məlum olduğu kimi antik fəlsəfənin kosmosentrizmi 

insanı  təbiətin  adi  bir  parçası  kimi  nəzərdən  keçirməyi  tələb  edirdi.  Orta  əsrlərin  dini 

dünyagörüşü  insanı  təbiətlə  deyil,  bütün  kainatın  fövqəltəbii  başlanğıcı  olan  Allahla  bağlayır. 

İnsanın  mahiyyətini  orta  əsrlər  fəlsəfəsi  Allahdan  ona  pay  verilmiş  ağıl  və  azad  iradə  sahibi 

olmasında  görür.  Allah  özü  azad  varlıq  olduğuna  görə,  insanı  da  azad  yaratdı.  O  bütün 

mövcudatın hakimi olduğu kimi, təbiəti yaradaraq, insanı da onun hakimi etdi. Beləliklə sonralar 



İntibah mədəniyyətinin səciyyəvi xüsusiyyətini təşkil edən humanizm ideyaları öz başlanğıcını, 

məhz,  orta  əsrlərin  dini  dünyagörüşündən  götürür.  Orta  əsrlər  fəlsəfəsində  insan  haqqında 

təsəvvürlərin  digər  mənbəyini  insanın  öz  nəfsinin  köləsi  olması  və  əzəldən  günahkar  bir  varlıq 

olması haqqında ideyalar təşkil edir. Patristikanın banilərindən olan Origen hesab edirdi ki, insan 

ruh,  can  və  bədəndən  ibarətdir.  Ruh  insanın  özünə  məxsus  olmayıb  ona  Allah  tərəfindən  bəxş 

edilmişdir  və  həmişə  xeyirə  və  həqiqətə  can  atır.  Can  isə  insanın  yalnız  ona  məxsus  olan 

“Mən”ini təşkil edir və hər bir adama fərdiyyət keyfiyyəti verir. Lakin insanın mahiyyətinin ən 

mühüm  göstəricisi  iradə  azadlığı  olduğuna  görə,  xeyirlə  şər  arasında  azad  seçim  etmək,  məhz 

canın missiyasıdır, çünki yalnız can insanı fərdiyyət kimi xarakterizə edir. Öz təbiəti etibarilə can 

daha ali başlanğıc olan ruha, bədən isə cana tabe olmalıdır. Lakin canın ikili təbiəti üzündən çox 

vaxt onun bədənə yaxın olan aşağı səviyyəsi onun ali səviyyəsini üstəliyir və bununla da insanı 

öz nəfsinin və ehtiraslarının istəyinə əməl etməyə məcbur edir. Bu hal vərdişə çevrildikdə insan 

Allahın  bərqərar  etdiyi  təbii  nizamı  tərsinə  çevirərək  günaha  batır:  o,  ali  məqama  sahib  olanı 

özündən aşağıda duranı  tabe etdirir və  bununla da şərin  dünyaya ayaq açmasına səbəbkar olur. 

İnsanın  özünü  sürüklədiyi  bu  rəzalətdən  xilas  olması  üçün  öz  gücü  yetərli  deyil;  bunun  üçün 

onun Allahın mərhəmətinə ehtiyacı var.  

 

15.Orta əsrlər fəlsəfəsi tarixi proses və onun mənası haqqında 

Orta  əsrlərdə,  ilk  dəfə  olaraq,  tarixi  şüurun  formalaşması  üçün  əlverişli  ilkin  şərtlər 

meydana  çıxdı.  Tarixi  şüurun  mövcudluğu  üçün  ilkin  şərt  keçmiş,  indi  və  gələcək  arasındakı 

keyfiyyət  fərqinin  dərk  edilməsidir.  Bütpərəst    dünyagörüşü    isə    bu  fərqin  dərk  edilib 

mənalandırılması  üçün  əlverişli    deyildir.  Bütpərəstlik    insanın    şüurunu  əsas  etibarilə    təbiətlə  

bağlayır, təbiət isə  zaman,vaxt  keçdikcə  baş verən keyfiyyət dəyişikliklərini hiss etmək  üçün 

əlverişli    mühit    deyil.    Təbiətdə    baş    verən    təkamül  dəyişmələri  çox    ləng  gedir    və  onları 

müşahidə etmək  üçün bir  və ya  bir  neçə insan  nəslinin ömrü  kifayət  deyildir. 

Xristianlıq  Allah-oğulun insanda (İisus Xristosun simasında) təcəssüm etməsini  o vaxta  

qədər  baş  vermiş  bütün  hadisələrdən  mahiyyətcə  fərqləndirir; bu  hadisənin  baş  verməsilə  

zaman  bir-birindən  keyfiyyətcə  fərqlənən  iki hissəyə  parçalanır: bu  hadisədən  keçmişdə  baş  

verənlər    və    sonra,  gələcəkdə    baş    verəcək    hadisələr.  Beləliklə    Allahın     insanda  təcəssümü  

zaman  oxunda  fundamental  bir  hadisə  kimi anlaşılar  və  özünün  dərk  edilməsi  üçün  insan 

nəslinin  bütün    keçmişinin  yəhudi    Bibliyasında    olduğu    şəkildə,    yəni,    tarixi    baxımdan  

nəzərdən  keçirilməsini  tələb  edir.  

Digər  tərəfdən, varlığa  keçmişdən  gələcəyə  doğru  istiqamətlənmiş   tarixi  proses  kimi  

yanaşmanın  formalaşmasına   xristianlıqda  dünyanın  sonu  haqqında esxatoloji təsəvvürlərin  

geniş   yayılması  da  böyük  təsir  göstərmişdir. İsa peyğəmbərin  ikinci  dəfə  zühür  edərək,  




Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə