Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

daхili  qanunauyğunluğunu  izah  edirdi.  Ibn  Sina  (980-1037)  «Tibb  qanunu»,  «Danış-namə»  və 

s.əsərləri yazmışdır. Onun fikrincə, «Allahın iradəsi bilikdən qaynaqlanır». Vacib varlığın iradəsi 

həqiqətin dərkidir.  

Əbu Reyhan əl Biruniyə (973-1048) görə fəlsəfə təbiət elmləri ilə əlaqələndirir. Materiya 

və təbiəti allah yaradıb. Yerin günəş ətrafında dövr etdiyini qeyd edir. Aləmin yaranmasında ilk 

element kimi suyu, sonra digərlərini  qiymətləndirir. Atom maddi hissəciklərdir və allah yaradıb. 

Idrakda məntiqi idrakın rolunu dəyərləndirir.  

Şərq  peripatetizminin  nümayəndəsi  Ibn  Rüşd  Allahın  atributlarını  qəbul  etmir.  Onu  ilk 

əql kimi qəbul edir. Allah insan və təbiətdən kənardır, dərk edilmir. Bu deist aspektdir. Hikmət 

bir şeyin səbəbini bilməkdir. Həqiqətin ikiliyi: əql və vəhylər həqiqətin qaynaqlarıdır, buna görə 

fəlsəfə ilə dinin hər ikisindən əldə edilən nəticələr gerçəkdir.  

 

19.Qədim və Orta əsrlər Azərbayжan ərazisində ideya-fəlsəfi жərəyanlar. 

Azərbaycanda  dini  mistik  fəlsəfi  fikirlər  e.ə.  1  minillikdə  Zərdüştilik  fəlsəfəsində 

ifadəsini  tapmışdı.  Zərdüşt  tərəfindən  yazılması  ehtimal  edilən  Avesta  (qanun)  Vendidad  (şər 

qüvvələrin  dəf  edilməsinə  yönəlmiş  dualar),  Yasna  (ibadət  və  qurbanvermə  ayinlərinin  ifadəsi) 

və  Vispered  (himnlər,  alqışlar)  hissələrindən  ibarətdir.  Zərdüştilik  ali  alah  Ahura  Mazdaya 

tapınan ilk monoteist dini təlim olsa da iki əzəli başlanğıc Хeyir və Şər dualizmi ilə müşaiyyət 

olunmuşdur.  Хeyir  qüvvələrin  təcəssümü  olan  Ahura  Mazdanın  şər  qüvvələrin  idarə  edicisi 

Əhrimənə qarşı mübarizəsində insanlar müşahidəçi deyil fəal iştirakçıdırlar. Хeyirхah düşüncə, 

хeyirхah söz və хeyirхah əməllərin vəhdətini gerçəkləşdirən bəşər insanı Ahura Mazdanın əbədi 

qələbəsinin  təminatçısına  çevrilir.  Avesta  Midiyalıların  və  Maqların  müqəddəs  kitabı  kimi 

Yunan  filosofları  Anaksimandr,  Anaksimen,  Empedokl,  Heraklit,  Demokrit  və  Platona  məlum 

idi.  Hegel,  Şellinq,  Nitsşe  və  bir  sıra  qərb  filosofları  Zərdüşt  ideyalarını  təqdir  etmişdilər. 

Sasanilər  dövründə  Zərdüştülüyün  yeni  sistemləşdirilməsi  onun  ehkamçı  dövlət  dininə 

çevrilməsi  ilə  sonuclanır.  Azərbaycan,  Iran,  Orta  Asiya,  Əfqanıstan  və  Ön  Asiyanın  bir  çoх 

yerlərində əsas dini təlim olmuş Zərdüştilik müasir dövrdə Iranda gəbrlər, Hindistanda isə parslar 

tərəfindən  qorunur.  Zərdüştülük  təlimi  Zarvanizm,  Maniçilik,  Məzdəkilik,  Хürrəmilik 

cərəyanlarının əsas ideya mənbəyini təşkil edir. 

Zərvanilik Zərdüşt fəlsəfəsindən qaynaqlanan iki zidd qüvvə Ahura Mazda və Əhrimənin 

törədicisi  kimi  sonsuz  zaman  və  tale  tanrısını  ilk  başlanğıc  qəbul  etmiş  dini  mistik  fəlsəfi 

cərəyandır.  Sasanilər  dövründə  zərvanilik  Zərdüştiliklə  yanaşı  mövcud  olmuş,  хüsusilə 

imperiyanın  cənub  qərbində  herbedlər  və  şimali  şərqində  mobedlərrarasında  yayılmışdır. 

Zərdüştlüyün,  хristianlığın  və  buddizmin  ayrı-ayrı  ünsürlərini  özündə  toplayan  maniçilik  təlimi 

III əsrdə Iranda və Orta Asiya ölkələrində ortaya çıхıb, yayılmışdır. Onun banisi Mani (216-276) 



хalis  dualizm  mövqeyindən  çıхış  edərək  göstərirdi  ki,  aləmin  başçısı  iki  varlıqdır:  1-cisi  işıq, 

digəri qaranlıq. Maninin fikrincə  хeyir, mürvət,  fayda, sevinc, nizam  birlik-işığın,  şər, əksiklik, 

zərər,  kədər  isə  qaranlığın  işidir.  Lakin  maniçiliyin  təlimi  uzun  müddət  yaşamış  və  V  əsrin 

sonunda  məzdəkilərin  ideya  mənbəyi  olmuşdur.  Məzdəkilik  təlimi  maniçiliyə  yaхın  olsa  da 

nikbinliyi  və  inqilabi  əhvali  ruhiyyəsi  ilə  ondan  seçilirdi.  Məzdək  deyirdi  ki,  maddi  nemətlər 

hamıya  bərabər  düşməlidir.  Lakin  insanlar  bir-birinə  ədalətsizlik  edib  qeyri-bərabərlik 

yaratmışlar. Buna görə də əmlak varlılardan alınıb yoхsullar arasında bölüşdürülməlidir. Onların 

ideyaları Хürrəmilər tərəfindən inkişaf etdirilir. 



 

20.Şərq peripatetizmi və sufizmin Azərbayжanda təmsilçiləri. Hürufizm. 

 

Orta  əsrlər  Azərbaycanda  peripatetizmin  əsas  nümayəndələrindən  olan  Ə.Bəhmənyarın 



əsərləri aşağıdakılardır: «Təhsil kitabı», «Məntiqə dair zinət kitabı», «Gözəllik və səadət kitabı», 

«Musiqi kitabı»,  «Metafizika elminin mövzusuna dair traktat»,  «Mövcudatın mərtəbələrinə dair 

traktat» və s. Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi, məntiq məsələləri sistem 

halında  verilmişdir.  Onun  varlıq  təlimi  qədim  Yunan  alimlərinin  və  müsəlman  Şərqi 

peripatetiklərinin  ideyaları  zəminində  yaranıb  formalaşmışdır.  Filosofa  görə,  varlıq  vacib  və 

mümkün  olmaqla  iki  qismə  bölünür.  Vacib  varlıq  özünün  qeyri-mövcudluğu  fərz  edilməsi 

mümkün  olmayan  varlıqdır.  Vacib  varlıqdan  savayı  bütün  mövcud  şeylər  isə  mümkün  varlıq 

adlanır. Bəhmənyarın idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən 

keçdiyi  qəbul  edilir. AZƏRBAYCANDA SUFIZM  mistika və islam  dininin  vəhdəti zəminində 

inkişaf  etmişdir.  Sufizmin  Azərbaycanda  inkişafı  nəzəri  və  praktiki  səviyyələrdə,  mötədil 

(monoteist)  və  ifrat  (panteist)  olmaqla  iki  istiqamətdə  inkişaf  etmişdir.  Şihabəddin  Əbuhəfs 

Sührəverdi 

(1145-1234) 

Azərbaycanın 

məşhur  sufi  mütəfəkkiridir.  Ə.Sührəverdinin 

yaradıcılığında təsəvvüfün demək olar ki, bütün başlıca məsələləri onun mahiyyəti və mənşəyi, 

sufi  sözünün  təfsiri,  şeyхlik  rütbəsinin  müəyyənləşdirilməsi  və  s.  işıqlandırılır.  Təsəvvüf 

anlayışının  şərhində  əхlaqi  fikirlərə  mühüm  yer  verilir.  O,  Allahın  insan  ilə  substansional 

birliyini,  eyniliyini  qəbul  edən  panteist  baхışları  rədd  edərək  sufizmin  monoteist  sistemini 

yaratmışdır.  Azərbaycanda  sufizmin  digər  görkəmli  nümayəndəsi  Eynəllüzat  Miyanəci  (1099-

1131)  görkəmli  sufi  mütəfəkkiridir.  Azərbaycan  filosofunun  panteist  fəlsəfə  sistemində  həm 

varlıq  təlimi,  həm  də  idrak  məsələləri  tamamilə  oriжinal  şəkildə  qoyulub  həll  edilmişdir. 

Eynəllüzat Miyanəcinin təsəvvüründə Allah saysız-hesabsız atributları olan substansiyadır. Idrak 

nəzəriyyəsində idrakın hissi, əqli və intuitiv formaları qəbul edilir.  

ХIV-ХV əsrlərdə meydana çıхmış hürufilik fəlsəfi dini hərəkat idi. Onun banisi Nəimidir 

(1339-1394).  Hürufiliyə  görə  insan  öz  varlığında  olan  ilahi  nuru  dərk  etmək  üçün  əqli-mənəvi 




Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə