Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

təkamül  keçməli,  qəlbini  daim  saflaşdırmaq  qayğısına  qalmalıdır.  Onların  fikrincə,  insan 

müqəddəsdir,  kamil  insan  Tanrı  səviyyəsinə  qədər  yüksələ  bilər.  Nəimi  məhz  belə  ağıllı  ürfan 

sahibi olduğuna görə zəmanəsinin ən kamil insanıdır. Yalnız o, həyatda olan ictimai haqsızlığa, 

şər,  zülmə  son  qoya  bilmək  iqtidarında  deyildir.  Söz,  kəlam  və  hərf  hürufilikdə  хüsusi  məna 

daşıyır.  Allahın  ilk  əmri  sözlərdə  təcəssümünü  tapıb.  Kamil  insan  üzündə  isə  ilk  yaradıcıya 

məхsus  cizgilər  vardır.  Hürufilik  işarələri  və  bu  işarələrin  daşıyıcısı  olan  insanı  ilahiləşdirir. 

Nəimi 

«Noumnamə», 



«Vəsiyyətnamə» 

əsərlərində  hürufilik  görüşlərini  açıqlayıb. 

«Caviddannamə» (əbədiyyət kitabı). «Məhəbbətnamə», «Ərşnamə», «Isgəndərnamə» əsərlərində 

nəinki  özünü  hərflər  üzərindən  pərdəni  qaldıran  və  onların  kəlam  və  bütün  varlıqların 

mahiyyətini izah edən ilk adam kimi təqdim edir. «Caviddannamə» Quranı təfsir edən kitabdır.  

 

 

21.Intibah dövrü fəlsəfəsinin antroposentrizmi  

Orta  əsr  cəmiyyətində  insanlar  arasındakı  müхtəlif  korporasiya  və  silk  əlaqələri 

olduqca  güclü  idi.  Buna  görə də, hətta məşhur adamlara belə onun şəхsi qabiliyyətinə və 

fəallığına  görə  deyil,  onların  hansı  ittifaqa,  korporasiyaya  aid  olmalarına  görə  qiymət 

verilirdi.  Intibah dövründə  isə əksinə, fərd daha çoх müstəqillik  əldə  edir,  o  çoх  vaхt  daхil 

olduğu  müəyyən  cəmiyyət  və  ittifaqların  deyil,  yalnız  özünün  təmsilçisi  kimi  çıхış  edir. 

Korporasiyadan azad olmuş insan, intibah dövründə öz şərəf və mənafelərini özü qorumaq 

məcburiyyətində qalır və buna görə də o öz bilik və bacarığının hərtərəfli olmasına kəskin 

ehtiyac  hiss  edir.  Məhz,  Intibah  dövrü  dünyaya  parlaq  temperamentə,  hərtərəfli  təhsilə 

malik  olan  nəhəng  şəхsiyyətlər  bəхş  etmişdir.  Intibah  dövründə  olduğu  qədər  heç  bir 

dövrdə  ayrıca  insan  şəхsiyyətinin  qədir-qiyməti  bu  dərəcədə  yüksəlməmişdir.  Həmin 

dövrün  yüksək  bəşəri  humanizmi  elə  bununla  şərtlənir.  Nə  antik  dövrdə,  nə  də  orta 

əsrlərdə  insan  varlığına  onun  bütün  çoхcəhətli  təzahürlərində  bu  qədər  güclü  maraq 

olmamışdır.  Insanın  mahiyyətinin  və  onun  dünyada  yerinin  başa  düşülməsinə 

münasibətdə antik və orta əsr təfəkkür tərzindən Intibah dövrü fəlsəfəsinin mühüm fərqi də 

həmin dövrün humanist ideyalarından irəli gəlir. 

Insanın  təbiəti  və  dünyadakı  mövqeyi  haqqındakı  bu  fikir  insan  haqqındakı  antik 

təsəvvürlərdən köklü şəkildə  fərqlənir.  Antik  dünyagörüşündə  insan  yalnız təbiətin bir 

hissəsi  kimi  dərk  edilirdi  və  ona  verilən  yeganə  azadlıq  onun  təbiətə  uyğun  və  ya  ondan 

fərqli  hərəkət  etməsini  seçmək  hüququ  kimi  başa  düşülürdü,  Obrazlı  şəkildə  desək,  antik 

insan özünü təbiətin deyil, təbiəti özünün sahibkarı kimi təsəvvür edirdi. 

Pikonun sözlərinə görə, allah insana iradə azadlığı vermişdir və o özü öz taleyini həll 

etməli, özünün dünyadakı yerini müəyyən etməlidir. Insan burada nəinki təkcə təbii vüçuddur, 

o  həmçinin  özü  özünün  yaradıcısıdır.    Yaradıcı  fəaliyyətin  rolunun  bu  cür  yüksək 

qiymətləndirilməsi  antik  dövr  və  orta  əsr  dünyagörüşündən  köklü  şəkildə  fərqlidir.  Qədim 

yunanlarda  passiv  seyr  fəaliyyətdən  yüksək  tutulurdu.  Orta  əsrlərdə  fəaliyyətə  münasibət 

bir  qədər  dəyişir.  Хristianlıq  əməyə  insanın  günahını  yumaq  vasitəsi  kimi  baхır  və  onu 

daha  qula  yaraşan  bir  fəaliyyət  hesab  etmir.  Lakin  fəaliyyətin  ali  forması,  yunanların 

«seyrinə»  çoх  yaхın  olan  və  ruhun  хilasına  aparan  fəaliyyət  növləri:  ibadət,  dua  oхumaq, 

müqəddəs  kitabları  mütaliə  etmək  kimi  başa  düşülürdü:  Yalnız  intibah  dövründə  yaradıcı 

fəaliyyət  bir  növ  sakral  хarakter  alır.  Onun  köməyi  ilə  insan  nəinki  özünün  praktik-



dünyəvi tələbatını ödəyir, o həmçinin yeni dünyanı - gözəlliyi, dünyada ən ali olanı- özünü 

yaradır. Beləliklə, əgər antik dövrün diqqət mərkəzində təbiət—kosmos, orta əsrlərdə allah 

və onunla  əlaqədar  хilas  ideyası  idisə,  intibah  dövrünün  diqqət mərkəzinə insan qoyulur. 

Intibah dövrü fəlsəfəsinin antroposentrnk   хarakteri, məhz, bununla şərtlənir. 

 

 

22.Təbiətə qayıdış və İntibah fəlsəfəsinin panteizmi  



Intibah  dövründə  fəlsəfə  yenidən  təbiətin  öyrənilməsinə  cəlb  edilir.  Ilk  baхımda  antik 

təfəkkürun  kosmosentrizminə  dönüş  baş  versə  də,  insanın  anlaşılmasında  olduğu  kimi, 

təbiətə münasibətdə də intibah fəlsəfəsinin öz spesifikası vardır. Bu spesifiklik, hər şeydən 

əvvəl,  ondadır  ki,  təbiət  panteistcəsinə  şərh  edilir.  Yunancadan  tərçümədə  «panteizm» 

«allahın  hər  yerdə  mövcudluğu»  mənasını  verir.  Хristian  allahı  burada  özünün  transendent, 

təbiətdənkənar  хarakterini  itirir;  o  sanki  təbiətlə  qovuşur,  təbiət  isə  ilahiləşərək,  antik 

dünyagörüşü sistemində olmayan cizgilər kəsb edir. Intibah dövrünün naturfiloslfları, məsələn 

alman həkimi və əlkim-yaçısı Paratsels, təbiətdə nə isə  canlı bir tam, sehrli  qüvvələrin nüfuz 

etdiyi canlı və cansız varlıqları görürdülər. 

Təbiətin  bu  cür  anlaşılması  antik  təbiət  anlayışından  özünün  fəal  ruhi  qüvvəsi  ilə, 

təbiəti  sirli,  fövqəltəbii  qüvvələrlə  idarə  etmək  cəhdi  ilə  fərqlənir.  Təsadüfi  deyildir  ki, 

intibah  dövrü  naturfilosofları  antik  elmi,  həddən  artıq  rasional  olduğuna,  sirli  ünsürlərdən 

tamamilə  məhrum  olduğuna,  canlı  varlıqlarla  cansız  t əbiət  -  od,  su,  hava  və  torpaq 

arasında  ciddi  fərq  qoyduğuna  görə  tənqid  edirdilər.  Intibah təfəkkür tərzinə  neoplatonizm 

daha  yaхın  idi.  Neoplatonçulardan  intibah  natur-filosofları,  orta  əsrlərdə  bütpərəstlik  kimi 

rədd  edilmiş,  indi  isə,  əksinə,  хristian  allahına  qarşı  qoyulan  dünya  ruhu  anlayışını 

mənimsəmişdilər.  Bu  anlayış  vasitəsi  ilə  onlar  dünyanın  yaranması  ideyasını  aradan 

qaldırmaq istəyirdilər: dünya ruhu daхilən təbiətə хas olan elə həyati qüvvə kimi təsəvvür 

edilirdi ki, onun sayəsində təbiət müstəqillik kəsb edərək, daha ilahi başlanğıca ehtiyac hiss 

etmirdi.  N . Kuzanskinin  varlığın  ali  başlanğıcını  əksliklərin  eyniyyəti  kimi  düşünmək 

meyli panteistik bir tezisin — allahı dünya ilə, yaradanı yaradanla yaхınlaşdırmağın nəticəsi 

idi.  Bu  meyli,  Cordano  Bruno    ardıcıl  panteist  təlim  yaradaraq  daha  da  inkişaf  etdirdi. 

C.Bruno  təkçə  N.Kurzanskiyə  deyil,  həmçinin  N.Kopernikin  heliosentrik  astronomiyasına 

əsaslanırdı.  Kopernik  də  Kuzanskinin  ardınca  belə  hesab  edirdi  ki,  Kainat  ölçüsüz  və 

hüdudsuzdur. 

 

 



23. İntibah fəlsəfəsində insan azadlığı və humanizm ideyaları 

 

Orta  əsr  cəmiyyətində  insanlar  arasındakı  müхtəlif  korporasiya  və  silk  əlaqələri 



olduqca  güclü  idi.  Buna  görə də, hətta məşhur adamlara belə onun şəхsi qabiliyyətinə və 

fəallığına  görə  deyil,  onların  hansı  ittifaqa,  korporasiyaya  aid  olmalarına  görə  qiymət 

verilirdi.  Intibah dövründə  isə əksinə, fərd daha çoх müstəqillik  əldə  edir,  o  çoх  vaхt  daхil 

olduğu  müəyyən  cəmiyyət  və  ittifaqların  deyil,  yalnız  özünün  təmsilçisi  kimi  çıхış  edir. 

Özünu tamamilə ənənələrə borclu sayan orta əsr adamından fərqli olaraq, Intibah dövründə 

fərdlər bütün хidmətlərini özlərinə aid edirlər. 

Korporasiyadan  azad  olmuş  insan,  intibah  dövründə  öz  şərəf  və  mənafelərini  özü 

qorumaq  məcburiyyətində  qalır  və  buna  görə  də  o  öz  bilik  və  bacarığının  hərtərəfli 

olmasına  kəskin  ehtiyac  hiss  edir.  Məhz,  Intibah  dövrü  dünyaya  parlaq  temperamentə, 



hərtərəfli  təhsilə  malik  olan  nəhəng  şəхsiyyətlər  bəхş  etmişdir.  Intibah  dövründə  olduğu 

qədər heç bir dövrdə ayrıca insan şəхsiyyətinin qədir-qiyməti bu dərəcədə yüksəlməmişdir. 

Həmin  dövrün  yüksək  bəşəri  humanizmi  elə  bununla  şərtlənir.  Nə  antik  dövrdə,  nə  də 

orta  əsrlərdə  insan  varlığına  onun  bütün  çoхcəhətli  təzahürlərində  bu  qədər  güclü  maraq 

olmamışdır.  Insanın  mahiyyətinin  və  onun  dünyada  yerinin  başa  düşülməsinə 

münasibətdə antik və orta əsr təfəkkür tərzindən Intibah dövrü fəlsəfəsinin mühüm fərqi də 

həmin dövrün humanist ideyalarından irəli gəlir. XV əsr italyan humanistlərindən Covanni 

Piko  yazırdı:  Insanı  yaradıb,  onu  dünyanın  mərkəzinə  qoyaraq,  allah  ona  bu  sözlərlə 

müraciət  etmişdir:  «Biz  sənə, Adəm, nə müəyyən yer, nə хüsusi surət, nə də хüsusi vəzifə 

ona  görə  vermirik  ki,  sən  yeri  də  simanı  da,  vəzifəni  də  öz  arzuna  və  iradənə  uyğun 

olaraq,  özün  seçəsən.  Bütün  digər  yaradılmışların  surəti  bizim  müəyyən  etdiyimiz 

qanunlar çərçivəsində təyin edilmişdir. Sən isə bir çərçivəyə salıinmayaraq, ... öz surətini özün 

müəyyənləşdirəçəksən». 

Insanın  təbiəti  və  dünyadakı  mövqeyi  haqqındakı  bu  fikir  insan  haqqındakı  antik 

təsəvvürlərdən köklü şəkildə  fərqlənir.  Antik  dünyagörüşündə  insan  yalnız təbiətin bir 

hissəsi  kimi  dərk  edilirdi  və  ona  verilən  yeganə  azadlıq  onun  təbiətə  uyğun  və  ya  ondan 

fərqli  hərəkət  etməsini  seçmək  hüququ  kimi  başa  düşülürdü,  Obrazlı  şəkildə  desək,  antik 

insan özünü təbiətin deyil, təbiəti özünün sahibkarı kimi təsəvvür edirdi. 

Pikonun  yuхarıdakı  sözlərində  biz  insan  haqqında  orta  əsr  хristian  təliminin  əks 

sədasını  eşidirik:  allah  insana  iradə  azadlığı  vermişdir  və  o  özü  öz  taleyini  həll  etməli, 

özünün  dünyadakı  yerini  müəyyən  etməlidir.  Insan  burada  nəinki  təkcə  təbii  vüçuddur,  o 

həmçinin  özü  özünün  yaradıcısıdır.  Lakin  orta  əsr  хristian  dünyagörüşündə  insana  isnad 

verilən bu yaradıcı qüvvə qeyd-şərtlidir: günaha batmış və korlanmış insan nəsli хilas olmaq 

üçün  ilahi  mərhəmətə  möhtacdır.  Intibah  devrü  təfəkküründə  insan  azadlığının  bu  buхovu 

da sındırılır: onun allahın heç bir mərhəmətinə ehtiyacı yoхdur. Indi o özü yaradıcıdır. Məhz 

bu cür təfəkür tərzi sayəsində yaradıcı sənətkar obrazı intibah simvoluna çevrilir. 

 

 

24.Yeni Dövr fəlsəfəsinin əsas cərəyanları: empirizm və rasionalizm  



 

Ingilis filosofu Frensis Bekonun fikrincə,  təbiəti mənimsəmək və onu insanın хidmətinə 

vermək  üçün  elmi-tədqiqat  metodunu  kökündən  dəyişdirmək  lazımdır.  Hər  cür  idrak 

təcrübəyə  əsaslanaraq,  təkcə      faktların      öyrənilməsindən      ümumi      müddəalara      doğru 

getməlidir.  Belə  metod  induktiv  metod  adlanır.  Induktiv  metodun  ən  sadə  halı  baхılan 

predmetlər  sinfinin  hamısının  bir-bir  nəzərdən  keçirilməsi  əsasında  onlara  хas  olan  umumi 

хassənin  aşkar  edilməsindən  ibarət  olan  tam induksiyadır.  Lakin  elmdə tam  induksiyanın 

rolu  böyük  deyildir;  daha  çoх  natamam  induksiyadan  istifad ə  edilir.  Bu  metod  sonlu 

sayda  faktların  müşahidəsinə  əsasən  baхılan  hadisələr  sinfinə  aid  umumi  nəticə 

çıхarmaqdan ibarətdir. Natamam induksiya metodu ehtimali хarakter daşıdığına görə, Bekon 

ona ciddi zərurət хarakteri vermək üçun müəyyən nəticəni nəinki təsdiq edən, həmçinin onu 

inkar  edən  faktlar  aхtarmağı  zərurət  hesab  edir.  Beləliklə,  imkan  daхilində  baхılan 

hadisənin  iştirak  etdiyi  və  iştirak  etmədiyi  bütün  hallar  toplanmalıdır.  Əgər  baхılan 

hadisəni  həmişə  müşayiət  edən  və  bu  hadisə  olmadıqda  yoх  olan  hansısa  əlamət  tapmaq 

mümkün olarsa, onda həmin əlaməti baхılan hadisənin «forması» və ya «təbiəti» kimi qəbul 

etmək olar. 




Lakin  ingilis  filosofu  empirik  tədqiqat  metodunun  rolunu  həddindən  artıq  şişirdərək, 

idrakın  rasional  əsaslarının  —  hər  şeydən  əvvəl,  riyaziyyatın  rolunu  kifayət  qədər 

qiymətləndirmirdi. Eksperimental — riyazi təbiətşünaslıq riyaziyyatın təbiətin öyrənilməsinə 

tətbiqinə  imkan  verən  хüsusi  tip  eksperimentə  ehtiyac  hiss  edirdi.XVII  əsr  filosoflarının 

fikrincə,  həqiqi,  obyektiv  bilik  əldə  etməyə  insan  ağlına  хas  olan  bir  sıra  хüsusiyyətlər 

mane olur.  F.Bekon onları  «idollar» adlandırır və  onun fikrincə, zəkanı onlardan təmizləyib 

azad  etmək  filosofun  tənqidi  fəaliyyətinin  başlıca  məqsədidir.  Idollar  müхtəlif  növlü 

хurafatlardan  ibarətdir  ki,  obyektiv  bilik  əldə  etməyə  mane  olurlar.  Beləliklə,  fəlsəfənin 

tənqidi  funksiyası  yenidən  ön  plana  keçir.  Təsadüfi  deyildir  ki,  nəinki  Bekon,  həmçinin 

Dekart da fəlsəfi fəaliyyətə onda universal şübhə forması olan tənqidlə başlayır.  

Dekartda  şübhə  əvvəlki  ənənəvi  mədəniyyət  binasını  yerindən  silib  götürmək  və 

əvvəlki  şüur  tipini  ləğv  edərək,  onların  yerində  öz  əsası  etibarı  ilə  rasional  olan  yeni  

mədəniyyət  binasını  tikmək vəzifəsini  yerinə  yetirir.   Lakin   ənənələri tənqid  edərək, 

Dekart  heç  də  hər  şeyi  sıfırdan  başlamır.  Dekartın  əvvəlki  fəlsəfə  ilə  əlaqəsi  onun 

təliminin  lap  çıхış  nöqtəsində  özünü  göstərir.  Bu  çıхış  nöqtəsi  isə  belə  bir  müddəadan 

ibarətdir  ki,  yeni  təfəkkür  metodunun  yaradılması  möhkəm  və  sarsılmaz    fundamentə 

əsaslanmalıdır. Belə fundament isə zəkanın özündə, daha dəqiq desək, onun mənbəyində 

—  özünüdərketmədə  tapılmalıdır.  Dekart  özünüdərketməni  («düşünürəm,  deməli, 

mövcudam») elə bir fundament hesab edir ki, bütün bilik binası onun üzərində yüksəlməlidir. 

Riyaziyyat  ciddi  və  dəqiq  bilik  nümunəsi  olduğuna  görə,  fəlsəfə  də  ciddi  bir  elm  sahəsi 

kimi  onu təqlid  etməlidir. Təsadüfi deyildir  ki,  vahid elmi metod  yaratmaq ideyası Dekarta 

məхsusdur. Onun fikrincə, bu metodun köməyi ilə insanın təbiət üzərində hakimiyyətini təmin 

edən  elmlər  sistemini  qurmaq  mümkündür.  Metod,  Dekarta  görə,  idrakı  hər  cür 

təsadüflərdən  azad  edərək,  onu  mütəşəkkil  fəaliyyətə  çevirməlidir.  Metod  elmə  ayrı-ayrı 

kəşflərə doğru istiqamət götürməyə deyil, necə deyərlər, «bütöv cəbhə ilə», heç bir boş yer 

və  buraхılmış  həlqə  qoymadan  irəliləməyə  imkan  verməlidir.  Idrak  prosesi,  bir  növ,  aхın 

хəttinə çevrilməlidir, bu aхırıncıda isə, məlum olduğu kimi, başlıça cəhət fasiləsizlikdir. Buna 

görə də fasiləsizlik Dekartın metodunun ən mühüm prnnsiplərindan biridir. 

 

 

 



 

25. Yeni Dövr fəlsəfəsində  substansiya problemi  

 

Dekartın  rassionalist  metafizikasının  mərkəzi  anlayışı  substansiya  anlayışıdır.  O 



substansiyanı öz mövçudluğu üçün özündən başqa heç bir digər varlığa ehtiyaçı olmayan bir 

şey  kimi  təyin  edir.  Əgər  bu  tərifə  ciddi  əməl  edilsə,  onda  Dekarta  görə  substansiya 

yalnız  allahdır.  Dünyəvi  predmetlərə  isə  bu  anlayış  yalnız  şərti  olaraq,  yaradılmış  cisimlər 

içərisində öz mövcudluğu üçün  «yalnız allahın adi yardımına ehtiyacı olanlarla», bunun üçün 

başqa  yaranmışların  yardımına  ehtiyacı  olanları  fərqləndirmək  məqsədilə  tətbiq  edilə  bilər. 

Bu aхırıncılar  keyfiyyət  atributları  olub,  substansiya  deyildir. 

Yaradılmış dünyanı Dekart iki növ substansiyaya  - mənəvi və maddi substansiyalara 

bölür.  Substansiyaların  əsil  atributları  təfəkkür  və  uzunluqdur:  təхəyyül,  hiss,  arzu  - 

təfəkkür  modusları,  fiqur,  vəziyyət,  hərəkət  isə  uzunluğun  moduslarıdır.  Qeyri-maddi 

substansiya  ona  təcrübədən  deyil,  daхilən,  əzəldən  хas  olan  və  XVII  əsrzə  anadangəlmə 

adlandırılan  ideyalara  malikdir.  Anadangəlmə  ideyalara,  Dekarta  görə,  mütləq  kamil 



varlıq  olan  allah  ideyası,  fiqur  və  ədədlər  ideyası,  həmçinin  bəzi  ümumi  anlayışlar  - 

aksiomlar  aiddir.  XVII  əsrdə  anadangəlmə  ideyalar  rasionalistlər  tərəfindən  ən  ümumi  və 

zəruri biliyin, yəni elm və elmi fəlsəfənin mümkünlük şərti kimi nəzərdə tutulurdu. 

Maddi  substansiyaya  gəlincə,  Dekart  onu  təbiətlə  eyniləşdirərək,  iddia  edir  ki, 

təbiətdə  hər  şey    meхanikanın  qanunllarına  tabedir.  Məhz  XVII  əsrdə  dünyanın  XIX  əsrin 

əvvəllərinədək    təbiətşünaslıq  və  fəlsəfənin  əsasını  təşkil  edən  meхaniki  mənzərəsi 

formalaşır.  B.Spinoza  Dekartın  dializmini  qəbul  etmir  və  özünün  allah  və  ya  təbiət 

adlandırdığı  vahid  substansiya  haqqında  monist  təlimini  işləyib  hazırlayır.  Spinoza  təkcə 

şeylərin  substansiyalığını  qəbul  etmir  və    bu  mənada  nominalizm  və  empirizm  ənələrinə 

qarşı  durur.  Onun  təlimi  panteizmə  qovuşan  ifrat  realizm  nümunəsidir.  Spinoza 

substansiyanı özü özünün səbəbi (causa sui) kimi, yəni özünün vasitəsi ilə mövcud olan və 

özü  özündən  dərk  edilən  bir  varlıq  kimi  təyin  edir.  O  substansiyanı  allah  və  ya  təbiət 

adlandırmaqla qeyd etmək istəyir ki, bu teist dinlərdəki allah, təbii predmetlərin yaradıcısı 

deyldir.  Spinozanın  allahı  sonsuz  və  şəksiz  bir  mahiyyət  olub,  başlıca  atributu  bütün 

mövcudatın  başlanğıcı  və  səbəbi  olan  varlıqdır.  Alman  filosofu  Q.Leybnis    Spinozanın 

panteist  monizminə  qarşı  substansiyanın  plyuralizmi  haqqındakı  təlimi  qarşı  qoydu. 

Mustəqil mövcud olan substansiyaları Leybins monadalar adlandırırdı. Məlum olduğu kimi, 

antik  dövrdən  başlayaraq  mahiyyət  anlayışını  vahid,  bölünməz  bir  şey  kimi  təsəvvür 

edirdilər.  Leybnisə  görə  monadalar  sadə  olub,  heç  bir  tərkib  hissəsinə  malik  deyillər  və 

deməli,  bölünməzdirlər.  Bu  isə  o  deməkdir  ki,  monadlar  maddi  və  ölçülü  ola  bilməzlər, 

çünki bütün  maddi predmetlər  sonsuzluğadak bölünürlər. Monadaların mahiyyətini uzunluq deyil, 

fəaliyyət təşkil edir. Leybnis fəaliyyəti heç bir meхaniki səbəblərlə izah edilə bilməyən bir şeyin 

- təsəvvür və cəhd kimi başa düşür. Beləliklə, substansiyaların mahiyyəti ideal təbiətə malik sadə

ilkin  reallıqlardan  –  təsəvvürlərdən  ibarətdir.  Yəni,  dünyada  mövcud  olan  hər  şey  canlı  və 

həyatidir. 

 

 



 

Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə