Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
  1   2   3   4   5   6   7   8   9   ...   33


/

Л

э

-/

Azərbaycan Milli Elmlər Akademiyası 

Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu

Azərbaycanda Atatürk Mərkəzi

Yusif  Rüstəmov

TÜRK  FİKİR  TARİXİ 

HAQQINDA  MÜLAHİZƏLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİOENTİNİN 

İ Ş L Ə R   İ D A R Ə S İN İN

K İ T A B X A N A S I

ÇAŞIOGLU

2005



Elmi redaktor:

Azərbaycan MEA-nın müxbir üzvü, 

filologiya elmləri doktoru, professor 

Nizami Cəfərov

Yusif Rüstəmov. Türk fikir tarixi haqqında mülahizələr. 

Bakı:  Çaşıoğlu, 2005.-140 səh.

Bu  kitab müəllifin müxtəlif illərdə yazdığı və  ayrı-ayrı ki­

tab və jurnallarda çap olunan elmi işləri əsasında tərtib edilmişdir. 

Kitaba  XX  əsr  Türkiyə  ictimai-siyasi  və  fəlsəfi  fikir  tarixi  ilə 

bağlı müxtəlif türk mütəfəkkirlərinin mülahizələri daxil edilmiş­

dir. Burada orta əsr türk mütəfəkkirlərinin də dünyagörüşünə geniş yer

verilmişdir. 

.  .  „ 

.

Kitab tələbələr, müəllimlər və türk fikir tarixi ilə maraqla­



nan geniş oxucu dairəsi üçün faydalı ola bilər.

0301030000-074

R -----------------

0 8 2 -0 5

© «Çaşıoğlu»  nəşriyyatı, 2005

İçindəkilər



Ön sö z........................................................................................4

I.XX əsrdə Türkiyədə sosial-siyasi fikir  ....................................6

1.  XIX əsrin  axırı -  XX əsrin əvvəllərində sosial-siyasi  fikir cə­

rəyanları haqqında..................................................................   6

2. Ziya Gökalpın sosial-siyasi görüşləri....................................  7

3. Kamal Atatürkün siyasi görüşləri........................................ 11

4. 


Müasir Türkiyədə sosial-siyasi vəziyyət  ...................... 15

II. XX əsrin 50-70-ci illərində Türkiyənin sosial-siyasi

fikrində ölkənin iqtisadi inkişaf problemləri  ............................. 16

III. XX əsrin 50-70-ci illərində Türkiyənin sosial-siyasi

fikrində sinif, sinfi mübarizə və sosial inqilab problemləri....... 41

1.  Sinfi mübarizə anlayışı  .........................................................41

2.  Sosial inqilab və milli azadlıq hərəkatı haqqında..............   60

3. Cəmil Meriç Türkiyənin sosial-siyasi fikrində inqilab

(ihtilal) və devrim (islahat) haqqında...................................... 72



IV. Azərbaycan və türk mütəfəkkiri və ictimai xadimi

Əhməd bəy Ağaoğlunuıı fikir təkamülü.................................... 91

V.  Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi..................  103

VI. Yunus Emrənin sufizmi...................................................   122

VII. Böyük imperiyaların bir sıra xalqların taleyində rolu

(Osmanlı  dövlətinin 800 illiyi münasibətilə)........................... 131

3



On söz

Təqdim  olunan bu kitab müxtəlif illərdə yazılan elmi  iş­

lər  əsasında  tərtib  edilmişdir.  Kitaba  daxil  edilən  yeddi  fəslin 

beşi  indiyə  qədər  ayrı-ayrı  kitab  və  jurnallarda  çap  olunub­

dur.  «XX  əsrdə Türkiyədə  sosial-siyasi  fikir»  adlanan  birinci 

fəsil qısa icmal xarakteri daşıyır və əsas fikir cərəyanlarından 

bəhs  edilir.Burada  daha  çox  K.Atatürk  və  Ziya  Gökalpın 

görüşləri  haqqında  danışılır.  «Azərbaycan  və  türk mütəfəkki­

ri  və  ictimai  xadimi  Əhməd  bəy  Ağaoğlunun  fikir  təkamülü» 

adlanan  dördüncü  fəsil  də  həmin  mövzunun  davamıdır.  Kita­

bın  XX  əsrin  50-70-ci  illərində  Türkiyənin  sosial-siyasi  fik­

rində  ölkənin  iqtisadi  inkişafı,  sinif,  sinfi  mübarizə  və  ictimai 

inqilab  problemlərinə  həsr  olunan  ikinci  və  üçüncü  fəsilləri, 

1972-1973-cü  illərdə yazılan və mənim  şəxsi  arxivimdə  saxla­

nılan  əlyazmaları  əsasında  tərtib  edilmiş  və  bəzi  düzəliş  və 

əlavələrlə  ilk  dəfə  olaraq  çap  olunur.  Yalnız  üçüncü  fəslin 

üçüncü hissəsi 2004-cü ildə yazılmışdır.

Beləliklə,  kitabın  əhəmiyyətli  hissəsini  təşkil  edən  iki 

fəsli  sovet  dövründə,  qalan  hissəsi  isə  XX  əsrin  sonu  -   XXI 

əsrin əvvəllərində qələmə alınmışdır.

Əlyazması  şəklində  olan  fəsilləri  çapa  hazırlayarkən 

mən  yazı  üslubunu  saxlamağa,  türk  müəlliflərinin  fikirlərini 

olduğu  kimi,  heç  bir  dəyişiklik  və  ixtisar  etmədən  verməyə 

çalışmışam;  düzəliş və cüzi  ixtisarlar əsasən redaktə xarakte­

ri daşıyır.

Türkiyənin  xüsusən  orta  əsrlərdəki  fəlsəfi  və  sosial- 

siyasi  fikir  tarixində  çox  əhəmiyyətli  yer  tutduğuna  və  indiki 

zamanda  da  bu mövzuya  marağın  artdığını  nəzərə  alaraq,  bu 

dövrün  görkəmli  mütəfəkkirləri  -  Mövlana  Cəlaləddin  Rumi 

və  Yunus  Emrənin  sufilik  fəlsəfəsinə  həsr  edilən  fəsilləri  də 

təqdim  olunan  kitaba  daxil  etməyi  məqsədəuyğun  saydım.  Bu 

fəsillər,  2002-ci  ildə  çap  etdirdiyim  «Mövlana  Cəlaləddin 

Ruminin  sufilik  fəlsəfəsi»  kitabından  götürülmüş  materiallar 

əsasında yazılmışdır.

Osmanlı  dövlətinin  800 illiyinə  həsr  olunan  «Böyük  im­

periyaların  bəzi  xalqların  həyatında  rolu»  adlanan  yeddinci 

fəsil Azərbaycan Universitetində çıxan «İpək yolu» jurnalında

4

dərc  edilmişdir.  Burada  mən,  uzun  illər  elmi  ictimaiyyəti  ma­



raqlandıran və olduqca ciddi hesab etdiyim  bir  sıra problemlə­

rə  qısa  şəkildə  olsa  da  cavab  verməyə  cəhd  göstərmişəm.  İm­

kan olarsa,  bu mövzuya bir də qayıtmaq fikrindəyəm.

Yuxanda  göstərilən  problemlər  haqqında  yazarkən 

yüzlərlə  türk  mənbələrindən  istifadə  etmiş,  bəzi  hallarda 

şüurlu  şəkildə  türk  müəlliflərindən  yazı  üslübunu saxlamaqla 

daha çox sitat gətirərək,  oxucuda onların fikri haqqında geniş 

təsəvvür  yaratmağa  çalışmışam.  İkinci  və  üçüncü  fəsillərin 

yazılması,  marksizm-leninizmin  yeganə  hakim  ideologiya  ol­

duğu  dövrə  təsadüf etdiyi  üçün  onun  müddəalarına  tam  əməl 

etmək  tələb olunurdu.  Elə  buna görə  də bu fəsillərin əlyazma­

sının  çapı  o  zaman  mümkün  olmamışdı.  Xeyli  sonra,  1980-ei 

ildə  rus  dilində  çap  olunmuş  «İslam  və  müasir  Türkiyənin 

ictimai fikri» kitabında  daha  çox  türk  müəlliflərinin  fikirləri­

nə  yer  verdiyim  və  bu  fikirlərin  tənqidinə  az  yer  ayırdığım 

üçün Kommunist Partiyasının Moskvada  mərkəzi orqanı  olan 

«Pravda» qəzeti mənim mövqeyimi ciddi tənqid etmişdi.

Ümid edirəm ki,  təqdim edilən kitabda  irəli sürülən  pro­

blemlər  tədqiqatçılarda,  xüsusən  gənc  elmi  işçilərdə  yeni  fi­

kirlər  yaradacaq,  Türkiyənin  fikir  tarixini  öyrənməyə  yar­

dımçı olacaqdır.

5



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə