Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

murları,  fəhlələr  kəndliləri  və  s.  qoruyurlar.  Bu  himayə  orta 

təbəqələrin qüvvətlənməsini təmin  edir».130

Ülkən etiraf edir ki,  «üstün siniflər» öz mövqelərini  qo­

rumaq  xatirinə başqa sinifləri «himayə» edir.  Ülkən və onun 

Qərb  həmkarları  kapitalistlərin  məcburiyyət  qarşısında  qa­

lıb  müəyyən  güzəştə  getmələrini  «üstün  sinfin»  «aşağı  sinfi» 

himayə etməsi kimi qiymətləndirirdilər.

Türk  alimləri  sinfi  mübarizənin  əsl  səbəbini  açmağa 

çalışır,  bəzən  öz  fikirlərini  mücərrəd  şəkildə  şərh  edirdilər. 

Ülkən  yazır:  «Sinfi  gərginlik  ifrat  istehsaldan  çox  alıcılıq 

qabiliyyətinin  aşağı  düşməsindən  irəli  gəldiyi  üçün  üstün  si­

niflər  zəif siniflərin  alıcılıq  qüdrətini  artırmaq  yolu  ilə  özlə­

rinə  məcburi  müştəri  təmin  edirlər».  Bu  da  öz  növbəsində 

orta  təbəqələrin  sayını  artırır.  «...Bəzi  siniflər  arasındakı 

həmrəylik  və  əlaqə  də  yeni  ictimai  düzənin  (müasir  kapita­

lizm quruluşunun -  Y.R.) zəruri nəticəsidir».131

H.Z.Ülkən  Qərb  sosioloqları  ilə  həmrəy  olaraq  göstə­

rirdi  ki,  artıq  Qərb  ölkələri  o  dərəcədə  inkişaf  ediblər  ki, 

bütün  siniflər,  ictimai  təbəqələr  arasında  tam  mənafe  birliyi 

yaranıb,  «ziddiyyət  doğuran  problemlər»  getdikcə  aradan 

qalxır.  «Bu  da  onu  göstərir  ki,  Qərb  ağır  bir  şəkil  dəyişdir­

məsi  keçirir.  Mövcud  cəmiyyətləri  təməlindən  dəyişdirmək­

dən  deyil,  onları  formaca  dəyişmək  və  düzəltməkdən  söhbət 

gedir».132

H.Z.Ülkən  göründüyü  kimi  «şəkil  dəyişməsindən»  da­

nışır,  lakin  etiraf etmək  istəmirdi ki,  əhalinin  həyat  şəraitini 

əsaslı  surətdə  yaxşılaşdırmaq  üçün  bu  kifayət  deyil,  bunun 

üçün  cəmiyyətdə  köklü  ictimai-siyasi  dəyişikliklər  etmək  la­

zımdır.  Ülkən  həm  kapitalistləri,  həm  də  sosialistləri  tənqid 

edirdi.  O,  müasir  Qərb  cəmiyyətini  kapitalizm  adlandırmır, 

adətən  «klassik  kapitalizmdən»  söhbət  gedəndə  bu  termin­

dən  istifadə  edirdi.  Deməli  o,  «köhnə  kapitalizmi»  və 

bütövlükdə  sosializmi  tənqid  edirdi.  Ülkən  yazır:  «İctimai 

gərginliyi  son  həddinə gətirmək  istəyənlər  bu  gərginliyin  bir 

ucuna  kapitalı,  o  biri  ucuna  «əməyi»  qoyurlar.  Onlara  görə

130 H.Z.Ülken. Tarihi Maddeciliğe reddiye, s. 133.

131  Yenə orada, s. 133.

132 Yenə orada, s.216.

54

bu iki qütb  arasındakı ziddiyyət həlledilməz bir  savaş  halma 



gəlmişdir.  Kapitalistlər  bu  gərginliyi  sərmayə  (kapital)  lehi­

nə,  sosialistlər  əmək  lehinə  həll  etmək  istəyirlər.  Onlar 

düşünmürlər  ki,  bu  iki  həddin  arasında  daima  bir  çox  də­

rəcələr mövcud  olmuş  və  olacaqdır;  bunların  qaldırılmasına 

imkan  yoxdur.  Çünki  bu  dərəcələr  yalnız  əmək  bölgüsünün 

yaratdığı  kiçik  burjuaziya  siniflərindən  ibarət  deyil.  Bunlar 

hər  şeydən əvvəl  insanın özünə aid olan ləyaqət və qabiliyyət 

dərəcələridir.  İş  bölgüsü  və  orta  siniflər  bu  ləyaqət  dərəcələ­

rinin nəticəsidir».133

Beləliklə,  Ülkən  sinfi  ziddiyyətləri  insanların  təbii  qa­

biliyyətləri  arasındakı  fərq  ilə  əvəz  edir.  Deməli,  birinin  zə­

ngin,  digərinin  yoxsul  olmasının  ictimai  quruluş  ilə  heç  bir 

əlaqəsi  yoxdur.  O,  yazır:  «Kapital  ilə  əmək  arasındakı 

müvazinətin  pozulmasından  doğan  ictimai  və  iqtisadi  böh­

ranların  qarşısını  almaq  üçün,  hər  şeydən  əvvəl  bu  iki  ucu 

bir-birinə  bağlayan  insan  qabiliyyətlərinin  təbii  dərəcələrini 

yaxşı  tədqiq  etmək  lazımdır.  İnsanlar  nə  zəka,  nə  bədən  qa­

biliyyəti, nə duyğu və iradə yetginliyi,  nə yaratma gücləri,  nə 

əxlaqi məziyyətləri baxımından eyni dərəcədə deyil».134

H.Z.Ülkənin  yuxarıda  dediklərini  belə  ümumiləşdir­

mək  olar:  müasir  kapitalizm  cəmiyyətində  sinfi  mübarizə 

yox,  fərdlər arasında təbii-bioloji fərqlər var.

Yuxarıda  yazılanlardan  aydın  olur  ki,  Qərbdə  olduğu 

kimi Türkiyədə  də  müəlliflərin  bir  qismi  Marksı  açıq  tənqid 

etməkdən  çəkinir,  onun  nəzəriyyəsinin  indiki  dövr  üçün  ar­

tıq  köhnəldiyini  iddia edərək əslində marksizm  təliminə qar­

şı  çıxırdılar.  Onlar  deyirdilər  ki,  Marks  kapitalizmin  məhv 

olacağını  əvvəlcədən  xəbər  verməklə,  əslində  burjuaziyaya 

kömək  etmiş  və  kapitalizm  cəmiyyətini  xilas  etmişdir.  Qalip 

Kardam «Akis» jurnalında  yazırdı  ki,  Marks  tamamilə  haq­

lı  olaraq  xəbərdarlıq  edirdi  ki,  sənaye  inqilabı  nəticəsində 

yaranmış  mövcud  ictimai  şərait  dəyişdirilməsə  əmək  ilə  ka­

pital  arasındakı  barışmaz  ziddiyyətlər  proletar  inqilabını 

doğuracaq  və  fəhlə  sinfi  kapitalizm  quruluşunu  məhv  edib 

öz  dövlətini  yaradacaqdır.  Qərbin  qabaqcıl  adamları  və

133 Yenə orada, s.216.

134 Yenə orada, s.216-217.

55



Marksm həmkarları onun təlimini diqqətlə təhlil edərək belə 

bir  nəticəyə  gəldilər  ki,  Marks  doğru  deyir,  əgər  təcili  təd­

birlər  görülməsə  kapitalizm məhv  olacaq.  Alimlər və  işgüzar 

dairələr başa düşürdülər  ki,  əgər Marksın irəlicədən gördüyü 

hadisə  baş  versə  onların  özü  üçün,  zəhmətkeşlər  üçün  və 

ümumiyyətlə  bütün  cəmiyyət  üçün  fəlakət  baş  verə  bilər. 

Odur ki,  onlar fəhlələr üçün  daha yüksək  həyat səviyyəsi ya­

ratdılar,  onların  hüquqlarım  genişləndirdilər.  Bu  təsirli  təd­

birlərin  nəticəsində  Marksın  daha  çox  gözlədiyi  yerlərdə 

əmək  ilə  kapital  arasında  ziddiyyət  azaldı.135 Qalip  Kardam 

təklif edir  ki,  Türkiyə  qabaqcıl  kapitalist  ölkələrinin  təcrü­

bəsindən istifadə etməli  və onların yolu ilə getməlidir.

Beləliklə,  «Türk  ensiklopediya»sında  göstərildiyi  kimi, 

burjuaziya ilk inqilabçı  sinif olmuş,  lakin  öz məqsədinə  nail 

olandan  sonra  -   hakimiyyəti  ələ  keçirəndən  sonra  kapita­

lizmin  əsas  qoruyucusu  olmuş  və  mühafizəkar  bir  qüvvəyə 

çevrilmişdir.  Odur  ki,  sosialistlər  ilk  gündən  burjuaziyanı 

istismarçı  hakim  sinif  hesab  etmiş  və  fəhlələri  ona  qarşı 

qoymuşlar.  Sonra  «Ensiklopediya»nm  müəllifləri  burjuaziy­

anın  müdafiəsinə  qalxaraq  göstərirdilər  ki,  artıq  burjuaziya 

əvvəlki  sinif  deyil.  «Burjuaziya  bu  gün  artıq  kapitalizmin 

yeganə  təməli  olmaqdan  çıxdığına  baxmayaraq,  sosialist  və 

kommunist  demaqogiyası  onu  proletariatın  düşməni,  kapi­

talist  sinif olaraq  xarakterizə  edir».  Müəlliflər  təəssüflə  bil­

dirirdilər ki, burjuaziyanın  «ən  parlaq çağı olaraq XIX yüzil 

göstərilə  bilər».  Onların  fikrincə  burjuaziyanın  bundan  so­

nra «necə bir  şəkil  alacağı»  «nə kimi dəyişmələrdən keçəcəy­

ini»  qəti  olaraq  söyləmək  olmaz.136 Ancaq  burjua  ideoloqla­

rı  qəti  olaraq  söyləyirdilər  ki,  burjuaziya  istismarçı  sinif 

deyil,  əmək ilə kapital arasında mübarizə getmir.

Lakin  elmi  sosializm  adlanan  marksist  nəzəriyyəni 

mənimsəməmiş  türk  müəllifləri  belə  hesab  edirdilər  ki, 

«Türkiyədəki  mürtəce  dairələr,  hakim  siniflər  öz  güclərini 

müstəmləkəçi  imperialistlərdən  alırlar.  Müstəqil  inkişafdan 

məhrumdurlar».  Milli  azadlıq  hərəkatından  sonra  (1919- 

1922)  Türkiyə kiçik  burjuaziya sinfinin  daha  qabaqcıl  hissə-

135 Q .Kardam .  İki örnek.  Bax: «Akis»,  1967, s.16.

136 Türk ansiklopedisi.  C.VIII, A nkara,  1956, s.439.

56

sinin  rəhbərliyilə  «qismən  iqtisadi  və  siyasi  istiqlaliyyət  əldə 



edə  bilmişdir».  Mustafa  Kamalın  şəxsində  kiçik  burjuaziya 

özünün  ən  böyük  liderini  tapmışdır.  Lakin  Atatürkün 

ölümündən  sonra  kamalist  kiçik  burjuaziya  getdikcə  passiv­

ləşmiş,  xalq  kütlələrilə  əlaqəsini  itirmiş,  varlanmış  və  xarici 

kapital ilə sıx  əlaqə yaradaraq komprador burjuaziyaya çev­

rilmişdir.  İndi  xarici  kapital,  xüsusən  Amerika kapitalı  yerli 

komprador burjuaziyanın əli ilə türk  əməkçilərini  və  ölkənin 

təbii sərvətlərini istismar edir.137

Türkiyənin  sol  qüvvələri  imperializmə  qarşı  mübarizə 

apararkən  ölkənin  müstəqil  inkişaf  etməsi  üçün  ən  böyük 

əngəl  xarici  kapital  ilə  əməkdaşlıq  edən  iri  burjuaziya  və  iri 

torpaq  sahiblərini  hesab  edirdilər.  Yurdakul  Fincançı 

«Kim»  jurnalında  yazırdı  ki,  imperialist  qüvvələr  Türkiyə 

kimi  az inkişaf etmiş  ölkələrdə sosializmə və  demokratiyaya 

qarşı  olan  qüvvələri  müdafiə edir,  onları  hakimiyyətə  gətirir 

və  özləri  üçün  satış  bazarı  əldə  edirlər.  Beləliklə,  bu  ölkələr 

həm  iqtisadi,  həm  də  siyasi  cəhətdən  imperializmdən  asılı 

vəziyyətə  düşürlər.  «Bu  halda,  geri  qalmış  bir  ölkəni  inkişaf 

etdirmək  üçün  ...imperialist  güclərin  təsirini  qırmaq  tək  çı­

xış  yoludur».138

Türkiyənin  sol  qüvvələri  hesab  edirdilər  ki,  milli  bur­

juaziya  artıq  öz  rolunu  oynamış  və  mürtəce  qüvvəyə  çevril­

mişdir.  Artıq xarici  kapital  Türkiyəyə yerli kapital  ilə  əmək­

daşlıq  yolu  ilə  daxil  olur.  «Belə bir  şəraitdə  milli  burjuaziy­

anı  imperializmə  qarşı  mübarizəyə  qaldırmaq  asan  iş  deyil. 

İmperializm  və  xarici  kapitala  qarşı  aparılan  mübarizədə 

sosialist  hərəkatının  qarşısını  kəsən  ilk  əngəl  milli  burjua­

ziyadır».  Odur ki,  imperializmə qarşı mübarizədə sosialistlər 

bir  müttəfiq  sifətilə  milli  burjuaziyaya  ümid  bəsləyə  bilməz­

lər.  Bəzi türk müəllifləri  göstərirdilər  ki,  imperialist ölkələrlə 

yeni  iqtisadi  əlaqələr  yaradıldıqdan  və  xarici  kapitalın 

Türkiyədə mövqeyi  zəiflədikdən  sonra  milli  burjuaziya  anti­

imperialist  mübarizədə  iştirak  etməsə  də  onun  heç  olmasa

137 S.özkol. Geri bırakılmış Türkiye.  İstanbul,  1969, s.69-70.

138 Y.Fincançı.  Solçular özgurlüğü  korumak zorundadır.  Bax:  «Kim»,  31 

ağustos - 7 eylül  1966, s.5.

57



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə