Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   ...   33

Gökalp  yazırdı  ki,  sosiologiyaya  əsaslanaraq  belə  de­

mək  olar:  «Millətini  tanı,  ümmətini  tanı,  mədəniyyətini  (si­

vilizasiyanı)  tanı».11  Ona görə də «ictimai inamımızın  birinci 

düsturu  bu  cümlə  olmalıdır:  «Türk  millətindənəm,  islam 

ümmətindənəm, Qərb mədəniyyətindənəm».12

Gökalp  inanırdı  ki,  ümumi  vətən  əxlaqı  olmasa  milli 

həmrəylik  də  ola  bilməz.  O,  göstərirdi  ki,  vətən  yalnız 

üstündə  yaşadığımız  torpaq  deyil,  «...vətən  əxlaqı  milli 

ülkülərdən  (ideallardan),  milli  vəzifələrdən  meydana  gələn 

bir əxlaq deməkdir».13

Gökalpın  fikrincə  milli  həmrəyliyin  «vətəni  əxlaq»dan 

sonra ikinci  təməli  «mədəni  (sivil) əxlaq»dır.  «Mədəni (sivil) 

əxlaq  ilkin  yurddaşlarımızı,  sonra  dindaşlarımızı,  ən  sonra 

da  bütün  insanları  sevməkdən  və  hörmətə  layiq  bilməkdən 

ibarətdir».14

Gökalpa  görə  türkçülüyü  gerçəkləşdirmək  üçün  aşağı­

dakıları  reallaşdırmaq  lazımdır:  dildə  türkçülük,  estetikada 

türkçülük,  fəlsəfədə türkçülük,  hüquqda türkçülük,  siyasətdə 

türkçülük.

Hüquqda  türkçülük  deyəndə  Gökalp  çağdaş  bir  hüquq 

yaratmağı  nəzərdə  tuturdu.  «Hüquqda  türkçülüyün  birinci 

məqsədi  çağdaş  bir  dövlət  meydana  gətirmək  olduğu  kimi, 

ikinci  məqsədi  də məslək  himayəçiliyini  (məslək  sahiblərinin 

fəaliyyətini)  ictimaiyyətin  müdaxiləsindən  qurtarmaq,  mütə­

xəssislərin  səlahiyyətinə  söykənən  məslək  muxtariyyətini  tə­

sis etməkdir» və «bu sahədə qanunlar qəbul etməkdir».15

Gökalp  deyirdi  ki,  türkçülük  heç  vaxt  sinfi-siyasi  ma­

hiyyət  daşıya  bilməz.  O,  yazırdı:  «Türkçülük  siyasi  bir  par­

tiya  deyildir,  elmi,  fəlsəfi,  estetik  bir  məktəbdir,  başqa  bir 

deyimlə,  kültürlə bağlı  bir çalışma və yeniləşmə yoludur.  Bu 

səbəbdəndir  ki,  türkçülük  indiyə  qədər  bir  partiya  şəklində 

siyasi  mübarizə  meydanına  atılmadı,  bundan  sonra  da 

şübhəsiz atılmayacaqdır.

11 Yenə orada, s.53.

12 Yenə orada, s.63.

13 Yenə orada, s.75.

14 Yenə orada, s.77.

15 Yenə orada, s. 127.

10

Bununla  birlikdə,  türkçülük  büsbütün  siyasi  ülkülərə 



biganə də qalmır».16

Gökalp  sübut  edirdi  ki,  türkçülük  nəinki  siyasətdən, 

həm 

də  dini 



teokratiyadan 

uzaq 


bir 

məfkurədir. 

«...Türkçülük  heç  bir  vaxt  klerikalizm,  teokratiya  və  zülm 

rejimi ilə sazişə girə bilməz. Türkçülük çağdaş bir axımdır və 

ancaq  çağdaş  mahiyyət  daşıyan  axımlar və  ülkülər  ilə  sazişə 

girə bilər».17

Gökalp  inanırdı  ki,  türkçülük  ilə  xalqçılıq  bir  yerdə 

fəaliyyət göstərməlidir.  «Hər türkçü siyasət sahəsində xalqçı, 

hər  xalqçı  isə  kültür  sahəsində  türkçü  olmalıdır».  «Biz  də 

buna  bənzətmə  ilə  bu  düsturu  ortaya  ata  bilərik:  «Siyasətdə 

məsləkimiz 

xalqçılıq 

və 

kültürdə 



məsləkimiz 

türkçülükdür».18

Gökalpın  fikirləri  Türkiyədə sosial-siyasi  və  fəlsəfi  fik­

rin  inkişafına  böyük  təsir  göstərmişdir.  Hətta  Kamal 

Atatürk onu özünün mənəvi atası hesab edirdi.

Əhməd  bəy  Ağaoğlu  isə  Gökalp  haqqında  yazmışdır: 

«Ən  çətin  və  ən  qaranlıq  zamanlarda  o,  daim  ətrafına  inam 

və  ümid  saçmışdır.  Balkan  müharibəsinin  zillətləri,  dünya 

müharibəsinin fəlakətləri  əsnasında,  mən  onu gələcəyə  dərin 

ümidlərlə  bağlı  gördüm.  Türkün  ölməyəcəyinə  onun  qədər 

inanmış adama hələ ki,  təsadüf etmədim».19

3.  Kamal Atatürkün siyasi görüşləri

1919-1922-ci  illərdə  Osmanlı  imperiyasının  dağılma­

sından sonra türk xalqının  imperializmə qarşı apardığı  istiq­

lal müharibəsi öz lideri Kamal paşanın  adı ilə kamalist  inqi­

lab  adlanır.  Mustafa  Kamal  paşa  (1881-1938)  Türkiyə  Res­

publikasının  yaradıcısı,  birinci  prezidenti  olmuşdur.  Sonra- 

lar  Böyük  Millət  Məclisinin  (parlamentin)  qərarı  ilə  ona 

Atatürk soyadı verilmişdir.

16 Yenə orada, s. 132.

17 Yenə orada, s. 132.

18 Yenə orada, s. 133.

19 Yenə orada, s.5.

11



Atatürkün  siyasi  görüşləri  1908-1909-cu  illərdə  Gənc 

Türklər  inqilabının  qələbəsi  və  imperiyada  konstitusiya  re­

jiminin yaradılmasından  sonra formalaşmağa  başladı.  1911- 

1912-ci  illərdəki  Balkan, sonra isə Birinci  Dünya müharibəsi 

illərində  o,  belə  nəticəyə  gəldi  ki,  nə  osmançılıq,  nə  panis- 

lamizm,  nə  pantürkizm  Türkiyəni  xilas  edə  bilməz.  Türkiy­

əyə  imperiya  deyil,  müstəqil,  azad  milli  dövlət  lazımdır.  İm­

periyanın  artıq  məhvə  doğru  getdiyini  başa  düşən  Kamal 

paşa,  cəbhədə  fədakarlıqla  vuruşub  general  rütbəsi  alsa  da, 

1919-cu  ilin  8  iyulunda  istefa  ərizəsi  yazdı  və  Türkiyənin 

içərilərində  -   Anadoluda  qalaraq  milli  azadlıq  müharibəsi­

nin  lideri  oldu.  Elə  həmin  dövrdə  o,  ölkənin  bütövlüyü, 

müstəqilliyi  ideyasım  irəli  sürdü  və  milli  türk  dövlətinin  ya­

radılmasım zəruri hesab etdi.

1920-ci  il  martın  16-da  ingilislər  imperiyanın  paytaxtı 

İstanbulu  tutub  Osmanlı  parlamentini  qovdular.  Bundan 

sonra  Mustafa Kamal çox cəsarətli addım  ataraq,  Ankarada 

Böyük  Millət  Məclisi  yaradır  və  ölkənin  rəhbərliyinin  məhz 

Məclisə verildiyini  elan  edir.  Atatürkün  bilavasitə  rəhbərliyi 

ilə  1923-cü  il  oktyabrın  29-da  Məclis  Türkiyəni  Respublika 

elan edir,  1924-cü il martın 3-də isə xilafət ləğv edilir.

Bəzən  Atatürkün  əleyhdarları  sübut etməyə çalışırdılar 

ki,  guya  o,  liderliyinin  ilk  illərində  diktatorluğa  daha  çox 

meyl  göstərib.  Bu,  əlbəttə,  belə  deyil.  O,  ölkədə  müharibə 

getsə  də,  vəziyyət  çox  ağır  olsa  da,  Millət  Məclisində  müxa­

lifətin  müəyyən  qədər  sərbəst  fəaliyyət  göstərməsinə  şərait 

yaratmış,  özü  isə  kəskin  tənqidlərə  məruz  qalmışdı. 

Atatürkü  tənqid  edənlərin  heç  biri  təqib  edilmir,  müxalifətə 

qarşı repressiya tətbiq edilmirdi.

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  ölkədə 

respublika  quruluşu  tam  formalaşandan  sonra  Türkiyədə 

Atatürkün  rəhbərliyi  altında  yaradılan  Xalq  Cümhuriyyət 

Partiyası  yeganə hakim  partiya idi.  Bir  necə dəfə hökumətin 

nəzarətində  olan  oyuncaq  siyasi  partiyalar  (hətta  Kommu­

nist  Partiyası  da)  yaratmaq  təşəbbüsü  olmuş,  ancaq  müvəf­

fəqiyyət qazanmamışdır.

Kamal  paşanın  milli  suverenlik  prinsipi  türk  milli 

ideyasının  yeni  şərhini  nəzərdə  tuturdu.  Onun  millətçiliyi 

osmançılıq  və  pantürkizmdən  köklü  surətdə  fərqlənirdi.

12

Atatürkün türkçülüyü Türkiyə Respublikasının  sərhədləri  ilə 



məhdudlaşır,  başqa  xalqlara  qarşı  çevrilmir  və  türk  vətən­

daşlarının  tamamilə  azad,  müasir  xalq  olmasını  nəzərdə  tu­

turdu.  Sonralar  bu  prinsipi  həyata  keçirməyə  çalışan 

Atatürk,  öz  rəhbərliyi  ilə  yaradılan  Xalq  Cümhuriyyət  Par­

tiyasının  rəhbər  prinsipləri  olan  «altı  ox»un  hamısını  Türk 

xalqının milli suverenliyini  tamamilə təmin  etmək məqsədini 

gerçəkləşdirmək  işinə  yönəltmişdir.  Həmin  «altı  ox»  aşağı­

dakılar  idi:  millətçilik,  respublikaçılıq,  inqilabçılıq,  xalqçı­

lıq,  etatizm  (bütün  sahələrdə  dövlətin  rəhbərliyi),  laiklik 

(dünyəvi  dövlət,  yəni  dinin  dövlətdən  ayrılması).  Atatürk 

ömrünün axırına qədər həmin prinsiplərə sadiq qalmışdır.

Atatürk  müasir  türk  dövləti  qurarkən  heç  vaxt  İslam 

dininin  əleyhinə  olmamışdır.  O,  çalışırdı  ki,  din  siyasi  məq­

sədlər üçün istifadə edilməsin.  Atatürk  deyirdi  ki,  İslam  ağı­

la  dayanan  axırıncı  dindir;  ən  təbii  din  olmaq  üçün  İslam 

elmə  və  məntiqə  əsaslanmalıdır,  bizim  dinimiz  tamamilə  bu 

tələblərə  cavab  verir  və  s.20  O,  din  məsələsini  yalnız  hüquqi 

baxımdan şərh  edir  və dini  dünyagörüşə,  İslamın  mahiyyəti­

nə toxunmurdu.

Beynəlxalq  münasibətlər  sahəsində  Atatürk  çalışırdı 

ki,  Türkiyə  bütün  dövlətlərlə dostluq və əməkdaşlıq etsin.  O, 

«ölkədə sülh, dünyada sülh» prinsipinə əsaslanırdı.

XX  əsrin  20-30-cu  illərində  Atatürkün  rəhbərliyi  ilə 

həyata  keçirilən  islahatlar  o  dövr  üçün  çox  əhəmiyyətli  və 

cəsarətli  addım  idi.  Bu  yolda  uğurlar  da,  uğursuzluqlar  da 

olmuşdur,  lakin  bütövlükdə  bu  islahatlar  mütərəqqi  xarak­

ter daşımışdır.

Sultanlığın  aradan  götürülməsi,  respublika  elan  edil­

məsi,  xilafətin  ləğvi  və dinin  dövlətdən  ayrılması,  dərviş  təş­

kilatlarının  və  təkkələrin  qadağan  edilməsi,  dini  məktəblərə 

dövlət  yardımının  dayandırılması,  vicdan  azadlığının  elan 

edilməsi,  yeni  məhkəmə  kodekslərinin  (məcəllələrinin)  tət­

biq  edilməsi,  yeni  təhsil  sisteminin  yaradılması,  ərəb  əlifba­

sından  imtina  edilib  latın  əlifbasına  keçilməsi,  türk  dilinin 

saflığı  üçün  keçirilən  tədbirlər,  Avropa  geyiminin  qəbulu, 

qadınların  kişilərlə  hüquq  bərabərliyi,  mədəniyyətin  bütün

20 A tatürkten düşünceler. Ankara,  1956, s.65.

13



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə