Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

Yunus  inandırmağa  çalışırdı  ki,  maddi  dünya,  ətrafın­

dakılar  haqqında  nə  qədər  çox  bilsən  özünü  bilikli  sanma. 

Bilikli olmağın başqa şərtləri var:

Elm elmi bilməkdir 

Sən özünü bilməzsən

Elm oxumadan murad 

Çün oxuyub bilməzsən

Oxudum bildim demə 

Əgər Haqqı bilməzsən234

Elmə  nail  olmaq  üçün  mütləq  mürşidin  yanma  getmək 

lazımdır.  Yalnız  o  səni  Haqq  yoluna  çıxarar.  «Bir  kamil 

mürşidə varmasan olmaz».

«Elm  özünü  bilməkdir»  deyən  Yunus  Emrəyə  görə 

özünü  bilmə  elmi,  öz  yoxluğunu  bilmə  və  ya  öz  zahiri  var­

lığının  həqiqətdə  Allah  varlığı  (yəni  Haqq  vücudu)  içində 

olduğunu,  fəqət  maddi  mahiyyətdəki  bütün  Haqq vücudunu 

xəlq  edən  qüvvənin  şəxsən  insana  əmanət  edilmiş  olduğunu 

bilməkdir».235

Yunus  dönə-dönə  nəfsə  uymamağa,  dünya  nemətlərinə 

həris  olmamağa, Haqq yoluna gəlməyə dəvət edirdi:



Aciz qaldım zalım nəfsin əlindən 

Şol dünyanın ləzzətinə doyamaz 

Əyninə almışdır qəflət köynəyin 

Ömrün gəlib keçdiyini biləməz

İlahi qəflətdən uyar gözümü 

Dərgahında qara etmə üzümü 

Yunus eydur gəlin tutun sözünü 

Dünya sevən axirəti bulamaz236

234 Yenə orada, s.  315.

235 A. Gölpinarlı. Yunus Emre.  İstanbul,  1971, s. 145.

236 Yunus Emre Divanı, s.  353.

130

Nəfs  insanı  həmişə  pis  işə  sürükləyir,  onu  acgöz  edir, 



nə qədər versən də doymur:

Bu nəfs oğlanları doqquz kişidir 

Nifaq və küfr onların işidir 

Ulu oğlu tamah iyi iş etməz 

Cahan mülkü onun olursa yetməz237

Yunus  Emrənin  yaradıcılığı  təsəvvüf  ədəbiyyatının  ən 

gözəl  nümunələrindəndir.  Onun  təmiz  türk  dilində  yazdığı 

şerlər  ümumiyyətlə  türk  poeziyasının  inkişafına  böyük  təsir 

göstərmişdir.

Yunus  Emrə  türk  dilində  Mövlana  Cəlaləddin  Rumini 

yaşatmışdır.O,  həqiqətən  də  türkcə  Mövlanadır.  «C.Rumi 

bəzən  türk  sözlərindən  istifadə edirdi.  Onun  oğlu  Sultan  Və- 

ləd  isə  Divanında  türk  dilinin  kamil  bilicisi  kimi  özünü  gö­

stərir.  Lakin  ilk  dəfə  öz  ana  dilini  mistik  fikrin  ifadə  vasitə­

sinə  çevirən  Mərkəzi  Anadoluda  yaşayan  Yunus  Emrə  ol­

muşdu».238



VII.  Böyük imperiyaların bir sıra 

xalqların taleyində rolu239

Tarixdə  mövcud  olmuş  imperiyaların  istisnasız  olaraq 

hamısı  zorakılıqla  -   silah  gücünə  qonşu,  bəzən  daha  uzaq 

ölkələrin  işğal  edilməsi  hesabına  yaradılmışdır.  Çünki,  heç 

bir  xalq  öz  sərbəst,  müstəqil  həyat  tərzindən  imtina  edərək, 

könüllü  olaraq  başqasının  əsarəti  altına düşmək  istəmir.  Be­

lə  hallar da  olmuşdur  ki,  daha qəddar qonşu qəbilədən,  tay­

fadan,  xalqdan  canını  qurtarmaq  üçün  bəzi  xalqlar  nisbətən 

mülayim  təbiətli  və  ədalətli  hesab  etdiyi  başqa  qonşu  xalqın 

himayəsinə  keçməyə  məcbur  olmuşdur,  yarı  asılılığı  tam 

asılılıqdan  üstün  tutmuşdur.  Belə  vəziyyət  də  çox  hallarda 

həmin  xalqı  ağır  işgəncələrdən  xilas  etmirdi.  Çünki  düşmən­

237 Yenə orada, s.51.

238 А.Шиммель.  Мир Исламского мистицизма.  M., 2000,  с.255.

239  İlk  dəfə «İpək yolu» jurnalında (2000,  №2)  çap  olunub.  Osmanlı  döv­

lətinin 800 illiyinə həsr olunub.

131



çilik  edən  qonşular  hökmranlıq  etmək  üçün  öz  aralarında 

çəkişir-didişir,  nəticədə  ən  çox  ziyan  çəkən  yenə  də  əsarətdə 

qalan xalq olurdu.

Tarixdə  elə  hallar  da  olmuşdur  ki,  qəbilə-tayfalar, 

xalqlar  sayca  daha  çox,  daha  qüvvətli  xalqın  istilasına  mə­

ruz  qaldıqdan  sonra,  tədricən  həmin  hökmran  xalq  ilə  qay­

nayıb  qarışmış,  assimilyasiya  olmuşdur.  Bu  yolla  hökmran­

lıq-asılılıq  problemi  aradan  götürülmüş  və  həmin  xalqların 

taleləri  birləşmişdir.  Çox  hallarda  bu  proses  zorakılıq  olma­

dan  öz  təbii  axarı  ilə  getmişdir.  Zorakı  assimilyasiya  halları 

da az olmamışdır.

B.e.ə.  başlayaraq,  orta  əsrlərin  axırlarına  qədər  yara­

nan  imperiyaların  əksəriyyəti  ,  nə  qədər  paradoksal  görünsə 

də,  sayca o  qədər  də çox  olmayan mədəni,  sosial-siyasi,  iqti­

sadi  səviyyəsi  işğal  etdikləri  ölkə  xalqlarının  səviyyəsindən 

heç  də  fərqlənməyən,  bəzi  hallarda  hətta  aşağı  olan  xalqlar 

tərəfindən  qurulmuşdur.  Məsələn,  qədim  türklərin,  make­

doniyalıların,  monqolların,  osmanlıların  və  başqalarının 

qurduqları  imperiyalar  başlanğıcda  məhz  belə  olmuşlar. 

Bunun  səbəbi  haqqında  alimlər bir sıra  fikirlər  irəli sürmüş, 

müxtəlif amillərin  rolu  haqqında  yazmışlar.  Bəziləri  bu  işdə 

mənəvi  amillərə,  bəziləri  isə maddi  həyat  şəraiti  ilə  bağlı  sə­

bəblərə  üstünlük  vermişlər.  Başqaları  isə  bunu  təsadüflərlə 

və  yaxud  tale  ilə  izah  etməyə  çalışmışlar.  Nəhayət,  bəzi 

xalqların  böyük  müvəffəqiyyət  qazanmasını,  başqalarının 

isə  fəlakətə  düçar  olmasını  Allahın  əvvəldən  müəyyənləşdir­

diyi yol olduğunu göstərənlər də çoxdur.

Yuxarıda  göstərilən  amilləri  qruplaşdırmaq,  onları 

əsasən iki hissəyə bölmək  olar:  mənəvi  və maddi  amillər.  Bi­

zə  elə  gəlir  ki,  bəzi  xalqların  qüdrətli  imperiya  yaratmaları­

nın,  başqalarının  isə  müqavimət  göstərə  bilməyib  əsarət  al­

tına  düşmələrinin 

səbəbini  maddi  təminat  (silah,  ərzaq, 

nəqliyyat  vasitələri  və  s.),  əlverişli  coğrafi  şərait  ilə  yanaşı, 

bəlkə  də  daha  çox  mənəvi  amillərdə  axtarmaq  lazımdır. 

Mənəvi-psixoloji  cəhətdən  daha  sıx  birləşən  xalqlar,  belə 

birliyi  olmayan,  mənəvi-əxlaqi  deqredasiyaya  uğramış  xalq­

ları asanlıqla məğlub edib özünə tabe edə bilmişlər.

Beləliklə,  imperiya  yaratmaq  iddiasında  olan  və  işğal­

çılıq müharibəsinə başlayan xalqın mənəvi-psixoloji vəziyyə­

132

ti  yüksək  olmalı,  bu zəmində əsasən  bir olmalı,  döyüşə  hazır 



olmalı,  cəsarətli  olmalı,  məğlubiyyətdən  və  ölümdən  qor­

xmamalı,  intizamlı  və  s.  olmalıdır.  Belə  xalqların  içində 

obyektiv  olaraq  istedadlı  liderlər  daha  tez  meydana  çıxır, 

əhalini səfərbər edir və öz  arxasınca apara bilir.

Böyük  əraziləri  işğal  edəndən  sonra  onu  itaətdə  saxla­

maq  ,  yeni  və  mükəmməl  idarəetmə  sistemi  yaratmaq  daha 

çətin  vəzifədir.  Əgər  imperiya  quran xalqın  öz  içərisində sa­

vadlı,  bilikli və xalqına,  elinə sıx bağlı  olan  adamlar olmasa, 

dövlət  idarələrini  tənzimləyən  qabiliyyətli  məmurlar  da  ol­

mur.  Belə  halda,  başqa  ölkələrdən  və  yaxud  əsarət  altına 

alınmış xalqlardan  alimlər,  sərkərdələr,  məmurlar dəvət edi­

lir.  Bəzən imperiyanın  taleyi  həmin  adamlardan  asılı  olur və 

bu  da  çox  hallarda  mənfi  nəticələrə  gətirib  çıxarırdı.  Tarixi 

faktlar  göstərir  ki,  imperiyaya  rəhbərlik  edən  adamlar  ha­

kim  xalqın  nümayəndələrindən  olanda  belə  dövlətin  ömrü 

daha  uzun  olmuşdur.  Bu  o  demək  deyil  ki,  yerli  rəhbərlər 

arasında  xəyanət  edən  olmayıb  və  yaxud  başqa  etnoslardan 

olan  məmurların  hamısı  xəyanətkar  olublar.  Əsla!  Söhbət 

ümumi  meyldən  gedir.  İmperiyanı  yaradan  hakim  etnosun 

nümayəndələri  arasında  əsarətdə  olanlara  nisbətən  imperiy­

anı  qoruyub  saxlanmasında  həqiqətən  maraqlı  olanların 

sayı  təbii ki,  çox  olur.

Bir  cəhəti  də  xüsusi  qeyd  etmək  istəyirik.  İmperiyanın 

qorunması  və  möhkəmlənməsi  üçün  dövlətə  rəhbərlik  edən 

monarxm  (imperatorun,  padşahın,  sultanın,  kralın  və  b.) 

rolu  müstəsna  əhəmiyyətə  malikdir.  Əgər  imperiya  quran 

xalqın  rəhbərləri  bacarıqsız,  təkəbbürlü,  var-dövlət  topla­

mağa  həris,  dar düşüncəli  olsa,  əhalini təşkil  edə bilmir,  yal­

nız  zora  əsaslanır,  nəticədə  imperiyanın  dağılmasını  sürət­

ləndirir.  Bu  barədə  böyük  ərəb  alimi  İbn  Xaldun,  Azər­

baycanın  böyük  mütəfəkkirləri  Siracəddin  Urməvi,  Nəsirəd- 

din Tusi və b.  çox yazmışlar.

Göstərmək  lazımdır  ki,  böyük  imperiya  yaradan  qabi­

liyyətli  xalq  həm  də  böyük  dövlət  xadimləri  və  sərkərdələr 

də  yetişdirmişdir.  Məsələn,  Makedoniyalı  İsgəndər,  Atilla, 

Çingiz xan,  Mehmet Fateh, Napoleon və b.

Bəzi  xalqlarda  Milli  dövlət  və  imperiya  yaratmaq  pro­

sesləri  paralel  baş  vermişdir.  Bu  qəbildən  olan  iqtisadi  və

133



mədəni  cəhətdən  çox  da  inkişaf  etməmiş,  nisbətən  azsaylı 

xalqların  yaratdığı  imperiyalardan  fərqli  olaraq,  hələ  qədim 

dövrdə və orta əsrlərdə əvvəlcə özünün qüvvətli  dövlətini ya­

radıb,  sonra  imperiya  quran  xalqlar  da  olmuşdur.  Məsələn, 

qədim  romalıların,  osmanlıların,  müəyyən  mənada  Əmir 

Teymurun  və  başqalarının  qurduğu  imperiyalar  bu  sıradan­

dır.  Ruslar  da  əvvəlcə  Moskva  ətrafında  mərkəzləşmiş  döv­

lət  qurduqdan  sonra  işğalçılığa başlamış,  Volqa  boyu  və  Si­

bir  xanlıqlarını  xüsusi  qəddarlıqla  tutmuş,  sonralar  Uzaq 

Şərqə çatmışlar,  nəhayət,  Qafqazı və Türküstanı istila etmiş­

lər.  Göstərmək  lazımdır  ki,  rus  dövləti  yarandığı  dövrdən 

başlayaraq  qonşu  xalqlara  qarşı  təcavüzkar  siyasət 

yürütmüşdür.  Hətta indiki  dövrdə də özünü demokratik  döv­

lət elan  etmiş Rusiya Federasiyasında  imperiya  təfəkkürü ilə 

fikirləşən və bunu  gizlətməyən siyasi xadimlər az deyil.

Yeni  dövrdə  böyük  imperiyaları  iqtisadi,  sosial-siyasi 

və  mədəni  cəhətdən  daha  çox  inkişaf  etmiş  dövlətlər  yarat­

mışlar.  Məsələn,  Böyük  Britaniya  XVIII-XX  əsrlərdə 

dünyanın  ən  qüdrətli  imperiyası  olmuşdur,  Asiya,  Afrika, 

Avstraliya  və  Amerikada  çoxlu  müstəmləkəsi  var  idi.  Fran­

sa,  İspaniya,  Hollandiya,  Portuqaliya  kimi  Avropa  ölkələri 

də  geniş  müstəmləkə  sistemi  yaratmışdılar.  Bu  ölkələrin  ha­

mısının  hələ  imperiya  yaradana  qədər  zəngin  dövlətçilik 

ənənələri olmuşdur.

Göstərdiyimiz  kimi,  imperiya  yaradan  xalqların  bütün 

sahələrdə  səviyyəsi  itaətdə  saxladığı  xalqlardan  bəzi  hallar­

da aşağı,  bəzi  hallarda isə yüksək  olmuşdur.  İtaətdə saxlanı­

lan  xalqlara  da  münasibət  bütün  imperiyalarda  eyni  olma­

mışdır.  Onların  bəzilərində  (ruslarda,  monqollarda,  ispan­

larda  və  b.)  əsarətdə  saxlanılan  xalqların  müqaviməti  qəd­

darcasına  məhv  edilir,  bəzilərində  isə  (Osmanlı,  Böyük  Bri­

taniya  imperiyalarında və  b.) yerli  əhaliyə  nisbətən mülayim 

münasibət  bəslənilir,  asılı  olan  əyalətlərdə  özünüidarə  siste­

mi  yaradılır,  həmin  xalqların dini,  dili  və ümumiyyətlə  Milli 

mədəniyyəti  ilə  dözümlü  rəftar  edilirdi,  zorakı  assimilyasiya 

siyasəti yürüdülmürdü.

Tarixdə ən uzunömürlü imperiya olan  Osmanlı  səltənə­

ti  öz  unikallığı  ilə  başqa  imperiyalardan  fərqlənir.  Ərəb  öl­

kələrinin  çoxu,  Balkanlar  və  Dunay  ətrafı  ölkələr  bu  impe­

134


riyaya  daxil  idi.  Bu  xalqların  heç  biri  bəzi  Qərb  alimlərinin 

yazdığına  rəğmən  türkləşdirmə  və  islamlaşdırma  siyasətinə 

məruz qalmamışlar,  öz milli mədəniyyətlərini  sərbəst  inkişaf 

etdirmişlər.  İmperiyanın  Avropa  hissəsində yaşayan  xristian 

xalqları  heç  bir  məhdudiyyətə  rast  gəlmədən  öz  dini  ayinlə­

rini  sərbəst  icra  edirdilər,  öz  milli  dillərində  məktəblər  açır, 

kitablar  buraxır,  zorakı  üsullarla  türk  dilini  öyrənməyə 

məcbur  edilmirdilər.  Yalnız  yerli  hakimiyyət  orqanlarında 

işləyənlər  və  ziyalıların  bir  hissəsi  türk  dilini  bilirdilər.  On­

lar  hərbi  mükəlləfiyyətdən  azad  idilər,  orduda  qulluq  yalnız 

könüllü ola bilərdi.

Osmanlı  imperiyasının  Avropa  əyalətlərində  yaşayan 

bir  sıra  xalqların  islam  dinini  qəbul  etməsi  könüllü  baş  ver­

mişdir.  Hələ  türk  əsgərlərinin  Balkana -  Albaniya,  Kosovo, 

Bosniyaya  gəlişindən  əvvəl  sırf Türk  təriqətləri  olan  yəsəvi- 

lik  və  nəqşibəndiliyin  baba-dərvişləri  bu  yerlərdə  islam  di­

nini  yayırdılar.  Buradakı  əhalinin  bir  hissəsi  heç  bir  təzyiq 

olmadan,  tamamilə könüllü  olaraq  islam  dinini  qəbul  etmiş­

lər.

Göründüyü  kimi,  Osmanlı  imperiyasının  türk  olmayan 



əhalisinin  zorla  türkləşdirilməsi,  xristianların  isə  zorla  is- 

lamlaşdırılması  fikri  qərəzlidir.Yalnız  bir  misal  göstərməklə 

kifayətlənirik.  O  dövrlərdə  sayı  yüzmini  aşmayan  kiprli  yu­

nanları  Türkiyənin  lap  yaxınlığında  yerləşən  adadan  Yuna­

nıstana  köçürmək  və  yaxud  onları  zorla  türkləşdirmək,  is- 

lamlaşdırmaq  qüdrətli  Osmanlı  dövləti  üçün  çox  asan  iş 

olardı.  İndiki  dövrdə isə  Kipr məsələsi Türkiyə Respublikası 

üçün  böyük  bir  problemə  çevrilib.  Bəs  nə  üçün  o  dövrdə 

Osmanlı  sultanları  bu  məsələni  həll  etmədilər?  Çünki  bu, 

türk imperiya siyasətinə uyğun deyildi.

Rusiya imperiyasında isə türkdilli müsəlman xalqlarına 

münasibət  pis  olmuşdur.  Çox  ciddi  və  intensiv  şəkildə  rus- 

laşdırma  və  xristianlaşdırma  siyasəti  aparılırdı.  Məsələn, 

tatarların  bir  hissəsi,  çuvaşlar,  yakutlar,  bir  çox  Sibir  və  Şi­

mal  xalqları  kütləvi  şəkildə  xristianlaşdırıldı.  Hətta  pravo­

slav  xristian  dininə  mənsub  olmayan  adamların  bir  sıra 

mühüm  dövlət  vəzifələrinə  təyin  edilməsi  yasaq  idi.  Başqa 

sahələrdə də diskriminasiya vardır.

135



İmperiyanın  əsasını  qoyan  və  sülalənin  ilk  hökmdarı­

nın  şəxsiyyətindən  çox  şey  asılı  olurdu.  İlk  imperatorun 

apardığı  daxili  siyasət,  dövlətin  təməlinin  qoyulması,  iqtisa­

di-maliyyə  siyasəti,  beynəlxalq  əlaqələr,  elm  və  mədəniyyətə 

münasibət və  s.  amillər  yaradılan  imperiyanın möhkəmliyini 

təmin  edirdi.  Məsələn,  adlarını  yuxarıda  göstərdiyimiz  Ma­

kedoniyalı  İsgəndər,  hun  hökmdarı  Atilla,  Çingiz  xan, 

Mehmet  Fateh,  Əmir  Teymur və  bir  çox  başqa  hökmdarla­

rın  şəxsiyyəti  həmin  imperiyaların  möhkəmlənməsinin  ilkin 

şərti olmuşdur.

İmperiya  yaradan  bəzi  hökmdarlar  qazandıqları  qələ­

bəyə  aludə  olur,  yalnız  gücə  əsaslanır,  müqaviməti  qəddar­

lıqla  yatırır.  Belə  imperiyaların  ömrü  adətən  çox  qısa  olur, 

ilk  hökmdar  həm  də  axırıncı  olur.  Məsələn,  Makedoniyalı 

İsgəndərin,  Napoleon  Bonapartın  yaratdığı  imperiyalar  on­

lardan sonra dərhal dağılmışdır.

Tarixi  təcrübə  göstərir  ki,  bütün  imperiyalar  gec-tez 

dağılmağa  məhkumdur.  Çünki  xalqlar  başqalarının  hök­

mranlığı  altında  əbədi  yaşamaq  istəmir,  müstəqilliyə,  azad­

lığa can  atır,  çox hallarda buna nail olurlar.  Unutmaq  lazım 

deyil  ki,  nisbətən  böyük  dövlətin  ərazisində  kiçik  anklavda 

yaşayan  azsaylı  xalqların  müstəqil  dövlət  qurmaq  üçün  baş­

ladıqları  separat  hərəkat  bir  qayda  olaraq  uğursuz  nəticələ­

nir.


Onu  da  göstərmək  lazımdır  ki,  istiqlaliyyət  qazanan 

xalqların  aqibəti  həmişə  eyni  olmur.  Məsələn,  Osmanlı  im­

periyasının  dağılmasından  sonra  müstəqillik  qazanan  xalq­

lar  nisbətən  asanlıqla  öz  dövlətlərini  qura  bildilər  (Yunanı­

stan,  Bolqarıstan,  Rumıniya,  Serbiya,  Ərəb ölkələrinin  bəzi­

ləri  və  b.).  Çünki  həmin  xalqlar  600  il  türk  hökmranlığı  al­

tında yaşasalar  da,  öz Milli mənliklərini -  dilini,  mədəniyyə­

tini,  dinini,  adət-ənənələrini  saxlaya  bilmişdilər.  Həmin  öl­

kələrdə  müəyyən  qədər  dövlətçilik  vərdişləri  də  vardır.  Belə 

ki,  imperiya  dövründə  bu  xalqların  qabiliyyətli  və  savadlı 

adamları yerli  özünüidarə işinə cəlb edilirdilər,  əyalətin  sosi­

al-siyasi  və  iqtisadi  həyatında  iştirak  edirdilər.  Tarixçilər 

faktlarla  göstərirlər  ki,  Osmanlı  imperiyasında  ticarət  və 

maliyyə işləri əsasən yunanların və ermənilərin əlində idi.

136

Dünyanın  ən  böyük  müstəmləkəçi  dövləti  olan  Böyük 



Britaniya imperiyasının dağılması  tədricən  baş verdi, keçmiş 

müstəmləkə  ölkələri  özlərinin  dövlətlərini  yaratdılar  (ABŞ, 

Avstraliya,  Yeni  Zelandiya,  Hindistan,  Pakistan,  Cənubi 

Afrika və  b.).  Keçmiş  Britaniya müstəmləkələri  arasında  in­

di  də  sıx  iqtisadi,  mədəni,  siyasi  və  başqa  əlaqələr  mövcud­

dur.  Bu birlik könüllülük prinsipi əsasında yaradılıb.

Fransa,  İspaniya,  Portuqaliya,  Hollandiya  müstəmlə­

kələrində 

isə  azadlıq  çox  çətinliklə,  qanlı  milli-azadlıq 

müharibəsi  nəticəsində  əldə  edilmişdir.  Latın  Amerikası  öl­

kələrinin  İspaniya  və  Portuqaliyaya,  Əlcəzairin  Fransaya 

qarşı apardığı  qanlı müharibəni göstərmək kifayətdir.

Zorakılıq,  dəhşətli  müharibələr,  zülm  əsasında  yaradı­

lan  Rusiya  imperiyasının  dağılmasının  özünəməxsus  xüsu­

siyyətləri  var.  300  il  yaşayan  bu  imperiya  dağılandan  sonra 

kommunistlər  onu  Sovet  İttifaqı  adı  altında  yenidən  bərpa 

edə  bildilər.  Sovet  İmperiyası  da  70  ildən  sonra  parçalandı 

və onun yerində  15  müstəqil dövlət yarandı.

Ədalət  xatirinə  demək  lazımdır  ki,  sovet  milli  respub­

likaları  70  ildə  iqtisadi  və  mədəni  cəhətdən  xeyli  irəliləyə 

bildilər.  Lakin  totalitar  kommunist  rejimi  inkişafı  buxov- 

layırdı.  Sosializmin  sovet  modeli  iflasa  uğradı.  Yeni  müstə­

qil  dövlətlər  çox  çətin  şəraitdə  keçid  dövrünü  yaşayır  və  öz 

müstəqilliklərini qoruyub möhkəmləndirməyə çalışırlar.

137



Y u s i f  İm a n   oğlu  Rüstəmov 

Türk fikir tarixi haqqında mülahizələr

N əşriy y a tın   direıctoru 

M ətbəənin  direıctoru 

TexnİK İ 

redaıctoıu 

K om püter  dizaynı

Eldar  Ə liyev 

Səhraf  M ustafayev 

Fərid  K ərim ov 

Fərid  Ə liyev

Y ığılm ağa  verilib   0 1 .0 3 .2 0 0 5 .  Çapa  im zalanıb 

0 2 .0 4 .2 0 0 5 . 

Sifariş  №  299.  Sayı  500  nüsxə.  Form atı  6 0x90  1 /1 6 . 

F .ç .v .  9 ,5 .  Ş .ç .v .9 ,5 .  Qiyməti  m üqavilə  ilə.

"Çaşıoğlu"  m ətbəəsi 

Banı  ş .,  M.Müşfiq 

k ü ç


. ,  

2a. 

Telefon:  447-49-71

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə