Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   ...   33

sahələrində  həyata  keçirilən  dəyişikliklər,  iqtisadiyyatın  in­

kişafı  üçün  görülən  ciddi  tədbirlər,  xüsusi  milli  kapitalın 

həddindən  artıq  zəif olduğu bir şəraitdə  dövlətin  iqtisadi  sa­

hədə  aparıcı  rolu  (etatizm)  və  s.  islahatların  Türkiyənin  so­

sial-siyasi,  iqtisadi  və  mədəni  inkişafında  müstəsna  əhə­

miyyəti olmuşdur.

Atatürkün  dövlət  anlayışı  fərdiyyətçilik,  azadlıq,  bəra­

bərlik,  demokratiya  anlayışlarına  bağlıdır.  О,  XVIII  əsrin 

ikinci  yarısındakı  fransız  maarifçilərinin  dövlət  və  hüquq 

haqqındakı  fikirlərini  əsasən  qəbul  etmiş  və  bu  fikirləri 

müasir türk gerçəkliyinə uyğunlaşdırmışdır.

Atatürk  göstərirdi  ki,  türk  dövlət  anlayışının  sosial 

əsası  fərdə  dayanmalıdır,  çünki  fərd  dövlətin,  cəmiyyətin 

həm  qaynağı,  həm  də  məqsədidir.  O,  bu  mövzuda  təbii 

hüquq  təlimini  mənimsəmişdir.  Atatürkə  görə  mədəni  və 

demokratik  bir  toplumda  fərdin  azadlığı  mütləq  və  sonsuz 

ola  bilməz.  Fərdin  azadlığı  - digər fərdlərin  azadlığı,  ümumi 

milli  mənafe,  dövlətin  varlığının  qorunması  prinsipləri  ilə 

məhdudlaşır.

Atatürk  göstərirdi  ki,  azadlıq  ideyası  demokratiyaya 

əsaslanan  respublikada  gerçəkləşə  bilər.  Bu  respublika  laik 

(dünyəvi)  bir  dövlətdir,  yəni  burada  insanları  bir-birinə 

bağlayan  din  deyil,  milli  mənsubiyyətdir.  Din  dövlətdən  ay­

rılır,  sosial-siyasi,  hüquqi,  iqtisadi,  mədəni,  elmi  sahələrin 

işinə  qarışmır.  Bu  dövlətdə  siyasi  güc millətdir.  Dövlət  milli 

gücə arxalanaraq bütün xalqın mənafeyini ifadə etməlidir.

Atatürk  korporativ  təmsil  sistemini  rədd  edirdi,  çünki 

bu  sistem  demokratiyaya  ziddir.  Bütün  vətəndaşlar  peşəsin­

dən,  sosial  vəziyyətindən  asılı  olmayaraq  azad  və  bərabər 

olmalıdır.  Atatürkə  görə  Türkiyənin  iqtisadi  sistemi  qarışıq 

iqtisadiyyat  olmalıdır,  burada  xüsusi  təşəbbüs  ilə  yanaşı 

dövlət  mülkiyyəti  də  fəaliyyət  göstərir.  Əgər xüsusi  təşəbbüs 

zəif  olsa,  xarici  kapital  ölkəyə  gətirilməsə,  iqtisadi  həyatı 

dövlət  istiqamətləndirməlidir  (etatizm).  Bu  sistem  liberaliz­

mdən  fərqlidir,  ancaq  sosializm  də  deyil.  Fərdlərin  iqtisadi 

fəaliyyəti qorunacaq,  dəstəklənəcək,  lakin  bu fəaliyyət uğur­

suz  olsa,  dövlət  bu  işə  müdaxilə  edəcək.  Bu  dövlətçilik  milli 

burjuaziyanın  zəif olduğu,  iqtisadi  cəhətdən  geri  qalmış  bir 

ölkədə zərurətdən meydana gəlmişdir.

14

Atatürk  dəfələrlə  göstərmişdir  ki,  ölkənin  tərəqqi  et­



məsi  üçün  milli  mənlik  şüurunun  möhkəmlənməsi  zəruridir. 

O,  demişdir:  «Biz  milliyyət  fikirlərini  tətbiqdə  çox  gecikmiş 

və  çox  diqqətsizlik  göstərmiş  bir  millətik.  Bunun  zərərlərini 

çox  tez  fəaliyyətimizlə  aradan  qaldırmalıyıq.  Çünki,  tarixi 

hadisələr  və  müşahidələr,  insanlar  və  millətlər  arasında  yal­

nız milliyyətin hakim olduğunu göstərmişdir.  Xüsusilə bizim 

millətimiz  milliyyətini  qabartmamağın  çox  acı  cəzalarını 

çəkmişdir.  Osmanlı  imperatorluğundakı  çox  çeşidli  xalqlar 

milli  inanclara  sarılaraq  milliyyətçilik  idealının  qüvvəsilə 

özlərini  qurtardılar.  Biz  nə  olduğumuzu,  onlardan  ayrı  və 

onlara  yabançı  bir  millət  olduğumuzu  zopa  ilə  içlərindən 

qovulunca  anladıq.  Qüvvəmizin  zəiflədiyi  anda  bizi  xor  və 

fəqir  gördülər.  Anladıq  ki,  qəbahətimiz  özümüzü  unutmuş 

olmağımızmış».21



4.  Müasir Türkiyədə sosial-siyasi vəziyyət

Türkiyədə  kamalist  islahatlar  həyata  keçirilərkən  bu 

prosesə  mühafizəkarlar  tərəfindən  ciddi  müqavimət  göstəri­

lirdi.  Yeniliyə  qarşı  çıxanlar  daha  çox  din  pərdəsi  altında 

çıxış  edir  və  dindən  siyasi  məqsədlər  üçün  istifadə  edirdilər. 

Mühafizəkarlar deyirdilər ki,  Şərq  ölkələri  Qərb  mədəniyyə­

tini  qəbul  edərkən  qüvvətli  imperialist  dövlətlərindən  asılı 

vəziyyətə  düşürlər;  Avropa  düşüncə  tərzi,  onun  texnikası, 

dövlət  formaları,  məhkəmə  sistemi  və  s.  Şərq  xalqlarının 

milli  və dini ənənələrinə uyğun gəlmir.

Atatürkün  ölümündən  sonra islahatlar bir  qədər zəiflə­

sə  də  davam  edirdi.  İkinci  Dünya  müharibəsindən  sonra 

Türkiyənin  sosial-siyasi  həyatında  keyfiyyətcə  ciddi  dəyişik­

liklər  baş verdi.  Ölkədə çoxpartiyalı  parlamentarizmə  doğru 

əhəmiyyətli  addım  atıldı,  yeni  partiyalar,  siyasi  təşkilatlar 

meydana  gəldi,  Avropaya  doğru  meyl  bir  qədər  də  qüvvət­

ləndi,  Türkiyə NATO-ya daxil  oldu.  Bir çox  türk  alimləri  və 

siyasi  xadimləri  sübut  etməyə  çalışırdılar  ki,  Türkiyə  müsəl­

man  ölkəsi  olsa da  onun  inkişafı üçün daha çox  Avropa mə­

dəniyyətini mənimsəmək lazımdır.

21 A tatürkün söylev ve demecleri.  C.II, Ankara,  1981, s. 137.

15



Onu  da  qeyd etmək  lazımdır  ki,  çoxpartiyalı  siyasi  sis­

temdə  çox  vaxt  partiyalardan  heç  biri  parlamentdə  çoxluq 

qazana  bilmir,  koalisiyalı  hökumət  yaradılır,  bu  da  uzun 

sürmür,  mübarizə  kəskinləşir.  Nəticədə  ölkənin  inkişafına 

xeyli  ziyan  vurulur.  O  illərdə  Türkiyədə  qəribə  siyasi  feno­

men  yaranmışdı.  Siyasi  həyat  təkcə  siyasi  partiyalar  sistemi 

ilə  deyil,  həm  də  ordunun  siyasi  həyata  müdaxiləsi  ilə 

müəyyən  edilməyə başlanmışdı.  1960-cı  ildən  başlayaraq  or­

du  üç  dəfə  hakimiyyəti  ələ  almışdı:  27  may  1960,  12  mart 

1971,  12  sentyabr  1980-cı  illərdə.  Ordu  müəyyən  qədər  ha­

kimiyyətdə  qalır,  ölkədə  xeyli  sabitlik  yaradır,  sonra  siyasi 

partiyaların  fəaliyyətinə  icazə  verir,  parlament  seçkiləri  ke­

çirir və yenidən hakimiyyəti siyasətçilərə qaytarır.

noyabr  1982-ci  ildə  Türkiyədə  yeni  konstitusiya  qə­



bul edildi.  Konstitusiyaya əsasən ölkədə parlament  beş  ildən 

bir  seçilir.  Parlament  bir  palatalıdır.  Deputatlar  and  içər­

kən,  ölkənin  bütövlüyünü  qorumağa,  millətin  mənafeyinə 

qulluq  etməyə,  Atatürk  islahatlarına  sadiq  qalacaqlarına, 

konstitusiyanı  qoruyacaqlarına,  milli  birliyi  saxlayacaqları­

na  söz  verirlər.  Konstitusiya  prezidentə  böyük  səlahiyyətlər 

verir.  Prezident  parlamentdə  seçilsə  də  onun  yeni  ümumi 

seçkilər  keçirmək  hüququ  var.  Prezident  seçkidə  daha  çox 

səs  qazanan  partiyanın  liderinə  hökuməti  təşkil  etməyi  tap­

şırır.


Bəzi  çətinliklərlə  qarşılaşsa  da  Türkiyə  Respublikası 

müasir demokratik yol ilə gedir.



И.  XX əsrin 50-70-ci  illərində Türkiyənin 

sosial-siyasi fikrində  ölkənin iqtisadi 

inkişafı problemləri22

İkinci  Dünya  müharibəsindən  sonrakı  illərdə  Türkiyə­

nin  əsas  təsərrüfat  sahələrində  müəyyən  irəliləyiş  olsa  da  öl­

kə  bütövlükdə  hələ  də  iqtisadi  cəhətdən  geri  qalırdı.  Kənd 

təsərrüfatında  son  vaxta  qədər  bəzi  feodal  qalıqları  mövcud

22  M əqalə  1972-ci  ildə yazılıb.  Bəzi  kiçik  düzəlişlərlə  ilk  dəfədir  çap  olu­

nur.

16

idi.  Türk  alimləri  və  siyasi  xadimləri  bu  vəziyyətdən  çıxmaq 



üçün yollar axtarırdılar.

Məlumdur  ki,  sənayeləşmə  hər  bir  ölkənin  iqtisadi 

müstəqilliyinin  və sosial tərəqqisinin əsasını  təşkil edir.  Türk 

müəllifləri  sənayeləşmənin  əsasını  təkcə  müstəqil  iqtisadi 

siyasət  yeritməkdə  deyil,  həm də xarici  kapitalı  ölkənin  iqti­

sadi  həyatına  cəlb  etməkdə  görürdülər.  Doğrudur,  ölkənin 

sol qüvvələri bu siyasətin əleyhinə idilər.

Beləliklə,  sənayeləşmə  problemi  Türkiyənin  gələcək 

ictimai-iqtisadi  inkişafının  ən  əsas  problemi  olaraq  qalırdı. 

Türkiyənin  iqtisadi  müstəqilliyi  ölkə  daxilində  istehsal  vasi­

tələri  yaratmaq  vəzifəsindən  asılı  idi.  Yalnız  sənayeləşmə 

yolu  ilə ölkənin  həyat  səviyyəsini  yüksəltmək  və milli  gəlirin 

stabil  artımını  təmin  etmək  olardı.  Yeni  sənaye müəssisələri 

tikmək yolu  ilə yüzminlərlə işsizə iş vermək olardı.

Adil  Avçıoğlu  sol  meylli  «Yön»  jurnalında  yazırdı: 

«Yerli  kapitalistlər  öz  maddi  mənafeləri  üçün  xarici  kapita­

listlərlə  sıx  tellərlə  bağlıdırlar.  Türkiyədə  kapitalistlər  sə­

nayedən  çox  ticarətlə  məşğuldurlar.  Milli  iqtisadiyyat  və 

ölkənin  siyasi  qurumları  sənayeçilərdən  çox  ticarətçilərin 

əlindədir.  Bunlar  hər  şeydən  əvvəl  Türkiyənin  sənayeləşmə­

sinə qarşıdırlar.  Çünki  sənaye istehsalı  onların  xaricdən  mal 

ixrac etmələrini  çətinləşdirərək mənafelərinə toxunur.  Xarici 

kapital  da  Türkiyəyə  yerli  kapital  ilə  iş  birliyi  yaradaraq 

gəlməkdədir».23

Geri  qalmış  ölkələrin  iqtisadi  inkişafı  üçün  zəruri  olan 

quruculuq  işi  əslində  ictimai  və  iqtisadi  həyatın  bütün  sahə­

lərini əhatə etməlidir.  Bununla əlaqədar,  bu  ölkələrin  inkişaf 

yolları  və  bu  inkişafda  dövlətin  rolu  ciddi  əhəmiyyət  kəsb 

edir.  Müəyyən  obyektiv  şərtlər  zəif inkişaf etmiş  ölkənin  iq­

tisadi  inkişafına  dövlətin  fəal  müdaxilə  etməsi  zərurətini 

doğurur.

Ölkənin  inkişafı,  müasir  sənaye  müəssisələrinin  tikil­

məsi  olduqca  böyük  vəsait  tələb  edir.  Az  inkişaf etmiş  ölkə­

lərdə  isə  belə  vəsait  çatışmır.  Dövlət  isə  əlində  böyük  mi­

qdarda  vəsait  toplamaq  üçün  geniş  imkanlara  malikdir.

23 A.Avçıoğlu.  Sosyalizm ve işçiler.  Bax:  «Yön» j ıırnak

s . 1 o . 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

İŞ L Ə R   İ D A R Ə S İN İN

22  temmuz  1966,

17

K İ T A B X A N A S I




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə