Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   10   ...   33

məqalələr  yazılırdı.  Bir  çox  türk  müəlliflərinin  fikrinə  görə, 

Türkiyənin  ictimai  və  iqtisadi  inkişafı  üçün  İngiltərədə, 

Fransada,  Hollandiyada  və  İtaliyada  olduğu  kimi  planlı  tə­

sərrüfat  lazımdır.  Onlar  istehsal  üzərində  mərkəzləşmiş  nə­

zarət  qoyulmasının  həyati  zərurətindən  danışır  və  istehsala­

ta  dövlət  müdaxiləsinin  güclənməsini  tələb  edirdilər.  Özcan 

Kaya  yazırdı:  «Zəmanəmizdə  iqtisadi  cəhətdən  geri  qalmış 

ölkələrdə...  planlama  zərurəti  gün  keçdikcə  özünü  daha  ar­

tıq  hiss  etdirməkdədir.  Dövlətin  iqtisadi  və  sosial  həyata 

müdaxiləsi  bu  günün  modern  dövlət  anlayışının  zəruri  bir 

nəticəsidir».43

İqtisadçı  alim  Şükrü  Baban  «İqtisad  elminin  ümumi 

prinsipləri»  adlı  kitabında  (1957)  yazır  ki,  demokratik  (yəni 

kapitalist  -   Y.R.)  ölkələrində  təsərrüfatın  planla  idarə  edil­

məsi  geniş  miqyasda  tətbiq  edilir.  Planlı  idarə  şəxsiyyət 

azadlığını  təmin  edir  və  iqtisadi  cəhətdən  təsərrüfatı  yaxşı 

təşkil etmək üçün şərait yaradır.44

Kapitalist  ölkələrində  hazırlanan  planlar  əsasən  kapi­

tal  qoyuluşu  proqramıdır  və  daha  çox  dövlət  sektoru  üçün 

əhəmiyyətlidir.  Bu  planlar  xüsusi  sektora  da  xeyli  təsir  gö­

stərir.  Lakin  kapitalizmdə  bütövlükdə  iqtisadiyyatın  mər­

kəzləşmiş  plana  uyğun  inkişafı  mümkün  deyil.  Burada  azad 

rəqabət həlledici amildir.

Bir  sıra  türk  alimlərinin  fikrincə  bəzi  qabaqcıl  kapita­

list  ölkələri  hələ  1917-ci  ilə  qədər  planlı  təsərrüfat  yolu  ilə 

inkişaf  etmişlər.  Lakin  marksistlər  bunu  inkar  edirlər. 

Mumtaz  Soysal  yazır  ki,  Sovet  İttifaqı  Qərbin  təsirindən 

faydalanaraq  öz  növbəsində  Qərbə  əks  təsir  göstərir.  Bu  tə­

sir  birinci  növbədə  özünü  xalq  təsərrüfatını  planlamada  gö­

stərir.  Onun  fikrincə  nə  Marks,  nə  də  onun  davamçıları 

1917-ci  ilə  qədər  planlaşdırma  nəzəriyyəsi  ilə  məşğul  olma­

mışlar;  o  vaxt onlar yalnız bunu  deyirdilər  ki,  sosializm  «in- 

tizamlı iqtisadiyyat» yaradır».45

43 Ö.Kaya.  İktisaden geri kalmış memleketlerde planlama, s.50.

44 Ş.Baban.  İktisad ilminin ümumi prensipleri.  1957, s.23.

45  M.Soysal.  Demokratik  iktisadi  planlama  için  siyasi  mekanizm.  Anka­

ra,  1958, s.27.

26

Türk  yazarlarının  çoxu  belə  bir  fikirdədirlər  ki,  ölkə­



nin  iqtisadi  yüksəlişi adambaşına  düşən  hesabla milli  gəlirin 

artmasıdır.  Zeyyat  Hatiboğlu  yazır:  «Əhalinin  hər  bir  nəfə­

rinə  düşən  gəlirin  artmasım  başqa  sözlə  iqtisadi  inkişaf ad­

landırmaq olar».46

Sənayeyə  kapital  qoyuluşunun  artırılması  elə  bir  pro­

blemdir  ki,  ölkənin  iqtisadi  inkişafının  sürəti  həmin  proble­

min həllindən çox asılıdır.

Türk  iqtisadçısı  Necdet  Serin  yazır  ki,  milli  gəlirin 

artması  əmək  məhsuldarlığının  artması və  kapitalın  inkişafı 

ilə  əlaqədardır.  Onun  fikrincə  iqtisadi  cəhətdən  zəif inkişaf 

etmiş  ölkələrdə  ən  böyük  çətinlik  kapitalın  azlığındadır.  İs­

tehsalın  inkişafı  üçün  qənaət  etmək  zəruridir,  istehsal  olu­

nan  məhsulun  müəyyən  hissəsinə  qənaət  edilməsi  istehsalın 

sonrakı  inkişafı üçün sərf edilməlidir.  Bunun üçün istehsalın 

yüksək  gəlirli  olması  lazımdır.  Geri  qalmış  ölkələrdə  iqtisa­

diyyat  çox  çətinliklə  ölkənin  daxili  tələbatını  ödəyə  bilir, 

odur  ki,  gəlirin  müəyyən  hissəsinə  qənaət  edilməsi  üçün  sa­

dəcə  olaraq  imkan  yoxdur.  Sonra  Necdet  Serin  göstərir  ki, 

zəif inkişaf etmiş  ölkələr  öz  daxili  qüvvələri  ilə  iqtisadiyyatı 

inkişaf  etdirə  bilməzlər.47  O,  belə  bir  fikir  irəli  sürür  ki, 

Türkiyə  xarici  kapitalın  köməyinə  möhtacdır.  N.Serin  yazır 

ki,  Türkiyənin  təhlükəli  coğrafi  mövqe  tutması,  yəni  Sovet 

İttifaqı  ilə  həmsərhəd  olması,  xarici  kapitalistləri  qorxut­

mamalıdır.  Çünki  texnikanın müasir səviyyəsi ərazi cəhətdən 

ölkələr arasındakı  məsafəni  getdikcə  azaldır.  Odur ki,  bütün 

ölkələr  üçün  eyni  dərəcədə  kommunist  təhlükəsi  mövcud­

dur.48

Göründüyü  kimi,  dünya  sosialist  sistemi  ilə  kapitalizm 



arasında  olan  ziddiyyət  öz  əksini  eyni  zamanda  türk  sosial- 

siyasi  fikrində  də  tapır.  Öz  ölkəsinin  iqtisadi  müstəqilliyini 

təmin  etmək,  «Sovet  İttifaqı  və başqa  sosialist  ölkələri  tərə­

findən  gələn  təhlükəyə  qarşı»  dayanmaq  üçün  milli  burjua-

46  Z.Hatiboğlu.  İktisad  ilminin  esasları  ve  iktisadi  kalkmma.  İstanbul, 

1960,  s.29.

47  Bax:  Ankara Üniversitesi  Siyasal  Bilgiler  fakültesi  dergisi.  C.XII,  №  3, 

evlül  1958, s.47-48.

 Yenə orada, s.70-71.



27


ziya  və  onun  ideoloqları  xarici  kapitalın  köməyinə  müraciət 

edirlər.  Lakin elə alimlər də var ki, bu  problemin daha dərin 

mahiyyət daşıdığını göstərirlər.  Məsələn,  Hasim Nahid Erbil 

göstərir  ki,  başqa  ölkələrdən  maşın  almaqla  öz  ölkəmizdə 

sənaye  çevrilişi  etmək  mümkün  deyil.  Əsil  mənada  sənaye 

ölkəsi olmaq üçün özümüz maşın istehsal etməliyik.49

XX  əsrin  50-70-ci  illərində  türk  alimləri  ölkənin  icti­

mai-iqtisadi  inkişafı  haqqında  böyük  miqdarda  əsərlər  yaz­

mışlar.  Onların  bir  neçəsi  haqqında  bəhs  etməyi  məqsədə­

uyğun  sayırıq.

Professor  Səbri  Ülgener  «Milli  gəlir,  istihdam  və  iqti­

sadi  böyümə»  adlı  kitabında  yazır:  «İqtisadi  böyümənin 

özünə  görə  bir  dinamizmi  var.  Bu  dinamizm  yalnız  eninə  və 

genişliyinə deyil, dərinliyinə doğru da işlər».50

Sosiologiya  doktoru  Amiran  Kurtkanın  «Türkiyədə 

kiçik  sənayenin  iqtisadi  əhəmiyyəti»  adlı  kitabına  professor 

Fəhri  Fmdmoğlunun  yazdığı  girişdə  göstərilir:  «Qərbdə  və 

onun  davamçısı  olan  Amerikada  sənayeləşmə üsulu  üzvi  bir 

yol  təqib  etmişdir.  Fəqət  Türkiyədə,  bütün  digər  ictimai 

müəssisələrdə  olduğu  kimi  bu üzvilikdən,  orijinallıqdan  əsər 

yoxdur».51  O,  göstərirdi  ki,  Avropanı  olduğu  kimi  təqlid 

etmə  yolu  ilə  yüksəlmək  olmaz,  Türkiyə  özünəməxsus  bir 

sənayeləşmə  yolu  tutmalıdır.  «Belə  bir  üzviyyətçi  sənaye­

ləşmə  politikası  ki,  Türkiyəni  yad  olmayan,  nisbətən  köklü, 

sosial çevrə şərtlərinə uyğun və inkişaf imkanları ilə dolu  bir 

sənayeləşməyə doğru apara bilər».52

İqtisadi  cəhətdən  zəif inkişaf etmiş  ölkələrdə,  o  cümlə­

dən  Türkiyədə  sənayeləşmənin  hansı yolu  ilə getməsi  barədə 

bu dövrdə əsasən bir-birinə zidd iki nöqteyi-nəzər vardı.

Birincisi.  Bir  qrup  nəzəriyyəçilər  belə  hesab  edirdilər 

ki,  zəif inkişaf etmiş  ölkələr iri  sənaye  ölkələrinə  tez çatmaq 

üçün  sürətli  sıçrayışla  sənayeləşmə  yoluna  keçərlərsə  bu  çox

49 H.N.Erbil.  Bu pahalılık nasıl azaltıla  bilir.  İstanbul,  1953, s. 150.

50  S.Ülgener.  Milli  gelir,  istihdam  ve  iktisadi  büyüme.  İstanbul,  1962, 

s.454.


Bax:  A .K urtkan.  Türkiyede  küçük  sanayiin  iktisadi  ehemiyeti.Ön  söz, 

İstanbul,  1962,  s.3.

52 Yenə orada.

28

çətin,  həm  də  təhlükəli  ola  bilər.  Odur  ki,  əvvəlcə  kiçik  sə­



naye müəssisələri  yaratmaq,  sonra  bu  sənaye  sahələrinin  bir 

qismini  daha gəlirli  etməklə genişləndirməli,  məhsul  istehsa­

lını  artırmalı,  bir  qismini  isə  daha  da  inkişaf etdirib  iri  sə­

naye üçün zəmin hazırlamaq lazımdır.



İkinci  nöqteyi-nəzərə  görə,  yuxarıda  göstərilən  inkişaf 

yolu  yalnız  XIX  əsrin  şərtlərinə uyğun gəlir.  Zəif inkişaf et­

miş  ölkələr  Qərbi  Avropa  kapitalist  ölkələrinin  keçdiyi  yol 

ilə  gedə  bilməzlər,  çünki  bunun  üçün  şərait  yoxdur.  Yeganə 

çıxış yolu sıçrayış  yolu  ilə sənayeləşməkdir.

Türk  alimi Oktay  Alagil  bütün  ictimai  və iqtisadi hadi­

sələri  struktur  analiz  metodu  ilə  müəyyənləşdirməyə  çalışır. 

O,  yazır:  «İqtisadi  hadisələr  müxtəlif  sosial  hadisələrin  bir 

parçasıdır.  İctimai  hadisələri  cəmiyyətin  iqtisadi,  siyasi,  so­

sial...  təşkilatı,  bu  təşkilatı  da  strukturlar  xarakterizə  edir. 

Strukturlar təşkilatın səbəbini və ictimai hadisələrin mövcud 

olma  şərtlərini  təyin  etməklə  iqtisadi  hadisələr  və  bunlarla 

bütün  ictimai  hadisələr  arasında  qarşılıqlı  təsir  və  asılılıq 

münasibəti  yaradır.  İqtisadi  olsun,  hüquqi  və  ya  siyasi  ol­

sun,  hər-hansı  bir  ictimai  hadisənin  izahı  demək,  onunla 

strukturlar  arasındakı  münasibətləri  aydınlaşdırmaq  de­

məkdir.  Belə olunca,  iqtisadi  inkişafın  kriterisi  strukturların 

inkişaf səviyyəsi olaraq qəbul edilməlidir».53

İctimai  hadisələrin  inkişafını  bilavasitə  insan  amili  ilə 

bağlayan  Oktay  Alagil  yazır:  «...İnsan  iqtisadi  hadisələrin 

mərkəzində  imtiyazlı  bir  yer  tutur.  Bu  keyfiyyət,  nəticə  eti­

barilə  insanın  iqtisadi  hadisələrin  gedişində  səbəb  ilə  nəticə 

arasında  əlaqə  yaradan  bir  ünsur  olmasından  irəli  gəlir.  İq­

tisadi  və  sosial  hadisələrin  tarixi  seyrində  determinizmin 

söhbət  mövzusu  olmaması  bu  səbəbdəndir.  Çünki  səbəb  ro­

lunu  oynayan  hadisə əvvəlcə insana  təsir  edir,  nəticəni  yara­

dan  aksiya  insanın  əsəridir.  Beləliklə,  hadisələrin  yaranma­

sında  insanın  psixoloji,  ideoloji,  əxlaqi  fəaliyyəti  səbəb  rolu 

oynayır».54

53  O.Alagil.  Türkiye  iktisadi  sahada  niçin  kalkınamıyor.  Ankara,  1964, 

s.6.

54 Yenə orada, s. 19.



29


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə