Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

Oktay  Alagil  marksizmə  hücum  edərək  yazır:  «Mate­

rialist  nəzəriyyənin  ən  çox  tənqid  edilən  cəhəti  onun  qarşı­

lıqlı  asılılıq  münasibətinə  yer  verməməsidir.  Buna  görə  də 

reviziyonistlər  nəzəriyyənin  bu  qıtlığını  aradan  götürmək 

məqsədilə  üstqurumun  da  bazisə  təsir  edə  biləcəyini  qəbul 

etmişlər».55

Ədalət  naminə  demək  lazımdır  ki,  marksizm  belə  qar­

şılıqlı  təsiri  xüsusi  qeyd  edir.  Burada  marksizmin  hadisələr 

arasında  mövcud  olan  qarşılıqlı  asılılıq  haqqında,  bazis  və 

üstqurum  və s.  haqqında məlum müddəalarını  təkrar etməyə 

ehtiyac yoxdur.

Oktay  Alagil  bir  daha  marksizmi  tənqid  edərək  yazır: 

«İqtisadi  inkişafı  təyin  edən  istehsal  texnikası,  iqtisadi  və 

sosial nizamlama üsulları bəşəriyyətin müştərək  əsəridir.  Be­

lə  olunca  millətlərin  iqtisadi  inkişaf  səviyyələri  arasında 

görülən  fərqləri  determinist  bir  mövzunun  nəticəsi  olaraq 

qəbul  etmək  mümkün  deyil.  İqtisadi  və  sosial  proses  tarixi 

materializmin  ifadə  etdiyi  kimi  determinizm  prinsipləri  ilə 

cərəyan  etmiş  olsaydı  belə fərqlər  olmazdı.  O  halda bu fərq­

ləri,  daha  aydın bir ifadə ilə desək iqtisadi inkişafın yetərsiz- 

liklərini nə ilə izah edə bilərik?»56

Bu  suala  cavab  verən  Oktay  Alagil  iqtisadi  inkişafı 

dövlətin  yeritdiyi  iqtisadi  siyasətdən  asılı  edir:  «iqtisadi  in­

kişaf  səviyyəsi  millətlərin  öz  hərəkət  tərzinin  nəticəsidir». 

«Millətlərin  iqtisadi  inkişaf səviyyələrini  onların  apardıqları 

iqtisadi siyasətin keyfiyyəti təyin edir».57

inkar  etmək  olmaz  ki,  iqtisadi  inkişaf  dövlətin  apar­

dığı  iqtisadi  siyasətdən  çox  asılıdır.  Oktay  Alagil  də  ictimai 

və  iqtisadi  hadisələri  siyasətdən  asılı  hesab  edir  və  onun 

mülahizələrində  struktur  analiz  metodu  yenə  də  ön  plana 

çəkiliı.  O,  yazır:  «Zəmanəmizin  iqtisadi  cəhətdən  zəif  inki­

şaf  etmiş  ölkələrini  iqtisadi  struktur  yetərsizlikləri  xarakte­

rizə etməkdədir».58

55 Yenə orada, s.24.

56 Yenə orada, s.25.

57 Yenə orada, s.26.

58 Yenə orada.

30

Yuxarıda  adları çəkilən müəlliflərdən fərqli olaraq,  sol 



istiqamətli  türk  alimləri  ictimai-iqtisadi  inkişaf üçün  mövc­

ud  quruluşun  dəyişdirilməsini  istəyirdilər.  Professor  Niyazi 

Berkes  yazır:  «Kapitalist  sistemi  dəyişərək  yeni  bir  sistemə 

keçilirsə,  geri  qalmış  cəmiyyətlərin  alın  yazısı  haqqındakı 

mənasız  görüşlərin  də  dəyişməsi  lazımdır.  Bu  cəmiyyətlərin 

də  dəyişə  biləcəyini,  inkişaf  edə  biləcəyini  qəbul  etmək  la­

zımdır».59  Çünki  Niyazi  Berkes  az  inkişaf  etmiş  ölkələrdə 

yaranan  kapitalizmi  yerli  tələbatdan  əmələ  gələn  müstəqil 

bir  sistem  deyil,  Avropa  kapitalizminin  bir  kölgəsi  hesab 

edir.  O,  yazırdı:  «Həqiqətdə  bu  ölkələrdə  eybəcərləşmiş  ya 

da eybəcərləşməmiş  bir  kapitalizm varsa,  o  yerli imtiyazlıla- 

rın  kapitalizmi  yox,  imperializmin  kapitalizmidir.  Bu  ari­

stokratların,  imtiyazlı  torpaq  sahiblərinin,  dərəbəylərin, 

yerli tacir,  köləçi və feodalların işi deyil».60

Bəzi  ideoloqlar  isə  sosializm  adı  altında  Türkiyədə ka­

pitalizmin  inkişafını  istəyirdilər.  Onlar  xüsusi  mülkiyyət  tə­

rəfdarı  olaraq  iddia edirdilər ki,  Türkiyədə  xüsusi mülkiyyət 

istismara və  sinfi  mübarizəyə  səbəb  ola  bilməz,  çünki  xüsusi 

mülkiyyət ilə yanaşı dövlət mülkiyyəti  də mövcuddur.  Məsə­

lən,  Cəmil  Sait  Barlas  yazır:  «Xüsusi  təşəbbüs  hər  yerdə  ol­

duğu  kimi  Türkiyədə  də  yalnız  gəlir  məqsədi  ilə  və  şəxsi 

mənfəət  üçün  hərəkət  edər.  Qərb  ölkələrində  olduğu  kimi 

Türkiyənin  xüsusi  təşəbbüsün  doğurduğu  kapital  yığımı 

dövrünü  gözləməyə  və  yaranacaq  sinfi  mübarizəni  həyata 

keçirməyə vaxtı  yoxdur.  Xüsusi  təşəbbüs  öz  gücü  nisbətində 

çalışır.  Buna kimsə mane olmur».61

Zeyyat  Hatiboğluya  görə,  iqtisadi  inkişaf  üçün  beş 

amilin  olması  vacibdir:  1)  təbii  sərvətlər;  2)  kapital  yığımı; 

3)  iqtisadiyyatın  təşkili;  4)  texniki  bilik;  5)  ictimai  şərait.  O, 

yazır  ki,  bu  amillər  arasında  ictimai  şərait  amili  əsas  yer  tu­

tur.  ictimai  şərait  dedikdə  Z.Hatiboğlu  xalqın  mədəni  sə­

viyyəsini,  adət  və  ənənələrini  nəzərdə  tutur.  Onun  fikrincə, 

hər bir ölkənin  iqtisadi inkişafı  üçün  əsas  şərt həmin  ölkənin

59  N .Berkes.  Az  gelişmişligin  tarihsel  nedenleri.  Bax:  «Yön»,  23  eylül 

1966, s.9.

60 Bax:  «Yön»,  18 kasım  1966, s. 13.

61 C.S.Barlas. Sosyalistlik yolları veTürkiye gerçekleri,  s. 121.

31



xalq  kütləsinin  iqtisadiyyatı  qaldırmaq  arzusudur.62  Türk 

alimlərinin  və  ictimai  xadimlərinin  böyük  bir  hissəsi  bu  fik­

rin  tərəfdarıdırlar.  Onlar  deyirlər  ki,  istehlak  istehsalı  keç­

məməlidir.  Deməli,  istehsalın  inkişafı  üçün  əsas  amil  xalqın 

fədakarlığa,  onun  istehsalı  inkişaf  etdirməyə  olan  böyük 

marağıdır.  Beləliklə,  bəzi  türk  alimləri  tələb  edirdilər  ki, 

milli  gəlir  onu  yaradanlar  arasında  ədalətlə  bərabər 

bölünsün.  Əks  halda  istehsalçıların  əsas  hissəsi  istehsalı  in­

kişaf  etdirməkdən  kənarda  qalır.  Çünki  istehsalın  inkişafı 

milli  gəlirin  hər  adam  başına  düşən  miqdarının  artması  ilə 

müəyyən  edilir.63  Onların  bəziləri,  yuxarıda  deyildiyi  kimi, 

ölkənin  geriliyini  aradan  qaldırmaq  üçün  millətin  qabiliyyə­

tini,  cəhdini,  arzusunu,  fədakarlığını  ön  plana  çəkirdilər. 

«Akis»  jurnalında  yazılırdı:  «Bu  ölkədə  insanların  şüurunu 

dəyişmədən  fabrika,  məktəb,  televiziya  stansiyaları  açmaq­

la,  tarlalara taxıl səpməklə irəliləmək olmaz».64

Nə  üçün  keçmişdə  yüksək  inkişaf  etmiş  ölkələr  olan 

Misir,  Yunanıstan,  Çin,  Hindistan  və  Türkiyə  XX  əsrin  or­

talarında  geri  qalırdılar?  Bu  suala  İsmet  Giritli  «Qalxınma 

və  Türkiyə»  adlı  kitabında  belə cavab verir:  «Geriliyin səbə­

bini  insanların  bioloji  xüsusiyyətlərində  deyil,  ən  çox  onla­

rın mədəni xüsusiyyətlərində axtarmaq lazımdır.  Başqa sözlə 

bu  geriliyi millətin  intellektual inkişafında,  həyat  və düşüncə 

tərzində axtarmaq lazımdır».65

İsmet  Giritlinin  dediyindən  belə  bir  məntiqi  nəticə  çı­

xır:  iqtisadiyyatı  inkişaf etdirmək üçün  əvvəlcə insanları  əqli 

cəhətdən  bu  dəyişikliklərə  hazırlamaq  vacibdir.  Belə  hazır­

lıqdan  sonra yeni sənaye  müəssisələri  tikməyə və  kənd  təsər­

rüfatını inkişaf etdirməyə başlamaq olar.

Hasim  Nahid  Erbil  isə  bu  məsələdə  başqa  bir  mövqe­

dən  çıxış  edir.  Onun  fikrincə,  sənayeləşmə  nəticəsində insan­

ların dünyagörüşü  dəyişir,  maşınlar insanları  daha çox  fikir­

ləşməyə  məcbur  edir.  Elə  bu  səbəbə  görə  Qərbin  mədəni 

xalqları  Türkiyədən  irəlidədirlər.  «...Dünyagörüşünü,  həyat

“  Z.Hatiboğlu.  İktisad ilminin esasları ve iktisadi kalkınma, s.35.

«İctimai adalete doğru».  A nkara,  1957, s.10.

64 Bax:  «Akis», 28 mayıs  1962, s.28.

65 İ.Giritli.  Kalkınma ve Türkiye, s. 119.

32

tərzini yalnız bu yolla dəyişmək  olar,  çünki maşınlar  insanın 



beynini dəyişmək qabiliyyətinə malikdirlər».66 Belə fikri  hələ 

20-ci  illərin  əvvəllərində  Ziya  Gökalp  da  müdafiə  edirdi.  O, 

yazırdı:  Biz  heç  vaxt  əkinçiliyi  zəiflətməyəcəyik,  ancaq  qa­

baqcıl  millət  olmaq  istəyiriksə bizim  ağır  sənayemiz  olmalı­

dır.  «Avropa  inqilablarının  ən  xeyirlisi  iqtisadi  inqilab­

dır».67  O,  ölkənin  kapitalist sənayeləşdirilməsini  və  kənd  tə­

sərrüfatının  mexanikləşdirilməsini  istəyir  və  bu  vəzifənin 

həyata keçirilməsi işində dövlətin rolunu xüsusi qeyd edirdi.

Qərbin  bir  çox  ideoloqları  Asiya,  Afrika  və  Latın 

Amerikası  ölkələrinin  geri  qalmasının  əsas  səbəbini  həmin 

kontinentlərin  əhalisinin  milli  gəlirinin  artırılmasını  ən 

vacib  vəzifə  kimi  yaxın  vaxtlarda  qarşıya  qoymalarında 

görürdülər.  Çox  aşağı  səviyyədə olan milli gəlir yığımı geniş­

ləndirməyə  və  əmək  məhsuldarlığım  artırmağa  imkan  ver­

mir, bu da öz  növbəsində milli gəlirin artmasım ləngidir.  Be­

ləliklə,  gerilik  geriliklə izah  olunur.  Deməli,  yeganə çıxış  yo­

lu Qərb ölkələrinin köməyinə arxalanmaqdır.

Zəif inkişaf etmiş  ölkələrin qarşısında duran və bir-biri 

ilə  sıx  əlaqədə  olan  problemlərin  analizi  göstərir  ki,  köklü 

dəyişikliklər  keçirmədən  bu  ölkələr  öz  iqtisadiyyatını  əhə­

miyyətli  dərəcədə  inkişaf  etdirə  bilməz.  Qərbin  ideoloqları 

isə  zəif inkişaf etmiş  ölkələrin  daxili  çətinliklərini  ön  plana 

çəkməklə  sübut  etməyə  çalışırlar  ki,  Asiya,  Afrika  və  Latın 

Amerikası  ölkələrinin  iqtisadi  geriliyi  həmin  ölkələr  üçün 

təbii,  normal bir vəziyyətdir.

Türkiyə  iqtisadiyyatının  geri  qalma  səbəblərindən  ya­

zan  bəzi  türk  müəllifləri  haqlı  olaraq  bu  problemin  yaran­

masında xarici  imperialist  dövlətləri  və  yerli  istismarçı  sinif­

ləri  tənqid  edirdilər.  Məsələn,  Tanju  Üner  zəif inkişaf etmiş 

ölkələrin  geri  qalmasını  aşağıdakı  dörd  səbəbdə  görür:  inki­

şaf etmiş  kapitalist  ölkələri  artıq  çoxdandır  az  inkişaf etmiş 

ölkələrdə  ağır  sənayenin  yaradılmasına  qarşı  çıxırlar;  az  in­

kişaf etmiş  ölkələrdəki  kapitalın  böyük  bir  hissəsi  faiz,  qa­

zanc,  imtiyaz  haqqı  şəklində  inkişaf etmiş  kapitalist  ölkələ-

66 H.N.Erbil. Bu pahalılık nasıl azaltıla bilir, s . l 51.

67 Sitat götürülmüşdür:  C.O.Tütengil.  Ziya Gökalp üzerinde notlar.  İstan­

bul,  1956, s.42.

33



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə