Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

rinə  axır;  az  inkişaf  etmiş  ölkələrdə  parazit  bir  yuxarı  sinif 

yaranmışdır;  qalan  kapital isə cəmiyyətin istehsalçı olmayan 

qrupları  arasında  paylaşdırılır  (sələmçilər,  dini  təşkilatlar, 

hərbi bürokratiya,  torpaq ağaları, kompradorlar)».68

Türk  müəlliflərinin  çoxu  öz  tənqid  hədəflərini  zəif  in­

kişaf etmiş  ölkələrin  gerilik  səbəbini  ört-basdır  etməyə  çalı­

şan  Qərb  alimlərinə  qarşı  çevirirdilər.  Bu  cəhətdən  Ünsel 

Oksayın  «Kim»  jurnalında  çap  olunan  «Az  inkişaf  etmiş 

ölkələrdə ziyalılar,  gənclik  və yeddi  yanlış  görüş»  adlı məqa­

ləsi  çox xarakterikdir.  Onun  tənqid  etdiyi  yeddi  yanlış  görüş 

aşağıdakılardır:  1)  Zəif inkişaf etmiş  ölkələrin  əhalisinin  ək­

səriyyəti  geri  qalmış  köhnə  ənənələrə  bağlıdırlar,  onlar  bir 

qrup  irəli  getmiş  adamlara  ölkəni  inkişaf  etdirmək  işində 

mane  olurlar.  Ünsel  Oksay 

göstərir  ki,  bu  ikinci  qrup 

adamlar  öz  ölkələrində  Qərb  kapitalistlərinin  təmsilçiləridir 

və  xalqı  istismar  edirlər;  2)  Bəziləri  belə  hesab  edirlər  ki, 

mədəniyyət şəhərdən  kəndə  gələcəkdir.  Ünsel Oksay  bu  fikir 

ilə  razılaşmır  və  göstərir  ki,  mədəniyyət  cəmiyyətə  xaricdən 

ixrac  olunmur.  O,  göstərir ki,  ictimai  quruluş, ictimai müna­

sibətlər  dəyişdirilmədən,  köklü  islahatlar  keçirilmədən  mə­

dəni  inkişaf  ola  bilməz;69  3)  Bəziləri  belə  hesab  edirlər  ki, 

geri  qalmış  arxaik  qaydalar  daxili  bazarın  inkişafına  mane 

olurlar,  milli  kapitalizm  yaransa  feodal  qaydaları  aradan 

qalxar.  Ü.Oksay  bu  fikir ilə  də  razılaşmır.  Çünki  zəif inkişaf 

etmiş  ölkələrdə  müstəqil  milli  kapitalizm  ola  bilməz.  Bu  ka­

pitalizm  istər-istəməz  qüvvətli  xarici  kapitaldan  asılı  olma­

lıdır.  Bu  kapitalizm  milli  yox,  milli  ilə  xarici  arasında  orta 

yer  tutan  bir  kapitalizmdir.  Bu  kapitalizm ölkənin daxili  tə­

ləbatına  uyğun  olaraq  milli  iqtisadiyyatın  inkişafını  plan­

laşdırmaq  fikrində  deyil.  Yerli  kapitalistlər  xammal  ixrac 

edir,  hazır  sənaye  məhsullarını  isə  idxal  edirlər.  Onlar  istə­

mirlər  ki,  dövlət  iqtisadiyyatda  hakim  mövqe  tutsun. 

Ü.Oksay  bu  kapitalistlərin  yalnız  öz  mənafelərini  fikirləş­

diklərini  göstərir və  yazır  ki,  dövlət  kapitalizmi  də  vəziyyəti 

dəyişə  bilməz.  Geriliyin  səbəbini  bütövlükdə  ictimai,  siyasi

68  T.Üner.  Az  gelişmiş  ülkeler  üzerine  yamltıcı  görüşler.  Bax:  «Forum», 

15 ağustos  1967, s.8.

69 Bax: «Kim», 24 kasım  1967, s.9.

34

və  mədəni  quruluşda  axtarmaq  lazımdır;  4)  Qərb  müəlliflə­



rinin  bir  çoxunun  fikrincə  geriliyin  əsas  səbəblərindən  biri 

keçmiş  dövlətli  siniflərin,  yəni feodalların  yeni  dövlətli  sinif­

lərə,  yəni sənaye və  ticarət kapitalistlərinə  qarşı  olmalarıdır. 

Ü.Oksay  göstərir  ki,  geri  qalmış  ölkələr  üçün  yanlış  olan  bu 

fikir  yalnız  XIX  əsr  Avropası  üçün  doğru  ola  bilər.  Həm 

köhnə, həm  də yeni dövlətlilər başa  düşürlər ki,  onların  döv­

lətli  olmalarına  səbəb  mövcud  ictimai  quruluşdur,  onu  dəy­

işmək  sərvətdən  məhrum  olmaq  deməkdir.  Bu  sahədə  onlar 

tamamilə  həmrəydirlər.  Ü.Oksay  yerli  kapitalizmi  tənqid 

etməklə  bu  ölkələrdə  yaxın  gələcəkdə  sosializmin  qalib  gə­

ləcəyinə də inanmır.  O,  göstərir ki,  yerli  feodallar və kapita­

listlər  hamıdan  yaxşı  başa  düşürlər  ki,  «mövcud  şəraitdə  so­

sializm  zəif  inkişaf  etmiş  ölkələr  üçün  uzaq  bir  utopiya­

dır».70  Buna  baxmayaraq  sosializm  mövcud  qaydalar  üçün 

təhlükə  yaradır.  Ona  görə  hakim  siniflər  həm  də  sosializmə 

qarşı  çıxırlar;  5)  Son  dövrdə  belə  bir  fikir  geniş  yayılmışdır 

ki,  zəif  inkişaf  etmiş  ölkələrdə  qabaqcıl,  dinamik,  təhsilli 

«orta  sinif»  yaranmasa,  ölkəni qaldırmaq  olmaz.  Ü.Oksayın 

fikrincə,  bu  aşağıdakı  səbəblərə  görə  mümkün  deyil:  a)  orta 

təbəqələrdən  olan  məmurları,  kiçik  mülkiyyətçiləri,  sələmçi­

ləri,  ziyalıları  və  s.  qrupları  «orta  sinif»  adlandırmaq  olmaz. 

Çünki  «sosiologiyaya görə sinif anlayışı iqtisadi mənfəət bir­

liyinə  əsaslanır»;  b)  bəziləri  belə  hesab  edirlər  ki,  guya  orta 

sinif iri  mülkiyyətçilər  ilə  ölkəni  idarə  edənlər  arasında  itti­

faq  yaradır.  Ü.Oksayın  fikrincə,  bu  anlayış  da  səhvdir. 

Çünki  orta  təbəqələrin  mənafeyi  onsuz  da  hakim  siniflərin 

mənafeyi  ilə uyğundur.  Bəzi  geri qalmış  ölkələrdə orta  təbə­

qələrin  nümayəndələri  şikayətlənirlər  ki,  guya  onlar  ölkəni 

inkişaf  etdirmək  istəyirlər,  ancaq  geri  qalmış  kütlə  onları 

başa düşmür;  c)  az inkişaf etmiş  ölkələrin «orta siniflərinin» 

maddi  gəliri  inkişaf etmiş  Qərb  ölkələrindəki  orta  təbəqələ­

rin  gəlirindən  çox  azdır.  Bu  sinif inqilabı  hərəkatda  iştirak 

yox,  öz  gəlirini  hansı  yollarla  artırmaq  qayğısını  daha  çox 

çəkir;71  d)  orta  təbəqələrin  qüvvətlənməsi  hakim  siniflərin 

qüvvətlənməsindən  asılıdır.  İctimai  quruluşu  dəyişmək,  əda­

70 Bax: «Kim»,  1  aralık  1967, s.8.

71 Yenə orada, s.8.

35



lətli və milli  iqtisadiyyat yaratmaq və bütün siniflərin məna­

feyini  müdafiə  etmək  yolu  ilə  ölkəni  inkişaf  etdirmək  olar. 

Lakin  Ü.Oksay  bu  ədalətli  quruluşun  necə  olacağım  aydın 

göstərmir;  6)  Bəzi  Qərb  müəllifləri  belə  hesab  edirlər  ki, 

guya  hakim  siniflər  əhalinin  heç  bir  təbəqəsinin  mənafeyinə 

qarşı  çıxmadan  geri  qalmış  ölkəni  qaldıra  bilər  və  modern­

ləşdirər.  Əlbəttə,  bu mümkün deyil.  Müxtəlif etnik  qrupların 

yanaşı  yaşadığı  ölkələr üçün  isə  belə  bir  fikir  kökündən yan­

lışdır;  Zəif inkişaf etmiş  ölkələrin  geri  qalmasının  səbəbləri 

haqqında  yeddinci  yanlış  fikir,  Ü.Oksaya  görə  marksistlərə 

aiddir.  O,  göstərir  ki,  bəzi  nəzəri  cəhətdən  yaxşı  hazırlığı 

olmayan  marksistlər  öz  ölkələrinin  xüsusiyyətlərini  nəzərə 

almadan  belə  bir  fikir  irəli  sürürlər  ki,  guya  bütün  ölkələr 

üçün  eyni  inkişaf modeli  mövcuddur.  Belə  marksistlər  ölkə­

nin  inqilabi  qüvvələrini  parçalayır  və  beləliklə,  inkişafa  ma­

ne  olurlar.  Ü.Oksay,  nümunə  olaraq  Çini  göstərir.  O,  göstə­

rir  ki,  marksizm  ehkam  deyil,  bu  nəzəriyyədən  düzgün  isti­

fadə etmək lazımdır.72

Göstərmək  lazımdır  ki,  Türkiyənin  ictimai-iqtisadi  in­

kişafı üçün  əsas yolun  maarifçilik olduğunu  göstərən alimlə­

rin  və  ictimai  xadimlərin  də  sayı  az  deyildi.  Onlar  ölkədə 

elmin  və  maarifin  inkişaf etməsi  üçün  müxtəlif yollar  göstə­

rirdilər.  Lakin  onları  birləşdirən  ümumi  cəhət  o  idi  ki,  bu 

müəlliflər  ictimai  tərəqqini  insan  şüurundan  asılı  edərək 

idealist  mövqe  tuturdular.  Yeni  maarifçiləri  XIX  əsrin  axırı 

XX əsrin  əvvəllərində fəaliyyət göstərən maarifçilərdən  fərq­

ləndirən  əsas  cəhət  yeni  maarifçilərin  mövcud  quruluşu  da­

ha  çox  müdafiə etmələri,  onu  dəyişmədən  elm  və maarifi  in­

kişaf etdirərək  irəliləmək  tərəfdarı  olmaları  idi.  Lakin  istis­

nalar  da  var.  Məsələn,  Vedat  Günyol  yazırdı:  «Türkiyə  bu 

gün  yeni  bir  qurtuluş  davasına  girmək  məcburiyyətindədir. 

Bu  davanın  müvəffəqiyyətlə  qurtarmaq  şansı  iqtisadi  sahə­

dən  çox  elm  və maarif sahəsindəki qalxınma  istəyimizin cid­

diliyinə  və  kəskinliyinə  bağlıdır.  Çünki  elmi  bir  təmələ,  ra­

sional  bir  düşüncəyə  dayanmayan  bir  iqtisadi  qalxınma 

planlaşdırmaq çətindir».73

72 Yenə orada,  s.9.

73 V.Günyol.  Kalkınma yolu. Bax:  «Yeni ufuklar», ekim  1965, s.38. 

36

Vedat  Günyol  iqtisadi  inkişafı  tamamilə  maariflən- 



məkdən  asılı  edərək  belə  bir  nəticəyə  gəlir:  «Sağlam  bir 

m aarif sistemi  qurmadan  iqtisadi  inkişaf  haqqında  fikirləş­

mək olmaz».74

Türk ideoloqlarının  bir çoxu da  Avropa  mədəniyyətini 

idealizə  edirdilər.  Onlar  göstərirdilər  ki,  Qərb  ölkələri  icti­

mai  ədalət  və  şəxsiyyət  azadlığı  yaratmaq  sayəsində  mədə­

niyyətin  yüksək  dərəcədə  inkişafına  nail  ola  bilmişlər. 

Şəmsəttin  Günaltay  yazır:  «Millətin  yüksəlməsi  və  inkişafı 

bu  milləti  təşkil  edən  fərdlərin  azadlığı  ilə  bağlıdır»,75 7

6

 *



 

Türkiyədə  isə  bu  vaxta  qədər  hələ  şəxsiyyət  azadlığı  və 

ədalət  qurulmamışdır.  Türk  alimi  M.E.Erişirgilin  dediyinə 

görə  «mədəniyyət  anlayışında  ədalət  anlayışı  da  var».  O, 

deyir  ki,  çoxlu  sənaye  müəssisələrinə,  dəmir  yollarına, 

xəstəxanalara və s.  malik olmaq olar.  Lakin ölkədə ədalət və 

azadlıq  yoxdursa,  əgər  insan  şəxsiyyəti  müqəddəs  hesab 

edilmirsə,  deməli  oraya  hələ  Qərb  mədəniyyəti  daxil 

olmamışdır.  Çünki  Qərb  mədəniyyəti  dedikdə  birinci 

növbədə  elm,  istehsalın  yüksək  inkişafı  və  ictimai  ədalət 

nəzərŞəCMtııülB.^  M.E.Erişirgil və  onlarla  həmrəy  olan  baş­

qa  türk  alimləri  Qərb  cəmiyyətini  tərifləyir,  ədalət  və  azad­

lıqdan  danışarkən  birinci  növbədə  Qərb  demokratiyasını 

nəzərdə tuturlar.

M.K.Atatürk  Qərb  ölkələri  ilə  mədəni  əlaqələr  yarat­

mağı  tələb  edirdi.  O,  deyirdi  ki,  xristianlar  və  müsəlmanlar 

uzun  illər  bir-birini  kafir,  düşmən  hesab  etmişlər.  Bu  və­

ziyyət  Şərq  ölkələrinə  Qərbin  qabaqcıl  mədəni  ölkələri  ilə 

əlaqə yarada bilməsinə imkan vermirdi.

Türk  alimləri,  ictimai  və siyasi  xadimləri  arasında  belə 

bir  fikir  geniş  yayılmışdı  ki,  avropalaşmağa  can  atmaq  Os­

manlı  imperiyasını  məhv  olmağa  gətirib  çıxardı.  Sözün  əsl 

mənasında  avropalaşmaq  Avropadan  azad  olmaqdır.  A tat­

ürkə  görə  avropalaşmaq  insanı  asılılıqdan  azad  edən  tə­

74 Yenə orada, s.38.

75 Ş.Günaltay. Hürriyet mücadeleleri.  İstanbul,  1958, s.71.

76  M.E.Erişirgil.  Türkçülük  devri,  milliyetçilik  devri,  insanlık  devri.  A n­

kara,  1958, s.23.

37



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə