Fəlsəfənin əsas funksiyaları hansılardır? A müşahidə, determinizm, inteqrativ



Yüklə 185,97 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix08.09.2018
ölçüsü185,97 Kb.
#67207
1   2   3   4   5   6   7   8   9   ...   13

75

Zərurət kateqoriyasını necə izah etmək olar? A) Zərurət inkişaf edən sistemin xarici əlaqə 

və münasibətlərindən törəyir B) Müəyyən şərait olduqda daxili qanunauyğun əlaqələrin 

fəaliyyəti nəticəsində hökmən baş verən hadisəyə zərurət deyilir C) Predmet və hadisəni 

təşkil edən bütün cəhətlərin, əlaqə və münasibətlərin məcmusuna zərurət deyilir D) Zərurət 

predmet və hadisələrin başlıca daxili, nisbətən sabit tərəfidir E) Zərurət bu və ya başqa 

hadisənin, prosesin yaranmasının ilkin şərti, onun potensial mövcudluğudur

76

İmkan və gerçəklik kateqoriyasını necə izah etmək olar? A) İmkan-insanların bacarığı, 



gerçəklik isə obyektiv aləmdir B) İmkan çoxlu var-dövlətdir, gerçəklik isə onun 

təzahürüdür C) İmkan mümkün olan, gerçəklik isə mövcud olandır D) İmkan predmetin 

başlıca daxili, nisbətən sabit tərəfidir E) İmkan qarşılıqlı əlaqədə olan elementlərinn 

kompleksidir, gerçəklik isə bu elementlərin birləşməsi üsuludur 

77

Sistem kateqoriyasını necə izah etmək olar? A) Sistem-qarşılıqlı əlaqədə olan elementlərin 



kompleksidir B) Sistem-predmet və hadisələ rin daxili və nisbi sabit tərəfidir C) Sistem 

özündən sonra predmet və hadisələrin əmələ gəlməsinə imkan verən, onlar arasında 

qarşılıqlı əlaqəni yaradan anlayışdır D) Sistem dövlət idarə etmə aparatının bölmələridir E) 

Sistem-səbəbin fəaliyyət üçün imkanların məcmusudur 

78

Struktur kateqoriyasını necə izah etmək olar? A) Qarşılıqlı əlaqədə olan elementlərin 



kompleksi kimi B) Sistemi təşkil edən elementlərin birləşməsi üsulu, sabit əlaqələrin 

məcmusu kimi C) Predmetin başlıca daxili, nisbi sabit tərəfidirD) Hadisə və proseslərin 

potensial mövcudluğudur 

E) Proses və hadisələrin ümumi cəhətlərinin məcmusudur 

79

Element (ünsür) anlayışı fəlsəfi cəhətdən necə izah olunur? A) Müəyyən sistem daxilində 



hər hansı predmet, hadisə və prosesin ayrılmaz daxili parçası, komponenti kimi B) Maddi 

aləmin cisim və hadisələridir C) Hadisə və proseslərin xüsusiləşmiş forması kimi D) 

Qarşılıqlı əlaqədə olan predmetlərin kompleksi kimi E) Səbəbin təsiri ilə əmələ gələn 

hadisə və proseslər 




80

Şüur anlayışını necə izah etmək olar? A) Obyektiv gerçəkliyin cisim və hadisələri haqqında 

biliklər B) Sistemi təşkil edən elementlərin birləşməsi üsulunu dərk etmək kimi C) 

Gerçəkliyin fəal inkikasından ibarət olan insan beyninin funksiyası kimi D) Predmet, hadisə 

və proseslərin başqa predmet, hadisə və proseslərdən fərqləndirən cəhətlərin dərki kimi E) 

Predmet və hadisələrin inkişaf dərəcəsinin, intensivliyinin dərki kimi 

81

İnsanın şüuri fəaliyyətinə nələr daxildir? A) İstehsalın təşkili, məişət məsələlərinin təşkili 



və s. B) Ailənin idarə olunması, texniki inkişafı sürətləndirmək C) İnsanın təbiətə, elmə, 

insana münasibəti və s. D) İnsanın fikirləri, duyğuları, təsəvvürləri, hissləri, iradəsi 

xarakteri E) Dialoq, söhbət aparmaq, ideoloji formaları müəyyənləşdirmək 

82

Mənlik şüurunun əsas səciyyəvi cəhətləri hansılardır? A) Özünü obyektiv qiymətləndirmə, 



özünə nəzarət, özünü dərk etmə B) Hisslər, iradə təsəvvürlər C) Hadisələrə sistemli 

yanaşma, məntiqilik, ardıcıllıq D) Mədənilik, sosiallıq, obyektivlik E) Hadisələrin ən 

ümumi əlaqəsini dərk etmə, humanizm 

83

Qnoseologiya sözünün mənası aşağıdakılardan hansına uyğun gəlir? A) Dəyər, sərvət B) 



Müdriklik C) Müəyyənlik D) İdrak nəzəriyyəsi, bilik haqqında təlim E) Nisbilik nəzəriyyəsi 

84

Aşağıdakılardan hansı fəlsəfi termin deyil? A) Etika B) Qnoseologiya C) Sxolastika D) 



Kardiologiya E) Metafizika 

85

İdrak anlayışının nece izah etmək olar? A) Dialoq, mühakimə yürütməkdir B) Gələcək 



haqqında proqnoz verməkdir C) Varlıq haqqında təlimdir D) Cisim və hadisələrin ayrı-ayrı 

xassələrinin insan beynində inikasıdır E) Gerçəklik və onun qanunlarının dərk edilməsi 

haqqında fəlsəfi təlimdir 

86

İdrakın subyekti anlayışı necə izah oluna bilər? A) Təbiət hadisələrinin məcmusu kimi B) 



İdrakın subyeti insan qruplarını, ayrı-ayrı şəxsləri özündə birləşdirən mürəkkəb dinamik 

sistemdir C) İnsan şüurundan asılı olmayan təbii mövcudluq kimi D) İnsanı əhatə edən 

mənəvi aləm, ideal mövcudluq kimi E) İnsanı bioloji varlq kimi dərk edənlər 



87

İdrakın obyekti anlayışı necə izah oluna bilər? A) İdrakın obyekti insan fəaliyyətinin 

yönəldiyi təbiət, cəmiyyət və təfəkkür hadisələridir B) İdrakın obyekti maddi aləmdir C) 

İdrakın obyekti sosial qruplardır D) İdarkın obyekti mənəvi aləmdir E) İdrakın obyekti 

siyasi fəaliyyət sahələridir 

88

İdrak prosesi hansı mərhələlərdə gedir? A) Qavrayış və təsəvvür B) Anlayış və hökmlər C) 



Duyğu və qavrayış D) Hissi və məntiqi idrak E) Obyektiv və subyektiv idrak 

89

Hissi idrak hansı formada baş verir? A) Anlayış, hökm B) Hökm, əqli nəticə C) Sosial və 



bioloji D) Bioloji və sosial E) Duyğu, qavrayış və təsəvvür 

90

Əqli nəticə nədir? A) Ağıla əsaslanan biliklər B) Hadisələrin ən ümumi əlaqəsinin dərk 



oluması C) Cisim və hadisələr haqqında verilmiş mühakimələrdən, yeni mühakimə 

çıxarmaq D) Hiss üzvləri vasitəsi ilə cisim və hadisələrin mahiyyətini dərk etmək E) 

Hadisələrə sistemli yanaşmaq  

91

Elm nədir? A) Gerçəklik haqqında fərziyyələrdir B) Bioloji aləmin inkişaf istiqamətlərini 



müəyyənləşdirən bilik sahəsidir C) Gerçəkliyin insan şüurunda dolğun, əsaslandırılmış, 

qanun səciyyəsi daşıyan inikasıdır D) İnsanı əhatə edən mənəvi aləmi öyrənən nəzəri 

biliklər sistemidir E) Cəmiyyətdə texniki inkişafa xidmət edən biliklərin məcmusudur 

92

İnsan nədir? A) Canlı varlıqdır B) Ağıllı varlıqdır C) Əxlaqi varlıqdır D) Biopsixososial 



varlıqdır E) Məsuliyyət hissi olan varlıqdır 

93

Şəxsiyyət anlayışı necə izah oluna bilir? A) Onun kim olmasını bildirmək üçün qanuni 



sənədi olan insandır B) Şəxsiyyət - ictimai idealların, dəyərlərin ictimai münasibətlərin 

subyektidir C) Canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin daşıyıcısıdır D) 

Təbii əlamətləri özündə cəmləşdirən insandır E) Duyğu, qavrayış və təsəvvürü olan canlıdır 

94

Mədəniyyət sözünün mənası aşağıdakılardan hansı ilə uyğun gəlir? A) Kulture B) Phileo-



sophio C) Homo saphiens D) Homo fabehomo moralis E) Homo faber

95

Sivilizasiya latınca "siviis" sözündən olaraq hansı mənanı verir? A) Mənəvi inkişaf B) 



Gerilik C) Mənəvi dəyər D) "Vətəndaşlıq", "dövləti" E) "sosial proqnoz"

96

Mədəniyyətin hansı növləri vardır? A) Bioloji və sosial B) Maddi və mənəvi C) Fərdi və 



ümumi D) Milli və bəşəri E) Humanist və qeyri humanist 


Yüklə 185,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə