Fəlsəfi antropologiya



Yüklə 117,8 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü117,8 Kb.
#80711

background image
Fəlsəfi antropologiya 

 

Fəlsəfi  antropologiya  (yun.  “anthropos”-  insan  və  “logos”-  təlim,  söz  ) 



ekzistensializmə yaxın olan fəlsəfi prinsipi insanın  elmi baxımdan öyrənilməsi ilə 

birləşdirmək, seçdikləri fəlsəfi  prinsipləri elmi faktlarla əsaslandırmaq cəhdindən 

ibarətdir. 

 XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan 

problemi  ilə  bu  və  ya  digər  dərəcədə  məşğul  olan,  həmin  problemi  əks  etdirən 

çoxsaylı  fəlsəfi  konsepsiyalar  ümumi  fəlsəfəyə  antropologiya  adı  altında  birləşir. 

Bu  terminin  əsas  mənası  fəlsəfi  fikrin  insanın  təbiətini  və  imkanlarını  dərindən 

anlamaqla  əlaqədardır.  Hələ  1929–  cu  ildə  M.Haydegger  «Kant  və  metafizika 

problemləri»  adlı  əsərində  Kantın  məşhur  «Mən  nəyi  bilərəm?»,  «Mən  nə 

etməliyəm?» və «Mən nəyə güvənə bilərəm?» fikirlərinin yeni yozumunu verməyə 

çalışmışdır.  Öz  məcmusuna  görə,  «insan  nədir»  ümumiləşdirici  fikrinə  aparıb 

çıxarırdı.  Əslində  fəlsəfi  antropologiya  üçün  başlıca  vəzifə  insan  idrakının, 

fəaliyyətinin  və  etiqadının  predmetinə  yeni  traktovka  ilə  yanaşmaqdır.  Müasir 

şəraitdə  vacib  olan  odur  ki,  biz  necə  dərk  edirik,  necə  fəaliyyət  göstərir  və  necə 

etiqad edirik? 

Fəlsəfi antropologiya emosiya, instinkt, ehtiras sahələrini tədqiq etməyə cəhd 

edir,  insanın  daxili  aləmindəki  bu  cəhətləri  mütləqləşdirir,  zehni  (intellektual) 

başlanğıcın rolunu kiçildir. 

Antropoloji  fəlsəfənin  nümayəndələri  özlərinin  insan  və  onu  əhatə  edən 

gerçəklik  haqqında  anlayışlarını  insanın  öz  varlığından  çıxarır,  dünyanı  insanın 

mahiyyətindən törəyən bir şey hesab edirlər. 

Fəlsəfi  antropologiyanın  ideya  mənbələri  hər  şeydən  əvvəl  alman  romantik 

fəlsəfəsi  və  həyat  fəlsəfəsinin  sonrakı  mərhələsidir.  İnsan  varlığının  müxtəlif 

təzahürlərinin  meltodoloji  cəhətdən  əsaslandırılması  və  bilavasitə  təhlili    üçün 

fəlsəfi antropologiya – kantçılıq və yeni kantçılıq transsendentalizminin, Husserlin 

transsendental  fenomenologiyasının,  Haydeggerin  ekzistensializminin  bəzi 

prinsiplərindən  geniş  istifadə  edir.  Fəlsəfi  antropologiyaya  Nitsşe  və  Dilteyin  də 

təsiri böyükdür.  

Fəlsəfi  antropologiya  indiki  zamanda  yalnız  fəlsəfi  bilik  sahəsi,  müəyyən 

fəlsəfi  istiqamət  deyil,  həm  də  məntiq  sahəsinə  prinsipcə  daxil  olmayan  xüsusi 

təfəkkür  metodudur.  Yeni  fəlsəfi  antropologiyanın  başlanğıc  nöqtəsi  konkret 

(tarixi, sosial, ekzistensial, psixoloji) situasiyada insandır. 

ХX əsr fəlsəfəsinin dini-idealist cərəyanlarından biri də fəlsəfi antropologiya 

çərçivəsində  fəaliyyət  göstərən  personalizmdir.  (lat.  «persona»-şəxs,  fərd). 

Personalizmin  fərqləndirici  əlaməti  şəxsiyyətin  ilkin  reallıq  və  ali  mənəvi  dəyər 

hesab  edilməsidir.  Burada  şəxsiyyət  varlığın  ilkin  mənəvi  elementi  sayılır. 

Personalizmdə Ali şəxsiyyət hər şeyə qadir olan AIIahdır. 

Personalizmə  görə  əsas  sosial  vəzifə  dünyanı  dəyişdirmək  deyil,  şəxsiyyəti 

dəyişdirmək, yəni onun mənəvi kamilliyə çatmasına kömək etməkdir. 

Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və 



eksiztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə, 

Yüklə 117,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə