Fənn : yh təhlükəsizliyi SƏRBƏst is n 5 Mövzu : Müxtəlif şəraitlərdə təhlükəsiz hərəkət sürətinin seçilməsi Qrup : 109a4 Kurs: 3



Yüklə 53,78 Kb.
səhifə1/2
tarix06.04.2022
ölçüsü53,78 Kb.
#85104
  1   2
ser 5 (1)
ser 5 (1)

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbayacan Texniki Universiteti

Fənn :YH təhlükəsizliyi

SƏRBƏST İS N 5

Mövzu :Müxtəlif şəraitlərdə təhlükəsiz hərəkət sürətinin seçilməsi

Qrup :109a4

Kurs:3

Tələbə :Lələyəv Rəvan

Müəllim :Ə.Əliyəv

Bakı-2022

Marşrutda avtomobilin hərəkət sürəti böyük hədlərdə dəyişə bilər. Sürücü bu sürəti, yol şəraitlərini, öz psixofizioloji xüsusiyyətlərini, avtomobilin texniki vəziyyətini və onun kəskin tormozlanma ilə dayanma mümkünlüyünü nəzərə almaqla, seçə bilər.

Avtomobilin təhlükəsiz hərəkət sürəti kimi elə sürət götürülməlidir ki, həmin sürətlə hərəkət zamanı verilmiş yol şəraitlərində və yol-nəqliyyat vəziyyətlərində yol-nəqliyyat hadisəsi (YNH) baş verməsin. Ona görə də sürücünün əsas vəzifəsi - hərəkət zamanı təhlükəsiz hərəkət sürətini seçə bilməsidir.

Təhlükəsiz hərəkət sürətinin ədədi qiymətinə, sürücünün avtomobili idarəetmə bacarığı, fiziki və psixofizioloji imkanları, yolun texniki dərəcəsi, hərəkət hissəsinin vəziyyəti, meteoroloji şəraitlər, yolun görünməsi, nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivlikləri, hərəkətin nizamlanma xüsusiyyətləri, avtomobilin texniki vəziyyəti, yükün xarakteri və s. təsir edir.

Sürüşkən örtüyə (φ≤0,4) malik olan yollarda təhlükəsiz hərəkət sürəti, kəskin tormozlama tətbiq olunan və təhlükəsiz ara məsafəsi təmin olunan halda avtomobilin dayanıqlığının təmin olunma şərtinə görə seçilir.

Təhlükəsiz ara məsafəsinin və tormozlama zamanı dayanıqlığın təmin olunması, müxtəlif hərəkət şəraitlərində, əvvəlcədən nəzərdə tutulan və tutulmayan tez-tez dayanmaların nəzərə alınması, təhlükəsiz hərəkət sürətinin seçilməsində əsas şərtlər hesab olunur. Şəhərlərin və digər yaşayış məntəqələrinin küçə və yollarındakı yol ayrıcları arasındakı qısa sahələrdə avtomobillərin hərəkəti bu şərtlər ilə səciyyələndirilir.

Bir-birinin arxasınca hərəkət edən avtomobillər arasındakı təhlükəsiz ara məsafəsi hərəkət sürəti və şinin yol örtüyü ilə ilişmə əmsalı nəzərə alınmaqla, təyin olunur.

Avtomobilin eninə dayanıqlığı, onun uzununa oxuna müəyyən bucaq altltında təsir edən eninə qüvvələrin təsiri altında pozula bilər. eninə qüvvələri yolun nahamar yerlərindən, yandan əsən küləkdən, yolun eninə mailliyindən və digər səbəblərdən yarana bilər.

Əgər avtomobilin təkərinə dartıcı və ya tormoz qüvvəsi təsir etmirsə, onda onlar yana sürüşmədən hərəkət edirlər. Bu zaman yana aparma qüvvəsi şinin yol ilə eninə ilşmə qüvvəsindən kiçik olur. Bu şərt aşağıdakı kimi ifadə olunur:

qabaq təkərlər üçün



, N (1)

arxa təkərlər üçün



, N (2)

burada - şinin yol ilə eninə ilişmə əmsalıdır. kimi götürülür. və - tormozlama zamanı ağırlıq qüvvəsinin oxlar arasında paylanma əmsallarıdır. Qabaq ox üçün ; arxa ox üçün isə götürülür.

Təkərə dartıcı qüvvə və ya tormoz qüvvələri təsir etdikdə, onların sürüşmədən diyirlənmə şərti aşağıdakı kimi olacaqdır:

qabaq təkərlər üçün



, N (3)

arxa təkərlər üçün



, N (4)

burada - qabaq oxun təkərlərində yaranan tormoz qüvvəsi, N; - arxa oxun təkərlərində yaranan tormoz (dartıcı) qüvvəsidir, N.

Əgər tormoz və dartıcı qüvvə, ilşmə şərtinə görə ən böyük qiymətə çatarsa, onda eninə qüvvənin az miqdarda artması, avtomobilin müvafiq oxunun yana sürüşməyə başlamasına səbəb ola bilər.

Avtomobil magistrallarının uzun və düzxətli sahələrində hərəkət intensiv olduqda, avtomobil müxtəlif səbəblərdən asılı olaraq, uzun müddət tormoz sistemindən istifadə etməməklə, hərəkət etdirilə bilər. Əgər belə yollarda sürüşkən yol örtüyünə rast gəlinərsə, onda elə kritik sürət alına bilər ki, bu sürət, ixtiyari şəkildə avtomobilin oxlarından birinin yana çəkməsinə səbəb olsun. Bu zaman sürücü, avtomobili kritik sürətdən az sürətlə idarə etməlidir.




Yüklə 53,78 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə