Fənn : yh təhlükəsizliyi SƏRBƏst is n 5 Mövzu : Müxtəlif şəraitlərdə təhlükəsiz hərəkət sürətinin seçilməsi Qrup : 109a4 Kurs: 3


Xüsusi şəraitlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi



Yüklə 53,78 Kb.
səhifə2/2
tarix06.04.2022
ölçüsü53,78 Kb.
#85104
1   2
ser 5 (1)

Xüsusi şəraitlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi
Dünyanın bütün ölkələrində YNH-nin statistikası göstərir ki, günün qaranlıq vaxtlarında hərəkətin təhlükəsizliyi kəskin surətdə aşağı düşür. Ölkələrin əksəriy­yətində bu vaxtlarda hərəkət inten­sivliyi gündüz vaxtlarına nisbətən 5–10 dəfə az olduğuna bax­mayaraq, YNH-nin 40–60%-i məhz bu vaxtlarda baş verir.

Qeyd etmək lazımdır ki, gecə vaxtı baş vermiş YNH-nin çoxu­nun səbəbi stasionar işıqlandırmanın olmaması və ya çox zəif ol­masıdır. Gecə vaxtı baş ver­miş YNH-nin ağırlıq dərəcəsi çox yük­sək olur. Bu, sürücünün görmə qavrayışının azalması ilə izah olu­nur.

Geçə vaxtı sürücü şəraiti çox pis qavrayır, avtomobilinin sürə­tini dəqiq qiymətləndirə bilmir və qarşıdan gələn avtomobilin fara­larının işığı ilə gözləri qamaşır.

Qaranlıq vaxtı obyektin görünməsi yol örtüyünün parlaqlığı , müşahidə obyektinin parlaqlığı və müşahidə obyekti ilə yol ör­tüyünün parlaqlıq kontrastı k ilə müəyyən edilir:



Obyekti gözlə görməyin mümkün olması üçün kontrastın müəy­yən mini­mum qiyməti təmin edilməlidir. Bu qiymət kontrastın həddi qiyməti adlanır və aşağıdakı kimi hesablanır:



,

burada -obyektlə yol örtüyünün parlaqlıqları fərqinin minimum qiymə­tidir.



: =15:20 nisbətində görmə təmin edilir.

Geçə vaxtı hərəkətin təhlükəsizliyini təmin etmək üçün elə görmə şəraitləri yaradılmalıdır ki, sürücü yolu, onun istiqamətini, görmə sahəsində yaranan mane­əni asan aşkar edə bilsin. Bu halda sürücünün gözünün qamaşdırılması problemi də həll edilməlidir.

Avtomobil faralarının konstruksiyaları üzərində böyük işlər apa­rılmasına baxmayaraq onların göz qamaşdırmaması problemi hələ­lik həll edilməmişdir. Ona görə də yolların stasionar işıqlandırıl­ması məsələsi tamamilə həll edilməlidir. Sürücülərin gözlərinin qamaşdırılmasının qarşısını almaq üçün aşağıdakı tədbir­lə­r­dən isti­fadə etmək olar:

-nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkət axınları ayrılmalı və ya tamamilə ləğv edilməlidir (birtərəfli hərəkətin təşkili);

-faraların nizamlanması və sürücülər tərəfindən düzgün istifadə olunmasına yolda nəzarət etmək;

-stasionar işıqlandırmanın vəziyyətinə nəzarət (eyni zamanda anbarlarda, tikinti meydançalarında projektorlardan istifadə olun­malıdır).

Bu baxımdan birtərəfli hərəkətin təşkili daha böyük əhəmiyyətə malikdir. İkitərəfli avtomobil magistrallarında geniş ayırıcı zolaq­lardan istifadə olunmalıdır. Romada keçirilmiş Beynəlxalq kon­qresdə göstərilmişdir ki, sürücülərin gözlərinin qamaşdırılmasını aradan qaldırmaq üçün ayırıcı zolağın eni avtomagistrallarda 20 m, şəhər və dağ rayonlarında isə 7,0 m götürülməlidir.

Bu enə malik ayırıcı zolaqları ancaq yeni layihələndirilən yol­larda nəzərdə tutmaq olur. İstismar olunan yollarda bu, çox zaman mümkün olmur.

Göz qamaşdırılmasının qarşısını alan çəpərlərə qoyulan əsas tə­ləblər aşağıdakılardır:

-çəpərin minimum hündürlüyü 1600 mm, yerdən çəpərə qədər olan məsafə isə 150 mm olmalıdır.

-çəpərlər 0–200 buçaq altında təsir etdikdə qarşı-qarşıya gələn avtomo­billərin faralarının işığını buraxmamalıdır. Böyük bucaq­larda qamaşdırma təsirləri az olur. Qamaşdırmaya qarşı çəpərlər şəbəkə, alüminium lövhə, plastik profilli ekran və xüsusi yaşıl kol­lar şəklində istifadə oluna bilər.

Stasionar işıqlandırma olmayan küçə və yollarda təhlükəsizliyin təmini üçün sürücülərin optik orientasiyası böyük əhəmiyyət kəsb edir. Optik orientasiya imkan verir ki, sürücülər hərəkət hissəsi və zolaqların sərhədlərini, yolun isti­qamətini düzgün qavrasınlar. Op­tik orientasiya vasitələrinə oxboyu nişanlanma xət­lərini də aid et­mək olar. İşıqəks etdirici elementləri şaquli istiqamətləndirici qu­ruluşlar üzərində də istifadə etmək olar (DÜİST 23457-59-a görə).

İstiqamətləndirici dirəklərdə qoyulan işıq əksetdirici elementlər sağda qırmızı, solda isə ağ və ya sarı rəngdə olmalıdır.

Stasionar işıqlandırma olduqda belə, optik orientasiya vasitələ­rindən istifa­də etmək vacibdir.

Tunel və estakadalara girişlərdə təhlükəsizlik adacıqlarında işıq­lanan ma­yaklardan istifadə etmək olar.

Gecə vaxtı yol hərəkətinin aydınlığı və təhlükəsizliyi üçün ida­rə olunan yol nişanlarından alınan məlumatların düzgün qavranma­sının böyük əhəmiyyəti var­dır. Qaranlıqda nişanların düzgün qav­ranması üçün onlar daxıldən və ya xaricdən işıqlandırılmalı və ya işıq əksetdirici materiallar tətbiq edilməlidir. Bu qaydalar DÜİST 10807-78-in texniki tələbləri ilə müəyyən edilir.

Dağlıq yerlərdə çəkilmiş yollar hərəkətin təşkili üzrə xüsusi tədbirlər tələb edir. Belə ki, bu yollarda çatdırma sürəti kiçik, YNH-nin nəticəsi (və ya ağırlığı) isə böyük olur.

Tez-tez döngələr və sərt enişlər təkərlə yol arasında ilişmə əm­salını azaldır. Düzən yollara nisbətən dağ yolları aşağıdakı çatış­mazlıqlara malikdir:

-yolun ölçülərinin nəqliyyat vasitələrinin qabaritinə uyğun ol­maması;

-görmə məsafəsinin azlığı;

-etibarlı tormozlama şəraitinin olmaması.

Qeyd edək ki, nəinki yol, həmçinin bütövlükdə SAYM sistemi dağlıq şəra­itində az etibarlılıqla xarakterizə olunur.

Dağ yolu ilə hərəkət zamanı sürücünün psixoloji gərginliyi artır və bu da onun yorğunluğunun artmasına, hərəkətin təhlükəsizli­yinin azalmasına səbəb olur.

Dağ yollarında hərəkətin təhlükəsizliyinin və çatdırma sürətinin artırılması üçün yolun parametrlərini yaxşılaşdırmaq və bir sıra hə­rəkətin təşkili üsullarından istifadə etmək lazım gəlir.

Dağ yollarında YHT-nin aşağıdakı istiqamətlərini göstərmək olar:

-sürücülərin görmə şəraitlərinin yaxşılaşdırılması;

-sürət rejimlərinin optimallaşdırılması;

-mübahisəli nöqtələrin sayının və təhlükəlilik dərəcəsinin azal­dılması;

-məlumatın maksimum istifadə olunması.

Görmə şəraitinin yaxşılaşdırılması gecə üçün daha lazımlıdır. Cünki, əyri­xətli yerlərdə dönmə istiqaməti avtomobilin faraları ilə yaxşı işıqlanmır.

Dağlıq yerlərdə hərəkət hissəsinin ox və kənar xətləri çəkil­məli, işığı əks etdirən material çəkilmiş siqnal dirəkləri və yol ni­şanları qoyulmalıdır.

Hərəkət hissəsinin nişanlanması nəinki, görmə şəraitini yaxşı­laşdırır, o, həmçinin avtomobilin plandakı vəziyyətini və ötmə reji­mini müəyyən edir. MAYİ-nin “Yolların layihələndirilməsi” ka­fedrasının məlumatlarına görə 300 m-dən kiçik radiuslu əyrilərdə bütöv ox xətinin çəkilişi məsləhət görülür. Bu, dağlıq yollar üçün xarakterik olan toqquşmaları aradan qaldırır. Bütöv ox xəttini o vaxt çəkmək olar ki, hər iki zolaq lazımi endə olsun. Bu zaman hə­rəkət hissəsinin genişləndirilməsi tədbirləri də nəzərdə tutulma­lıdır. Bütöv ox xətti keçid əyrisindən əvvəl başlan­malıdır.

Dağ yollarında hərəkətin təhlükəsizliyinin nisbətən artırılması tədbiri sürə­tin optimallaşdırılmasıdır. Beləliklə, dağ yollarında sü­rət normalaşdırılmalıdır. Sü­rə­ti normalaşdırmaq üçün təhlükəli sa­hələrdə yol nişanlarından istifadə olunur.

Mübahisəli nöqtələrin sayının azaldılması üçün, ilk növbədə, zolaqda nəq­liyyat vasitələrinin dayanmaları qadağan olunmalıdır.

Bunun üçün marşrut nəqliyyatı dayanacaqlarında “ciblər”, yol­dan kənar göz­ləmələr və dincəlmə yerlərində meydançalar və s. düzəltmək lazım gəlir.

Əgər belə meydançalar, “ciblər” və genişləndirmələr yol tikin­tisində nə­zərdə tutulmayıbsa, onları yolun istismarı zamanı düzəlt­mək lazımdır.

Çətin şəraitlərdə sürücüyə aktiv kömək vasitəsi kimi sürücü­lərin məlu­mat­landırılması böyük rol oynayır. Bunun üçün yol ni­şanları, yolun nişanlanma xətləri və müxtəlif göstəricilərdən isti­fadə olunmalıdır.

Qış mövsümü sutkanın işıqlı vaxtının azalması, havanın tempe­raturunun aşa­ğı düşməsi və qar yağması ilə xarakterikdir. Bu şəra­itdən asılı olaraq qışda hərə­kət sürəti azalır və bərk qar yağdıqda isə hərəkətdə fasilələr yaranır. Az ilişmə əm­salı olan yollarda YNH-nin baş vermə ehtimalı artır. Yol buz bağladıqda nəinki, tormoz yolu artır, həmçinin avtomobilin eninə dəyanətliliyi də azalır.

Qış şəraitində təhlükəsizliyin və avtomobillərin optimal hərəkət sürətinin artırılması üçün bir sıra əlavə tədbirlər görülməlidir:

-yolun qardan rasional şəkildə təmizlənməsi;

-yolun buz bağlamasının qarşısını almaq və yol örtüyünün sürüş­kənliyi ilə mübarizə;

-qar yığınlarının olması yollarda görmə şəraitini pisləşdirir;

-sürücülərə çox mürəkkəb hərəkət şəraiti haqqında məlumat vermək üçün əlavə məlumatverici vasitələrdən istifadə olunmalı.

Yoldan qarın təmizlənməsi üçün qar təmizləyici və ya qızdırıcı qurğulardan istifadə olunur.



Qışda görmə şəraitini yaxşılaşdırmaq üçün yolun çiyini boyu 2–3 m hün­dür­lüyündə, ağ-qara zolaqla rənglənmiş ağac dayaqlardan istifadə olunur. Bundan baş­qa yol nişanları vaxtı-vaxtında qar və buzdan təmizlənməlidir.
Yüklə 53,78 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə