Fənn: “Azərbaycan tarixi”



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
az tarixi m6

mühüm rolu olmuşdu.

 XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca karvan yolları 

Ağqoyunlu  dövlətinin  ərazisindən  keçirdi.  Bu  yollardan  biri 

Yaxın  və  Orta  Şərq  bazarlarını 

Təbrizlə,  Xəzər  sahili  Azərbaycan  bölgələrini  isə,  Həştərxan  vasitəsilə  Moskva  ilə 

birləşdirirdi

.  Digər  mühüm  karvan  yolu 



Hindistanı,  İranı  və  Azərbaycanı  Qara  dənizlə 

birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi.

 Şərq-Qərb ticarət əlaqələrinin, həmçinin 

Azərbaycan-Osmanlı  və  Azərbaycan-Avropa  ticarət  əlaqələrinin  inkişafında 

Təbriz-Bursa-

İstanbul 

karvan yolunun da böyük əhəmiyyəti vardı. Bu karvan yolunda başlıca məntəqə Toqat 

idi. 

Təbrizdən gedən ticarət karvanları Toqatda Şirvan, Gəncə və Gürcüstandan gəlmiş ipək 

karvanları ilə birləşir və Bursaya yönəlirdi

.  


      Aralıq  dənizinin  Şərqində  möhkəmlənmək  uğrunda  Venetsiya  ilə  müharibəyə  başlamış  II 

Mehmed  Avropa-Şərq  ticarətində  inhisar  mövqeyinə  malik  olmaq  istəyirdi.    Osmanlılar  nəinki 

Anadoludan keçən ticarət yollarına, Şərq ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa 

çalışırdılar.  Buna  görə  də  II  Mehmed  müxtəlif  üsullarla  avropalıların  Şərqlə  ticarətinə  mane 

olurdu.  O,  Osmanlı  Türkiyəsi  hüdudlarında  toxuculuğun  inkişafına  ciddi  fıkir  verirdi.  Sultan 

Türkiyəni  Şərqdən  alınmış  ipəyi  toxuyaraq  avropalılara  hazır  məhsul  şəklində  satan  bir  ölkəyə 

çevirməyə  çalışırdı.  O,  bu  məqsədlə,  cürbəcür  məhdudlaşdırıcı  tədbirlərlə  Azərbaycandan 

gətirilmiş  xam  ipəyi  Osmanlı  Türkiyəsindən  xaricə  aparılmasına  maneçilik  törədirdi. 

Azərbaycandan gətirilmiş xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı  tacirlərinə satılmalı idi. 

Ağqoyunluların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan 

II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən 

ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı.   Beləliklə, Ağqoyunlu 

dövləti  ilə Osmanlı Türkiyəsi arasında dərin ticarət  ziddiyyətləri vardı. Osmanlı dövlətinin belə 

iqtisadi siyasəti   Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi. 

        Sultan II Mehmetin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri Ağqoyunlu-Osmanlı 

ziddiyyətlərini daha da kəskinləşdirdi. II Mehmet Trabzonu tutmağa və beləliklə özünün başlıca 

rəqibi  olan  Ağqoyunlu  dövlətini  Qara  dənizə  çıxış  yolundan  məhrum  etməyə,  onun  Qərblə 

əlaqələrini kəsməyə can atırdı.  Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz 

ticarəti  yolunun  nəzarətini  öz  əlinə  keçirmək  niyyətində  idi.  XV  əsrin  II  yarısında  Şərq 



istiqamətində Osmanlı işğallarının güclənməsi şəraitində Ağqoyunlu Trabzon munasibətləri daha 

da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və 

Trabzonun  osmanlılara  verdiyi  bacın  ləğv  olunmasını,  Dəspinə  xatunun  cehizi  Kayseri-Sivas 

bölgəsini ağqoyunlara verilməsini tələb etdilər. II Mehmet bu tələbi rədd etdi. İstanbuldan mənfi 

cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı 1460-cı 

ilin baharında ələ keçirdi.  Bu zaman Fateh sultan Mehmet sülh baglamaq üçün «Muş Əli» adlı bir 

elçi  göndərmişdi.  Uzun  Həsən    «Trabzon  və  ətrafındakı  qalalarla  bağlı  tələblərini»  Osmanlı 

hökmdarına bildirmişdi. Fateh Mehmet bu tələbləri qəbul etmiş və əmirlərinə xəbər göndərərək 

Trabzon  torpaqlarına  hücum  etməməyi,  bu  bölgəni  Uzun  Həsənin  təbəələrinə  həvalə  etməyi 

tapşırmışdı. Lakin II Mehmet Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi.  

        Bu  dövrdə  Ağqoyunlu  dövləti  çox  çətin  vəziyyətə  düşmüşdü.  Çünki  Uzun  Həsən  keçmiş 

rəqibi olan həm qaraqoyunlularla mübarizə aparırdı. Bir tərəfdən dəTeymuri hökmdarı Əbu Səid 

də  Qaraqoyunlu  dövləti  ilə  ittifaq  bağlamışdı.  Ağqoyunlular  iki  təhlükə  arasında  qalmışdılar. 

Beləliklə,  o  zaman  hələ  kiçik  feodal  bəyliyi  olan  Ağqoyunlu  dövlətinin  aradan  qaldırılması 

təhlükəsi  yarandı.  Vəziyyəti  düzgün  qiymətləndirən  Uzun  Həsən  Yassıçəmənə  -  II  Mehmedin 

hərbi düşərgəsinə bir elçi hey'əti göndərdi  Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Saray 

Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin 

birinci  tapşığını  yerinə  yetirə  bildi:  II  Mehmeti  Ağqoyunlu  dövlətinə  qarşı  müharibə  etmək 

fıkrindən  daşındırdı,  iki  ölkə  arasında,  ağqoyunluların  Osmanlı  dövlətinə,  habelə  onun 

himayəsindəki  ərazilərə  hücum  etməməsi,  Osmanlı    qoşunlarının  Trabzona  hücumu  zamanı 

Ağqoyunlu  dövlətinin  bitərəf  qalması  şərtilə  sülh  müqaviləsi  bağlandı.  Bu  sülh  müqaviləsinin 

Ağqoyunlu dövləti üçün böyük  əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu   müqavilə 

nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti 

öz  müstəqilliyini  saxlaya  bildi.  Lakin  Saray  Xatunun  bütün  sə'ylərinə  baxmayaraq,  II  Mehmeti 

Trabzon fəthindən çəkindirmək mümkün olmadı. 1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. 

Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin (Dəspinə xatunun) Trabzon taxtına olan 

varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü. 


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə