Fənn: “Azərbaycan tarixi”


Ağqoyunlu-Osmanlı münasibətlərinin II dövründə



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
az tarixi m6

Ağqoyunlu-Osmanlı münasibətlərinin II dövründə

 Uzun Həsən Osmanlılara qarşı hərbi ittifaq 

yaradılmasının əsas təşkilatçısı idi. Bu vaxtdan Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsinə qarşı 

münasibətlərinin xarakteri də dəyişdi. XV əsrin 60-cı illərinin sonuna yaxın Osmanlı imperiyasına 

qarşı  mübarizə  Ağqoyunlu  dövlətinin  başlıca  xarici  siyasət  məsələsinə  çevrildi.  Uzun  Həsən 



Osmanlı  dövlətini  aradan  qaldırmağa,  bütün  Kiçik  Asiyanı  ələ  keçirməyə,  Avropa  ölkələri  ilə 

bilavasitə  ticarət  əlaqələri  yaratmağa  çalışırdı.  O,  Osmanlı  imperiyasına  qarşı  müharibəyə 

hazırlaşır, fəal xarici siyasət yeridirdi. Təbrızdə-Uzun Həsənin sarayında Osmanlı dövlətini Kiçik 

Asiyanın  siyasi  xəritəsindən  yox  etmək  planı  hazırlanırdı.  Bu  palana  əsasən  İstanbul  da  daxil 

olmaqla Anadolu Ağqoyunlulara, bütün Rumeli isə Venetsiya və onun müttəfiqlərinə veriləcəkdi. 

Osmanlı  dövləti  məhv  ediləcək,  Uzun  Həsən  isə  İstanbul  taxtında  oturacaqdı.  Osmanlı  ərazisi 

Venetsiya  ilə  Ağqoyunlular  arasında  bölüşdürüləcəkdi  Beləliklə,  Ağqoyunlu  hökmdarı  Uzun 

Həsənin də fəal qəsbkarhq planları vardı. O, Yaxın və Orta Şərqdə hegemonluq uğrunda Osmanlı 

sultanı ilə fəal rəqabət aparırdı. Uzun Həsənin apardığı aramsız müharibələr, onun Yaxın və Orta 

Şərqdə,  Avropada  istedadlı  bir  sərkərdə  kimi  məşhurlaşması  da  II  Mehmedi  təşvişə  salmışdı. 

Ağqoyunlu hökmdarının hərbi uğurları (Qaraqoyunlu dövlətini aradan qaldırması, Teymuri Əbu-

Səid  qonşularının  darmadağm  olunması,  Misirlə,  gürcü  knayzları  ilə  müharibələrdə  qələbələr) 

Osmanlı  sultanını  narahat  etməyə  bilməzdi.Topqapı  sarayında  saxlanılan  bir  məktubda  Uzun 

Həsən  Teymurla  müqayisə  edilir  və  Ağqoyunlu  hökmdarının  Teymurdan  da  üstün  olduğu 

göstərilir.  Uzun  Həsən  Avropa  mənbələrində  də  Teymura  bənzədilir,  bəzən  isə  ikinci  Teymur 

adlandırılır. 




Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə