Fənn: “Azərbaycan tarixi”


Teymurun  ölümündən  sonra  çəkişmələr



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   2   3   4   5   6   7   8   9   ...   22
az tarixi m6

Teymurun  ölümündən  sonra  çəkişmələr. 

Qafqazı,  o  cümlədən  Az-nı  tamamilə  özünə  tabe 

edəndən  sonra  Teymur  Səmərqəndə  qayıtdı  və  1405-də  vəfat  etdi.  Teymurun  ölümündən  sonra 

onun imperiyasında “Teymur vəliəhdliyi” ugrunda mübarizə başladı. Hələ atasının sağlığında Az-

dakı  hakimiyyətdən  (Muğan  və  Qarabağ  istisna  olmaqla)  kənarlaşdırılmış  Miranşah  Teymurun 

ölüm  xəbərini  eşidən  kimi  böyük  oğlu  Əbubəkrlə  bərabər  kiçik  oğlu  Ömərə  qarşı  mübarizəyə 

başladı. Azərbaycanda bu dövrdə Miranşahın oğlu Mirzə Ömərin hökmran idi. O, Teymurun ölüm 

xəbərini alan kimi Mirzə Ömər öz adına xütbə oxudub sikkə zərb etdirməklə impriyadan ayrılmaq 

istədi. Miranşah və onun böyük oğlu Əbubəkr Ömərin hakimiyyətini zahirən qəbul etdilər. Lakin 

Ömər  onlara  inanmadığı  üçün  Sultaniyəyə  onun  yanına  gələn  qardaşını  həbs  etdirdi.  Həbsdən 

qaçmağı bacaran Əbubəkr Miranşahla birləşib Xorasanda qoşun topladı, Sultaniyyəni ələ keçirərək 

maneəsiz Təbrizə daxil oldu (Ömər şəhərdə yox idi). Təbriz iki teymuri arasında əldən-ələ keçdi. 

Hakimiyyət  Mirançahın  digər  oğlu  Əbubəkrə  keçdi.  Lakin  Əbubəkrə  qarşı  da  geniş  qiyamlar 

başladı . 

     Teymurilərin  hakimiyyətinin  zəifləməsindən  istifadə  edən  Cəlairi  Sultan  Əhməd  1406-da 

Təbrizi  ələ  keçirdi  və  Cəlairi  dövlətini  bərpa  etdi.  Lakin  xalq  Cəlirilərdənsə  Əbubəkrin 

hakimiyyətdə  olmasını  istədi  və  Əbubəkri  şəhərə  dəvət  etdi.  Ancaq  çox  keçmədən  Əbubəkr 

Qaraqoyunlu  Qara  yusif  tərəfindən  məğlub  edildi  və  Az-da  Teymurilərin  hakimiyətinə  son 

qoyuldu. Beləliklə XIV əsrdə Şirvan və Şəki istisna olmaqla Azərbaycan böyük dağıntılara məruz 

qaldı.   




Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə