Fənn: “Azərbaycan tarixi”



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
  1   2   3   4   5   6   7   8   9   ...   22
az tarixi m6



Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 

Humanitar fənlər kafedrasının professoru  Paşayeva M.T. 

pashayeva.m@gmail.com

 

 

Fənn: “Azərbaycan tarixi” 

 

Mövzu: 

 

  

XIV ƏSRİN SONU-XV ƏSRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.   

  

              



PLAN 

 

1.



 

XIV əsrin I yarısında Azərbaycanda ictimai-siyasi vəziyyət. Şirvanşahlar dövlətinin daxili 

və xarici siyasəti. 

2.

 



Qaraqoyunlu dövləti 

3.

 



Ağqoyunlu dövləti. Uzun Həsənin daxili və xarici siyasəti 

4.

 



XV əsrdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti 

 

Mühazirə  mətni  mənimsənildikdən  sonra  tələbələr  XIV-XV  əsrlərdə  Azərbaycanda 



Azərbaycanda  siyasi  vəziyyət,  xalqımızın  təşəkkülündə  iştirak  etmiş  Qaraqoyunlu  və 

agqoyunlu  tayfa birlikləri,nin mənşəyi,  tarixə  xalqımızın müstəqil dövlətçilik ənənələrinin 

bərpası  dövrü kimi daxil olmuş, Azərbaycanda Teymuri ağalığına  son qoyulması və yerli 

dövlətcilik  ənənəsinin  bərpasında  Qaraqoyunlu  tayfalarının  əvəzsiz  xidməti,    XV    əsrdə 

Azərbaycan tarixində mühüm dönüş dövrü  olmuş qaraqoyunlu və ağqoyunlu  tayfalarının 

dövlət  təsis  etməsi,      Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  yaranması  və  fəaliyyəti 

nəticəsində  Azərbaycanın  beynəlxalq  münasibətlər  sisteminə  daha  fəal  cəlb  olunması, 

onun  Qərbi  Avropa  və  Şərq  ölkələrilə  qarsılıqlı  əlaqələri,  həmçinin  XIII-XV  əsrdə 

Azərbaycanın  sosial-iqtisadi  həyatı  -kənd  təsərrüfatı,  ticarət,  şəhərlər,  torpaq  mülkiyyət 

formaları, vergilər və mükəlləfiyyətlər. Dövlət quruluşu,  XIII – XV əsrlərdə Azərbaycanda elm 

və mədəniyyət haqqında ətraflı məlimat əldə edəcəklər. 

 

 XIV-XV əsrlər Azərbaycanda qaraqoyunlu və ağqoyunlu  tayfalarının dövlət təssi etmələri 



ilə səciyyəvidir. Qaraqoyunlular xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən 


biridir.   Qaraqoyunlu tayfasının mənşəyi  ilə baglı tarixi qaynaqlardan mə"lum olur ki, bu tayfa 

birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Azərbaycan xalqının təşəkkülü prosesində 

iştirak  etmiş  qədim  tayfa  birliklərindən  biri  də  Ağqoyunlulardır.  Ağqoyunlular  da  "türkman" 

adlanan etnik qrupa daxil olmuşdur. 



 

Xüsusilə  XV    əsr  Azərbaycan  tarixində  mühüm  dönüş  dövrüdür.  Bu  dövr  xalqımızın 

müstəqil  dövlətçilik  ənənələrinin  bərpası  kimi  tarixə  daxil  olmuşdur.  Azərbaycanda  Teymuri 

ağalığına    son  qoyulması  və  yerli  dövlətcilik  ənənəsinin  bərpasında  Qaraqoyunlu  tayfalarının 

əvəzsiz  xidməti  olmuşdu.  Azərbaycan  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  yaranması  və 

onların fəaliyyəti nəticəsində  beynəlxalq münasibətlər sisteminə daha fəal cəlb olunmuş, onun 

Qərbi Avropa və Şərq ölkələrilə qarsılıqlı əlaqələri daha da güclənmişdir.   


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə