Fənn: “Azərbaycan tarixi”


Azərbaycanda  siyasi  vəziyyət



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   2   3   4   5   6   7   8   9   ...   22
az tarixi m6

Azərbaycanda  siyasi  vəziyyət.

  XIV  əsrin  sonlarında  Azərbaycandakı  siyasi  sabitsizlik 

Əmir 

Teymurun

 və 


Toxtamışın

 bu ölkəyə hücumu üçün əlverişli şərait yararmışdı. 1336-cı ildə 

Səbz  şəhərində  doğulmuş  Teymur  Çingiz  xanın  hörmətli  əyanlarından  biri    Karacar    noyanın 

nəvəsi, monqol feodalı əmir Turakinin oğlu idi. O, 35 yaşında Mavərənnəhrin hakimi oldu. 1385-

ci ildə Teymur bir sıra qonşu dövlətlərə ona tabe olomağı tələb edən məktub göndərdi. Xorasan 

hakimi ətraf vilayətlərin hakimlərin o cümlədən Az-n hökmdarı Cəlairi sultanı Əhmədə Teymura 

qarşı birləşməyi təklif etsə də müsbət cavab almadı. Ona görə də məğlub oldu. Teymur Az-a yürüş 

edərək  Sultaniyyə  şəhərini  ələ  keçirsə  də  Orta  Asiyadabaş  vermiş  hadisələrlə  əlaqədar  olaraq 

Səmərqəndə dönməli oldu.  

     Cəlairi  dövlətinin  zəifləməsi,  Sultan  Əhmədin  Bağdada    qaçması(O,  Teymurun  gəldiyini 

duyunca Bağdada qaçmışdı), Teymurun Səmərqəndə qayıtması Qızıl Orda Xanı Toxtamışın da 

Az-na hücumu üçün şərait yaratdı. 1385-də 90 minlik ordu ilə Dərbənd keçidi ilə Şirvana girərək 

Azn boyu irılilədi. Təbrizi mühasirəyə aldı. Təbrizlilər hər zamnkı kimi müdafiəyə hazır idilər. 

Bunu görən Toxtamış 250 tümən xərac almaqla şəhərə girməyəcəyinə razılıq verdi. Lakin şəhər 

əh-nin  məbləği  toplamaq  üçün  başının  qarışmasından  istifadə  edən  Toxtamış  şəhərə  soxuldu. 

Marağa, Mərən, Naxşıvan, Əhər də qarət edildi. Toxtamış Az-dan 200minədək əsir apardı. 

    Toxtamışın ardınca 1386-da Az-n yenə də Teymurun hücumlarına məruz qaldı. Teymurun bu 

yürüşü tarixdə 3illik yürüş kim tanınır.  

     1386-dən başlayaraq Təbriz əldən-ələ keçməyə başladı. Gah Teymur, gah da Sultan Əhmədin 

əyanları Təbrizə girirdi. 1387-dən Təbriz Miranşahın başçılığı ilə yerli əyanların idarəsinə(Qara 

Bəstam) verildi. Lakin tezliklə onlar arasında çəkişmələr başladı. Bir tərəfdən də bu çəkişmələrdən 



istifadə edən SultanƏhməd tərəfdarları,  Qara Yusifin başçılığı ilə qaraqoyunlu yayfaları, Marağa 

hakimi Yadigar şah həm öz aralarında, həm də Teymurilərə qarşı çəkişmələrə başladılar. 1388-də 

Cəlairi əmiri Altun Təbrizi ələ keçirdi. Həmin il mayın 25-də Qara Məhəmməd Təbrizə girsə də 

Ağqoyunlarla  vuruşlar  başladığı  üçün  çox  qala  bilmədi.  Təbriz  yenə  yerli  əyanların  mübarizə 

meydanına çevrildi.  Qarışıq vəziyyətdən isrifadə edən Qara Yusif 1392-də yenidən Təbrizi tutsa 

da bu dəfə də Təbrizdə möhkəmlənə bilmədi.  Bu dəfə Qara Yusifin burada canişin qoyub çıxdığını 

eşidən Məhəmməd Yadigar Təbrizə hücum edir. Lakin Teymurun qoşunlarının Az-n sərhədlərində 

görünməsilə  həm  qaraqoyunlular,  həm  də  Yadigar  şah  Təbrizdən  uzaqlaşdılar.  Teymur 

qoşunları1392-də  Təbrizə  girdi.  1393-də  Şəkiyə  yürüş  edən  Teymur  Muğana  qayıdaraq 

Mahmudabadda qışladı.  

      1395-də  Teymur  Şirvanşah  İbrahim  və  Marağa  hakimi  Yadigarın  qoşunları  ilə  birlikdə 

Dərbəndi  keçərək  Qızıl  Ordaya  hücum  etdi.  1396-da  bu  yürüşdən  qələbə  ilə  qayıdan  Teymur 

Dərbənd sərhədlərini daha da möhkəmlətdi və Şirvançah İbrahimi Şirvanın hakimi kimi tanıdı.  

     Əlincə qalası istisna olmaqla bütün Az-nı tutmuş Teymur oğlu Miranşahı Dərbənddən Bağdada, 

Həmədandan Ruma qədər olan böyük bir əraziyə hakim təyin etdi. Lakin Teymur Səmərqənddən 

Hindistana yürüş etdiyi dövrdə Miranşahın qəddarlığı nəticəsində yerli feodallar Əlincə qalasının 

müdafiəsinə  qoşularaq  teymurilərə  qarşı  çıxdılar.  Qafqazda  baş  verən  hadisələrdən  xəbər  tutan 

Teymur 1399-cu ildə Azərbaycana tarixdə “yeddiilllik  maharibə”adlanana yürüşünə başladı. Bu 

zaman  Şirvanşah  İbrahim  yerli  feodallarla  Teymurun  münasibətlərinin  qaydaya  salınmasında 

böyük rol oynadı. Bu yürüş zamanı bütün Az-n, həmçinin Əlincə qalası Teymura tabe edildi.  

      1386-da Teymurun Az-na yürüşü zamanı Sultan Əhmədin Təbrizdəki bir qisim əyanları Əlincə 

qalasına çəkildi. Əlincə qalası Sultan Əhmədin Azərbaycanda yeganə istinadgahı idi. Cəlairilərin 

xəzinəsi qalada saxlanırdı. Qala suktan Əhmədin oğlu sultan Tahirin başçılığı ilə Əmir Altun və 

qalabəyi Xacə-Cövhər tərəfindən müdafiə olunurdu. Burada Cəlairilərin 300-dən artıq əsgəri var 

idi. Sultan Əhməd də Teymura qarşı müqavimət gücü olmadığı üçün Bağdada çəkildi. Temur isə 

Əlincə  qalasının  ətəklərində  bir  günlük  vuruşmadan  sonra  qalanın  alınmasının  mümkün 

olmadığını  görüb  Qarabağa  qışlamağa    getdi.    Azərbaycanı  zəbt  etdikdən  sonra  Teymur 

sultanƏhmədə  tabe  olmaq  barədə  məktub  yazsa  da  rədd  cavabı  aldı.  Belə  olduqda  Teymur 

Bağdada hücum edib pranı qarət etdikdən sonra yenidən Əlincəyə qayıtdı. Teymur qalanı güclü 

mühasirəyə aldı, bütün giriş yollarını tutdu. Beləlikə Teymur bütün Az-nı tutsa da Əlincə qalasını 

ələ  keçirə  bimədi.  Tədricən  Azərbaycan  və  Qafqazın  bir  sıra  yerli  feodalları  (Şəki, 



Gürcüstan)Əlincə qalasının müdafiəsinə kömək edir, birgə Teymurilərə qarşı mübarizə aparırdılar. 

Teymur Az-da hakim təyin etdiyi Miranşahın vəziyyəti nizamlamaqda acizlik çəkdiyini görərək 

Hindistan  səfərindən  geri  qayıdaraq  1399-da  Az-na  yürüş  etdi.  Teymur  Şirvanşahln  köməyilə 

Qafqaz hakimləri ilə ittifaq bağladı. Bundan sonra Əlincə qalası da tabe edildi. Səbəb qalada baş 

verən feodal çəkişmələri idi.  


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə