Fənn: “Azərbaycan tarixi”



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   2   3   4   5   6   7   8   9   ...   22
az tarixi m6

Qaraqoyunlu dövləti.

 Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş ərazisi 

idi. Ağqoyunluların çəmləşdiyi bölgə isə  Diyarbəkir idi. Qaraqoyunlu tayfaları  içərisində Baharlı 

və Sədli tayfalarının xüsusi siyasi əhəmiyyəti var idi. Sədli oymağının qədim vətəni Naxçıvan və 

Sürməli idi. Qaraqoyunlullar XIV əsrin sonlarında Şərqi Anadoluda bəylik yaratmış və onun sasını 

qoyan Baharlı oymağının başçısı Bayram Xoca olmuşdur. O, Sultan Üveysin  Təbriz sarayında 

nüfuzlu əmirlərdən biri idi. O sultan ƏHmədlə qohum olmuşdu. Oğlu Qara Məhəmmədin qızını 

Sultan  əhmədə    vermişdi.  Qaraqoyunluların  Az-da  möhkəmlənməsində  Cəlairilərin  böyük  rolu 

olmuşdur.  

Qaynaqların  verdiyi  mə'lumata  görə,  Qara  Yusif  Əbubəkri  ikinci  dəfə  (1408-ci  ildə) 

məğlub  etdikdən  sonra  oğlu  Pir  Budağı  padşahlıq  taxtına  oturtmuş  və  elçi  göndərərək  Sultan 

Əhmədi xəbərdar etmişdir. O, bu xəbəri müsbət qarşılamış və Pir Budaq üçün hakimiyyət simvolu 

olan  taxt-rəvan  göndərmişdi.  Lakin  bəzi  tədqiqatçıların  fikrincə,  Pir  Budaq  Sultan  Əhmədin 

ölümündən  sonra  hakimiyyətə  gəlmişdir.    Bu  Qara  Yusifin  Pir  Budaqla  müştərək  olaraq  zərb 

etdirdiyi  mis  və  gümüş  sikkələrin  ən  qədiminin  (h.814)  1411-ci  il  tarixlidir  olması  ilə 



əlaqələndirilir. Azərbaycan tədqiqatçılarının  əsərlərində də Qaraqoyunlu dövlətinin 1410-cu ildə 

yarandığı qeyd olunsa da, həm qaynaqlar, həm də numizmatik materiallar Qaraqoyunlu dövlətinin 

təşəkkül tarixininin 1408-ci il olduğunu göstərir. Üzərində Qara Yusifin oğlu Pir Budağın adı həkk 

olunmuş sikkələr 1408-ci ildən  başlayaraq kəsilmişdir. Azərbaycanda siyasi hakimiyyətin 1408-

ci ildən başlayaraq Qaraqoyunluların əlinə keçdiyini həmin dövrün qaynaqları da təsdiq edir.  

Qara  Yusif  Azərbaycanda  teymurilərin  hakimiyyətinə  son  qoyduqdan  sonra  öz 

hakimiyyətini  möhkəmləndirmək  üçün  mühüm  tədbirlər  gördü.  Qaynaqların  verdiyi  mə'lumata 

görə, Qara Yusif 1409-cu ilin noyabr ayında Pir Ömər və İlyas Döğərin başçılığı altında Şirvan 

üzərinə qoşun göndərmişdi. 

Lakin  Şəki  hakimi  Seydi  Əhmədin  döyüşə  ciddi  hazırlaşdığını  hiss  etmiş  Qaraqoyunlu 

sərkərdələri  döyüşə  girməmiş  və  Şirvanın  bə'zi  yerlərini  talan  edərək  Təbrizə  qayıtrmışdılar.

 

Şirvan  və  Şəki  ərazilərini  ələ  keçirib  mərkəzləşdirilmiş  dövlət  yaratmaq  Qara  Yusifin  hərbi 

siyasətinin başlıca məqsədi idi.

   

Teymurun  ölümündən  sonra  onun  vəliəhdlərinin  Azərbaycan  uğrunda  mübarizəsində 

zəifləmələrindən  istifadə  edən  Qara  Yusif  1406-da  Əbubəkrlə  ilk  dəfə  Naxçıvan  yax-da  Araz 

sahilində üz-üzə gəldilər və bu döyüşdə qaraqoyunlular qalib gəldi. II döyüş 1408-də Təbriz yax-

da  Sədrud  döyüşü  oldu.  Yenə  də  teymurilər  məğlub  oldu.  Bu  həlledici  döyüş  idi.  Teymuriəlr 

darmadağın oldu və onların Az-dakı hökmranlığına son qoyuldu. Miranşah öldürüıdü. Əbubəkr 

qaçdı. Bu qələbədən sonra 1409-da Qara Yusif Təbrizə girdi. 

       Teymurilərin  üzərində  qələbədən  sonra  Qara  Yusifın  Azərbaycanın  cənub  torpaqlarında 

getdikcə möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlayirini narahat edirdi. 1409-cu ilin 

18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona verilməsini Qara 

Yusifdən  tələb  etmişdi.  Qara  Yusif  bu  tələbi  rədd  etmiş  və  elçini  geri  qaytarmışdı.    Buna  görə 

1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında  döyüş baş Verdi. Qara 

Yusif bu döyüşdə qələbə çalmış və İraqı da Qaraqoyunlu dövlətinə birləşdirmişdi. 1410-da Təbriz 

yax-da  keçmiiş  müttəfiqi  Cəlairi  Sultan  Əhmədi  məğlub  etmiş  Qara  Yusif  hakimiyyətin  ona 

keçməsini  qanuniləşdirən  sənədlərə  Əhmədə  qol  çəkdirdi.  Qara  Yusifin  oğlu  Pirbudaq  Sultan 

Əhmədin oğulluğu idi və Qara Yusif hakimiyətin ona ötürülməsinə nail oldu. Lakin Qara Yusif 

təkcə  Cənubi  Az-na  sahib  olmaqla  kifayətlənmək  istəmirdi.  1411-də  Qara  Yusif  Təbrizdə 

Pirbudağı  sultan  elan  etdi,  lakin  dövlət  işlərini  öz  əlində  saxladı.  BeləlikləAz-nın  Kürdən 




cənubdakı ərazisini, Ermənistan, Anadolunun şərq vilayətlərini və İraqi-Ərəbin daxil olduğu Az-

n Qaraqoyunlu dövləti yarandı.  

            Qara  Yusifın  Sultan  Əhmədi  ağır  məğlubiyyətə  uğradaraq  öz  mövqeyini  daha  da 

möhkəmləndirməsi Şirvanşah Şeyx İbrahimi xeyli narahat etmişdi. Buna görə də, o, Şəki hakimi 

Seydi  Əhməd  və  Gürcü  çarı  Konstantin  ilə  ittifaq  yaradaraq  Qara  Yusifə  qarşı  döyüşə 

hazırlaşmışdı.   Qara Yusif bu hadisədən xəbər tutmuş və 1412-ci ilin 17 noyabrında Qarabağa 

gəlmişdi. O, buradan Şeyx İbrahimə elçi gondərmiş, ona barışıq təklif etmişdi. Qara Yusifin bu 

təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmamışdı. Qəzəblənmiş Qara Yusif 1412-

ci ilin 19 dekabrında Kür çayını keçmiş və Şeyx İbrahimi ağır məğlubiyyətə uğratmışdı. Beləliklə, 

Şeyx İbrahimin həmişə qorxduğu hadisə baş vermiş və müstəqil Şirvanşahlar dövləti Qaraqoyunlu 

hökmdarından asılı vəziyyətə düşmüşdü. Lakin bu asılılıq nominal səciyyə daşıyırdı. Şirvanşah 

Kür çayından cənubda olan torpaqlardan məhrum olsa da, Azərbaycanın şimal torpaqları onun 

hakimiyyəti altında qalırdı.

 

        Qara Yusifın yaratdığı Qaraqoyunlu dövləti Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər 

uzanan torpaqları əhatə edirdi Cahanşahın hakimiyyəti dövründə Azərbaycan, Arran, Ərəb İraqı, 

Əcəm  İraqı,  Fars  və  Kirman  Qaraqoyunlu  dövlətinin  tərkibinə  daxil  edilmiş,  Şirvanşahlar, 

Ağqoyunlular, Gilan və Mazandaran hakimləri onun hakimiyyətini tanımalı olmuşdu. 

 

Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hokmdarı Şahrux idi. 

Qara  Yusifin  Sultaniyyə  və  Qəzvini  tutması  Şahruxu  qəti  tədbir  görməyə  məcbur  etdi.  Şahrux 

1420-də Az-na yürüş etdi.Bu Şahruxun I yürüşü idi).



 

Lakin döyüş qabağı Qara Yusifin qəflətən 

ölməsi qaraqoyunlular arsında  təşviş yaratdı. Ordu əmirləri cəsədi ortada qoyub qaçdılar. Hətta 

Qara Yusifin cəsədi yalnız 2 gün sonra Təbriz əyanları tərəfindən götürülüb Təbrizə, oradan da 

Ərcişə aparılaraq dəfn  edildi. Heç bir  müqavimətə  rast gəlməyən Şahrux Təbrizi  tutsa da Qara 

Yusifin  oğlu  İskəndər    yenidən  qaraqoyunluları  ıtrafında  toplamaya  bildi  və  Şahruxa  qarşı 

mübarizəni davam etdirdi. (1422-1429). 

 

Şahrux  Az-na  II  dəfə  1429-da  Az-na  yürüş  etdi.Bu  dəfə  də  qələbə  çaldı.  Lakin  buna 



baxmayaraq Şahrux Az-da Qaraqoyunluların hakimiyyəyinin aradan qaldıra bilməyəcəyini görüb 

Qara Yusifin oğulları arasında gedən rəqabətdən istifadə etdi. Qara Yusifin Ən kiçik oğlu Əbu 

Səidlə  yaxınlaşdı.  Şahrux  1430-da  Əbu  Səidi  Az-nın  hakimi  təyin  etsə  də,  Lakin  İskəndər  onu 

öldürərək yenidən taxta otudu(1431-1435) 




 

İskəndərin  digər  qardaşı  Cahanşahla  münaqişəsi  Şahruxu  1435-də  Az-na  III  dəfə  yürüş 

etməyə  həvəsləndirdi.  Şahrux  Vanda  olan  Cahanşahı  yanına  çağırdı  və  vassallığı  qəbul  etmək 

şərtilə  Azərbaycan  hökmdarlığını  ona  verdi.  1436-da  Qarabağı  tərk  etdi.  1438-də  Çahançah 

Ərdəbildən  Təbrizə  hərəkət  etdi.  İskəndər  Əlincə  qalasına  çəkildi.  Lakin  qalada  İskəndər  oölu 

Şahqubad tərəfindən öldürüldü. Beləlilkə də Qaraqoyunliu taxtında Cahanşah oturdu(1438-1467). 

Onun əsas rəqibi Ağqoyunlu Uzun Həsən idi. Ağqyunlularla mübarizə nəticəsində Cahanşah Şərqi 

Anadolunun böyük bir hissəsindən əl çəkməli oldular.  

 

Çahanşah Şahruxun ölümünə qədər(1447) onun vassalı kimi həırəkət etsə də daha sonra 



özünü müstəqil hökmdar kimi aparmağa başladı. Öz adına xütbə oxudub sikkə buraxdırdı.


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə