Uzun Həsənin «Qanunnamə»si
osmanlılar və səfəvilər tərəfındən uzun zaman ərzində
istifadə edilmişdir. Lakin Uzun Həsənin əsaslı tədbirlərinə baxmayaraq, arzuolunan səviyyədə
mərkəzi hakimiyyəti yarada bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu
dövlətində daxili mübarizə şiddətlənmişdi. Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin
daxili zəifliyi üzə çıxdı, Bayanduri sülaləsinin müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və
onların adından dövləti idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı. Osmanlı sultanı
II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını ələ keçirmiş Gödək Əhməd bə'zi
islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu əmirlərinin güclü etirazı ilə qarşılaşdı Sultan
Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi. 1497-ci ilin 13
dekabrında Gödək Əhmədin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə daha da
kəskinləşdi. Bu mərhələni Ağqoyunlu dövlətində hökmranlıq etmək uğrunda varislərin qızğın
mübarizəsi dövrüdür. Sultan Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətində tamamilə hərc-
mərclik başlamışdı Hakimiyyət uğrunda Əlvəndlə Murad arasında gedən mübarizə 1500-ci ildə
Əbhər yaxınlığında Baba Xeyrullah adlı dərvişin vasitəçiliyi sayəsində dayandırılmış, bağlanmış
müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızıl-üzən çayı sərhəd olmaqla onlar arasında bölünmüşdü.
Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars
və Kirman məmləkətləri Muradın hakimiyyəti altına keçmişdi. Əslində səltənət uğrunda gedən
mübarizənin başlıca səbəbi, hökmdarların kiçik yaşda olması, hakimiyyətə olan qızğm hərislik
idi. Beləliklə, daxilən böhran keçirən Ağqoyunlu dövləti 1501-ci ildə Şah İsmayıl Səfəvinin
zərbələri altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı.
Dostları ilə paylaş: |