Teymurun ölümündən sonra çəkişmələr.
Qafqazı, o cümlədən Az-nı tamamilə özünə tabe
edəndən sonra Teymur Səmərqəndə qayıtdı və 1405-də vəfat etdi. Teymurun ölümündən sonra
onun imperiyasında “Teymur vəliəhdliyi” ugrunda mübarizə başladı. Hələ atasının sağlığında Az-
dakı hakimiyyətdən (Muğan və Qarabağ istisna olmaqla) kənarlaşdırılmış Miranşah Teymurun
ölüm xəbərini eşidən kimi böyük oğlu Əbubəkrlə bərabər kiçik oğlu Ömərə qarşı mübarizəyə
başladı. Azərbaycanda bu dövrdə Miranşahın oğlu Mirzə Ömərin hökmran idi. O, Teymurun ölüm
xəbərini alan kimi Mirzə Ömər öz adına xütbə oxudub sikkə zərb etdirməklə impriyadan ayrılmaq
istədi. Miranşah və onun böyük oğlu Əbubəkr Ömərin hakimiyyətini zahirən qəbul etdilər. Lakin
Ömər onlara inanmadığı üçün Sultaniyəyə onun yanına gələn qardaşını həbs etdirdi. Həbsdən
qaçmağı bacaran Əbubəkr Miranşahla birləşib Xorasanda qoşun topladı, Sultaniyyəni ələ keçirərək
maneəsiz Təbrizə daxil oldu (Ömər şəhərdə yox idi). Təbriz iki teymuri arasında əldən-ələ keçdi.
Hakimiyyət Mirançahın digər oğlu Əbubəkrə keçdi. Lakin Əbubəkrə qarşı da geniş qiyamlar
başladı .
Teymurilərin hakimiyyətinin zəifləməsindən istifadə edən Cəlairi Sultan Əhməd 1406-da
Təbrizi ələ keçirdi və Cəlairi dövlətini bərpa etdi. Lakin xalq Cəlirilərdənsə Əbubəkrin
hakimiyyətdə olmasını istədi və Əbubəkri şəhərə dəvət etdi. Ancaq çox keçmədən Əbubəkr
Qaraqoyunlu Qara yusif tərəfindən məğlub edildi və Az-da Teymurilərin hakimiyətinə son
qoyuldu. Beləliklə XIV əsrdə Şirvan və Şəki istisna olmaqla Azərbaycan böyük dağıntılara məruz
qaldı.
Dostları ilə paylaş: |