Fənn haqqinda məlumat. Metalların təsnifatı


Maddənin üç halı.Kristallaşma prosesi



Yüklə 10,48 Mb.
səhifə4/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   2   3   4   5   6   7   8   9   ...   28
Materialşünas imtahan cvb

Maddənin üç halı.Kristallaşma prosesi

Təbiətdə bütün maddələr üç aqreqat – bərk, maye və qaz halında ola bilərlər. Maddələrin bir haldan başqa hala keçməsi sərbəst enerjinin ( F=U-TS ), entropiyanın, sıxlığın və s. fiziki xassələ-rinin kəskin dəyişməsi ilə müşaiyət olunur.
Maddənin dördüncü halı yüksək temperaturlarda ( 105 K –dən yuxarı ) yaranan güclü ionlaş-mış qaz –plazma adlanır.
Qaz, bərk və maye halların bir-birindən fərqini aydınlaşdıraq.
Qazlarda hissəciklər ( atomlar heç bir qanuna tabe olmayaraq nizamsız hərəkət edib bir-biri-ni itələyir və mümkün qədər böyük həcmi tutmağa çalışırlar.
Bərk cismdə atomlar nizamlı , müəyyən qaydada düzülmüşlər Bərk cismlərdə atomlar cazibə və itələmə qüvvələrini təsirindən müvazinətdə olduğundan, bərk cism öz formasını saxlamaq imka-nına malik olur. Bərk cismlərdə metallik, ion,kovolent və Van-Der-Vals cazibə əlaqələri olur.
Mayedə atom və molekullar « Yaxın qaydanı» saxlayırlar, yəni atomların müəyyən qismi fəza-da qanunauyğun qaydada düzülrlər. Bu hal dayanıqsız olub istilik rəqslərinin təsiri ilə tez əmələ gə-lir və pozulur. Bərk cismdən fərqli olaraq mayelər axıcılıq qabiliyyətinə malikdirlər. Deməli, maye hal qaz və bərk hallar arasında aralıq mövqe tutur.
Ancaq müəyən şəraitdə ( təzyiq, temperatur v.s. ) maddə ərimədən birbaşa bərk haldan qaz halına keçə bilər ki, buna da sublimasiya deyilir. ( Şəkil 1a )

Şəkil 1. a-temperatur və təzyiqdən asılı olaraq bərk, maye və qaz sahələri; b- elementar kristallik qəfəs
Fəzada hissəciklərin ( atomların və molekulların düzgün və qanunauyğun yerləşməsi kristallik halı xarakterizə edir. Fizikadan bilirik ki, kristal hal ilə bərk hal adətən eynidir. Kristallik quruluş-düyünlərində atomlar ( ionlar) yerləşən fəza qəfəsi şəklində təsvir edilir ( şə-kil 1 b )
ARDİ SUAL 5 (Kristallaşma prosesi haqqinda )

  1. Kristallaşma prosesinin mexanizmi.

Kristallaşma mürəkkəb proses olub, bir sıra amillərdən asılıdır. Hələ 1878 –ci ildə D.K.Çernov polad külçəsinin strukturunu öyrənərkən göstərmişdir ki, kristallaşma prosesi iki elementar hissədən ibarətdir. Birinci proses maye metalda kristal mərkəzlərinin yaranmasından, ikinci proses isə bu mərkəzlərin inkişaf edərək böyüməsindən ibarətdir. Hər iki proses eyni za-manda baş verir və nəticdə maye metal kristallaşır. Kristal mərkəzlərinin yaranmasının və böyü-məsi prosesinin modeli şəkil 1-də, kristallaşmanın miqdarı isə şəkil 2-də kinetik əyri ilə göstə-rilmişdir.
Şəkil 1. Kristallaşma prosesinin modeli



Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə