Fənn haqqinda məlumat. Metalların təsnifatı


Şəkil 2. a-kristallaşmanın kinetik əyrisi; b-ifrat soyuma dərəcəsindən aslı olaraq kristal mərkəzlərinin yaranma ( k.m.s) və böyümə sürətlərinin ( k.s) sxemi



Yüklə 10,48 Mb.
səhifə5/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   2   3   4   5   6   7   8   9   ...   28
Materialşünas imtahan cvb

Şəkil 2. a-kristallaşmanın kinetik əyrisi; b-ifrat soyuma dərəcəsindən aslı olaraq kristal mərkəzlərinin yaranma ( k.m.s) və böyümə sürətlərinin ( k.s) sxemi.
Şəkil 1-dəki modeldən görünür ki, birinci saniyədə mayedə 5 kristal mərkəzləri ya-ranır. Beləlilə, hər saniyədə yeni kristal mərkəzlərinin yaranması və böyüməsi nəticə-sində mayedə kristallaşma prosesi gedir və yeddinci saniyədə kristalaşma sona çatır.
Kristallaşma zamanı iki başlıca məsələni aydınlaşdırmaq lazımdır:
1. Kristallaşma prosesi inkişaf etdikcə, əmələ gələn kristalların sayı getdikcə artır. Odur ki, kristallaşma əvvəlcə sürətlə gedir. Sonra isə mayenin miqdarı azaldığından, yeni Kristalların əmələ gəlməsi və onların böyüməsi çətinləşdiyindən kristallaşmanın sürəti azalır.
2.Kristallaşma prosesində yaranan kristallar nə qədər ki maye ilə əhatə olunublar, düzgün formaya malik olurlar. Lakin böyüyən kristallar böyüdükcə bir-birinə toxunduğundan onların düzgünlüyü pozulur. Bu səbəbdən də kristallaşma qurtardıqdan sonra kristalların forması düz olmur. Bütünlükdə kristallaşma prosesinin sürəti kristalların yaranma və onların böyümə sürətindən asılıdır. Vahid həcmdə, vahid zamanda əmələ gələn kristal mərkəzlərinin sayına kristalların yaranma sürəti deyilirk.m.s. ( kristal mərkəzlə-rinin sayı ) ilə işarə edilir, vahidi isə 1/mm3 san-dir.
Kristal mərkəzlərinin xətti ölçülərinin vahid zamanda millimetrlə artımına kristal mərkəzlərinin bö-yümə sürəti və ya kristallaşma sürəti deyilir, k.s. ilə içarə edilir, vahidi mm/san. və ya mm/dəq-dir.
Kristal mərkəzlərinin yaranma və böyümə sürəti ifrat soyuma dərəcəsindən asılıdır. Bu asıllıq şəkil 2 b-də verilmişdir.
Şəkil 1b-dən görünür ki, nəzəri kristllaşma temperaturunda ifart soyuma dərəcəsi n=0 olduğu üçün kristal mərkəzlərinin yaranma və böyümə sürəti sıfra bərabər olur. Odur ki, bu temperaturda kristallaşma getmir. İfrat soyuma dərəcəsi artdıqca kristal mərkəzlərinin yaranma və böyümə sürətləri artaraq maksimuma çat-dıqdan sonra azalmağa başlayır. İfrat soyuma dərəcəsinin böyük qiymətində temperatur çox aşağı düşdü-yündən, atomların fəallığı azalır. Ona görə də sistemin çevrilmə qabiliyyəti zəifləyir. Nəhayət ifrat soyuma dərəcəsinin ən böyük qiymətində kristal mıərkəzlərinin yaranma və böyümə sürətləri praktiki olaraq sıfra bərabər olur.
İfrat soyuma dərəcəsinin kiçik qiymətlərində kristal mərkəzlərinin sayı az və böyümə sürəti yüksək olduğundan az miqdarda iri ölçüçü kristallar yaranır.
Metallarda faza çevrilmələrinin yaranması üçün kristal mərkəzlərinin yaranma və böyümə sürəti əsas şərtdir.
Müəyyən edilmişdir ki, nəinki maye ərintilərdə, hətta bərk halda olan metallarda da çevrilmələr kristal mərkəzlərinin əmələ gəlməsi və onların böyüməsi prosesləri ilə gedir. Bu proseslərin getmə sürəti




Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə