Fənn haqqinda məlumat. Metalların təsnifatı



Yüklə 10,48 Mb.
səhifə8/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
Materialşünas imtahan cvb

D.K.Çernov 100 tonluq polad töküyün yığılma boşluğunda çəkisi 3,35 kq, uzun-luğu 39 sm olan dendrit tapmışdır. Adətən buna «Çernov kristalı» deyilir. Şəkil 1v.
Şəkil 2.Polad töküyün quruluşunun sxemi.
Çox hallarda polad tökükdə şəkil 2-də göstərilən 3 sahə yaranır.
Birinci sahə -xarici xırda dənəli kristallardan ibarət olan qabıq ( 1) qatıdır. Bu sahə, maye metalı metal qəlibə tökdükdə qəlibin soyuq divarı ilə nazik maye metal qatı arasında böyük temperatur qra-dientinin yaranması hesabına ifrat soyuma baş verdiyindən əmələ gəlir. Nəticədə çoxlu miqdarda kristal mərkəzləri yarandığından töküyün bu xarici qatı xırda dənəli struktur qurluşuna malik olur.
Töküyün ikinci sahəsi- sütunvari( 2 ) kristallardan ibarətdir. Birinci sahə kristallaşıb qabıq əmə-lə gətirdikdə qəlibdə istilik ötürmə şəraiti dəyişir, qəlibin divarları qızır, maye metalla onun toxun-duğu səth arasında tempertur qradiyenti kiçildiyindən poladın ifrat soyuma dərəcəsi aşağı düşür. Beləliklə, yaranan kristal mərkəzlərinin sayı da azalır və bu mərkəzlərdən istiliyin nisbətən yavaş ötürülmə istiqamətinə - qəlibin divarlarına perpendikulyar sütunvarı kristallar əmələ gəlir.
Üçüncü sahə- bərabəroxlu (3) kristallardan ibarətdir. Töküyü mərkəzi hissəsində istiliyin ötü-rülmə istiqaməti olmadığından soyuyan metalın temperaturu bütün nöqtələrdə bərabrləşir. Soyu-manın müəyyən anında müxtəlif nöqtələrdə kristal özəkləri yaranır və sonra bu özəklər müxtəlif istiqamətlərdə böyüyərək bir-birilə görüşüb birləşir. Bunun nəticəsində bərabər oxlu struktur yara-nır. Bu halda metal daxilində olan çox xırda qatışıqlar və eləcədə metala təsadüfi düşmüş, həll ol-mayan hissəciklər də kristal mərkəzləri rolunu oynayır.
Töküyün həcmində sütunvari və bərabəroxlu kristal sahələrinin nisbi yerləşməsinin böyük əhə-miyyəti vardır. Sütunvari kristallar sahəsində metal daha sıx olur. Ona görə də həmin sahədə boşluq və qaz qabarcıqları az alınır.
Sütunvari kristal sahələrinin baş-başa birləşməsinə gətirən kristallaşmaya transkristallaşma de-yilir. Sütunvari kristalların yaranması metalların kimyəvi tərkibindən, ifrat qızma dərəcəsindən,
töküyün ölçülərindən, tökmə sürətindən metal qəlibin divarının temperaturundan, qalınlığından, quruluşundan və s. asılıdır. Bu amillər istiliyin ayrılma sürətinə təsir göstərərək kristallaşan metalın daxili həcmində müxtəlif temperatur qradienti yaradır. Nisbətən yavaş sürətlə soyuyan töküyün mər-kəzində bərabəroxlu kristallar əmələ gəlir. Bəzi töküklərdə beş-altı kristallaşma sahəsi yaranır. Ma-ye metalın həcmi kristallaşan metalın həcminə nisbətən böyük olur. Odur ki, qəlibə tökülmüş metal kristallaşdıqda öz həcmini kiçildərək tökükdə müəyyən boşluq yaradır. Buna yığılma boşluğu deyi-lir.
Yığılma böşluğu töküyün müəyən yerində və bütün həcmində yarana bilər.Yaxşı reduksiya edil-miş sakit poladlarda yığılma boşluğu töküyün üst hissəsində yerləşdiyi üçün onun həcmində az miq-darda böşluq və qaz qabarcıqları olur.


  1. Yüklə 10,48 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə