Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
 
-vergilər  üzrə  kəsiri  və  habelə  vergi  qanunvericiliyi  üzrə  nəzərdə  tutulmuş 
cərimələrin tutulmasını həyata keçirmək. 
Bütövlükdə  gömrük  orqanları  AR–nın  sərhədlərindən  malların  keçirilməsi 
zamanı  vergi  qanunvericiliyinə  əməl  edilməsinə,  gömrük  rüsumlarının  düzgün 
hesablanması və ödənilməsinə nəzarət edir. 
 
 
3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və 
proqnozlaşdırılması 
 
Maliyyə  planlaşdırılması  maliyyənin  idarə  edilməsinin  mühüm  elementi 
kimi  çıxış  edir.  Maliyyə  planlaşdırılmasının  obyekti  dövlətin  və  təsərrüfat 
subyektlərinin  maliyyə  fəaliyyətidir.  Onun  nəticəsi  isə  maliyyə  planlarının  (ayrı–
ayrı  idarələrin  smetalarından  başlamış  dövlətin  icmal  maliyyə  balansınadək) 
tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit 
sisteminin  həlqələri  ilə  ödəniş  və  hesablaşmalar  üzrə  qarşılıqlı  əlaqələr  müəyyən 
edilir. 
Maliyyə  sisteminin  bütün  həlqələri  maliyyə  planına  malikdir.  Maliyyə 
planının  formaları,  onun  göstəricilərinin  tərkibi  maliyyə  sisteminin  müvafiq 
həlqəsinin  spesifikliyini  əks  etdirir.  Belə  ki,  kommersiya  əsasında  fəaliyyət 
göstərən  müəssisələr  gəlirlər  və  xərclər  balansı;  qeyri–kommersiya  fəaliyyətini 
həyata  keçirən  idarələr  smeta;  kooperativ  təşkilatları,  ictimai  birliklər  və  sığorta 
şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər. 
Maliyyə  planlaşdırılmasında  iqtisadi  inkişafın  bu  və  ya  digər  mərhələsində 
həyata  keçirilən  maliyyə  siyasətinin  tələbləri  əsas  götürülür.  Bu  halda  plan 
tapşırıqlarını  yerinə  yetirmək  üçün  pul  vəsaitinin  həcmi  və  onun  mənbələri 
müəyyən  edilir,  gəlirlərin  artırılması  və  xərclərə  qənaət  aşkar  edilir, 
mərkəzləşdirilmiş və qeyri–mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün 
optimal nisbətləri müəyyən edilir.   
Maliyyə  göstəricilərinin  proqnoz  və  plan  hesablamaları  müxtəlif 
metodlardan  istifadə  etməklə  həyata  keçirilir.  Onlardan  ən  əhəmiyyətlisi 
ekstrapolyasiya,  normativ,  riyazi  modelləşdirmə  metodlarından  ibarətdir. 
Ekstrapolyasiya  metodunda  maliyyə  göstəriciləri  onların  dinamikasını  aşkar 
etmək  əsasında  müəyyən  edilir,  hesablamada  hesabat  dövrünün  göstəricilərindən 
istifadə  olunur.  Normativ  metod  müəyyən  edilmiş  norma  və  normativlərdən 
istifadəyə  əsaslanır.  Riyazi  modelləşmə  metodu  real  iqtisadi–sosial  proseslərdə 
maliyyə modelinin qurulmasından ibarətdir. 
Maliyyə  resurslarının  formalaşması  mənbələri  ilə  birlikdə  onların  istifadəsi 
istiqamətlərini  uyğunlaşdırmaq,  maliyyə  planının  bütün  bölmələrini  öz  aralarında 
ələqələndirmək üçün balans metodu tətbiq edilir. 
Maddi  istehsal  sahələrində  planlaşdırma  zamanı  geniş  forma  ilə  birlikdə 
gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) 
maliyyə planı tərtib edilir. 
Maliyyə  planının  tərtib  olunmasının  məqsədi  maliyyə  göstəricilərinin  qısa, 
orta  və  uzun  müddətə  proqnozlaşdırılması  əsasında  maliyyə  vəsaitlərinin,  kapital 
KitabYurdu.az 
23
 


 
 
və  ehtiyatların  mümkün  həcminin  müəyyən  olunmasıdır.  Maliyyə  planının  əsas 
strategiyası 
təsərrüfatçılıqla 
məşğul 
olan 
subyektlərdə 
mənfəətin 
mənbələrinin  və  məsrəflərin  istiqamətlərinin  müəyyənləşdirilməsidir.  Müasir 
dövrdə  firma  maliyyə  planından  istifadə  edərək  sərəncamında  qalan  xalis 
mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir. 
Qoyulan  məqsəddən  asılı  olaraq  müəssisələrdə  maliyyə  planları  bir  qayda 
olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji 
maliyyə  planları  da  işlənib  hazırlanır.  Buna  müvafiq  olaraq  perspektiv,  cari  və 
operativ planlar mövcuddur. 
Maliyyə  planı  işlənib  hazırlanarkən  əvvəlki  dövrün  maliyyə  hesabatları 
məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək 
üçün  zəruridir.  Çünki,  belə  təhlil  arzuolunmaz  kənarlaşdırmaları  arzu  etməyə  və 
planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir. 
Maliyyə  planlaşdırılmasının  müasir  praktikasında  fərqlənən  digər  mühüm 
cəhət  illik  planların  və  operativ  göstəricilərin  eyniyyat  təşkil  etməsidir.  Daha 
doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür. 
Planı  işləyib  hazırlayarkən  fəaliyyət  istiqamətlərini,  təsərrüfat,  investisiya, 
maliyyə  istiqamətlərinin  dəqiq  hüdudunu  müəyyən  etmək  lazımdır.  Bu,  pul 
axılarının  idarə  edilməsinin  səmərəliliyini  yüksəldir.  Həmçinin  konkret 
təsərrüfatçılıq  şəraitindən  (rüblük,  illik  və  ya  daha  çox)  asılı  olaraq  planlaşdırma 
intervalını qabaqcadan müəyyən etmək də lazımdır. 
Proqnozlaşdırma uzun müddətə idarəetmə obyektinin maliyyə vəziyyətinin 
dəyişdirilməsinə,  işlənib  hazırlanmasına  yönəldilmişdir.  Proqnozlaşdırmanın 
xüsusiyyəti  maliyyə  göstöricilərinin  və  idarəetmə  obyektinin  inkişafının 
variantlarını müəyyən edən parametrlərin işlənib hazırlanmasında alternativlikdən 
ibarətdir.  Proqnozlaşdırmanın  ən  geniş  yayılmış  metodu  –  ekspert 
qiymətləndirilməsini  nəzərə  almaqla  inkişafın  bərqərar  olmuş  meylinin 
ekstropolyasiya (kənarlaşma) və səbəb–nəticə əlaqələrinin təhlili metodlarıdır. 
Maliyyə  proqnozlaşdırılması  gələcəkdə  müəssisənin  mümkün  maliyyə 
vəziyyətinin  öyrənilməsində,  müəyyən  xərcləri  maliyyələşdirərkən  müəssisələrin 
zəruri  sabitliyini  təmin  etmək  üçün  maliyyə  sahəsindəki  strategiyanın  əsas 
istiqamətlərini  işləyib  hazırlamaqda  ifadə  olunur.  Belə  proqnoz  hər  şeydən  əvvəl 
müəssisənin  özü  üçün  əhəmiyyətlidir.  Çünki,  müəssisənin  davam  edən  fəaliyyəti 
kapital  cəlb  edilməsini  və  müflisləşmənin  qarşısının  alınmasını  tələb  edir.  Sivil 
bazar şəraitində rəqabət satış həcminin çoxaldılmasına, xərclərin aşağı salınmasına, 
məhsulun keyfiyyətinin təmin edilməsinə, istehsal fəaliyyətinin diversifikasiyasına 
təhrik edir. Bu isə öz növbəsində daima kapital axınını və maliyyə sabitliyini tələb 
edir. 
Bununla  yanaşı  proqnoz  anlayışından  maliyyə  planının  tərtibi  üçün  zəruri 
olan  hesablamaları,  məsələn,  məhsul  həcminin  reallaşdırılması  proqnozunu, 
xərclərin  miqdarı  proqnozunu  və  s.  hesablamaq  üçün  də  istifadə  edilir.  Bu 
hesablamalara  müəyyən  çeviklik  verir,  dəyişən  şəraitdən  asılı  olaraq  düzəlişlər 
etməyə imkan verir. 
Müəssisənin maliyyə vəsaitinin perspektiv proqnozu iqtisadi informasiyanın 
xarici  istifadəçiləri  üçün  də  əhəmiyyətə  malikdir.  Bunların  sırasına  kreditlərin 
KitabYurdu.az 
24
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə