Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
 
vaxtında  qaytarılmasında  maraqlı  olan  banklar  daxildir.  Bu  banklar  ssuda  borcu 
olan  müəssisələri  kreditləşmə  prosesində  maliyyə  resursları  ilə  təmin  edir.  Ona 
görə də bu bankların müştərilərin cari maliyyə hesabatları ilə tanış olmaq icazələri 
və təhlil, proqnozlaşdırma aparmaq imkanları vardır. Qərb ölkələrinin təcrübəsinə 
əsasən  demək  olar  ki,  banklarla  müəssisələrin  müflisləşməsini  proqnozlaşdırmaq 
üzrə əhəmiyyətli işlər yerinə yetirilir. 
Maliyyə proqnozlaşdırılması dəqiq plan üçün münasib hesab edilən illik və 
perspektiv maliyyə planlaşdırılması üçün əsas yaradır. 
 
4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi 
 
Maliyyənin  idarə  edilməsinin  mühüm  bir  hissəsi  iqtisadi-riyazi  metodların 
və  elektron-hesablama  texnikasının  istifadəsinə  əsaslanan  idarəetmənin 
avtomatlaşdırılmış  sistemidir  (İAS).  İdarəetmənin  avtomatlaşdırılmış  sistemi 
maliyyə orqanları strukturunun ayrılmaz hissəsi olub, maliyyəni idarə edilməsinin 
mühüm  strukturudur  və  maliyyənin  daha  səmərəli  fəaliyyət  göstərməsini  təmin 
edir. 
Bazar  iqtisadiyyatı  şəraitində  maliyyənin  idarə  edilməsi  sistemində 
avtomatlaşdırmanın  tətbiq  edilməsi  idarəetmənin  keyfiyyət  göstəricilərinin 
yaxşılaşdırılması  imkanlarını  və  maliyyə  orqanlarının  işinin  səmərəliliyini  xeyli 
artırır. 
Çoxsaylı  mülkiyyət  formasına,  əmtəə  istehsalçılarının  rəqabətinə,  inkişaf 
etmiş  maliyyə  sisteminə  əsaslanan  bazar  iqtisadiyyatı  iqtisadi  və  maliyyə 
informasiyasının  böyük  axınını  yaradır.  Bütün  bunlar  informasiyanın  toplanması, 
saxlanması  və  istifadəsinin  təşkili  sistemi  kimi  informatika  sahəsinə 
istiqamətlənmək səriştəsini tələb edir. 
Maliyyənin  AİS  iqtisadi  və  riyazi  metodların,  elektron-hesablama 
texnikasının,  texniki  təşkil  və  müasir  rabitə  vasitələrinin  məcmusudur.  O,  uçot, 
planlaşdırma  və  xalq  təsərrüfatının  idarə  edilməsi  üçün  informasiyaların 
toplanması və  işlənməsinin ümumdövlət avtomatlaşdırılmış  sisteminin  ali sistemi 
kimi çıxış edir. 
Dövlət  maliyyəsinin  idarə  edilməsində  maliyyə  hesablamalarının 
avtomatlaşdırılmış  sistemindən  (MHAS)  istifadə  edilir.  Belə  ki,  AR-nın  Maliyyə 
Nazirliyi  sistemində  maliyyə  orqanları  strukturunun  ayrılmaz  tərkib  hissəsinə 
çevrilmiş  MHAS  fəaliyyət  göstərir.  Bu  sistem  informasiyaların  toplanması, 
işlənməsi  və  təhlilinin  əmək  tutumluğunun  azaldılması  əsasında  maliyyənin 
səmərəli idarə edilməsinə, maliyyə planlarının çoxvariantlı hesablamalarının təmin 
edilməsinə  və  onların  öz  aralarında  daha  yaxşı  razılaşdırılmasına,  maliyyə 
orqanları aparatının strukturunun təkmilləşdirilməsinə şərait yaradır. 
Hazırda 
aşağı 
maliyyə 
orqanlarında 
maliyyə 
hesablamalarının 
avtomatlaşdırılmasının  tətbiqi  aktual  əhəmiyyət  kəsb  edir.  Bu  xüsusilə  vergi 
ödəyiciləri  üzrə  çoxsaylı,  daim  dəyişən  məlumatlarla işləyən  vergi  idarələri  üçün 
aktual  hesab  edilir.  Bu  iş  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin 
MHAS ilə qarşılıqlı əlaqədə aparılır. 
 
KitabYurdu.az 
25
 


 
 
 
Mövzu 4: Maliyyə bazarı 
 
 
P L A N 
 
1.Maliyyə bazarının mahiyyəti və rolu 
2.Maliyyə bazarları və onların növləri 
3.Azərbaycanda maliyyə bazarının ümumi xarakteristikası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
26
 


 
 
1. Maliyyə bazarının mahiyyəti və rolu 
 
Bazar  iqtisadiyyatına  keçid  dövründə  maliyyə  resurslarının  fasiləsiz  olaraq 
ölkə  iqtisadiyyatına  cəlb  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda 
həyata  keçirilən  iqtisadi  islahatlar  və  onun  dünya  iqtisadiyyatı  sisteminə 
inteqrasiyasının  dərinləşməsi  iqtisadiyyatın  dinamik  inkişafına  şərait  yaratmışdır. 
Daxili  və  xarici  resursların  iqtisadi  inkişafa  cəlb  edilməsini  təmin  edən  maliyyə 
bazarının  mövcudluğu  zərurətinə  çevrilir.  Belə  ki,  müasir  şəraitdə  maliyyə 
bazarları  mülkiyyət  formasından  asılı  olmayaraq  həm  mikroiqtisadi  səviyyədə, 
həm  də  dövlət  səviyyəsində  onların  maliyyə  resursları  ilə  təmin  edilməsində 
mühüm  rol  oynayır.  Deməli,  bazar  iqtisadiyyatının  inkişafı  maliyyə  bazarı 
olmadan  mümkün  deyildir.  Maliyyə  bazarı  pul  vəsaitlərinin  hərəkətinin  təşkil 
edilməsinin  xüsusi  forma  və  sferası  olub  maliyyə  münasibətləri  sferasında  alqı-
satqı münasibətlərinin məcmusudur. 
Maliyyə  bazarı  –  elə  bazar  formasıdır  ki,  burada  əmtəə  kimi  maliyyə 
resursları  çıxış  edir.  Başqa  sözlə,  maliyyə  bazarı  pul  vəsaitlərinin  iqtisadi 
subyektlər arasında bölgüsünü təmin edən bazardır. Maliyyə bazarının məqsədi – 
pul  vəsaitlərinin  səmərəli  çəkildə  səfərbər  edilməsini  və  onların  maliyyə 
resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir. 
Maliyyə bazarı - əmanət toplayanların vəsaitlərini birbaşa borc götürənlərə 
təqdim  edilməsinə  şərait  yaradan  maliyyə  institutlarıdırlar.  Qriqori  Mənkyu 
(Ekonomiksin əsasları – Bakı 2008  səh .562) 
Maliyyə  bazarının  yaranması  zəruriliyinin  əsas  amillərindən  biri  maliyyə 
ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir 
qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının 
çatışmamazlığı  özünü  büruzə  verir.  Bu  zaman  maliyyə  ehtiyatlarının  bir 
müəssisədən  digərinə  doğru  hərəkətinin  təmin  edilməsinin  mühüm  forması  kimi 
maliyyə  bazarı  çıxış  edir.  Deməli,  maliyyə  bazarı  pul  vəsaitlərinin  sahiblərindən 
ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır. 
Maliyyə  bazarının  rolu onun  yerinə  yetirdiyi  funksiyalarla  müəyyən  edilir. 
Müasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir: 
- pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), 
yəni  pula  ehtiyacı  olanlara  hərəkətini  təmin  etmək;  təcrübədə  o,  özünü 
müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  və  qiymətli  kağızların  alqı  -  satqısı,  maliyyə 
ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya 
miqyasında  maliyyə  vəsaitlərinin  böyük  hissəsi  maliyyə  bazarı  vasitəsilə 
bölüşdürülür; 
-  bazarda  alıcı  ilə  satıcının  birbaşa  görüşməsi  zamanı  satışa  çıxarılan 
aktivlərin  real  bazar  qiymətləri  müəyyən  olunur.  Burada  həmçinin  aktivlərin 
geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir; 
-  maliyyə  bazarı  investorlar  üçün  pulların  ən  səmərəli  istiqamətlərə 
yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün 
dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə 
mənbəyi tapmağa imkan verir
-  maliyyə  bazarının  başlıca  funksiyalarından  biri  də  maliyyə  ehtiyatlarının 
KitabYurdu.az 
27
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə