Fənn: Maliyyə, pul tədavülü və kredit


köçürmə  xərclərinin  (araşdırma  və  informasiya  xərcləri)  minimuma



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

 
 
köçürmə  xərclərinin  (araşdırma  və  informasiya  xərcləri)  minimuma 
endirilməsindən ibarətdir
Maliyyə  resurslarının  ilkin  satıcıları  və  həm  də  son  istehsalçıları  üç  qrupa 
bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət. 
Maliyyə  resurslarının  alqı-satqısı  iki  yolla:  birincisi,  maliyyə  vasitəçilərinin 
köməyi  olmadan  bilavasitə  satıcıdan  onun  istehlakçılarına  çatdırmaq,  ikincisi,  bir 
və ya bir neçə vasitəçilərin köməyi ilə həyata keçirilir. 
Maliyyə  vasitəçiləri  kimi  pul  vəsaitlərinin  idarə  edilməsini  həyata  keçirən 
kredit  təşkilatları,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları,  qeyri-dövlət 
pensiya fondları, investisiya fondları, sığorta kompaniyaları çıxış edir. 
Vəsaitlərin  cəlb  edilməsi  əlamətlərinə  görə  maliyyə  bazarları  strukturlarına 
daxildir:  borc və kredit bazarları, qiymətli  kağızlar bazarları və  deriativlər bazarı, 
lizinq  və  faktorink  xidməti  bazarları,  etimadlılıq  əməliyyatı  bazarı  (öz  pul 
komponentləri hissəsində) və sığorta bazarı. 
Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür: 
- daxili  və ya milli  maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili 
mənbələrinə  əsaslanır.  Bu  halda  digər  ölkələrin  resursları  cəlb  edilsə  də,  onların 
xüsusi çəkisi cüzi olur; 
-  dünya  maliyyə  bazarları.  Onların  resursları  müxtəlif  dövlətlərin 
rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir. 
İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf 
etməkdə  olan  bazarlara  bölünür  (çox  hallarda  yaradılmaqda  olan  və  ya 
formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır). 
Maliyyə bazarının iştirakçıları və ya subyektləri aşağıdakılardır: 
 
-  investorlar  –  tələbatından  artıq  maliyyə  ehtiyatlarına  malik  olan  və 
investisiya kimi istifadə edən müəssisə və təşkilatlar
 
- əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif 
yığımlar həyata keçirən fiziki şəxslər
 
-  borc  alanlar  –  kifayət  qədər  maliyyə  ehtiyatlarına  malik  olmayan  və  ya 
maliyyə  ehtiyatlarının  çatışmamazlığını  “hiss”  edən  müəssisə  və  təşkilatlar, 
həmçinin dövlət hakimiyyəti orqanları. 
 
Bu  deyilənlərlə  yanaşı,  maliyyə  bazarının  subyekti  kimi  fəaliyyət  göstərən 
müxtəlif  vasitəçilər,  ixtisaslaşdırılmış  maliyyə-kredit    institutları  da  mövcuddur. 
Subyekt kimi fəaliyyət göstərən vasitəçilər aşağıdakılardır: 
 
1.Maklerlər.  Onlar  həqiqi  vasitəçi  kimi  çıxış  etməklə  investorların  və  ya 
borc alanların tapşırığı əsasında fəaliyyət göstərərək komission şəklində gəlir əldə 
edirlər. Maklerlər hüquqi və fiziki şəxslərdən ibarət ola bilər. 
 
2. Dilerlər. Onlar sərbəst surətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər 
vasitəçilərlə, hətta investor və borc alanlarla da birbaşa sövdələşməyə girirlər. 
 
3.  İxtisaslaşdırılmış  maliyyə-kredit  institutları.  Bura  investisiya  bankları, 
maliyyə  şirkətləri,  sığorta  şirkətləri  və  s.  daxildir.  Onlar  həm  investor,  həm  borc 
alan, həmçinin də vasitəçi kimi çıxış edirlər. 
 
 
 
KitabYurdu.az 
28
 


 
 
2. Maliyyə bazarları və onların növləri 
 
 
Maliyyə  infastrukturlarının  fəaliyyəti  genişləndikcə  maliyyə  bazarının 
formalaşmasında və inkişafında nəzərə зarpacaq dərəcədə irəliləyiş baş verir. Belə 
ki,  müxtəlif  mülkiyyət  formalı  istehsal  müəssisələri  arasında  vasitəçilik  edən 
maliyyə  bazarının  subyektləri  iqtisadi  resursların  dövriyyəsinin  başa 
çatdırılmasında aparıcı rol oynayır, kommersiya uğurlarının əldə edilməsinə kömək 
edir,  maliyyə-kredit  resurslarının  təmərküzləşməsinə  və  bu  resursların 
iqtisadiyyatın daha səmərəli və yüksək ödəmə qabiliyyətli sahələrinə ödənilməsinə 
şərait yaradır. 
 
İqtisadi ədəbiyyatlarda maliyyə bazarının təsnifatı haqqında iqtisadçı alimlər 
arasında vahid fikir yoxdur. 
 
Maliyyə  bazarının  əsasını  tələb  və  təklif  əsasında  vasitəçilərin  köməyi  ilə 
kreditorlarla borc götürənlər arasında kapitalın yenidən bölgüsü mexanizmi təşkil 
edir. 
 
Ümumiyyətlə,  borc  bazarı, kapital  bazar, valyuta  bazarı,  pul  bazarı, sığorta 
bazarı,  qiymətli  kağızlar  bazarı,  lizinq  bazarı  və  s.  maliyyə  bazarının  tərkib 
hissələridir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
29
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Valyuta  bazarı  subyektləri  aşağıdakı  növ  əməliyyatları  həyata  keçirir: 
alıcılıq  qabiliyyətini  ötürmə,  birləşdirməni  (açıq  valyuta  mövqeyini  sığortalama), 
möhtəkirlik  (valyuta  məzənnəsinin  və  ya  faiz  dərəcəsinin  dəyişməsinin 
gözlənilməsindən  fayda),  faiz  dərəcəsinin  arbitrajı  (depozitlərin  qəbul 
edilməsindən,  razılaşdırılmış  dövrdə  daha  yüksək  dərəcə  ilə  onların  yenidən 
yerləşdirilməsindən fayda əldə etmək). 
 
Alıcılıq  qabiliyyətinin  ötürülməsi  aşağıdakı  tipik  bağlaşma  növündə  həyata 
keçirilir: 
 
kassa  (spot)  –  valyutanın  təcili  surətdə,  hər  şeydən  əvvəl  sövdələşmə 
bağlanıldıqdan iki iş günü ərzində verilməsini nəzərdə tutur; 
 
müddətli  (forvard)  –  valyutanın  dəqiq  müəyyən  edilmiş  vaxt  ərzində 
 
Valyuta bazarı 
Pul vəsaiti bazarı 
Maliyyə bazarları 
(ssuda kapitalı 
bazarı) 
 
Borc kapitalı 
bazarı 
Pay qiymətli 
kağızlar bazarı 
Bank ssudası 
bazarı 
Borc qiymətli 
kağızlar bazarı 
Törəmə qiymətli 
kağızlar bazarı və  
ya müddətli bazar 
Qiymətli kağızlar 
bazarı (fond 
bazarı) 
Spot 
Müddətli 
Birja
 
Birjadankənar 
Birinci (ilkin) 
İkinci (təkrar) 
Forford 
Fyucers 
Opsion 
Svop bazarı 
Qızıl bazarı 
Kapital bazarı 
KitabYurdu.az 
30
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə