Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
 
verilməsini nəzərdə tutur; 
 
svop – müxtəlif istifadə müddətli satış və alış əməliyyatlarının birgə həyata 
keçirilməsini nəzərdə tutur. 
 
1. Qızıl bazarı – qızılın həm yığım və ölkənin qızıl  ehtiyatlarının artırılması 
və  həm  də  biznesi  təşkil  etmək  və  sənaye  istehlakı  məqsədilə  alqı-satqısı  ilə 
əlaqədar olan iqtisadi münasibətlər sferasıdır. Qızıl bazarlarında əsasən yeni hasil 
edilən  qızıl,  dövlət  və  xüsusi  qızıl  ehtiyatları,  qızıl  pullar  alınıb-satılır.  Təşkilatı 
baxımdan qızıl bazarı bir neçə bankdan ibarət konsorsum olub, qızılın alqı-satqısı 
üzrə  sazişlər  bağlayır.  Bu  banklar  alıcılar  və  satıcılar  arasında  vasitəçi  rolunu 
oynayırlar. 
 
Dünya  qızıl  bazarlarına  misal  olaraq  London,  Sürix,  Nyu-York,  Çikaqo, 
Honkonqu misal göstərmək olar. 
 
2.  Kapital  bazarı    maliyyə  bazarının  ümumən  pul  bazarına  və  kapital 
bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur. 
İnkişaf etmiş ölkələrin təcrübəsində hesab edilir ki, əgər maliyyə alətlərinin tədavül 
müddəti  bir  ildən  azdırsa,  onda  pul  bazarının  aləti  hesab  edilir.  Uzunmüddətli 
alətlər ( beş ildən artıq) kapital bazarına aiddir. Dəqiq desək, bir ildən beş ilədək 
“Sərhəd  sahəsi  ”  vardır  ki,  bu  da  orta  müddətli  alət  və  bazar  hesab  edilir. 
Azərbaycanda maliyyə alətlərini uzun müddətə və qısa müddətə bölünməsi bir az 
fərqlidir. Qısamüddətli alətlərə tez-tez 6 aydan artıq tədavül müddətli alətlər aiddir. 
 
Pul bazarı alətləri ilk növbədə dövlət təşkilatlarını və biznes sahəsini likvid 
vəsaitlə təmin edilməsinə xidmət etdiyi halda, kapital bazarının alətləri əmanət və 
investisiyalaşma prosesi ilə əlaqədardır. 
 
Pul  bazarının  alətləri  xəzinə  vekselləri,  bank  akseptləri,  bankların  depozit 
sertifikatlarından ibarətdir. Kapital bazarının alətlərinə isə, məsələn, uzunmüddətli 
istiqrazlar, səhmlər, uzunmüddətli ssudalar aiddir. 
 
Nəzərə  almaq  lazımdır  ki,  nəğd  və  nəğdsiz  pullar  öz-özlüyündə  pul 
bazarında yalnız o hallarda tədavül edir ki, əgər onların özləri əmtəədirsə və əmtəə 
və xidmət bazarında olduğu kimi əmtəə dövriyyəsinə xidmət etmirlərsə. 
 
Kapital bazarı öz növbəsində ssuda (borc) kapital bazarına və pay qiymətli 
kağızlar  bazarına  bölünür.  Belə  bölgü  bu  bazarda  satılan  əmtəələrin  (maliyyə 
alətləri)  alıcıları  və  maliyyə  alətlərinin  emitentləri  arasında  münasibətlərin 
xarakterini ifadə edir. Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, 
onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır və qalan hallarda 
isə bu kredit münasibətləri olur. 
 
Ssuda  kapitalları  bazarı  –  ssuda  kapitalının  dövriyyəsinin  təmin  edilməsi 
prosesində  yaranan  münasibətləri,  yaxud  da  dövriyyənin  təşkili  formasını  ifadə 
edir.  Məlumdur  ki,  ssuda  kapitalı  qaytarılmaq,  dəyəri  ödənilməklə  müəyyən 
müddətə  verilən  pul  vəsaitlərinin  məcmusudur.  Ssuda  kapitalının  yaranma 
mənbələri  ilk  növbədə  müəssisə  və  təşkilatların  və  vətəndaşların  sərbəst  maliyyə 
ehtiyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar sərbəst maliyyə ehtiyatlarını gəlir 
əldə etmək şərti ilə faiz almaqla müxtəlif kredit idarələrinə  yerləşdirirlər. Bundan 
əlavə  müəssisələrin  banklarda  olan  hesablarına  vəsaitlərin  daxil  olması  və 
ödənilməsi  müddətinin  üst-üstə  düşməməsi    bu  vəsaitləri  kredit  resursu  kimi 
istifadə etməyə imkan verir. 
KitabYurdu.az 
31
 


 
 
 
Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını, təşkilatın 
nizamnamə kapitalında payını, mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq 
bu təşkilatın idarə edilməsində iştirak etməsi hüququnu təsdiq edən sertifikatlardır.  
 
Maliyyə bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır. Maliyyə 
bazarına  çox  vaxt  qiymətli  kağızlar  bazarı  kimi  baxırlar.  Maliyyə  bazarının  qeyd 
etdiyimiz bütün subyektləri bu bazarın iştirakçılarıdır. Ssuda kapitalları bazarından 
fərqli  olaraq  burada  vasitəçilərin  rolu  böyükdür.  Qiymətli  kağızlar  bazarının 
adından  göründüyü  kimi,  maliyyə  ehtiyatlarının  cəlb  edilməsində  əsas  vasitəçi 
qiymətli kağızlardır. Qiymətli kağız borc öhdəliyini və ya əmlak hüququnu təsdiq 
edən,  sahibinə  dividend  və  ya  faiz  şəklində  gəlir  götürməsinə  əsas  verən  hüquqi 
sənəddir.  Qiymətli  kağızlar  bazarının  rolu  və  əhəmiyyəti  aşağıdakılarla  müəyyən 
edilir: 
 
- qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vəsaitlərin investisiyaya cəlb 
edilməsini təşkil edir; 
-  kapitalın  bir  sahədən  başqa  sahəyə  axınını  təmin  etməklə,  ayrı-ayrı 
sahələrin fəaliyyətini tənzimləyir; 
- dövlət büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait cəlb edir; 
-  əhalinin istehsalın idarə edilməsi işində iştirak etməsini təmin edir
-  satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir; 
-    fond  bazarının  göstəriciləri  əsasında  iqtisadiyyatın  vəziyyətinin 
qiymətləndirilməsinə imkan yaradır; 
-  inflyasiya tempinin dəyişməsinə təsir göstərir; 
-  maliyyə  vəsaitlərinin  investordan  ehtiyacı  olanlara  hərəkəti  zamanı 
xərclərin minimuma endirilməsinə şərait yaradır. 
Qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından biridir. 
Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş 
bazar iqtisadiyyatının  mövcudluğundan danışmaq olmaz. Qiymətli kağızlar bazarı 
pul  vəsaitlərinə  olan  tələbə  təklifin  qarşılıqlı  əlaqədə  olan  münasibətlərindən 
ibarətdir. 
Ssuda kapitalları bazarından fərqli olaraq maliyyə bazarının bu seqmentində 
dövlətin iştirak payı xeyli böyükdür. 
Müəssisə üçün qiymətli kağızlar bazarı da ikili rola malikdir. Belə ki, borc 
alan  kimi  çıxış  edən  müəssisə  əlavə  maliyyə  ehtiyatları  cəlb  etmək  məqsədilə 
qiymətli kağızlar buraxır. İnvestor kimi çıxış edən müəssisə isə öz növbəsində öz 
vəsaitlərini qiymətli kağızlara yönəltməklə dividend və ya faiz şəklində gəlir əldə 
edir. Dövlətin rolu burada, əsasən, birtərəfli iştirak etməklə, yəni borc alan sifəti ilə 
çıxış  edərək  qiymətli  kağızlar  buraxmaqla  öz  sərəncamına  müəyyən  maliyyə 
ehtiyatları təmin edir. Fiziki şəxslər isə burada investor kimi çıxış edərək faiz və ya 
dividend şəklində gəlir əldə edirlər. İstər investor, istərsə də borc alan kimi çıxış 
edənlər  bazardakı  konyukturanı,  qiymətli  kağızların  bütün  xüsusiyyətlərini  dəqiq 
öyrənməlidir. 
Qiymətli kağızlar bazarında istər xüsusi qiymətli kağızlar, istərsə də onları 
əvəz edənlər (sertifikatlar, kuponlar və s.) buraxılır, tədavül və sərf edilir. 
Qiymətli  kağızlar  siniflər,  emitent,  tədavüldə  olma  müddəti,  gəlirlilik 
dərəcəsi, milli mənsubiyyəti, riskliliyi, tədavül mərhələsi və ödəmə imkanına görə 
KitabYurdu.az 
32
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə