Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Azərbaycanda maliyyə bazarının ümumi xarakteristikası 
 
Azərbaycan  respublikasında  maliyyə  bazarı  artıq  1995-ci  ildə  tam 
formalaşmışdır.  1998-ci  ildə  ölkəmizdə  4  birja  fəaliyyət  güstərmişdir.  Fond 
qiymətlilərin bütün növləri üzrə birjaların dövriyyəsi 1767,7 mlrd. Denominasiya 
edilməmiş  manat  təşkil  etmişdir. 1998-ci  ildə 547  səhmdar  cəmiyyəti,  sahələr  və 
regionlar arasında kapitalın axınını təmin edən 79 kommersiya bankı, xeyli sayda 
sığorta kampaniyaları, kredit ittifaqları, investisiya fondları fəaliyyət göstərmişdir. 
İndi Azərbaycanda 5 birja fəaliyyət göstərir. 
Son  on  beş  ildə  respublikamızda  maliyyə  bazarı  və  onu  təşkil  edən 
seqmentlər  üzrə  normativ  baza,  yaradılmış,  yəni  bir  çox  qanun  və  qərarlar  qəbul 
edilmişdir. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  maliyyə  icarəsinin  (lizinqin), 
etimadlı  idarəetmənin,  pul  tələbnaməsinin  güzəşti  əsasında  (faktorinqin) 
maliyyələşdirmənin  hüquqi  əsasını  müəyyən  etdi.  Bank  qanunvericilikləri 
yeniləşdirilmiş, sığorta kampaniyalarına irəli sürülən tələblər artmış, audit sistemi 
yaradılmışdır. 
Lakin  praktiki  olaraq  maliyyə  bazarı  dövlətin  maliyyə  resurslarına  olan 
tələbini  ödəməklə  birtərəfli  inkişaf  etmişdir.  Digər  alıcıların  əsas  kütləsi  üçün 
resurslar  onların  dəyərinin  yüksək  olmasına  görə  əlçatmazdır.  Birdə  ki,  dövlət 
KitabYurdu.az 
35
 


 
 
müəssisə və əhaliyə nisbətən daha etibarlı borcalan hesab edilirdi. 
1998-ci  ildən  başlayaraq  Azərbaycan  Respublikasının  maliyyə  bazarında 
kəmiyyət  və  keyfiyyət  baxımından  ciddi  dəyişikliklər  baş  vermişdir.  Maliyyə 
resurslarının  alıcıları  sırasında  müəssisə  və  təşkilatların  payı  artmağa  və  dövlətin 
payı  isə  azalmağa  başlamışdır.  Cəlb  edilən  vəsaitlərin  dəyərinin  nisbətən 
azaldılması  sayəsində  onların  əldə  edilməsi  çoxsaylı  müəssisələr  üçün  mümkün 
olmuşdur.  Lakin  hal-hazırda  Azərbaycanın  maliyyə  bazarı  inkişaf  etməkdə  olan 
(formalaşmağa) maliyyə qrupuna aiddir. 
Azərbaycanda  maliyyə  bazarının  resurs  bazası.  Azərbaycanda  maliyyə 
bazarının  əsas  problemlərindən  biri  resurs  bazasının  çatışmamazlığıdır.  Maliyyə 
resurslarının bazarda ilkin satışında əsas rol kommersiya strukturlarına mənsubdur. 
Onlar təsərrüfat fəaliyyətini həyata keçirərək əldə edilmiş mənfəəti və amortizasiya 
ayırmalarını  toplayır,  müxtəlif  ehtiyat  fondları  yaradırlar.  Lakin  Azərbaycan 
Respublikasının  kommersiya  strukturları  məhdud  həcmdə  müvəqqəti  sərbəst 
vəsaitlərə  malikdirlər.  İqtisadiyyatın  ayrı-ayrı  sahələri  üzrə  müəssisə  və 
təşkilatların müəssisələrin ümumi sayıda zərərlə işləyənlərin xüsusi çəkisi 2005-ci 
ildə sənayedə - 6,1%, kənd təsərrüfatında – 2,1%, tikintidə - 2,5%, nəqliyyatda – 
1,0%, rabitədə - 0,4%, ticarətdə - 7,9% olmuşdur. 
Lakin  bütövlükdə  2005-ci  ildə  ölkə  iqtisadiyyatı  üzrə  müəssisə  və 
təşkilatların mənfəət və zərərləri arasındakı fərq (mənfəət – 10665,1 mlrd. manat, 
zərər – 1000,0 mln. manat) 9645,0 mlyn. manat həcmində müsbət nəticə vermişdir 
ki, bu da müəyyən miqdar maliyyə resurslarının mövcudluğunu göstərir. 
Əhalinin  vəsaitləri.  Azərbaycan  Respublikası  Statistika  Komitəsinin  və 
Milli  Bankın  məlumatlarına  əsasən  2005-ci  ildə  əhalidən  cəlb  edilmiş 
əmanətlərinin həcmi milli valyuta ilə 2193,5 mln. manat və ya bütün əmanətlərin 
88,7%-ni  təşkil  etmişdir.  Əhalinin  əmanətlərinin  həcmi  2004-cü  illə  müqayisədə 
22,7% artmışdır.  
Bu  məlumatlar  sübut  edir  ki,  Azərbaycan  Respublikasının  əhalisi  maliyyə 
resurslarının satıcısı kimi xeyli miqdar potensiala malikdir. Lakin bu potensialdan 
kifayət  qədər  istifadə  edilmir.  Əhali  ümumiyyətlə  öz  yığımlarını  kommersiya 
banklarında yerləşdirməkdən və qiymətli kağızlar almaqdan çəkinir. 
 
Azərbaycan  Respublikasının  Dövlət  büdcəsi  və  yerli  büdcələrin 
vəsaitləri.  Dövlətin  və  bələdiyyələrin  borc  fəaliyyəti  həcminin  azalması  cəlb 
edilən  vəsaitlərin  dəyərinin  aşağı  düşməsinə  və  iqtisadiyyatın  real  sektorunun 
kommersiya  bankları  tərəfindən  kreditləşdirilməsinin  həcminin  artmasına  gətirib 
çıxarmışdır. 
Azərbaycan  Respublikasının  maliyyə  bazarında  resurs  bazasının 
formalaşması  sahəsində  nəzərə  çarpacaq  müsbət  irəliləyişlərin  olmasına 
baxmayaraq  onun  həcmi  təsərrüfat  subyektlərinin  tələbatının  ödənilməsi  üçün 
kifayət deyil, səmərəliliyi isə olduqca aşağıdır. 
Müəssisə  və  təşkilatların  xüsusi  vəsaitlərinin  rolunun  artdığını  və  kreditin 
rolunun olduqca aşağı olduğu cədvəl məlumatlarından aydın görünür. 
 
 
 
KitabYurdu.az 
36
 


 
 
 
Mənbələr 
2004 
2005 
Cəmi 
100,0 
100,0 
O cümlədən: 
Müəssisə və təşkilatların öz vəsaitləri 
85,6 
82,6 
Əhalinin xüsusi vəsaiti 
4,4 
5,7 
Bank kreditləri 
5,4 
6,4 
Büdcə vəsaitləri  
2,4 
3,4 
Büdcədənkənar fondların vəsaitləri  
0,3 
1,3 
Sair vəsaitlər 
1,9 
0,6 
 
 
Vəsaitin  çatışmamazlığının  həlli  problemi  xeyli  dərəcədə  alınmış  mal  və 
xidmətlərə görə hesablaşmanın ləngidilməsi hesabına həll edilir. Respublikamızda 
müəssisə  və  təşkilatların  kreditor  və  debitor  borcları  olduqca  yüksək  səviyyədə 
qalmaqda  davam  edir.  Belə  ki,  2005-ci  il  müəssisə  və  təşkilatların  qarşılıqlı 
hesablaşmalar üzrə vaxtı keçmiş borcları 792,0 mln, bank ssudaları üzrə borclar isə 
68,2 mln. yeni Azərbaycan manatı təşkil etmişdir. 
Azərbaycanda  maliyyə  resurslarının  çatışmamazlığını  iqtisadiyyatın 
monetizasiyalaşdırılmasının  aşağı  səviyyədə  olması  da  sübut  edir.  Azərbaycanda 
monetizasiya  əmsalı (pul kütləsinin  ÜDM-ə  olan nisbəti kimi)  2005-ci ildə 6,7% 
təşkil etmişdir. Müqayisə üçün göstərək ki, bu göstərici Rusiyada 16%-ə, Polşada 
43%-ə, Yaponiyada isə 123%-ə bərabərdir. 
Xarici maliyyə resursları. Maliyyə resurslarının çatışmamazlığı şəraitində 
Azərbaycan  borcalanlarının  xarici  maliyyə  bazarlarına  müraciət  etmələri  olduqca 
böyük  əhəmiyyət  kəsb  edir.  90-cı  illərin  ortalarından  dünya  maliyyə  bazarından 
Azərbaycan  iqtisadiyyatına  vəsaitlərin  axını  artmağa  başlamışdır.  1993-cü  ilin 
aprelin 21-də Azərbaycan hökumətinin Türkiyə “Eksimbank”ı ilə imzaladığı kredit 
sazişi  ölkəmizin  xarici  dövlət  borcu  münasibətlərinin  əsasını  qoymuşdur.  Bu 
beynəlxalq kredit sazişinin məbləği 100,0 milyon ABŞ dolları, faizi isə LİBOR + 
2% dərəcəsi ilə müəyyənləşdirilmişdir. 
Maliyyə  bazarı  alətlərinin  qiymətləndirilməsi.  Azərbaycan  maliyyə 
bazarının  səmərəliliyinin  aşağı  olmasına,  kredit  resurslarının  dəyərinin 
yüksəldilməsinə və onun borcalanlar üçün münasibliyinin və cəlbediciliyinin aşağı 
düşməsinə  gətirib  çıxaran  kredit  və  depozit  dərəcələri  arasında  xeyli 
uyğunsuzluğun (spred) mövcudluğunu sübut edir. 
Mərkəzləşdirilmiş kreditlərə olan uçot dərəcəsi Azərbaycan Respublikasının 
Milli Bankı tərəfindən 1995-ci ilin noyabrınadək 200%, 2000-ci ildə 10%, 2005-ci 
ildə 9,0%, 2006-cı ilədək 7%, 2007-ci ildə isə 9,5% müəyyən edilmişdir. 2005-ci 
ildə Milli Bankın milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,25%, 
xarici  valyutada  verilən  kreditlər  üzrə  faizin  orta  dərəcəsi  17,11%  olmuşdur. 
Kommersiya  banklarının  kredit  faizlərinin  dərəcəsi  isə  18-26%  depozitlərə 
verdikləri faizin orta dərəcəsi isə 11,76% civarındadır ki, bu da Milli Bankın uçot 
dərəcəsindən təxminən 2-3 dəfə çoxdur.Müayisə üçün deyək ki, İngiltərə bankının 
uçot dərəcəsi 2005-ci ildə 4,5% olmuşdur. 
KitabYurdu.az 
37
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə