Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93

 
II  mərhələdə  pul  formasında  dəyərin  hərəkəti  əlahiddə  şəkildə-əmtəələrin 
hərəkətlərindən  asılı  olmadan  baş  verir  və  onun  özgəninkiləşdirilməsi,  yaxud  da 
məqsədli şəkildə fondlara toplanması ilə xarakterizə olunur. 
III mərhələdə isə bölüşdürülən dəyər (pul formasında) əmtəə ilə dəyişdirilir. 
Yəni alqı-satqı prosesi baş verir. Burada vəsait özgəninkiləşdirilmir. Sadəcə olaraq 
pul formasından əmtəə formasına keçir. 
Beləliklə,  təkrar  istehsalın  II  mərhələsində  pul  vəsaitinin,  yaxud  dəyərin 
birtərəfli, ekvivalentə dəyişməyən hərəkəti, III mərhələdə isə ikitərəfli-biri əmtəə, 
digəri isə dəyər formasında olan pulun hərəkəti baş verir. 
Maliyyə  resurslarına  maliyyə  münasibətlərinin  maddi  daşıyıcıları  kimi 
baxılması  maliyyəni  dəyərin  bölgüsündə  iştirak  edən  digər  kateqoriyalardan 
fərqləndirməyə  imkan  verir.  Çünki  başqa  kateqoriyaların  heç  birinin  belə  maddi 
daşıyıcıları yoxdur. 
Məcmu  daxili  məhsul  və  milli  gəlirin  bölgü  və  yenidən 
bölgüsünün  mürəkkəbliliyi  maliyyə  ilə  yanaşı,  başqa  iqtisadi  kateqoriyaların  da 
iştirakını zəruri edir. Məsələn, qiymət, əmək haqqı, vergi, faiz, dividend və s. 
Maliyyə  münasibətlərini  digər  pul  münasibətlərindən  fərqləndirən  bir  sıra 
xüsusi elementlər vardır. 
1.  Maliyyə  münasibətləri  bölgü  xarakteri  daşıyır,  yəni  ümumi  milli 
məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardı. 
2.  Maliyyə  münasibətləri  bilavasitə  dövlətlə  əlaqədardır,  yəni  imperativ 
xarakter  daşıyır.  Maliyyə  münasibətləri  yalnız  dövlətlə  əlaqədar  formalaşan 
imperativ pul münasibətlərini özündə əks etdirir. 
3.  Maliyyə  münasibətləri  pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə 
əlaqədardır.  Onlar  bu  və  ya  digər  səviyyələrdə  (dövlət  müəssisəsi,  təşkilat)  pul 
fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  olan    iqtisadi  münasibətlər 
sistemini ifadə edir. 
Bu  münasibətlərin  hər  üçünə  uyğun  olan  pul  münasibətləri  maliyyə 
münasibətlərinə aiddir. 
Hər  bir  fənni  bir-birindən  fərqləndirən  onun  predmetidir.  Maliyyənin 
predmeti-ümumi  milli  məhsulun  və  milli  gəlirin  bölgüsü  yenidən  bölgüsü,  pul 
vəsaitləri  fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  iqtisadi  münasibətlər 
sistemindən ibarətdir. 
Maliyyənin  predmetinin  öyrənilməsi  zamanı  dialektik  metoddan  istifadə 
olunur.  Dialektik  metod  hər  bir  hadisə  və  prosesi  inkişafda  və  qarşılıqlı  əlaqədə 
öyrənir.  Maliyyə  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə  inkişaf  edir.  Kəmiyyətcə 
inkişaf dedikdə maliyyə vəsaitlərinin və fondlarının hərəkətini, keyfiyyətcə inkişaf 
dedikdə isə maliyyə münasibətlərinin daim təkmilləşdirilməsi nəzərdə tutulur. 
Maliyyə  münasibətləri  qarşılıqlı  əlaqədə  öyrənilir.  Həmçinin  maliyyənin 
ayrı-ayrı bölmələri, elementləri, fondları arasında daim qarşılıqlı əlaqələr yaranır.  
 
 
 
2. Maliyyənin funksiyaları. 
 
KitabYurdu.az 
4
 


 
Maliyyənin  funksiyası  dedikdə,  ona  məxsus  olan  xassələrin  (təyinatı, 
vəzifələri,  icrası  və  rolu)  təzahürü,  yəni  onun  iqtisadi  münasibətlər  sistemində 
yerinə  yetirdiyi  rol  başa  düşülür.  Maliyyənin  funksiyası  onun  mahiyyətini  və 
məzmununu açıqlayır. 
İqtisadi  kateqoriya  kimi  maliyyəyə  iki  funksiya:  bölüşdürücü  və  nəzarət 
funksiyaları xarakterikdir. 
Maliyyənin  birinci  funksiyası  ÜDM-in,  milli  gəlirin  bölüşdürülməsi  və 
yenidən bölüşdürülməsini həyata keçirir. 
Milli  gəlir  iki  hissəyə  -yığım  və  istehlak  fonduna  bölünür.  Bu  hissələrin 
nisbəti  iqtisadiyyatın  inkişafının  proporsiyalarını  və  onun  strukturunu  müəyyən 
edir. Dövlət maliyyə sistemi vasitəsilə milli gəliri bölüşdürür və onun bir hissəsini 
geniş  təkrar  istehsala  (yığım  fonduna),  digər  hissəsini  isə  istehlak  fonduna 
yönəldir.  Dövlət  təsərrüfatçılığın  nəticələrinə  səmərəli  təsir  etmək  məqsədilə 
maliyyədən milli gəlirin bölüşdürülməsi aləti kimi istifadə edir. 
Milli  gəlir  bölüşdürüldükdən  sonra  yenidən  bölüşdürülməsinə  obyektiv 
zərurət yaranır ki, bu da aşağıdakılardan irəli gəlir: 
milli  gəlir  yaradılmayan  qeyri-istehsal  sferalarının  mövcudluğu  (dövlət 
idarəçiliyi, təhsil, səhiyyə, sosial təminat); 
sosial inkişafın təmin edilməsinin zəruriliyi; 
sahibkarlıq  üçün  əlverişli  şərait  yaradılmasının  əhəmiyyətidir  ki,  bu  da 
dotasiya, subsidya verilməsini tələb edir. 
Beləliklə, milli gəlir yığım fonduna və 
istehlak  fonduna  bölünür,  sonra  isə  istehsal  və  qeyri-istehsal  sferaları  və  habelə 
regionlar üzrə yenidən bölüşdürülür. 
Dövlətin  ərazi,  istehsal  və  qeyri-istehsal  sferaları  arasında  yenidən  bölgü 
münasibətlərinin əsas hissəsi dövlət büdcəsi vasitəsilə həyata keçirilir. 
Maliyyənin  vasitəsilə  həyata  keçirilən  milli  gəlirin  və  ÜDM-in  bölgüsü  və 
yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin 
möhkəmləndirilməsindən,  geniş  əhali  kütləsinin  yüksək  həyat  səviyyəsinə  nail 
olunmasından ibarətdir. 
Maliyyə  öz  bölgü  funksiyasını,  habelə  müəssələrinin  gəlirlərinin 
formalaşması və bölgüsü prosesində yerinə yetirir. 
Məhsulun  reallaşdırılması  zamanı  müəssisələrdə  satış  pulu  və  müvafiq 
olaraq gəlir əmələ gəlir. Bu gəlirin bir hissəsi dövlət büdcəsinin, sosial sığortanın 
mərkəzləşdirilmiş  fondlarına  ayrılır,  digər  hissəsi  isə  müəssisənin  sərəncamında 
qalır  və  əməyin  ödənilməsi  fondunun,  iqtisadi  həvəsləndirmə  fondunun 
yaradılmasına,  istehsalın  genişləndirilməsi  və  inkişafı  üzrə  məsrəflərin 
maliyyələşdirilməsinə istifadə edilir. 
Maliyyənin  bölgü  funksiyası  vasitəsilə  müəssisədə  əmtəələrin,  hazır 
məhsulların,  yerinə  yetirilmiş  işlərin  satış  pulu  hesabına  pul  vəsaitləri  fondları 
yaradılır və onlar məsrəflərin ödənilməsinə (əmtəələrin, maddi  məsrəflərin, əmək 
haqlarının  ödənilməsinə)  və  xalis  gəlirin  (mənfəətin)  yaradılmasına  yönəldilir. 
Xalis gəlirin müəyyən hissəsi büdcə gəlirlərinə köçürülür. 
Maliyyənin  ikinci  mühüm  funksiyası-nəzarət  funksiyasıdır.  Nəzarət 
funksiyası bölgü funksiyasından törəyir hər şeydən əvvəl ümumi daxili məhsulun 
KitabYurdu.az 
5
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə