Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
 
Dövlət  Sosial  Müdafiə  fonduna  ayırmalar,  daxili  və  xarici  dövlət  borcları  üzrə 
ödənişlər və əsaslı xərclərə aid edilməyən digər büdcə xərcləri daxildir. 
 
Büdcənin  əsaslı  xərcləri  –  innovasiya  və  investisiya  fəaliyyətinin 
maliyyələşdirilməsinə yönəldilir. Bu xərclərə aşağıdakılar daxildir: 
 
-  investisiya  proqramına  əsasən  fəaliyyətdə  olan  və  ya  yeni  yaradılan 
strukturlara investisiya xərcləri; 
 
- hüquqi şəxslərə investisiya məqsədləri üçün büdcə krediti şəklində verilən 
vəsaitlər; 
 
- əsaslı (bərpa) təmir işləri və geniş təkrar istehsalla bağlı digər xərclər; 
-  Azərbaycan  Respublikasının  və  bələdiyyə  qurumlarının  mülkiyyəti  olan 
əmlakın yaradılması və inkişafı ilə əlaqədar xərclər
 
-    Azərbaycan  Respublikası  büdcə  xərclərinin  iqtisadi  təsnifatına  uyğun 
olaraq əsaslı xərclərə daxil olan digər xərclər. 
 
Azərbaycan Respublikasının dövlət büdcə sisteminin bütün həlqələrinin xərc 
hissəsində  icra  hakimiyyəti  orqanlarının  və  yerli  özünüidarəetmə  orqanlarının 
ehtiyat fondu yaradılır. Dövlət büdcəsində ehtiyat fondunun həcmi növbəti büdcə 
ilinin gəlirlərinin 5%-dən artıq olmamalıdır. 
 
Ehtiyat  fondunun  vəsaiti  büdcədə  nəzərdə  tutulmayan  xərclərin 
maliyyələşdirməsinə  və  fövqəladə  hallar  üçün  istifadə  edilir.  Ehtiyat  fondunun 
vəsaitindən  istifadə  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  və  bələdiyyələr 
tərəfindən təsdiq edilir. 
 
Dövlət  büdcəsində  növbəti  maliyyə  ili  üçün  Azərbaycan  Respublikasının 
Prezidentinin Ehtiyat Fondunun yaradılması nəzərdə tutulur. Fondun həcmi təsdiq 
edilmiş dövlət büdcəsi xərclərinin 1%-dən artıq olmamalıdır. 
 
Büdcə  xərclərinin  funksional  təsnifatının  mühüm  əhəmiyyəti  vardır.  Bu 
halda büdcə xərcləri aşağıdakı kimi təsnif edilir: 
 
1. Ümumi dövlət xidməti xərcləri. 
 
2. Müdafiə xərcləri. 
 
3.  Məhkəmə  hakimiyyəti,  hüquq-mühafizə,  təhlükəsizlik  orqanlarının  və 
prokurorluğun saxlanması xərcləri. 
 
4. Təhsil xərcləri. 
 
5. Səhiyyə xərcləri. 
 
6. Sosial müdafiə və sosial təminat xərcləri. 
 
7.  Mədəniyyət,  incəsənət,  kütləvi  informasiya,  bədən  tərbiyəsi  və  din 
sahəsində fəaliyyət xərcləri. 
 
8. Mənzil-kommunal təsərrüfatı xərcləri. 
 
9. Kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı xərcləri. 
 
10. Sənaye və tikinti xərcləri. 
 
11. Nəqliyyat və rabitə xərcləri. 
 
12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər. 
 
13. Əsas bölməyə aid edilməyən xərclər. 
 
14. Dövlət borcuna və öhdəliyinə xidmət edilməsi ilə bağlı xərclər. 
 
Xərclərin  ərazi  üzrə  təsnifləşdirilməsi  Azərbaycan  Respublikasında  dövlət 
idarəetmə  səviyyəsinə  uyğun  olaraq  büdcə  xərcləri  –  dövlət  büdcəsi  xərclərinə, 
Naxçıvan MR-sı büdcə xərclərinə və yerli büdcə xərclərinə bölünür. 
KitabYurdu.az 
51
 


 
 
Büdcə xərcləri büdcədən maliyyələşdirmə vasitəsilə həyata keçirilir. 
Büdcə maliyyələşdirməsi müəyyən prinsiplərə əsaslanır. 
Büdcə maliyyələşdirməsi prinsipləri- büdcə maliyyələşdirilməsinin səmərəli 
təşkilində əhəmiyyətli rol oynayır. Bu prinsiplərə ağaşıdakılar aiddir: 
1) minimum məsrəflərlə maksimum səmərə əldə etmək
2) büdcə vəsaitinin istifadəsinin məqsədli xarakteri; 
3) büdcədən əvvəl buraxılmış təxsisatın istifadəsini nəzərə almaqla istehsal 
və digər göstəricilərin yerinə yetirilməsi müqabilində verilməsi; 4) büdcə vəsaitinin 
qaytarılmamazlığı; 
5) büdcə təxsisatının ödənişsiz olması; 
Büdcədən  maliyyələşdirmənin  forma  və  metodları.  Büdcə  təxsisatı 
təcrübəsində büdcə maliyyələşdirilməsinin iki metodundan istifadə edilir: 
∆  “netto  büdcə”  sistemi  üzrə  maliyyələşdirmə.  Pul  vəsaitinin  təqdim 
edilməsinin  bu  üsulu  onunla  xarakterizə  edilir  ki,  büdcə  təxsisatı  təsdiq  edilmiş 
büdcədə nəzərdə tutulmuş məsrəflərə ayrılır. 
∆ “brutto büdcə”  sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə 
maliyyələşdirilməsində  olan  müəssisə  və  təşkilatlar  üçün  tətbiq  edilir.  Bu  halda 
büdcə  təxsisatı  bütün  xərclərə,  yəni  istər  cari  və  istərsə  də  büdcə  təşkilatının 
fəaliyyətinin genişləndirilməsilə əlaqədar məqsədlərə ayrılır. 
Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir: 
 
∆ büdcə idarələrinin saxlanması xərcləri; 
∆  dövlət  və  bələdiyyə  sazişləri  üzrə  fiziki  və  hüquqi  şəxslərin  istehsal 
etdikləri məhsulların, yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərclər; 
∆ əhaliyə ödənişlər, yəni Azərbaycan Respublikasının və Naxçıvan MR - nın 
qanunvericiliyi  və  yerli  özünüidarəetmə  orqanlarının  hüquqi  aktları  ilə  müəyyən 
edilən məcburi ödənişlərin verilməsi xərcləri; 
∆  dövlət  hakimiyyəti  orqanlarının  qəbul  etdikləri  qərarlar  əasasında  büdcə 
xərclərinin artırılmasına və ya büdcə gəlirlərinin azalmasına gətirib çıxaran əlavə 
xərclərin kompensasiya edilməsi üçün təxsisatlar;  
∆ hüquqi şəxslərə büdcə kreditləri (vergi kreditləri, vergilərin, ödənişlərin və 
digər  öhdəliklərin  ödənilməsi  üzrə  müddətin  uzadılması  və  möhlət  verilməsi  də 
daxil olamaqla); 
∆ fəaliyyətdə olan və yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına 
investisiyalar; 
∆  Azərbaycan  Respublikasının  büdcə  sisteminin  müxtəlif  səviyyəli 
büdcələrinə, büdcədənkənar dövlət fondlarına verilən büdcə ssudaları, subsidiyalar, 
dotasiyalar və subvensiyalar; 
∆ xarici ölkələrə kreditlər
∆  borc  öhdəlikləri,  o  cümlədən  dövlət  borclarının  ödənilməsi  və  onlara 
xidmət göstərilməsi ilə bağlı vəsaitlər. 
Büdcə  krediti-  büdcə  xərclərinin  maliyyələşdirilməsiforması  olub,  hüquqi 
şəxslərə qaytarılmaq və haqqı ödənilmək şərti ilə verilən büdcə vəsaitidir. 
Əhaliyə  transfertlər  -  əhaliyə  zəruri  ödənişlərin:  pensiya  ,  təqaüd, 
müavinət,  kompensasiya  və  AR-nın  qanunvericiliyi  və  onun  subyektlərinin,  yerli 
KitabYurdu.az 
52
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə