Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93

 
və  milli  gəlirin  pul  fondlarına  bölgüsü  və  onların  öz  məqsədlərinə  xərclənməsi 
üzərində nəzarətdə təzahür edir. 
Maliyyənin  nəzarət  funksiyası  iki  cür  həyata  keçirilir:  birincisi,  manatla 
nəzarət  vasitəsilə,  ikincisi,  maliyyə  orqanlarının  həyata  keçirdikləri  nəzarət 
vasitəsilə. 
Müəssisələrdə maliyyənin vasitəsilə pul gəlirlərinin əmələ gəlməsinə, qənaət 
üsuluna  əməl  edilməsinə,  maddi  və  əmək  resurslarından  istifadə  edilməsinə, 
əməyin  kəmiyyət  və  keyfiyyətinə,  əsas  kapitaldan  və  dövriyyə  fondlarından 
istifadəyə,  həvəsləndirmə  fondlarının  yaradılması  və  istifadəsinə  və  s.  manatla 
nəzarət edilir. 
Lakin, müəssisədə maliyyə nəzarətinin ən  başlıca vəzifəsi mənfəətin yığım 
fonduna və istehlak  fonduna  yenidən bölgüsünü  ciddi  izləməkdən, bu  fondlardan 
vəsaitlərin  məqsədli  təyinatı  üzrə  istifadəsinə  nəzarəti  həyata  keçirməkdən 
ibarətdir.  Beləliklə,  maliyyə  məhsul  istehsalı  satışı  prosesində  pul  vəsaitləri 
fondlarının  düzgün  yaradılması,  bölgüsü  və  istifadəsinə  nəzarət  aləti  kimi  çıxış 
edir. 
Manatla  nəzarət  nəinki  müəssisə  daxilində  və  habelə  müəssisələr  arasında, 
yuxarı  təşkilatlar  və  maliyyə-kredit  idarələri  ilə  qarşılıqlı  münasibətlərdə  həyata 
keçirilir.  Müəssisələr  arasında  qarşılıqlı  münasibətlərdə  manatla  nəzarət 
göndərilmiş malların, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin 
ödənilməsi müqavilə şərtlərinə əməl edilməsi zamanı aparılır. 
Müəssisələrin  təsərrüfat  fəaliyyətinə,  büdcəyə  ödənişlər  üzrə  büdcə 
qarşısında öhdəliklərin yerinə yetirilməsi və büdcədən maliyyələşdirmə prosesində 
manatla nəzarət edilir. 
 Maliyyə  orqanları  və  xidmət  idarələri  tərəfindən  nəzarət  pul  vəsaitlərinin 
xərclənməsinin  qanuniliyinin və vergilərin ödənilməsinin tamlığının  yoxlanılması 
yolu ilə həyata keçirilir. 
Maliyyənin  nəzarət  funksiyasından  habelə  bütün  dövlət  miqyasında  da 
istifadə  edilir.  Maliyyə  resurslarının  bölüşdürülməsinin  kəmiyyət  göstəriciləri, 
iqtisadiyyatın  sahələrində  proporsiya  və  disproporsiyaların,  dövlət  büdcəsinin 
icrasının necə təşəkkül tapdığını əks etdirir. 
Maliyyənin  bölgü  və  nəzarət  funksiyaları  təsərrüfat  mexanizminin  tərkib 
hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır. 
 
 
 
 
 
 
 
 
 
 
3. Maliyyənin zəruriliyi. 
 
KitabYurdu.az 
6
 


 
 Dövlətin  meydana  gəlməsi  və  əmtəə-pul  münasibətlərinin  inkişafı  ilə 
əlaqədar olaraq maliyyə münasibətləri XIII-XV əsrlərdə İtalyada istifadə olunmağa 
başlanmışdır. Hər cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədardır: 
1.  Dövlətin  fəaliyyət  göstərməsi.  Cəmiyyəti  idarə  etmək  üçün  dövlətin 
olması məcburidir. Əgər dövlət varsa, deməli o, hansısa funksiyalar yerinə yetirir. 
Dövlətin idarəçilik, təsərrüfatçılıq, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. 
Bu  funksiyaları  yerinə  yetirmək  üçün  dövlət  idarəçilik  subyekti  kimi  əlində 
müəyyən  vəsait  cəmləşdirməlidir.  Həmin  vəsaitlər  dövlətin  yaradılmasının  ilk 
dövrlərində  natural  yığımlar  hesabına  ödənilirdi.  Cəmiyyətin  inkişafı  və 
idarəetmənin  mürəkkəbləşməsi  ilə  əlaqədar  dövlət  gəlirləri,  xərcləri,  bütövlükdə 
maliyyə münasibətləri meydana gəlməyə başladı. 
2.  Əməyin  kəmiyyət  və  keyfiyyətinə  görə  bölgünün  fəaliyyət  göstərməsi. 
Təsəvvürünüzə  gətirin:  siz  zavodda  işləyir,  tutaq  ki,  soyuducu  istehsal  edirsiniz. 
Sizin  tələbatınız  isə  başqa  məhsullaradır.  Həmin  müəssisə  ayın  axırında,  əmək 
məsrəflərinizi  hesablayıb,  həmin  məhsulla  sizin  məcmu  tələbatınızı  necə  ödəyə 
bilər.  Mümkün  deyil.  Ona  görə  də  ümumi  ekvivalent  formada-pulla  sizin  əməyi 
ödəyir.  Siz  isə  öz  tələbatınıza  uyğun  əmtəə  alırsınız.  Əmtəə-pul  münasibətlərinə 
uyğun olaraq maliyyə münasibətləri fəaliyyət göstərir. 
3.  Bütün  normal  inkişaf  edən  cəmiyyətlərdə  bir  neçə  mülkiyyət  forması 
fəaliyyət  göstərir.  Bu  mülkiyyət  formaları  arasında  iqtisadi  əlaqələri  həyata 
keçirmək  üçün  yenə  də  əmtəə-pul  münasibətlərinin  və  maliyyənin  mövcudluğu 
zəruridir. 
 
 
 
 
 
4. Maliyyə resursları. 
 
“Resurs” anlayışı  – adətən ehtiyat,  mənbə, vəsait kimi şərh edilir və zəruri 
hallarda ona müraciət olunur. 
Maliyyə 
resursları 
mərkəzləşdirilmiş 
fondlara 
(dövlət 
büdcəsi, 
büdcədənkənar  fondlar)  və  qeyri-mərkəzləşdirilmiş  maliyyə  resurslarına 
(müəssisələrin pul vəsaitləri fondlarına) bölünür. 
Maliyyə  resursları  ümumi  daxili  məhsulun  və  milli  gəlirin  bölüşdürülməsi 
prosesində 
yaradılır. 
Ümumdövlət 
səviyyəsində 
(makro 
səviyyədə) 
mərkəzləşdirilmiş 
maliyyə 
resurslarının 
(mərkəzləşdirilmiş 
fondlar) 
formalaşmasının birinci və əsas mənbəyi milli gəlirdir
Milli  gəlirin bir hissəsi  müəssisədə  formalaşır və onun sərəncamında  qalır, 
yəni  mikrosəviyyədə  qeyri-mərkəzləşdirilmiş  fondlar  yaradılır  ki,  bu  da 
müəssisədə istehsal məsrəflərinə istifadə edilir. 
 
Dövlətin  maliyyə  resurslarının  formalaşmasının  başlıca  mənbələrindən  biri 
kimi istehsal sferası müəssisə və təşkilatlarının pul gəlirləri çıxış edir. Onlara hər 
şeydən əvvəl izafi məhsulun dəyərinin bir forması olan mənfəət aiddir. 
KitabYurdu.az 
7
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə