Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93

 
Bir qayda olaraq maliyyə resurslarının həcmi milli gəlirdən çoxdur, ona görə 
ki,  maliyyə  resursları  izafi  məhsulun  dəyəri  və  zəruri  məhsulun  bir  hissəsindən 
başqa amortizasiya ayırmalarını da özünə daxil edir. 
Maliyyə  resurslarının  formalaşmasının  ikinci  əhəmiyyətli  mənbəyi  əsas 
istehsal  fondlarının  dəyərinin  bir  hissəsi  hesabına  formalaşan  amortizasiya 
fondudur
Mərkəzləşdirilmiş  maliyyə  resursları-xalis  gəlirin  vergi,  vergi  olmayan 
ödənişlər və ayırmalar vasitəsilə yenidən bölgüsünün nəticəsidir. 
Yuxarıda  göstərilənlərdən  başqa  mərkəzləşdirilmiş  maliyyə  resurslarının 
formalaşması  mənbəyi  mərkəzləşdirilmiş  dövlət  sosial  sığorta,  əmlak  və  şəxsi 
sığorta fondlarına, müxtəlif büdcədənkənar fondlara müəssisələrin ayırmaları ola 
bilər. 
Bundan başqa,  mərkəzləşdirilmiş  maliyyə  resursları təsərrüfat dövriyyəsinə 
cəlb edilmiş milli sərvətin bir hissəsi hesabına (ölkənin qızıl ehtiyatlarının, enerji 
daşıyıcılarının satışından, xarici iqtisadi fəaliyyətdən daxilolmalar və s.) və habelə 
dövlət  qiymətli  kağızlarının  (istiqraz,  borcların  yerləşdirilməsindən  və  s.) 
satışından əldə edilən vəsaitlər hesabına formalaşır. 
Mərkəzləşdirilmiş  maliyyə  resurslarının  çox  az  bir  hissəsi  əhalidən 
daxilolmalar  hesabına  (vergilər,  rüsumlar,  istiqrazlar  və  lotoreyalardan 
daxilolmalar)  yaradılır.  Bazar  münasibətlərinə  keçilməsi  ilə  ələqədar  olaraq 
maliyyə resurslarının bu mənbəyi durmadan artır. 
Mərkəzləşdirilmiş  maliyyə  resursları  əsasən  dövlət  büdcəsində, 
büdcədənkənar fondlarda, əmlak və şəxsi sığorta fondlarında cəmləşdirilir. 
Maliyyə resurslarına habelə dövlət pul ehtiyatları kimi (nizamnamə, ehtiyat 
və digər fondlar şəklində Mərkəzi Banka təhkim edilmiş) Mərkəzi Bankın  kredit 
resurslarını da daxil etmək məqsədə uyğundur. 
Beləliklə, dövlətin maliyyə resursları - dövlətin, müəssisələrin, təşkilatların 
və  əhalinin  sərəncamında  olan,  geniş  təkrar  istehsal  üçün  nəzərdə  tutulmuş  pul 
vəsait  fondları  və  daxilolmalardır.  Maliyyə  resurslarının  əsas  mənbəyi  milli 
gəlir,  mülkiyyət  formasından  asılı  olmayaraq  təşkilatların  mənfəəti, 
amortizasiya fondu və sığorta fondlarıdır. 
Müəssisənin  maliyyə  resursları  -  konkret  təsərrüfat  subyektinin 
sərəncamında olan bütün pul vəsaitlərinin və daxilolmaların məcmusudur. Maliyyə 
resursları  müəssisənin  gəlirlərinin  əmələ  gəlməsi,  bölüşdürülməsi  və  istifadəsi 
prosesini əks etdirir. 
Müəssisə səviyyəsində maliyyə resursları məqsədli təyinatlı pul fondlarının 
(əməyin ödənilməsi fondu, istehsalın inkişafı fondu, maddi mükafatlandırma fondu 
və  s.)  yaradılmasına,  dövlət  büdcəsi,  banklar,  malverənlər,  sığorta  orqanları  və 
digər  müəssisələr  qarşısında  öhdəliklərin  yerinə  yetirilməsinə  istifadə  edilir. 
Maliyyə  resursları  habelə  xammal,  material  alınmasının,  əməyin  ödənilməsinin 
maliyyələşdirilməsi və s. üçün istifadə edilir. 
Müəssisənin maliyyə resursları müəssisənin xüsusi vəsaitləri və cəlb edilmiş 
vəsaitlər hesabına formalaşır. 
Müəssisədə maliyyə resurslarının formalaşmasının əsas mənbəyi mənfəətdir. 
 
KitabYurdu.az 
8
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 2: Maliyyə siyasəti və maliyyə sistemi 
 
P L A N 
 
Müəssisənin gəlirləri 
Əsas fəaliyyətdən 
mənfəət 
Sair fəaliyyətdən 
daxilolmalar 
(əmlakın satışından) 
Maliyyə 
əməliyyatlarından 
mənfəət (qiymətli 
kağızların satışı) 
Təsərrüfat üsulu ilə 
yerinə yetirilən 
tikinti işlərindən 
mənfəət 
Pul fondları 
Nizamnamə 
fondu  
Amortizasiya 
fondu 
Ehtiyat və digər 
fondlar 
İstehsalın inkişaf 
fondu 
Cəlb edilmiş vəsaitlər 
Pay əsasında cəlb 
edilmiş maliyyə 
resursları və kreditor 
borcları 
Bankların və 
təşkilatların 
uzunmüddətli 
kreditləri 
Sığorta ödəmələri 
Büdcə subsidyası 
Müəssisənin maliyyə resursları 
KitabYurdu.az 
9
 


 
 
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri 
2. Dövlətin maliyyə siyasəti 
3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması 
4. Azərbaycan Respublikasının maliyyə sistemi 
5. Azərbaycan Respublikasının maliyyə siteminin  
ayrı – ayrı əlaqələrinin xarakteristikası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri 
 
KitabYurdu.az 
10
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə