Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
 
xüsusi vəsaitlərin və istərsə də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi 
çox  asılıdır.  Müəssisənin  maliyyə  siyasəti  hazırlanarkən  nəzərdə  tutulmuş 
dövriyyə  vəsaitindən  səmərəli  istifadə  edilməsinin  yüksəldilməsinin  mühüm 
amili dövriyyə vəsaitinin dövriyyəsidir. 
 
Xərclərin  (məsrəflərin)  idarə  edilməsi  və  amortizasiya  siyasətinin 
seçilməsi.  İstehsal  xərclərinin  (məsrəflərinin)  və  tədavül  xərclərinin  idarə 
edilməsinə həsr edilmiş maliyyə siyasəti bölməsinin hazırlanması üçün maliyyə 
təhlilinin  xərc  və  rentabellik    səviyyəsi  haqqında  məlumatlarından  istifadə 
edilir.  Təhlil  əsasında  xərclərin  (dəyişən,  sabit  və  qarışıq)  optimallaşdırılması 
və müəssisənin zərərsiz işləməsinə nail olunması üzrə tədbirlər hazırlanır. 
 
Amortizasiya  siyasətinin  seçilməsi  müəssisənin  maliyyə  siyasətində  böyük 
əhəmiyyət  kəsb  edir.  Qüvvədə  olan  qanunvericiliyə  əsasən  müəssisə 
tezləşdirilmiş,  yəni  avadanlıqları  dəyişdirmək  üçün  xərcləri  artırmaqla  sürətli 
vəsait  yığmaq  hüququna  malikdir.  Müəssisə  həmçinin  əsas  fondların  yenidən 
qiymətləndirilməsini  keçirmək,  amortizasiya  ayırmalarının  hesablanması 
üsulunu müəyyən etmək hüququna malikdir. 
 
Müəssisənin  divident  siyasəti  səhimdar  cəmiyyətlərində,  istehsal 
kooperativlərində  və  istehlak  cəmiyyətlərində  hazırlanır.  Onun  seçilməsində 
aşağıdakıları nəzərə almaq lazımdır: 
 
dividentin  ödənilməsi  səhmdar  cəmiyyəti  üzvlərinin  və  kooperativlərinin 
marağını təmin edir; 
 
yüksək  məbləğdə  divident  ödənilməsi  təşkilatın  inkişafına  yönəldilən 
mənfəətin payını azaldır. 
 
Maliyyə 
siyasəti 
hazırlanarkən 
dividentlərin 
üstünlüklərini 
və 
çatışmamazlıqlarını  qiymətləndirmək,  dividentin  ödənilməsinin  optimal 
variantını  tapmaq,  müəssisənin  perspektiv  inkişafına  məsrəfləri  nəzərə  almaq 
lazımdır. 
 
Müəssisənin  maliyyəsinin  idarə  edilməsi.  Müəssisənin  idarə  edilməsinin 
müasir sistemi planlaşdırılma, normalaşdırma və nizamlaşdırma nəzəriyyələrinə 
əsaslanır. 
 
 
4. Azərbaycan Respublikasının maliyyə sistemi 
 
Maliyyə  sistemi  –  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  fəaliyyət  göstərən  maliyyə 
münasibətlərinin  ayrı  –  ayrı  həlqələrinin  məcmusudur.  Maliyyə  sistemi  vasitəsilə 
pul  vəsaitlərinin  fondlarının  bölgüsü,  formalaşması  və  istifadəsi  həyata  keçirilir. 
Maliyyə  sisteminə  ölkənin  maliyyə  fəaliyyətinin  və  pul  tədavülünün 
tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir.  
Maliyyə  bölgü  münasibətlərinin  daşıyıcısı  olduğuna  görə,  məhz  bu  bölgü 
müxtəlif  təsərrüfat  subyektləri  arasında  baş  verir.  Pul  vəsaiti  fondlarının 
yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır: 
1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə); 
2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin)  
maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə). 
KitabYurdu.az 
15
 


 
 
 
Maliyyə  sistemi  geniş  mənada  özünə  habelə  3)  kredit  bank  sistemini  də 
(ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin 
hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.  
 
Birinci  bölmənin  –  dövlət  maliyyəsinin  həlqələri  mərkəzləşdirilmiş 
maliyyəyə  aiddir  və  makro  səviyyədə  iqtisadiyyatı  və  maliyyə  -  bölgü 
münasibətlərini tənzimləmək üçün istifadə edilir. 
 
İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş 
maliyyəni  əhatə  edir  və  mikro  səviyyədə  iqtisadiyyatı  və  sosial  münasibətləri 
tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir. 
 
Kredit  –  bank  sferası  ölkənin  banklarından  və  digər  kredit  idarələrindən 
ibarətdir.  Ölkənin  maliyyə  sisteminə  maliyyə  fəaliyyətini  həyata  keçirən  və 
tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Maliyyə  sisteminin  ayrı-ayrı  sferaları  (bölmələrə)  və  həlqələri  bir-birindən 
hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi 
Dövlət 
maliyyəsi 
 
Müəssisə və 
təşkilatların 
maliyyəsi 
Kredit-bank 
sistemi 
Azərbaycan Respublikasının 
maliyyə sistemi 
Dövlət maliyyə 
orqanları 
sistemi 
›Dövlət 
büdcəsi 
›Büdcədənkən
ar fondlar 
›Dövlət krediti 
›Dövlət 
sığorta 
fondları  
Bələdiyyə 
maliyyəsi 
›Kommersiya 
müəssisələrinin 
(təşkilatlarının) 
maliyyəsi  
›Dövlət və 
bələdiyyə 
müəssisələrinin 
maliyyəsi  
›Qeyri 
kommersiya 
müəssisə və 
təşkilatlarının 
maliyyəsi  
›İctimai 
təşkilatların və 
birliklərin 
maliyyəsi  
›AR-nın Milli 
Bankı 
›Kommersiya 
bankları 
›Bank 
olmayan 
kredit 
təşkilatları 
›AR-nın 
Maliyyə 
Nazirliyi  
›Respublika 
xərinədarlığı  
›AR-nın 
subyektlərinin 
maliyyə 
orqanları  
›AR-nın 
Vergilər 
Nazirliyi  
KitabYurdu.az 
16
 


 
 
və  istifadəsi  metodları  ilə  və  deməli,  onların  maliyyə  sistemindəki  rolu  ilə 
fərqlənir. 
 
 
5. Azərbaycan Respublikasının maliyyə siteminin  
ayrı – ayrı əlaqələrinin xarakteristikası 
 
 
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul 
vəsaitləri  fondlarının  yaradılması  və  istifadəsinin  əsas  maliyyə  planıdır.  Dövlət 
büdcəsi  dövlətin  funksiyalarının  yerinə  yetirilməsi  ilə  əlaqədar  olan  xərclərin 
maliyyələşdirilməsini təmin edir. 
 
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir: 
 
Azərbaycan Respublikasının dövlət büdcəsi; 
 
Bələdiyyələrin büdcəsi. 
 
Dövlət  maliyyəsinin  növbəti  həlqəsi  büdcədənkənar  məqsədli  dövlət 
fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq 
normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil 
olmayan maliyyə fondlarıdır. 
 
Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar. 
 
Büdcədənkənar  fondlar  ciddi  təyinata  malikdir.  Onların  yaradılmasında 
başlıca  məqsəd  əhaliyə  sosial  xidmətin  genişləndirilməsi,  geridə  qalmış 
infrastruktur  sahələrin  inkişafının  stimullaşdırılması,  iqtisadiyyatın  aparıcı 
sahələrinin  əlavə  vəsaitlə  təmin  edilməsi  və  s.  ibarətdir.  Təsərrüfatçılığın  bazar 
şəraitinə  keçildiyi    dövrdə  aşağıdakı  büdcədənkənar  dövlət  sosial  fondları 
yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu 
fondlar  dövlət  mülkiyyətində  olub,  maliyyə  sisteminin  müstəqil  maliyyə  -  kredit 
idarələri  kimi  fəaliyyət  göstərirdilər.  Büdcədənkənar  fondlar  məqsədli  təyinata 
(əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir. 
 
Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da 
yaradılır  ki,  onların  hesabına  dövlətin  iqtisadi  vəzifələrinin  həll  edilməsi  tələbatı 
təmin  edilmiş  olur.  İqtisadi  fondlara  misal  olaraq  Dövlət  Yol  Fondunu, 
Sahibkarlığa  Kömək  Milli  Fondu,  Təbiəti  Mühafizə  Ehtiyat  Fondunu,  Məşələrin 
Qorunub  Saxlanması  və  Təkrar  İstehsalı  Fondunu,  Dövlət  Neft  Fondunu  və  s. 
göstərmək olar. 
 
Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı 
fondlar  müəyyən  dövrlərdə  yaradıla  və  ləğv  edilə  bilər.  Belə  ki,  Azərbaycan 
Respublikasında  yuxarıda  sadalanan  büdcədənkənar  fondların  əksəriyyəti  ləğv 
edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər. 
 
Bütün  büdcədənkənar  dövlət  fondlarının  gəlirləri  müəssisə,  idarə  və 
təşkilatların  məcburi  tədiyyələri  hesabına  əmələ  gəlir.  Büdcədənkənar  dövlət 
fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR 
– nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir. 
 
Dövlət  krediti  maliyyə  sistemində  xüsusi  yer  tutur.  Dövlət  krediti  –  öz 
xərclərini  maliyyələşdirmək  üçün  dövlət  tərəfindən  əhalinin,  müəssisə  və 
təşkilatların  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsi  üzrə  kredit 
KitabYurdu.az 
17
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə