Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
 
münasibətlərini  ifadə  edir.  Dövlət  krediti  tədiyyələrin  könüllü  olaraq  dövlət 
xəzinəsinə ödənilməsinə əsaslanır. 
 
Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli 
kağızları  yerləşdirmək  yolu  ilə  cəlb  edilir.  Dövlət  krediti  eyni  zamanda  dölətin 
xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün 
kredit alır. 
 
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də  sığorta fondudur. Sığorta 
fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini  təmin 
edir  və  onların  qarşısının  alınması  üzrə  tədbirlərin  həyata  keçirilməsinə  yardım 
edir. 
 
Maliyyə  sisteminin  növbəti  sferası  təsərrüfat  subyektlərinin  –  müxtəlif 
mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar 
ictimai  tələbatı  ödəmək  məqsədilə    məhsul  istehsal  etmək,  iş  görmək  və  xidmət 
göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat 
subyektidir, hüquqi şəxsdir. 
 
Müəssisə  və  təşkilatlarda  gəlirlərin  əsas  hissəsi  formalaşır  ki,  onlar  da 
sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. 
 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  hüquqi  şəxslər 
kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır. 
 
Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri 
daxildir: 
 
kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi; 
 
qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi; 
 
dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi; 
 
ictimai təşkilatların (birliklərin) maliyyəsi. 
 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  43.5  maddəsinə  əsasən 
kommersiya  təşkilatları  elə  hüquqi şəxslərdir  ki,  onun  fəaliyyətinin  əsas  məqsədi 
mənfəət götürməkdir. 
 
Kommersiya  təşkilatları  olan  hüquqi  şəxslər  istehsal  kooperativləri, 
təsərrüfat  orqanları  və  cəmiyyətləri,  dövlət  müəssisələri,  bələdiyyə  unitar 
müəssisələri formasında yaradıla bilərlər.   
 
İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini 
mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması 
hesabına  formalaşdırır.  Müəssisələr  zəruri  hallarda  cəlb  edilmiş  vəsaitlərdən  də 
istifadə  edirlər.  Cəlb  edilmiş  vəsaitlər  isə:  borc  alınmış  vəsaitlərdən  (kredit 
formasında);  səhm  buraxılışı  və  onların  satışı  hesabına  daxil  olan  səhm  kapitalı; 
konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir. 
 
Müəssisələrin  maliyyəsi  mikroiqtisadiyyatın  əsasını  təşkil  edir.  Maliyyə 
resurslarının  əksəriyyət  hissəsi  burada  formalaşır.  Maliyyə  sisteminin  ümumi 
durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və 
maliyyə  resurslarının  dəyərcə  qiymətləndirilməsinin  idarə  edilməsinə,  onların 
balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün 
səviyyəli  büdcələrin  gəlirlərinin  formalaşdırılmasında  həlledici  rol  oynayır. 
Büdcədən  sosial  sferanın,  iqtisadiyyatın,  investisiya  proqramının,  müdafiənin, 
ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir. 
KitabYurdu.az 
18
 


 
 
 
 
 
Mövzu 3 : Maliyyənin idarə edilməsi və planlaşdırılması 
 
P L A N 
 
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və metodları 
2. Maliyyəni dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri 
3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması 
4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
19
 


 
 
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və 
metodları 
 
İdarəetmə  dedikdə,  müəyyən  nəticələrə  nail  olmaq  üçün  məcmu  üsul  və 
metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür. 
İdarəetmə  fəaliyyətinin  mühüm  sahəsi  maliyyənin  idarəedilməsindən 
ibarətdir.  O  xüsusi  aparat,  xüsusi  metod,  o  cümlədən  müxtəlif  stimul  və 
sanksiyaların köməyi ilə həyata keçirilir. 
Digər  idarəetmə  sistemlərdə  olduğu  kimi  maliyyənin  idarə  edilməsində  də 
idarəetmənin  obyektləri  və  subyektləri  vardır.  İdarəetmənin  obyekti  kimi  pul 
gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət 
tərəfindən  istifadəsi  ilə  əlaqədar  olan  maliyyə  münasibətləri  ilə  çıxış  edir. 
İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir. 
Maliyyə  münasibətlərinin  təsnifatına  uyğun  olaraq,  idarəetmə  obyekti 
onların  sahəsinə  görə  təşkilatların  (müəssisələrin,  idarələrin)  maliyyəsi,  sığorta 
münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara 
ayrılır. Onlara müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə 
orqanları  və  vergi  idarələri  kimi  idarəetmə  subyektləri  uyğun  gəlir.  Maliyyənin 
idarəedilməsini  həyata  keçirən  təşkilat  strukturlarının  məcmusu  maliyyə  aparatı 
hesab edilir. 
İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir 
həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər. 
Eyni  zamanda  onlara  idarəetmənin  vahid  metod  və  üsulları  da  məxsusdur. 
Maliyyənin  idarəedilməsində  planlaşdırma,  operativ  idarəetmə,  nəzarət  kimi 
mühüm funksional elementləri ayırmaq olar. 
Planlaşdırma  maliyyənin  idarəetmə  sistemində  əhəmiyyətli  yer  tutur. 
Planlaşdırma  zamanı  təsərrüfatçılığın  istənilən  subyekti  maliyyənin  vəziyyətini 
hərtərəfli  qiymətləndirir,  maliyyə  resurslarının  artırılması  imkanlarını  aşkar  edir, 
onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları 
mühasibat,  statistik  və  operativ  hesabatlara  əsaslanan  maliyyə  informasiyasının 
təhlili əsasında qəbul edilir. 
Operativ  idarəetmə  cari  maliyyə  vəziyyətinin  operativ  təhlili  əsasında 
işlənib hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən 
bölüşdürülməsinin köməyi ilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini 
güdür. 
Operativ  idarəetmənin  əsas  məzmununu  təsərrüfat  fəaliyyətini 
yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir. 
Nəzarət  planlaşdırma  və operativ  idarəetmə  prosesində həyata  keçirilir.  O, 
maliyyə  resurslarının  istifadəsi  üzrə  faktiki  nəticələri  plan  göstəriciləri  ilə 
müqayisə  etməyə,  maliyyə  resurslarının  artırılması  və  onların  daha  səmərəli 
istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir. 
Maliyyənin  idarə  edilməsinin  strateji  (ümumi)  və  operativ  formaları 
fərqləndirilir.  Strateji  idarəetmə  proqnozlaşdırma  vasitəsilə  perspektiv  maliyyə 
resurslarının  müəyyən  edilməsində,  məqsədli  proqramın  reallaşdırılması  üçün 
maliyyə  resurslarının  həcmini  təyin  etməkdə  və  s.  istifadə  olunur.  O,  dövlət  və 
təsərrüfat idarəetmə orqanları tərəfindən: AR-nın Milli Məclisi, Prezident Aparatı, 
KitabYurdu.az 
20
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə