Fənn: Maliyyə və bank işi



Yüklə 0,94 Mb.
səhifə8/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Özxərciniödəmə – maliyyə-təsərrüfat fəaliyyətinin elə bir prinsipidir ki, bu zaman müəssisənin xərcləri tamamilə öz gəlirləri hesabına ödənilir.

Özxərciniödəmə – təsərrüfat (kommersiya) hesabının başlıca prinsipi və əsas şərtidir ki, bu zaman məhsulun (əmtəə, iş və xidmət) istehsalı və satışı ilə əlaqədar cari xərcləri tam ödəməyi və mənfəət götürməyi nəzərdə tutur. Özxərciniödəmə prinsipi müəssisəyə zəruri olan material, əmək və pul resursları vermək və onun rentabelli işini təmin etmək qabiliyyətindən ibarətdir.



Özünümaliyyələşdirmə – təsərrüfatın bazar metodları ilə aparılmasına aiddir ki, bu zaman xüsusi maliyyə mənbələri təsərrüfat fəaliyyətini maliyyələşdirmək üçün kifayət edir.

Özünümaliyyələşdirmə – müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməyin elə prinsipidir ki, bu zaman nəinki cari xərclər, həm də kapital qoyuluşu və habelə müəssisənin sosial-iqtisadi inkişafının maliyyələşdirilməsi və gələcək dövrün xərcləri xüsusi maliyyələşdirmə mənbələri ilə təmin edilir. Kommersiya müəssisələrinin mənfəəti, amortizasiya və digər pul vəsaiti fondları onun iqtisadi və sosial inkişafının maliyyələşdirilməsinin başlıca mənbəyi olur. Bankların və digər kredit təşkilatlarının kreditləri müəssisələrinin xüsusi mənbələri hesabına ödənilir.

Özünümaliyyələşdirmə müəssisənin tam maliyyə müstəqilliyi ilə qırılmaz surətdə əlaqədardır. Maliyyə müstəqilliyində müəssisə öz maliyyə, material və əmək resurslarına sərbəst sərəncam vermək, iqtisadi maraqlarda çıxış edərək dövriyyəyə borc və cəlb edilmiş vəsaitləri axtarıb tapmaq və istifadə etmək hüququ vardır.

Müəssisədə kommersiya fəaliyəti nəticələrinə maddi maraq prinsipi müəssisənin və onun kollektivinin fəaliyyəti qazanılmış müsbət nəticələrinə görə maddi mükafatlandırma mənbəyi kimi mənfəət əldə edilməsində təzahür edir. Dövlətin və müəssisə işçilərinin maraqları müəssisənin rentabelli fəaliyyəti ilə təmin edilə bilər.

Müəssisənin iqtisadi məsuliyyəti büdcə, məqsədli fondlar, digər müəssisələr və banklar qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə qanunvericilik qaydalarında müəyyən edilmiş maliyyə sanksiyası sistemi vasitəsilə təmin edilir. Vergi qanunvericiliyi pozan vergi ödəyiciləri üçün xüsusi məsuliyyət forması nəzərdə tutulur. Müəssisə öhdəliyinə öz əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisənin iqtisadi məsuliyyəti sahibkarlıq riskinin sığortalanması sistemi ilə və müəssisənin maliyyə resurslarında sığorta şirkətlərindən daxil olan sığorta ödəmələrinin rolunun artması ilə güclənir.

Kommersiya müəssisələrinin maliyyəsinin mühüm prinsiplərindən biri də maliyyə planlaşdırılması ilə kommersiya hesabının uzlaşdırılmasıdır.

İnvestisiya fəaliyyətində heç bir firma maliyyələşdirməyə və son maliyyə nəticəsi ilə əsaslandırılmış layihə (plan) işləyib hazırlamadan işə başlaya bilməz. Firmadaxili planlaşdırma əsasında müqavilələr bağlanır, müsabiqə əsasında sifarişlər yerləşdirilir. Planların işlənib-hazırlanması (xaricdə onları layihə adlandırırlar) istehlakçıların tələbatının dərindən öyrənilməsinə, rəqiblərinin təcrübəsinin öyrənilməsinə, müəssisənin maliyyə imkanlarının təhlilinə əsaslanır. Yaxşı hazırlanmış plan kommersiya hesabının müsbət nəticələrinə xidmət edir.


3. Kommersiya müəssisələrinin gəlir və xərcləri
Kommersiya təşkilatlarının pul gəlirləri məhsul (iş və xidmət) satışından, digər əmlakların satışından (əsas fondların, inventarların, qeyri-material aktivlərinin və s.) daxilolmalardan; satışdankənar gəlirlərdən, icarə haqqından əmələ gəlir.

Pul gəlirlərinin başlıca mənbəyi məhsul (iş və xidmət) satışından daxilolmalardan ibarətdir. Onun həcmi məhsul satışının həcmi və qiyməti ilə müəyyən edilir. Öz növbəsində məhsul (iş və xidmət) satışının həcmi isə bazarın tələbindən, bazarda tələb və təklifdən asılıdır.

Mövcud qaydaya əsasən gəlir dedikdə, aktivlərin (pul vəsaiti, digər əmlakların) daxil olması nəticəsində və (və ya) bu təşkilatın kapitalının artmasına (iştirakçıların, əmlak sahiblərinin kapitalı istisna olmaqla) gətirib çıxaran öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi faydanın artması qəbul edilir.

Deyilənlərdən aydın olur ki, müəyyən müddət ərzində daxil olmuş pul vəsaiti və ya digər əmlak təşkilatın gəlirlərini əmələ gətirir, onun aktivlərini artırır. Lakin heç də bütün pul vəsaitləri gəlir hesab edilmir. Belə ki, aşağıdakı daxilolmalar təşkilatların gəliri kimi qəbul edilmir:

- əlavə dəyər vergisinin, aksizlərin, və digər anoloji məcburi ödənişlərin məbləğləri;

- məhsulun, əmtəələrin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında alınmış məbləği; məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avansı;

- beh və girov məbləği;

- kreditin ödənilməsi və borc alana verilmiş borc məbləği.

Gəlirlər xarakterindən, əldə edilmə şərtlərindən və təşkilatın fəaliyyət istiqamətindən asılı olaraq iki yerə ayrılır:

a) adi fəaliyyət növündən əldə olunan gəlirlər;

b) sair daxilolmalar.

Adi fəaliyyət növündən gəlirlər dedikdə, təşkilatın elə gəlirləri başa düşülür ki, onun əldə edilməsi bir qayda olaraq müntəzəm xarakter daşıyır və təşkilatın adi istehsal-kommersiya, maliyyə və investisiya fəaliyyəti ilə əlaqədardır. Bu isə müəssisənin fəaliyyətinin predmetini təşkil edir.

Adi fəaliyyət növündən gəlirlər aşağıdakılardan ibarətdir:

- məhsul və əmtəə satışından gəlirlər, işin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə əlaqədar gəlirlər;



Sair daxilolmalar dedikdə, əməliyyat gəlirləri, satışdankənar əməliyyatlardan gəlirlər, habelə fövqəladə gəlirlər başa düşülür.

Əməliyyat gəlirlərinə daxildir;

- təşkilatın aktivlərinin haqqı ödənilməklə müvəqqəti olaraq istifadəyə verilməsi ilə bağlı daxilolmalar;

- ixtiralara, sənaye nümunələrinə və intellektual mülkiyyətin digər növlərinin patentlərindən irəli gələn hüquqlarının haqqı ödənilməklə verilməsi ilə əlaqədar daxilolmalar;

- başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar (faizlər və qiymətli kağızlar üzrə digər gəlirlər də daxil olmaqla);

- birgə fəaliyyət nəticəsində (sadə ortaqlıq müqaviləsi üzrə) təşkilatın əldə etdiyi mənfəət;

- əsas vəsaitlərin və pul vəsaitlərindən fərqlənən (xarici valyutadan başqa) digər aktivlərin, məhsulların, əmtəələrin satışından daxilolmalar;

- təşkilatın pul vəsaitlərini istifadəyə verməyə görə aldığı faiz və habelə təşkilatın bankdakı hesabında olan vəsaitdən bankın istifadəsinə görə faizləri;Sat

- müqavilələrin şərtlərinin pozulmasına görə cərimə, penya və dəbbə pulu;

- əvəzsiz alınmış aktivlər, o cümlədən bağışlama müqaviləsi üzrə;

- təşkilata dəymiş zərərin ödənilməsindən daxilolmalar;

- hesabat ilində aşkar edilmiş keçmiş illərin mənfəəti;

- iddia müddəti keçmiş kredit və debitor borclarının məbləği;

- məzənnə fərqləri;

- aktivlərin qiymətləndirilməsi məbləği (dövriyyədənkənar aktivlərdən başqa);

- sair reallaşdırılmamış gəlirlər.

Fövqəladə gəlirlər təsərrüfat fəaliyyətinin fövqəladə şəraitin (təbii fəlakət, yanğın, qəza və s.) nəticəsi kimi əmələ gələn daxilolmalar, sığorta ödəmələri və habelə bərpa edilməyə və gələcəkdə istifadə edilməyə yaramayan aktivlərin silinməsindən qalmış maddi qiymətlilərin dəyəri hesab edilir.

İstehsal müəssisələrinin bazar münasibətlərinə keçdiyi şəraitdə gəlirlər onların təsərrüfat hesablı fəaliyyətinin göstəricilər sistemində birinci dərəcəli rol oynayır. Özünümaliyyələşdirmə gəlirlərin həcmindən birbaşa asılı olur, ona görə ki, gəlirlər xərcləri ödəyir və son maliyyə nəticələrini müəyyən edir.

Kommersiya təşkilatlarının xərcləri aktivlərin (pul vəsaitləri, digər əmlaklar) sıradan çıxması nəticəsində iqtisadi faydanın (qazancın) azalması deməkdir.

Kommersiya təşkilatlarının xərcləri xarakterindən, həyata keçirilməsi şəraiti və fəaliyyət istiqamətindən asılı olaraq iki yerə ayrılır:

- adi fəaliyyət növləri üzrə xərclər;

- sair xərclər (əməliyyat, satışdankənar və fövqəladə xərclər).

Adi fəaliyyət növü üzrə xərclərə məhsulun hazırlanması və satışı ilə əlaqədar əmtəələrin alınması və satışı, işin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə əlaqədar xərclər aiddir. Fəaliyyət predmetinin müəyyən haqq ödənilməsinə görə öz aktivlərini icarə müqaviləsi üzrə müvəqqəti istifadə üçün (müvəqqəti sahibliyə və istifadəyə) verən təşkilatlarda adi fəaliyyət növləri üzrə xərclərin həyata keçirilməsi bu fəaliyyət ilə bağlı olan xərclər hesab edilir.

Kommersiya təşkilatlarının adi fəaliyyət növü üzrə xərcləri özünə aşağıdakıları daxil edir:

- xammal, materiallar, əmtəələr və digər material-istehsal ehtiyatların alınması ilə bağlı xərclər;

- məhsul istehsalı məqsədlərinə material-istehsal ehtiyatların bilavasitə emalı prosesində əmələ gələn, işin yerinə yetirilməsi, xidmət göstərilməsi və onların satışı, habelə əmtəələrin satışı prosesində (əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin saxlanması və istismarı və habelə onların saz vəziyyətdə saxlanması üzrə xərclər; kommersiya, idarəetmə xərcləri və s.) əmələ gələn xərclər.

Adi fəaliyyət növləri üzrə xərclərin formalaşması zamanı onların aşağıdakı elementlər üzrə qruplaşdırılması təmin edilməlidir:

- material məsrəfləri;

- əməyin ödənilməsi məsrəfləri;

- sosial ehtiyatlara ayırmalar;

- əsas fondların amortizasiyası;

- sair məsrəflər.

Müəssisənin adi fəaliyyət növündən maliyyə nəticələrini müəyyən etmək məqsədilə, məhsulun, işin, xidmətin maya dəyəri hesablanır ki, bu da adi fəaliyyət növü üzrə xərc bazası əsasında formalaşır.

Sair xərclərə əməliyyat, satışdankənar və fövqəladə xərclər daxildir.



Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

- müəssisənin (təşkilatın) haqqı ödənilməklə müvəqqəti istifadəyə verilməsi ilə (müvəqqəti sahibliyə və istifadəyə) bağlı xərclər;

- ixtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqı ödənilməklə verilməsi ilə əlaqədar xərclər;

- başqa müəssisələrin (təşkilatların) nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər;

- əsas fondların və digər aktivlərin (xarici valyutadan başqa), əmtəələrin, məhsulların satışı, sıradan çıxması və digər silinməsi ilə əlaqədar xərclər;

- müəssisənin (təşkilatın) onlara verilmiş pul vəsaitlərindən (kreditlər, borclar) istifadəyə görə ödədikləri faizlər;

- kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar xərclər;

- sair əməliyyat xərcləri.

Satışdankənar xərclərə bunlar aiddir:

- müqavilə şərtlərini pozmağa görə cərimələr, penyalar, dəbbə pulu;

- müəssisəyə (təşkilata) dəymiş zərərin ödənilməsi;

- hesabat ilində etiraf edilmiş keşmiş ilin zərərləri;

- iddia müddəti bitmiş debitor borclarının, tutulmaq üçün qeyri-real olan digər borcların məbləği;

- məzənnə fərqi;

- aktivlərin (dövriyyədənkənar aktivlər istisna olmaqla) ucuzlaşması məbləği;

- sair reallaşdırılmamış xərclər.

Fövqəladə xərclərə təsərrüfat fəaliyyətinin fövqəladə vəziyyətinin nəticəsi kimi əmələ gələn (təbii fəlakət, yanğın, qəza, əmlakın milliləşdirilməsi) xərclər aid edilir.


4. Kommersiya təşkilatlarının mənfəət və rentabelliyi
Mənfəət məhsul (əmtəə və xidmətin) satışından gəlirlərin həmin məhsulun (əmtəə və xidmət) istehsalı və satışı xərclərindın artığını ifadə edir. Başqa sözlə müəssisənin gəlirlilə xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Mənfəət kommersiya təşkilatlarının təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin ən mühüm göstəricilərindən biridir.

İqtisadi kateqoriya kimi, mənfəət sahibkarlıq fəaliyyətinin maliyyə nəticələrini xarakterizə edir.

Mənfəət əldə edilməsi, kapitalın, əməyin və əsas vəsaitlərin cəlb edilməsi əsasında məhsul istehsalı (işin yerinə yetirilməsi, xidmət göstərilməsi) üzrə təşkilatın fəaliyyətinin nəticəsindən ibarətdir.

Məhsul satışından mənfəət ümumi mənfəətə (balans mənfəəti) və xalis mənfəətə bölünür. Kommersiya təşkilatlarında mövcud qiymətlərlə (ƏDV və aksizsiz) məhsul (iş və xidmət) satışından daxil olan gəlirlərilə onun istehsalı və satışına çəkilən xərclərin məbləği arasındakı fərq kimi hesablanır.

Ticarət müəssisəsində əmtəələrin satışından mənfəət satış pulu – netto məbləği ilə (ƏDV, digər vergiləri çıxmaqla satış pulu) reallaşdırılmış əmtəələrin qalıq dəyəri və satılmış əmtəələrin tədavül xərcləri məbləği (ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla) arasındakı fərq kimi müəyyən edilir.

Balans mənfəəti – satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəətin ümumi həcmini göstərir. Beləliklə, balans mənfəəti təşkilatın bütün təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirir:


Mb = Mms+Məs+Gsk

burada: Mb – balans mənfəəti,

Mms – məhsul satışından mənfəət,

Məs – əsas vəsaitlərin və digər əmlakın satışından mənfəət,

Gsk – satışdankənar gəlirlər (saldo).

Əmlakın satışından (əsas vəsait və digər əmlak) mənfəət əmlakın satışından daxilolmalarla (ƏDV çıxmaqla) inflyasiya əmsalına korrektə edilmiş qalıq dəyəri (balans üzrə) arasındakı fərq kimi müəyyən edilir.

Balans mənfəəti istehsalın səmərəliliyinin qiymətləndirilməsi, müəyyən dövrdə onun artım dinamikasını aşkar etmək, ümumi rentabelliyi təmin etmək üçün istifadə olunur.

Xalis mənfəət – bütün vergi və rüsumları ödədikdən sonra müəssisənin (təşkilatın) sərəncamından qalan, istehsalın inkişafına, pul fondlarının yaradılmasına və sosial ehtiyaclara istifadə edilən mənfəətdir.

1992-ci ildən Azərbaycan Respublikasında kommersiya müəssisə və təşkilatlarının balans mənfəətinin bölgüsü aşağıdakı sxem üzrə həyata keçirilir.



Balans mənfəəti

Büdcəyə vergilər





çıxılsın


Yuxarı təşkilatların mərkəzləşdirilmiş fondları və ehtiyatları


çıxılsın



Xalis mənfəət

Müəssisənin fondları və ehtiyatları

Mənfəət nəinki maliyyə-təsərrüfat fəaliyyətinin başlıca nəticəsi kimi, həm də müəssisənin özünün və bütövlükdə dövlətin müxtəlif tələbatlarının ödənilməsi mənbəyi kimi çıxış edir.

Müəssisələrdə mənfəətin bölgüsü qoyulan başlıca tələb istehlaka və yığıma yönəldilən pul vəsaitləri arasında müəyyən edilmiş optimal nisbət əsasında geniş təkrar istehsalın ehtiyaclarını maliyyə resursları ilə təmin etməkdən ibarətdir.

Mənfəətin bölüşdürülməsi daha geniş sosial-iqtisadi mahiyyət daşıdığına görə o təkcə müəssisənin daxili problemi deyildir. Mənfəətin iqtisadi cəhətdən əsaslandırılmış bölgüsü sistemi ilk növbədə dövlət qarşısında olan maliyyə öhdəliklərinin yerinə yetirilməsini və müəssisənin istehsal-material və sosial ehtiyaclarını təmin etməlidir.

Vergiyə cəlb edilən mənfəətin həcmini müəyyən etmək üçün balans mənfəətindən aşağıdakıları çıxmaq lazımdır: yaradılması qanunvericiliklə nəzərdə tutulmuş nizamnamə və digər oxşar fondlara ayırmalar; büdcəyə renta ödənişləri; kənd təsərrüfatı məhsullarının istehsalı və satışından mənfəət; qiymətli kağızlar üzrə başqa müəssisələrin fəaliyyətində pay iştirakından gəlirlər.

Mənfəət müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsini (səmərəni) mütləq məbləğlə xarakterizə edir ki, bu da təsərrüfatçılığın maliyyə səmərəliliyin xarakterizə etmir. Maliyyə-təsərrüfat fəaliyyətinin səmərəlilik səviyyəsini qiymətləndirmək üçün rentabellik göstəricisindən istifadə edilir.

Müəssisənin rentabelliyi, məhsulun rentabelliyi ilə və habelə aktivlərin rentabelliyini bir-birindən fərqləndirmək lazımdır.

Müəssisənin rentabelliyi balans mənfəətinin məhsul satışı həcminə (satış pulu) və yaxud istehsala çəkilən məsrəflərin ümumi həcminə, ya da əsas və dövriyyə vəsaitlərinin orta illik dəyərinə olan nisbəti kimi hesablanır:

Mb ∙ 100 Mb ∙ 100 Mb ∙ 100

Rü = ───── , yaxud Rü = ───── , yaxud da R= ───────

S M Dəf + Ddf
burada: Rü – ümumi rentabellik, %-lə;

Mb – balans mənfəəti,

S – məhsul satışından daxilolmalr,

M – istehsal məsrəfləri,

Dəf – əsas fondların orta illikdəyəri,

Ddf – dövriyyə fondlarının orta illik məbləği ________.

Məhsulun rentabelliyi məhsulun satışından əldə edilmiş mənfəətin məbləğinin məhsulun tam dəyərinə olan nisbəti kimi hesablanır:

Mb ∙ 100 Mms ∙ 100

Rm = ───── , yaxud Rm = ──────

Sm Mmd
burada: Rm –məhsulun rentabelliyi, %-lə;

Mms – konkret məhsulun satışından mənfəət;

Sm – konkret məhsulun buraxılışı;

Mmd – satılmış məhsulun maya dəyəri.
Aktivlərin rentabelliyi maliyyə nəticəsinin (mənfəət çıxılsın zərər) balansın aktivinin yekununa olan nisbəti kimi hesablanır.

Kommersiya müəssisələrində mənfəət və rentabelliyin artırılmasının əsas yolları aşağıdakılardan ibarətdir:

∆ məhsul (iş və xidmət) satışından gəlirlərin artırılması;

∆ xərclərin və deməli məhsulun (iş və xidmət) maya dəyərinin aşağı salınması;

Gəlirlərin məbləğinin (satış pulu) artmasına reallaşdırılmış məhsulun həcminin (natural ifadədə) artması və qiymətlərin səviyyəsi təsir göstərir. Məhsul satışının həcmi yalnız müəssisədən və onun istehsal amillərindən (əmək predmetləri, əmək vasitələri və əmək resusrlarından) asılıdır. Məhsulun həcminin artmasının əsas amilləri işçilərin ixtisaslarının artırılması hesabına əmək məhsuldarlığının yüksəldilməsi, fondla silahlanmanın artırılması, əməyin təşkilinin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Məhsul satışının həcminə (satış pulu) xeyli dərəcədə qiymət səviyyəsi də təsir göstərir.



5. Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət ehtiyaclarına xərclərin maliyyələşdirilməsi
Xüsusi tədbirlərə çəkilən xərclərə, hər hansı təsərrüfat, rayon, həmçinin bölgə üzrə olan xərcləri əhatə edir. Onların həyata keçirilməsi istehsalın inkişaf etdirilməsinə və xoşa gəlməz hadisələrin aradan götürülməsinə müsbət təsir edir. Onlar əsasən büdcə təxsisatı hesabına maliyyələşdirilərək istehsal xərcinə aid edilmir.

Sosial-məişət ehtiyaclarına xərclərə aiddir: məktəbəqədər uşaq müəssisələrinin saxlanmasına, kadr hazırlığına; mənzil-kommunal təsərrüfatına; həmkarlar təşkilatına verilmiş binaların, qurğuların, bağların, parkların, istirahət düşərgələrinin saxlanılmasına; məktəblilərin məktəbə və geri aparılmasına, yemekxanada yeməklərin dəyərlərinin ucuzlaşdırılmasına çəkilən xərclər.

Xüsusi tədbirlərə məsrəflərin xeyli hissəsini əməliyyat xərcləri təşkil edir.

Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərə məsrəflərin tərkibində aşağıdakı əməliyyat xərcləri maliyyələşdirilir: epizotologiyaya qarşı tədbirlər; meşə təsərrüfatının bərpası və onun mühafizəsi; yer quruluşu; torpağın yaxşılaşdırılması.

Əməliyyat xərcləri xətti üzrə kənd təsərrüfatına xidmət edən ixtisaslaşdırılmış müəssisə və təşkilatlar kənd təsərrüfatından başqa büdcə vəsaiti hesabına da maliyyələşdirilir. İxtisaslaşdırılmış müəssisə və təşkilatlara aiddir: dövlət baytarlıq stansiyası; dövlət atçılığı; toxum müfəttişliyi; pambıqçılıq üzrə elit təsərrüfatı; pambıq toxumçuluq laboratoriyası; kənd təsərrüfatı bitkilərinin toxum sınağı üzrə dövlət komissiyası; bitkilərin mühafizəsi və qarantininə dövlət xidməti orqanı; dövlət zona maşın sınaq stansiyası; sair müəssisə və təşkilatlar.

Epizotologiyaya qarşı tədbirləri həm büdcə təxsisatı, həm də təsərrüfatın xüsusi vəsaiti hesabına maliyyələşdirilir.

Kənd təsərrüfatı müəssisələrində büdcə vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir: heyvan və quşların yoluxucu xəstəliklərinə qarşı mübarizəyə xərclər; heyvanların və quşların diaqnostik tədqiqatdan keçirilməsinə; keçici xəstəliklərə qarşı profilaktiki tədbirlərin həyata keçirilməsinə; heyvanlarda və quşlarda qorxulu həşaratlara (qurdlara) qarşı mübarizə aparılmasına; minimum miqdarda biopreparatların, dezinfeksiya vasitələrinin, şprislərin, iynələrin, pambığın və digər tibbi ləvazimatın yaradılmasına; baytarlıq işçilərinə və sürücülərə əmək haqqı və ezamiyyə xərcləri; xüsusi geyimlərə xərclər; müvəqqəti xüsusi baytarlıq qarantin dəstəsinin yaradılmasına və saxlanmasına xərclər; epizotologiyaya qarşı mübarizə üçün istifadə edilən avtonəqliyyatların saxlanması xərcləri.

Bütün cinslərdən olan heyvanların müalicəsinə digər xərclər, həmçinin plan üzrə proflaktiki tədbirlər təsərrüfatın vəsaiti hesabına həyata keçirilir və heyvandarlıq məhsullarının maya dəyərinin tərkibinə daxil edilir.

Büdcə vəsaiti hesabına alınan preparatlar və tibbi ləvazimatlar istifadə edilərkən maliyyələşmə mənbəyi hesabına silinir. Təsərrüfat vəsaiti hesabına alındıqda isə heyvandarlıq üzrə xərclərə aid edilir.

Kənd təsərrüfatı müəssisələrində yerinə yetirilən aşağıdakı işlər meşə təsərrüfatı işlərinə aiddir: meşənin salınması; meşənin bərpası; meşə bitkilərinə qulluq edilməsi; toxumun yığılması; əkin materiallarının böyüdülməsi; qurumuş ağacların kəsilməsi və yanğından mühafizə və s. işlər. Qeyd olunan işlər ona aid olan meşə materiallarının satışından əldə etdiyi xüsusi vəsait hesabına və meşə təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan büdcə təxsisatı hesabına yerinə yetirilir.

Əgər qeyd olunan işlərin meşə təsərrüfatı yerinə yetirərsə onda meşə təsərrüfatının kənd təsərrüfat müəssisənin imza etdikləri akta əsasən vəsait meşə təsərrüfatına köçürülür. İşləri bilavasitə kənd təsərrüfat müəssisəsi yerinə yetirdikdə isə təsərrüfatın təqdim etdiyi hesaba akta əsasən yuxarı təşkilat kənd təsərrüfatı müəssisəsinə yerinə yetirilən işlərə görə ödəmələr edir.

Maliyyələşmə planın uyğun olaraq yerinə yetirilmiş işin həcminə görə bu məqsədə hər rüb vəsait ayrılır.

Kənd təsərrüfat müəssisəsində yer quruluşu tədbirlərinə aiddir: yeni torpaq sahələrinin yaradılması və istifadəyə verilməsi; rayonun planlaşma sxeminə əsasən onların sərhədlərinin dəqiqləşdirilməsi və dəyişiklik edilməsi; təsərrüfat daxilində yararlı torpaqların iqtisadi əsaslarla təşkili; kənd təsərrüfatının istifadəsi üçün yeni torpaqların aşkara çıxarılması; həyatyanı torpaq sahələrinin ayrılması; kənd təsərrüfatına lazım olan topoqrafik, geodeziya , geobotanika və digər tədqiqat və axtarış işlərinin aparılması; dövlət kadastrının aparılması, torpağın kəmiyyətinin və keyfiyyətinin uçotunun aparılması, torpağın banitirofkası və əkini iqtisadi qiymətləndirilməsi. Qeyd olunan işlər yer quruluşu təşlikatları tərəfindən büdcə vəsaiti hesabına yerinə yetirilir.

Yer quruluşu tədbirlərinə görə büdcə təxsisatı bu işləri yerinə yetirən təşkilatların hesablaşma hesabına köçürülür.

Torpağın keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinə aiddir: torfun gətirilməsi, torpağın gipsləşdirilməsi, fosforlaşdırılması, melarativ işlənilməsi əhənglənməsi və digər işlər. Bu tədbirlərdən yalnız şoran torpaqların əhəglənməsi büdcə vəsaiti hesabına yerinə yetirilir. Qalan tədbirlərin hamısı təsərrüfatın vəsaiti hesabına yerinə yetirilir.

Torpağın keyfiyyətini yaxşılaşdırılması işlərə görə hesablaşma başa çatmış obyektlərdə təqdim olunan hesaba və yerinə yetirilmiş işlərə görə akta əsasən həyata keçirilir.

Podratçılarla hesablaşma, bank şöbəsi vasitəsilə təqdim olunan hesaba və aylıq akta əsasən ödəmə tapşırığı ilə podratçının hesablaşma hesabına vəsaitin köçürməklə aparılır.

Torpağın əhənglənməsi xərcləri büdcə vəsaitləri hesabına olduqda xərclər 96 №-li hesaba silinir.Əgər xüsusi vəsaitlər və krediti hesabına olarsa onda həmin xərclər 20∕1 sub hesabına aid edilərək, sonrakı 5-7 il ərzində məhsulların maya dəyərinə daxil edilir. Əməliyyat xərclərinin illik smetası və maliyyələşmə planı rüblərə və ayrı-ayrı tədbirlərə bölünməklə hazırlanaraq, xidmət eləyən bank şöbəsinə də verilir.


6. Kənd təsərrüfatı müəssisələrinin fondları

Kənd təsərrüfatı müəssisələri öz fəaliyyətlərini həyata keçirmək üçün nizamnamə (bölünməz), amortizasiya, təmir, yığım və istehlak fondları yaradırlar.

Nizamnamə (bölünməz) kapitalı təsərrüfatda olan əsas və xüsusi dövriyyə vəsaitlərinin məbləğini əks etdirir. Nizamnamə kapitalının həcmi müəssisənin yaradılması barədə təsisedici sənədlərlə müəyyən edilir və müəssisənin fəaliyyət göstərdiyi dövrlərdə dəyişilməz qalır. Əgər təsadüfən nizamnamə fondunun artırılması haqqında qərar qəbul edilərsə, onda uyğun olaraq müəssisənin təsisedici sənədlərində də dəyişiklik aparılır.

Nizamnamə (bölünməz) fondunun azadılmasında da həmçinin təsisedici sənədlərdə dəyişiklik edilir. Bu baxımdan nizamnamə fondu (bölünməz) müəssisənin mülkiyyətində olan kapitalının həcmini əks etdirir.

Kənd təsərrüfatı müəssisələrində yaradılan fondların həcmini onlar özləri sərbəst müəyyən edirlər.

Fondlar bir qaydada mənfəət (xalis gəlir) hesabına yaradılır. Təsərrüfatlarda müxtəlif yığım və istehlak fondların yaradılması imkan verir ki, müəssisə toplanan vəsaiti yığım və istehlak fondlarına bölüşdürülərkən optimal nisbətlərə əməl etsin.

Müəssisədə yığım və istehlak fondlarının yaradılması və istifadə edilməsi kənd təsərrüfatı istehsalının idarə edilməsi sistemində iqtisadi vasitələrdən ən vacibidir. Bu vasitədən düzgün istifadə etdikdə kollektivin marağının ödənilməsi cəmiyyətdən; işçilərinki – kollektivdən yaxın asılılığı təmin edilir.

Yığım və istehlak fondları sistemində kənd təsərrüfatı müəssisələri vəsaitlərindən maddi həvəsləndirmə, sosial inkişaf, istehsalın, elm və texnikanın inkişafı fondlarını yaradır və istifadə edirlər.

Təsərrüfatların ixtiyarı var ki, məqsədli ehtiyaclar üçün təmir fondu, valyuta fondu, ehtiyat fondu və s. yaratsınlar.

Müəssisənin yığım və istehlak fondları vəsaitlərinin hamısı smeta üzrə sərf edilir. Smetanın layihəsi təsərrüfatın əmək kollektivinə müzakirə üçün verilir, o qəbul edildikdən sonra həmkarlar komitəsi və rəhbərliyin birgə qərarı ilə təsdiq edilir. Smetadan istifadə haqqında rəhbərlik və həmkarlar komitəsi əmək kollektivinə məlumat verir. Fond vəsaitinin qalığı götürülmür, növbəti ildə təsdiq edilmiş smetaya uyğun istifadə edilir. Müəssisənin yığım və istehlak fondlarının vəsaitləri təsərrüfatın hesablaşma hesabında saxlanır.

Fondların plan və faktiki həcmini təsərrüfat müəyyən edir. Hansı həcmdə fond vəsaiti varsa, o qədər də sərf etmək olar. İcazə verilir ki, gələcək ayırmalar hesabına xərclər edilsin. İstehsalın, elm və texnikanın inkişafı və sosial inkişaf fondu vəsaitində çatışmazlıq olduqda bank kreditindən istifadə etmək olar. Təsərrüfatların hamısı yığım və istehlak fondlarını ilin yekun işləri üzrə yaradırlar.

Kənd təsərrüfatı müəssisələri bununla yanaşı xüsusi yığım və istehlak fondlarını yaratmayaraq, onların sərəncamında qalan vəsaitlərdən istifadə üçün ümumi smeta tərtib edirlər. Hansı ki, həmin vəsaitlərdən istehsalın inkişafına, texniki tərəqqiyə, elmi nailiyyətlərin tətbiqinə, yaxşı olmayan hava şəraitinin mənfi təsiri zamanı istehsalın inkişaf etdirilməsi üçün maliyyə ehtiyatlarının yaradılmasına istifadə edilir.

Müəssisənin sərəncamında qalan maddi həvəsləndirmənin vəsaiti mükafatlandırmağa, təltif etməyə, əməyə görə həvəsləndirmənin digər formalarına, maddi köməyə sərf edilir. Həmçinin ondan işçilərin əlavə məzuniyyətinin ödənilməsində istifadə olunur. Təsərrüfatın hüququ var ki, əmək kollektivinin razılığı ilə onun sərəncamında qalan vəsaiti faktiki əmək haqqı fondunun artırılmasına yönəltsin.

Bundan başqa vəsaitdən istehsal ehtiyatlarının aşkar edilməsinə yönəldilən baxışın, müsabiqənin qaliblərinə - kollektivə və ayrı-ayrı işçilərə mükafatların verilməsinə; əhəmiyyətli işlərin öz vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə, təsərrüfatın istehsal fəaliyyətinin yekununun yaxşılaşdırılmasına görə, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına görə, işçilərin mükafatlandırılmasına; işçilərə birdəfəlik yardım edilməsinə; əmək haqqı fondunda sərf olunmuş artıq xərcin ödənilməsinə; təsərrüfat fəaliyyətinin əsas nəticəsinə görə tibb işçilərinin, mədəni maarif və idman qurğuları (onun balansında olan) işçilərin mükafatlandırılmasına; əmək veteranlarına, əvvəllər bu təsərrüfatda işləmiş əmək əlillərinə (hansı ki, onlar pensiya alırlar, təsərrüfatın siyahı tərkibində yoxdurlar) birdəfəlik yardım edilməsinə və ya maddi köməyə; təsərrüfatın ərazisində yaşayan və işləyən müəllimlərə və həkimlərə, uzun müddət təsərrüfatda işləyib hazırda pensiya alanlara, vicdanla çalışanlara inək almaq üçün aldıqları kreditin 50%-nin ödənilməsinə; təsərrüfatda ən azı 5 il işləyən (gənclər üçün 2 il) işçilərə fərdi mənzil tikintisi üçün götürdükləri kreditin müəyyən hissəsinin ödənilməsinə; işdə digər nailiyyətlərə görə mükafatların ödənilməsinə sərf edilir.

Maddi həvəsləndirmə məqsədilə təsərrüfatın sərəncamında qalan vəsaitin istifadəsinin dəqiq təyinatını təsərrüfatın rəhbəri həmkarlar komitəsi ilə birlikdə müəyyən edir. Onlar təsərrüfatın işçilərinin maddi maraqlandırılması haqqında şərtləri işləyir və təsdiq edirlər. Təlimatda əhəmiyyətli işlərin öz vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə mükafatlandırma üçün, həmçinin qiymətləndirməsi ardıcıllığı, mükafatın həcmi, göstəricilər şərti və s. göstərilir.

İşçilərin orta əmək haqqı çıxarıldıqda (məzuniyyət vaxtı, pensiya və müavinət hesablanarkən və s.) təsərrüfatın sərəncamında qalan vəsaitdən bütün pul ödəmələri (birdəfəlik kömək üçün ödəniləndən başqa) nəzərə alınır.

Mükafatların və həvəsləndirmələrin ödənilməsi il ərzində işlərin faktiki nəticəsinə görə müəssisənin sərəncamında qalan vəsait hesabına uyğun smetada həyata keçirilir. Qeyd edilən vəsaitdə çatışmazlıq olduqda müəssisə onu maliyyə ehtiyatı vəsaiti hesabına tamamlaya bilər. Bu baxımdan müəssisənin sərəncamında qalan vəsaitin yaradılmasının qalıq prinsipi, ondan istifadənin səmərəliliyini təmin edir.

- Sosial inkişafın vəsaitindən mənzil tikintisinə, sosial-mədəni sferanın maddi texniki bazasının möhkəmləndirilməsinə, həmin obyektlərin saxlanmasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər sosial tələbatın ödənilməsinə istifadə edilir. Vəsaitin əsas hissəsi yaşayış evlərinin tikintisinə, uşaq müəssisələrinin və digər sosial obyektlərə yönəldilir.

- İstehsalın, elm və texnikanın inkişafı vəsaitindən fəaliyyət göstərən istehsalın yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə və genişləndirilməsinin maliyyələşdirilməsinə; yeni obyektlərin tikintisinə, elmi-tədqiqat, təcrübə konstruksiya və layihə işlərinin keçirilməsinə; bu işlər üçün avadanlıqların, priborların və digər əmtəə-material qiymətlilərin gətirilməsinə yerli avtomobil yollarının tikintisində, yenidən qurulmasında, təmirində və saxlanılmasında iştirakına; kənd təsərrüfatının maşınlarının, mexanizmlərin, mal-qaranın, quşların, toxumların və s. alınmasına; əsas sürünün təşkilinə; uzun müddətli bank kreditlərinin və onların faizlərinin ödənilməsinə; xüsusi dövriyyə vəsaitlərinin artımının və çatışmazlığının ödənilməsinə; gənc mütəxəssislərin hazırlanması üzrə xərclərin əsas hissəsinin ödənilməsinə; təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə; əmlak digər müəssisələrə verilərkən, satılarkən və ya silinərkən yaranan zərərin ödənilməsinə; icarəyə verilən əsas vəsaitlərin xərcinin ödənilməsinə; digər istehsalat ehtiyaclarının maliyyələşdirilməsinə istifadə edilir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə