Fənn: Maliyyə və bank işi


Mövzu 7. İnvestisiyanın maliyyələşdirilməsi



Yüklə 0,94 Mb.
səhifə9/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14

Mövzu 7. İnvestisiyanın maliyyələşdirilməsi
P L A N
1. İnvestisiya fəaliyyətinin mahiyyəti;

2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri;

3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya;

4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi.

1. İnvestisiya fəaliyyətinin mahiyyəti
İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intelektual sərvətlərdən ibarətdir.

İnvestisiya obyektlərinə qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.), iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri, məqsədli pul əmanətləri, elmi-texniki məhsul və mülkiyyətin digər obyektləri, əmlak hüququ və intellektual mülkiyyət hüququ aid edilir.

İnvestisiya fəaliyyəti subyektləri (investorlar) hasilat, tikinti, innovasiya və maliyyə kapitalı dövriyyəsi siferasına daha çox diqqət yetirirlər. İnvestisiyalaşmanın əsas istiqamətləri kimi aşağıdakıların fərqləndirilməsi məqsədəuyğundur. İstehsalın genişləndirilməsinə, istehsal infrastrukturunun inkişafına, modernləşdirməyə, material ehtiyatlarının artırılmasına, sosial infrastrukturunun inkişafına, elmə, kadr hazırlığına investisiyalar.

İnvestisiya proseslərin əsas kapitalın artırılması və yeniləşdirilməsi, innovasiyalı inkişafı, sturuktur təkmilləşmələrinin həyata keçirilməsinə və istehsalın səmərəliyini yüksəldən digər bu kimi vəzifələrin icrasına yönəldilir.

Ümumiyyətlə, investisiya qoyuluşlarını gələcəkdə gəlir əldə etmək üçün bu gün pul vəsaitlərinin maddi aktivlər və ya qiymətli kağızlar əldə edilməsinə sərfi kimi xarakterizə etmək olar və xarakteristikadan bəllidir ki, investisiyalar real və maliyyə investisiyalarına bölünür.

Maliyyə investisiyaları – səhm, istiqraz, opsion və s. qiymətli kağızlar alqısı ilə bağlıdır.



İnvestisiyaların təsnifatı


İnvestisiyalar







Real investisiyalar




Portfel investisiyalar





Təhlükə-sizlik və təbiəti mühafizə



İstehsalın genişlən-məsi layihələri

Digər layihə-lər

Qiymətli kağızlar alqısı

İstehsalın modernləş-məsi layihələri

Yeni istehsallar və yeni bazarlarla bağlı layihələr



İstehsalın saxlanması layihələri

Kapital qoyuluşu - əsas fondların bərpasına və inkişafına yönəldilən material, əmək və pul vəsaiti məsrəfidir.

Təkrar istehsal üzrə kapital qoyuluşu istehsal və qeyri istehsal təyinatlı qoyuluşlara bölünür. İstehsal təyinatın qoyuluşlara istehsal qurğularının tikintisinə və avadanlıqlarına, su təsərrüfatı və meliorasiya qurğularına, kənd təsərrüfatı texnikasının və inventarların gətirilməsinə, çoxillik əkmələrin və bağların salınmasına və s. xərclər aid edilir.

Mədəni-məişət təyinatlı obyektlərin tikintisinə, mənzil-kommunal təsərrüfatına məsrəflər qeyri-istehsal təyinatlı kapital qoyuluşuna aid edilir.

Kapital qoyuluşunda əsas yeri 1-ci qrup təşkil edir. Ona görə ki, o istehsal prosesində həlledici rol oynayır. Digər tərəfdən kənd təsərrüfatı istehsalı imkanının yaxşılaşdırılması kəndin sosial problemlərinin həlli ilə bilavasitə əlaqədardır. Buna görə qeyri-istehsal təyinatlı kapital qoyuluşu hər il genişləndirilməlidir.

Kapital qoyuluşu növlərinə görə tikinti-quraşdırma işlərinə məsrəflərə, quraşdırma tələb edən və etməyən maşın və avadanlıqların, inventar və alətlərin gətirilməsinə məsrəflərə; çoxillik əkmələrin salınmasına və becərilməsinə məsrəflərə; layihə-axtarış işlərinə; obyektlərin inventar dəyərinə aid edilən sair kapital qoyuluşuna məsrəflərə bölünür.

Tikinti-quraşdırma işləri iki üsulla podrat və təsərrüfat üsulu ilə yerinə yetirilir. Podrat üsulla işləri lazımi texnika ilə təcriz edilmiş, yüksək ixtisaslı kadrlara malik ixtisaslaşmış tikinti təşkilatları yerinə yetirir.

İnvestisiya fəaliyyəti haqqında (Azərbaycan Respublikası Qanunu) qanuna uyğun olaraq əsaslı tikintidə işləri yerinə yetirmək üçün dövlət investorlara (investisiya fəaliyyətini həyata keçirənlərə) sifariş verir. Sifariş veriləndə bir qayda olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi səmərəliliyi nəzərə alınır. Sifariş müsabiqə (tender) yolu ilə verilir. Həmçinin tikinti işlərində investorlara dövlət sifarişi verilərkən, qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə tutula bilər. İşlər başa çatandan sonra Respublika dövlət sifarişi obyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul olunur.

Tender – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin (bir neçəsinin) seçilərək, həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. (Tender haqqında Azərbaycan Respublikası Qanunu. Azərbaycan qəzeti.11.04.1997. İstehsal növünün təşkili üçün texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu nou-hau adlanır.

Çoxillik əkmələrin salınması və becərilməsi üzrə məsrəflər iki mərhələdə həyata keçirilir. Birincidə - əkmələrin salınması üzrə , ikincidə - çoxillik əkmələrin məhsuldar dövrünə qədər becərilməsi üzrə məsrəflər.

Layihə - axtarış işləri üzrə kapital qoyuluşuna, layihə-smeta sənədlərinin gətirilməsinə, layihə tapşırıqlarının, texniki layihənin, smeta-maliyyə hesablamalarının, işçi sxemlərin hazırlanmasına xərclər aid edilir.

Sair kapital işlərinə və məsrəflərə tikintidə yerdəyişmə, torpaq sahələrinin yaxşılaşdırılması üzrə xərclər aid edilir.

Kapital qoyuluşu planlaşdırılmasına və maliyyələşdirilməsi mənbəyinə görə dövlətin mərkəzləşdirilmiş; müəssisənin xüsusi vəsaiti və bank krediti hesabına yerinə yetirilir. Birinci halda kapital qoyuluşu büdcə təxsisatı, mərkəzləşdirilmiş fondlar və ehtiyatlar hesabına maliyyələşdirilir və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulur; ikinci halda müəssisə və təşkilat sərbəst müəyyənləşdirir və təsdiq edir.

2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri
İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri – xüsusi borc və büdcə vəsaitlərinə ayrılır. Maliyyələşdirilməsi mənbələrindən asılı olaraq investisiya qoyuluşu mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qoyuluşlara ayrılır. Mərkəzləşdirilmiş investisiya qoyuluşu əsasən büdcə vəsaiti hesabına yerinə yetirilir. Xüsusilə də sahələrarası istehsalın inkişafına yeni tikintiyə və s. yönəldilir. Mərkəzləşdirilməmiş investisiya qoyuluşu isə xüsusi vəsait və bank krediti hesabına yerinə yetirilir.

İnvestisiya qoyuluşunun maliyyələşdirilməsinin xüsusi mənbələrinə aiddir: mənfəətdən bu məqsədə ayırma; səhm buraxılışından səfərbər edilən vəsait; icarə haqqı əsaslı tikintidən daxili resursların səfərbər edilməsi; əsas istehsal fondları üçün nəzərdə tutulan amortizasiya ayırması; artıq və lazımsız əsas fondların satışından gəlir; məhsuldar və iş heyvanlarının çıxdaş edilməsindən gəlir və s.

İnvestisiya qoyuluşunun maliyyələşdirməsi mənbələrindən ən əsaslısı amortizasiya ayırmasıdır.

3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya
Bazar iqtisadiyyatına keçid şəraitində əsas fondların təzələnməsi ilə əlaqədar olan xərclərin ödənilməsinin, müəssisənin özünü maliyyələşdirilməsinin əsas mənbəyi müəssisənin xüsusi vəsaitidir. Bu vəsait əsas fondların bütün xidməti müddətində amortizasiya ayırmaları şəklində yığılır. Amortizasiya ayırmaları müəssisənin öz maliyyə resursları içərisində başlıca yer tutur.

Amortizasiya əsas fondların fiziki və mənəvi aşınmasının pul ilə ifadəsidir. Amortizasiya əsas fondlar sıradan çıxdıqda onları tam dəyişmək məqsədilə həyata keçirilir. Məhsul satışından əldə edilən gəlirin bir hissəsi (amortizasiya ayırmaları həcmində) amortizasiya fonduna daxil olur.

Amortizasiya fondu – əsas istehsal fondlarının amortizasiya ayırmaları hesabına yığılmış və köhnəlmiş əsas fondların bərpasına və yeni əsas fondların alınmasına yönəldilən pul vəsaitidir.

Amortizasiya ayırmalarının məbləği məhsulun istehsal xərclərinə (maya dəyərinə) daxil edilir və bununla da məhsulun qiymətinin üzərinə keçir. Müəssisə amortizasiya ayırmaları məbləğini yığmağa borcludur. Bu baxımdan müəssisə həmin məbləği məhsulun satış pulundan ayıraraq amortizasiya fonduna keçirməlidir. Müəssisənin illik amortizasiya ayırmalarının kəmiyyəti əsas fondların dəyərindən, onun tərkibindən və amortizasiya normasından asılıdır.

Amortizasiya hər ay hesablanır, yəni daimi və fasiləsiz xarakter daşıyır. Fondun vəsaiti dövri olaraq xərclənir yəni vəsaitin xərclənməsi normativ xidmət müddətinin başa çatması ilə əlaqədar onların təkrar istehsalı prosesində həyata keçirilir. Bu anadək həmin vəsaitlər azad olur və əsas fondların təkrar istehsalı üçün maliyyə resursları mənbəyi kimi istifadə edilə bilər.

Amortizasiya ayırmaları sistemində əsas problemlərdən biri də amortizasiya ayırmaları normalarının təkmilləşdirilməsi, əsas fondların, xüsusən onların aktiv hissəsinin – maşın və avadanlıqların sürəti amortizasiya metodundan istifadə edilməsidir.

Amortizasiya ayırmalarının məbləği amortizasiya normasına görə müəyyən edilir. Amortizasiya norması əsas fondların hazır məhsulun üzərinə hər il keçirilən hissəsini əks etdirir. Amortizasiya norması aşağıdakı düsturla hesablanır:

Fİ – FL


Na = ───── ∙100

TN ×Fİ


burada, Na – amortizasiya norması;

Fİ – əsas fondların ilk dəyəri, man.;

FL – əsas fondların ləğv etmə dəyəri, man.

TN – əsas fondların normativ xidmət müddətidir (amortizasiya müddəti), il.

Amortizasiya normasının səviyyəsi əsas fondların aşınmış hissəsinin bərpa edilməsi üçün lazım olan resursların həcmini müəyyən edir. Amortizasiya normasının köməyilə əsas fodların dövretmə sürəti tənzimlənir, onların təkrar istehsalı prosesi intensivləşdirilir. Amortizasiya norması və əsas fondların qrupları üzrə bu normaların diferensiallaşdırılması vasitəsilə müəssisədə texniki və istehsal siyasəti həyata keçirilir.

Əsas fondların tam bərpası üçün amortizasiya ayırmalarının məbləği aşağıdakı düsturla hesablanır:


Aa = Na ∙ F

burada, Aa – amortizasiya ayırmalar, F – əsas fondların orta illik dəyəridir, man.

Amortizasiya ayırmalarının həcmi üç metodla müəyyən edilir: bərabər, bərabər sürətləndirilmiş, sürətləndirilmiş (və ya qeyri-bərabər). Bərabər metodla amortizasiya ayırmaları belə hesablanır: əsas fondların orta illik dəyəri amortizasiya ayırmalarının illik normasına vurulur.

Məsələn: 5 il istifadə müddətinə orta illik dəyəri 100,0 mln manat avadanlıq alınmışdır. Amortizasiya ayırmalarının illik norması 20%-dir. Buradan amortizasiya ayırmalarının illik məbləği 100x20:100=2,0 mln man. olacaqdır.

Amortizasiya ayırmalarının hesablanmasının bərabər metodu əsas fondların fiziki və mənəvi cəhətdən bərabər aşınmasına əsaslanır. Belə hesablama fiziki aşınma üçün tam qanunauyğundur. Lakin mənəvi aşınma üzrə vəziyyət tamamilə başqa cürdür, çünki elm, texnika, istehsal texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas fondların mənəvi aşınması əksər hallarda amortizasiya normasında nəzərdə tutulduğu kimi bərabər sürətlə deyil, sürətləndirilmiş qaydada baş verir. Ona görə də əsas fondların sürətləndirilmiş mənəvi aşınması baş verdikdə sahibkar onların dəyişdirilməsini təmin edən amortizasiya ayırmalarına malik olmalıdır. Həmin problemi əsas fondların sürətləndirilmiş amortizasiyası metodundan istifadə etməklə həll etmək olar. Bu zaman ilk üç ildə artırılmış normalar tədbiq edilir ki, bu da əsas fondların ilk dəyərinin 2/3 hissəsinə qədərinin məhsulun maya dəyərinə keçirilməsinə imkan verir. Bundan sonra dəyərin qalan hissəsi qəbul olunmuş amortizasiya müddəti hədlərində yerdə qalan hər bir xidmət ili üçün eyni (sabit) amortizasiya normaları üzrə keçirilir.

Hazırda qeyri-bərabər amortizasiya geniş yayılmaqdadır. Bu zaman avadanlığın dəyərinin əsas hissəsi istismarın ilk illərində istehsal xərclərinə daxil edilir. Məsələn, birinci il 50%, ikinci il 30%, üçüncü il 20%. Bu isə inflyasiya şəraitində çəkilmiş xərcləri daha tez ödəməyə və onu avadanlıq parkının yeniləşdirilməsinə yönəltməyə imkan verir.

Amortizasiyanın aşağıdakı qaydaları geniş tədbiq edilir:

1. Amortizasiyaya məruz qalacaq əmlak aşağıdakı kateqoriyalar üzrə birləşdirilir:

- binalar, tikililər və onların sturuktur komponentləri;

- minik avtonəqliyyatı, yüngül yük avtonəqliyyatı, idarə avadanlığı və mebel, kompüter texnikası, informasiya sistemləri və məlumatların işlənməsi sistemləri;

- enerji, nəqliyyat və digər texnoloji avadanlıq eləcə də birinci və ikinci kateqoriyaya daxil edilməyən maddi aktivlər;

- qeyri-maddi aktivlər.

Vergiyə cəlbolunmanı asanlaşdırmaq üçün amortizasiyaya məruz qalacaq əmlakın tərkibinə faydalı xidmət müddəti bir ildən çox olan, dəyəri əməyin ödənilməsinin aylıq minimum ölçüsünün 100 mislindən artıq olan əmlak daxil edilir. Torpaq sahələri, yerin təki və meşələr, eləcə də maliyyə aktivləri amortizasiyaya məruz qalacaq əmlaka daxil edilmir.

2. Amortizasiyanın illik normaları: birinci kateqoriya üçün – 5%, ikinci kateqoriya üçün – 25%, üçüncü kateqoriya üçün 15% müəyyən edilir. Dördüncü kateqoriya üçün amortizasiya ayırmaları müvafiq qeyri-maddi aktivlərin mövcud olması müddəti ərzində bərabər hissələrlə həyata keçirilir. Qeyri-maddi aktivin istifadə müddətini müəyyən etmək deyildirsə, amortizasiya müddəti 10 il qəbul edilir.

3. İkinci və üçüncü amortizasiya kateqoriyalarına aid edilən əmlak üçün amortizasiya ayırmalarını müəyyən etmək üçün əmlakın cəmi dəyərini amortizasiya normasına vurmaq lazımdır. Birinci və dördüncü kateqoriyadan olan əmlak üzrə isə amortizasiya ayırmaları hər bir avadanlıq vahidi üçün ayrı-ayrılıqda hesablanılır.

4. Amortizasiya ayırmaları hesablanarkən istismar şərtlərini nəzərə alan əmsaldan istifadə olunur. Bu əmsal ayrı-ayrı istehsal növlərinin xüsusiyyətlərini, maşın və avadanlığın istismar rejimlərini, əsas fondların istismarının sürətləndirilməsinə təsir edən təbii şərtləri və ətraf mühiti əks etdirir. Amortizasiya ayırmaları aşağıdakı düsturla hesablanır:

Aa = ND∙KG∙F,

burada, KG – istismar şərtlərini nəzərə alan əmsaldır.



4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi
Təmir - obyektlərin ilk istehsal güclərinin, texnikanın iş qabiliyyətinin və çoxillik əkmə plantasiyaların bərpasına yönəldilən təşkilati, texniki və digər tədbirlər sistemindən ibarətdir.

Təmir işlərinə və məsrəflərinə aiddir: təmir işlərinin aparılması ilə əlaqədar layihə-smeta və axtarış işləri; avadanlıqların sökülməsinə və quraşdırılmasına, obyektin təmirə aparılmasına xərclər; avadanlığın qismən və tam sökülməsi, qırılmış və ya köhnəlmiş konstruksiya və digər hissələrin dəyişilməsi; yaşayış evlərinin təmiri və s.

Müəssisə və təşkilatların mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq əsas istehsal fondlarının bütün növ təmirinə məsrəflər istehsalın və məhsulların satışına (iş, xidmət) xərclərin tərkibinə aid edilir.

Müəssisə və təşkilatlarda təmirə məsrəfləri məhsulların maya dəyərinə bərabər səviyyədə aid etmək üçün təmir (ehtiyat) fondu yaradıla bilər.Təmir fonduna ayırmalar təsdiq edilmiş normativ üzrə yerinə yetirilir.

Qeyri-istehsal təyinatlı fondların təmirinə məsrəflər məhsulların maya dəyərinə aid edilir. Yerinə yetirilməsi isə müəssisənin sərəncamında qalan mənfəət və digər xüsusi vəsaitlər (istifadə edilməyən təmir fondunun qalığı) hesabına həyata keçirilir.

Əsas istehsal fondlarının təmirinə xərclərin maliyyələşdirilməsini müəssisələr iki formada həyata keçirə bilərlər. Birinci formada faktiki məsrəf maya dəyərinə aid edilir; ikinci formada sərbəst müəyyən edilmiş normativ ayırmalar üzrə təmir fondu yaradılır. Birinci halda təmirə xərclərin azaldılmasına maraq olur. Lakin təmir üzrə xərclərin faktiki maya dəyərinə aid edilməsi il ərzində maya dəyərinə əhəmiyyətli təsir edir.

Təmir fondu yaradılarkən, bu fonddan ayırma il ərzində bərabər həcmdə maya dəyərinə aid edilir. Təmir işlərinə edilən xərclər il ərzində bərabər olmasa da maya dəyəri dəyişir. Belə halda ola bilsin maya dəyəri real xərci əks etdirməsin. Həm də təmir fonduna ayırma yerinə yetirilən işdən çox və ya az ola bilər. Amma təmir işini aparmaq üçün müəssisənin etibarlı mənbəyi olur, lazım gəldikdə həmin vəsaitin qalığından digər lazımi tədbirlərə istifadə edilə bilər.

Təmir fonduna ayırmanın normativini təsərrüfat hər məhsul, iş və xidmətin maya dəyərinə uyğun faizlə müəyyən edir. Təmir fondunun vəsaiti təmir üçün lazım olan material qiymətlilərin ehtiyatının (ehtiyat hissələri, hissələri dəyişilən birləşmələr, materiallar və s.) yaradılmasına yönəldilir.

Təmirə vəsaitlər təsərrüfatın özündə təsdiq edilmiş maliyyə planına aid edilən təmirin maliyyələşdirmə planına uyğun sərf edilir. Smeta dəyəri üzrə məsrəfin həcmi təmirə dayanan obyektin təlimatına, hər obyektin nöqsan cədvəlinə, fəaliyyətdə olan norma və qiymətə görə müəyyən edilir. İcarəyə götürülən əsas fondların təmiri müqavilə şərtindən və fəaliyyətdə olan qanunvericilikdən asılı olaraq icarədarın və ya icarəçinin vəsaiti hesabına yerinə yetirilir. Əgər təmiri icarəçi yerinə yetirərsə xərclər təsərrüfatın təmir planına aid edilir.

Təsərrüfatda təmirin maliyyələşdirilməsi planının ümumi məbləği planlaşdırılan ilə təmirin plan dəyərini, planlaşdırılan ilə keçirilən kreditor borcunun qaytarılmasına xərcləri, ilin əvvəlinə ödənilməyən mənbələr üzrə xərcləri, dövriyyə vəsaitləri normativinin artımını, planlaşdırılan ilin axırına təmir üçün vəsaitlərin qalığını (gələn ilin əvvəlində təmir işlərini yerinə yetirmək üçün) təmin etməlidir.

Təsərrüfat təmir fondunun vəsaitini özünün hesablaşma hesabında saxlayır. Təmiri başa çatmış obyekt üzrə podratçı təşkilatla hesablaşma, yerinə yetirilmiş işin qəbulu aktına əsasən (2b№ li forma) hesablaşma hesabından yerinə yetirilir. Podrat üsulu ilə müqavilə və ya naryad sifarişi əsasında maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinə görə hesablaşma təsdiq edilmiş preyskuranta, smetaya və ya kalkulyasiyaya əsasən təmirin dəyərinə uyğun yerinə yetirilir. Haqq-hesaba yerinə yetirilmiş işin qəbulu aktı əlavə edilir. Hansı ki, orada preyskuranta, smetaya və ya kalkulyasiyaya istinad edilir, müqavilənin və ya naryad sifarişinin tarixi və nömrəsi qeyd edilir.

Maşınlar, avadanlıqlar və nəqliyyat vasitələrinin təmiri təsərrüfat üsulu ilə yerinə yetirildikdə, materiallara, yüklərin daşınmasına görə ödəmə hesabların ödənməsi yolu ilə yerinə yetirilir. Təmir obyektinin smeta dəyəri həddində maşınların, aqreqatların, avadanlıqların, binaların, qurğuların təmiri üzrə yerinə yetirilən işlərin dəyəri haqqında arayışa əsasən əmək haqqı ödənilir. Arayışa təsərrüfatın baş mühəndisi və baş mühasibi imza edir.

Yerinə yetirilmiş iş haqqında arayış təmir obyektinin plan dəyərindən çox olmamaqla faktiki işə görə doldurulur. Əgər təsərrüfat üsulu ilə aparılan maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinin preyskurant qiyməti yoxdursa, onda təmirin dəyəri əmək haqqına məsrəflərə, materialların, ehtiyat hissələrinin dəyərinə, qaimə xərclərinə, köməkçi istehsal xidmətlərinin və kənar təşkilatların xidmətlərinin dəyərinə əsasən müəyyən edilir.

Təmir olunan obyektin qəbul-təhvil aktına əsasən son hesablaşma aparılır. Aktda digər göstəricilərlə yanaşı faktiki yerinə yetirilən təmirin həcminin smeta dəyəri də göstərilir. Təmirə illik plandan artıq məsrəf təmir fondundan və digər mənbələrdən nəğd ödənilir.

Təmir üçün təmir olunan obyektin sökülməsindən alınan materiallardan və avadanlıqlardan istifadə edilərsə mədaxil edilən materialların və avadanlıqların dəyəri təmir işlərinə xərci azaldır.

Mövsümlə əlaqədar olaraq təmir fondunun vəsaitində çatışmazlıq olduqda təsərrüfat kredit ala bilər. Kredit I, II və III rüblərdə rüblük plandan artıq təmir üzrə təcili işləri yerinə yetirmək üçün vəsait çatışmadıqda alınır. Kredit növbəti ildə təmir fonduna ayırmalar daxil edildikdə ödənilir. Kreditin qaytarılma vaxtı çatdıqda kredit hesablaşma hesabında axtarılır. Hesabda vəsait olmadıqda o vaxtı uzadılmış kredit hesabına keçirilir.


Mövzu 8. Pulun mahiyyəti və rolu
P L A N
1. Pulun yaranması və mahiyyəti. 2. Pulun növləri. 3. Pulun funksiyaları. 4. Bazar iqtisadiyyatında pulun rolu. 5. Pul sistemi. 6. Azərbaycan pul sisteminin inkişaf tarixi.

Ə D Ə B İ Y Y A T
1. Reyhan Əsgərova. Pul, kredit və banklar, Bakı-2007. 2. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.

1. Pulun yaranması və mahiyyəti.
Pul tarixi iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən doğan bir məhsuldur. Pul geniş diapazonu əhatə edən və maksimum likvidlik dərəcəsinə, daha dəqiq desək əmtəə və xidmətlərə çevrilməyə malikdir. Pulun tarixi inkişafı yolunda ən başlıca elmi açıqlama ondan ibarətdir ki, o kortəbii şəkildə meydana gəlmişdir. İlk pullar – hələ maldarlıq dövründə bu işlə məşğul olan maldarlar arasında meydana gəlmişdir. Çoban tayfalarının ayrılması mal-qara ilə mübadiləyə gətirib çıxardı. Mal-qara ilə pul funksiyasının qovuşması tarixdə iz buraxmışdır. Qədimdə “öküz” adını metaldan hazırlanmış pul daşıyırdı. İkinci böyük ictimai əmək bölgüsü: - sənətin əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxardı. Pul şəklində müxtəlif metallar; əvvəlcə mis, tunc, qurğuşun və s., daha sonra isə mübadilənin getdikcə inkişafı, dünya bazarının yaranması ilə nəcib metallar olan qızıl və gümüş kəsilməyə başlandı. Onlar daha yüksək dəyərli, təbiətinə görə yekcins olmalarına, xarici mühitin təsirinə davamlı olmalarına görə ekvivalent rolunu oynamağa qadir idilər. Məhz bu mərhələdən sonra bütün əmtəə kütləsi iki qütbə ayrıldı. Bu qütblərin birində ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəə - pul, digərində isə çoxlu miqdarda bütün başqa əmtəələr durur. Ümumiyyətlə, mübadilənin inkişafı dəyərin aşağıdakı formalarının bir-birilə əvəz olunması yolu ilə baş verirdi. 1. dəyərin sadə və təsadüfi forması. Bu forma mübadilənin ilkin mərhələsinə uyğun gəlirdi. Belə ki, bu mərhələdə mübadilə təsadüfi xarakter daşıyırdı. Bir əmtəə özünün dəyərinə uyğun gələn başqa bir əmtəə ilə dəyişdirilirdi. 2. tam və ya geniş dəyər forması əməyin ilkin bölüşdürülməsinin inkişafı ilə bağlıdır. Bununla əlaqədar mübadilə prosesi çoxlu sayda ictimai əmək mallarını əhatə etdi. Bu isə ona gətirib çıxarırdı ki, çoxlu sayda ekvivalent-əmtəənin olması hər bir əmtəənin yekun dəyərinin olmasına imkan vermirdi. 3. dəyərin ümumi forması: mübadilənin sonrakı inkişafı çoxlu sayda əmtəələrin içindən müəyyən əmtəələrin seçilib bazarda başlıca mübadilə aləti rolunu oynamasına gətirib çıxardı. 4. dəyərin pul forması isə mübadilənin növbəti inkişafı ilə bağlı olaraq, əmtəələrin içindən bir əmtəənin seçilib ümumi ekvivalent rolunu oynaması ilə bağlıdır. Bu rol getdikcə nəcib metalların üstündə möhkəmləşməyə başladı. Bu isə qızıl və gümüşün bazarın ekvivalent rolunu üzərinə götürə biləcək əmtəəyə - pula olan bütün tələblərinə cavab verməsi ilə əlaqədar idi. Bu tələblər aşağıdakılardan ibarət idi: - yekcinslik; - istənilən miqdarda əldə edilməsinin çətinliyi; - dəyərini itirmədən bölünməsi; - yığcamlığı; - uzun müddət saxlanılması. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici rol oynadı. Sikkə əmtəə istehsalının inkişafı, mübadilənin artması, quldarlıq dövlətlərinin iqtisadi, siyasi güclənməsi, tacirlər sinfinin artması nəticəsində meydana gəlmişdi. İlk qızıl sikkələr b.e.ə. 313 –cü ildə üzərində öz əksini təsvir edən Makedoniyalı İskəndərin olmuşdur. Əmtəə kimi pul əmtəənin istehlak dəyərinə və pul kimi pul münasibətlərinin daşıyıcısının istehlak dəyərinə malikdir. Demək, pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərinin) daşıyıcısı olur. Hər bir əmtəədə olduğu kimi pul daxili dəyərə malikdir. Yəni pulun da istehsalı üçün əmək sərf edilir. Pulun mübadilə dəyəri – alıcılıq qabiliyyəti və nisbi dəyər ifadəsidir. Pulun daxili və mübadilə dəyərinin sərbəstliyi nisbidir. Bu dəyərlərə həm dövlət, həm də bazar şəraiti təsir edə bilər. Pulun mahiyyəti: o ümumi ekvivalentdir, əmtəələrin qiymətlərini müəyyən edir, məcmu milli məhsulu bölüşdürür, müxtəlif ictimai münasibətləri həyata keçirir, o əmtəələrin mübadilə alətidir, dəyərin mühafizəçisi rolunu yerinə yetirir. Dəyərin əmtəədə deyil, pulda mühafizəsi əmtəələrin saxlanma xərclərini azaldır, onların korlanmasının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, bu mühafizə inflyasiyanın olmadığı bir şəraitdə mümkündür. Aydın məsələdir ki, inflyasiyanın baş verdiyi bir şəraitdə pulun dəyərin mühafizəsi rolu bir qədər arxa plana keçir. Belə ki, pulun qiymətdən düşməsi, onun alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması bu məsələni çətinləşdirmiş olur.
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə