Fənn: MƏKTƏb coğrafiyasinin təDRİSİ



Yüklə 57,98 Kb.

tarix11.04.2018
ölçüsü57,98 Kb.


                                 MÜHAZİRƏ 2 

 

                    Fənn:     MƏKTƏB COĞRAFİYASININ TƏDRİSİ 

 

                Mövzu: MƏKTƏB COĞRAFİYASININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

 

 



  Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası  kafedrası  

                      

                                                                         Dosent. N.S.Seyfullayeva 

 

                                     Mühazirənin planı 



   

 

1.



 

Məktəb coğrafiyasının məqsəd və vəzifələri.  

2.

 

Coğrafiya  kurikulumunun mahiyyəti.  



3.

 

Coğrafiya fənni üzrə məzmun xətləri və onların mahiyyəti.  



4.

 

Standart anlayışı.  



5.

 

Orta məktəb coğrafiya kursunun əsas standartları. 



6.

 

 Alt standartların funksiyası.  



7.

 

Təlim nəticələri  və  siniflər üzrə dəyişməsi.  



8.

 

Coğrafiya fənni üzrə fəaliyyət xətləri.  



9.

 

Ənənəvi proqramın  və müasir coğrafiya kurikulumun müqayisəsi  



 

 

   QEYD:    TƏHSİL NƏDİR  



Yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin funksiyasına aiddir.  

Təhsil isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məqsəddən asılı olaraq 

əhalinin müəyyən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil 

olunmuş geniş miqyaslı ictimai prosesdir. Dünyada  təhsilin hansı növləri var?  

 

 1.  ŞƏRQ TƏHSİLİ -  Gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil 



mənəviyyatlı, vətənpərvər və humanist insan nəsli yetişdirmək 

Bu istiqamət Şərq təhsilinin əsasıdır. Belə təhsil – insan mənəviyyatının 

kamilləşdirilməsinə, onun əxlaq və şəriət normalarını mənimsəməsinə xidmət edir.  

 

2. QƏRB təhsili -  Sərbəst düşüncə, əməli fəaliyyət, praktik quruculuq vərdişləri 



aşılamaq.    Qərb təhsili  bu istiqamətə yönəlmişdir. Onun məqsədi  praktik iş 

qabiliyyəti olan və bunun üçün şübhəsiz ki, həm də müəyyən ixtisas biliyinə 

yiyələnmiş olan kadrlar yetişdirilməsidir.   

 

3. SOVET TƏHSILİ -  Sadəcə bilikləri mənimsətmək üçün.   Sovet təhsili  bu 



istiqamətə – oxumaq və biliklərə yiyələnməyə (ancaq hafizə və ya hətta əzbərçilik 

hesabına da olsa) üstünlük verir.Verilən informasiyanın həcminə görə o, hətta Qərb 

standartlarını arxada qoyurdu.  



  

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra  təhsil sistemində köklü 

və geniş  islahatlar aparıldı.   İlk növbədə ölkədə təhsilin məqsədi qəbul edildi.  

Azərbaycanda  təhsilin məqsədi 2006-cı ildə Avropa Şurasında qəbul edilən  

metakompitensiyalara – yəni üst bacarıqlara əsaslanır.    

       


 Metakompetensiyalar  aşağıdakılardır: 

tənqidi təfəkkür,   

yaradıcı yanaşma,  

təşəbbüskarlıq,  

problemlərin həlli,  

riskin qiymətləndirilməsi,  

qərarların qəbul edilməsi  

hisslərin konstruktiv idarə edilməsi  

  

Metakompitesiyalar tədris  fənlərinin   standartlarında,  fənn üzrə tərtib edilmiş  



dərsliklərdə və müəllimin fəaliyyətində öz əksini tapır. Coğrafiya fənn 

kurikulumunda qəbul edilən fəaliyyət xətləri, məzmun standartları qeyd edilmiş  

bacarıqlar  ( metakompitensiyalar) üzərində tərtib edilmişdir. Məktəbdə  coğrafiya 

fənninin qarşısında duran  vəzifələr də metakompitensiyalara əsaslanır.   

  

MƏKTƏB COĞRAFİYASININ QARŞISINDA DURAN VƏZİFƏLƏR 



ŞAGİRDLƏRDƏ AŞAĞIDAKI BACARIQLARI İNKİŞAF ETDİRMƏKDİR  

 

Coğrafiya fənninin  əsas vəzifələri aşağıdakılardır:  



1.

 

Coğrafiya elminin  əsas məqsədi proses və hadisələrdə qanunauyğun 



əlaqələri aşkar etmək və öyrənməkdən ibarətdir  

2.

 



Coğrafiya  zehni inkişafın bir vasitəsidir. Coğrafiya şagirdlərdə  məntiqi 

təfəkkürünü formalaşdırmaq, mühakimə və dərketmə qabiliyyətini 

yüksəltmək, üçün güclü vasitədir.  

3.

 



Ətraf mühütdə baş verən hadisə və proseslərdə müşahidələr aparmaq, 

coğrafi  hadisələr arasında qanunauyğunluqları izah etmək, səbəb-nəticə 

əlaqələrini müəyyən etmək,coğrafi proqnoz vermək və s keyfiyyətlər 

yaradır.  

4.

 

Coğrafiya şəxsi keyfiyyətləri formalaşdıran vasitədir.  Ümumtəhsil 



məktəblərində  coğrafiyanın tədrisi şagirdlərdə  dünyagörüş, tolerantlıq, 

adət-ənənələrə hörmət vətənpərvərlik tərbiyəsini formalaşdırmaqdır.  

 

Təhsil islahatları təhsilin  və o cümlədən  fənnlərin  məzmununda da ifadə olunur. 



Fənlər  ənənəvi tədris proqramlarından fərqli olaraq  dha çox praktik yönümlü 

olması ilə  fərqlənir.   

Təhsilin məzmunu ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx 

əlaqələndirilir. İnkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi inkişafın 

məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik  

olan Təhsil Kurikulumları  qəbul edilmişdir. 



 


 

Kurikulum  



Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”,“istiqamət” deməkdir.  

Kurikulum təhsilin son məqsədini, məqsədlərə çatmaq üçün yolları, bu yolların 

səmərəliliyini yoxlamaq üsullarını özündə birləşdirən bir sənəddir.  

 

Kurikulum tarixi ötən əsrə təsadüf edir.  Kurikulum 1918-ci ildə ABŞ-da  



yaranmışdır.    Ötən əsrin 60-70-ci illərində dünyada, kurikulum ideyaları 

genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. 

Azərbaycanda kurikulum anlayışı 90-cı illərdən sonra istifadə edilməyə 

başlanılmışdır.  

Fənn Kurikulumu  qurluşu sadədir. Onun tərkibi: 

1. Fənn üzrə təlimin məzmununu (bilik, bacarıq və vərdişlər),  

 2.Ttəlim strategiyalarını ( təlimin prinsipləri,forma və üsullar),  

3. Qiymətləndirmə mexanizmlərini müəyyən edən  konseptual sənəddir.  

 

Azərbaycanda  ənənəvi proqramlardan  imtina edilməsi və yeni fənn 



kurikulumlarının  qəbul edilməsi dövrün tələblərindən irəli  gəlmişdir.   

Kurikulum islahatını zəruri edən səbəblər aşğıdakılardır: 

1. Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması  

2. Dünya təhsil sisteminə inteqrasiya İnformasiya əsrinin tələbləri  

3. Təhsilin məqsəd və vəzifələrinə  yeni baxış və yanaşmaların formalaşması  

4. Mövcud ümumi təhsil proqramlarının  müasir tələblərə cavab verməməsi  

5. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid  

 

Kurikulumun ənənəvi proqramdan fərqi  çoxdur. Bu fərqlər ümumi halda 



aşağıdakılardan ibarətdir:  

1.

 

Ənənəvı təhsıl  proqramı  bilikyönümlüdür.    

-

 

Müasır   kurıkulum  ısə  şəxsıyyətyönümlüdür  



2.

 

 Ənənəvı təhsıl proqramı müəllımyönümlüdür. 

- Müasır kurıkulum ısə şagırdyönümlüdür. 

3.

 



 Ənənəvı  təhsıl proqramı fənyönümlüdür.  

-

 



Müasır  kurıkulum ısə nətıcəyönümlüdür. 

4.

 



 Ənənəvı təhsıl proqramında fəndaxılı və fənlərarası əlaqə məqsədyönlü 

və sıstemlı xarekter daşımır.   

-

 

Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. 



5.

 

Ənənəvi təhsil proqrami təklifyönümlüdür.  



-

 

Müasir kurikulum isə tələbyönümlüdür. 



 

 

Coğrafiya fənni kurikulumu əsasında insanın məkanda fəaliyyətinin təşkili, ona 



təsir edən təbii, sosial-iqtisadi və siyasi amillərin təhlili və ərazidə formalaşan 

müxtəlif miqyaslı sosial-iqtisadi sistemlərin fərqləndirici cəhətləri müqayisə olunur 

Fənnin MƏZMUN XƏTTI nədir?  



MƏZMUN XƏTTI – Fənn üzrə təlim nəticələrinin reallaşmasını təmin etmək üçün 

müəyyən olunmuş  məzmunun zəruri hissəsidir.  

Coğrafiya  fənni üzrə 3  məzmun xəttı qəbul edilmişdir. Təlim nəticələri  bu 

məzmun xətləri üzrə qruplaşdırılmışdır: 

1.Coğrafi  məkan-  məzmun  xətti  şagirdlərdə  qlobal,  regional  və  lokal 

miqyasda  məkan  anlayışını  formalaşdırır.  Yer  kürəsində  coğrafi  obyektlərin 

yerləşməsinə dair əhatəli və dəqiq məlumat almağa, ayrı-ayrı əraziləri təsvir etmək 

qabiliyyətinə yiyələnməyə kömək edir.  

2.Təbiət- məzmun xətti Yer kürəsini vahid təbii sistem kimi qavramağa, təbii 

hadisələrin  inkişaf  qanunauyğunluğunu  dərk  etməyə  imkan  yaradır,  onlar  təbii 

proseslərin  səbəblərini  təhlil  edir,  nəticələrini  aydınlaşdırır,  gələcək  inkişafının 

proqnozunu verirlər.  

3.Cəmiyyət – məzmun xətti dünya əhalisinin irqi, milli, dini, etnik tərkibinin 

müxtəlifliyini  dərk  etməyə,  digər  xalqların  həyat  tərzi  və  maraq  dairəsi  ilə  tanış 

olmağa  imkan  yaradır,  ölkədaxili  və  beynəlxalq  siyasi-iqtisadi  münasibətlərin 

insanların həyat səviyyəsinə təsirini başa düşür. 

Məzmun xətləri məzmun standartlarından  ibarətdir. Məzmun standartları-  təhsil 

alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.  

Məzmun standartlarının  iki səviyyəsi vardır:  əsas və alt  standartlardan 

Əsas standartlar  invariant (  yəni siniflər üzrə dəyişməz) komponentdir. Əsas  

standartın iki funksiyası var 

a.

 



fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi 

şəkildə ifadə edir 

b.

 

Sinif və fənlər üzrə summativ qiymətləndirilməsinin aparılmasını təmin edir  



 Əsas standartların say 6 olub  məzmun xətləri üzrə qruplaşdırılmışdır. Coğrafi 

məkan məzmun xəttində 3. Təbiət məzmun xəttində 1, Cəmiyyət məzmun xəttində 

isə 2  əsas standart vardır.    

Əsas standartlar aşağıdakılardır:  

  1. Coğrafi məkan   məzmun xətti üzrə- 

 1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 

bilik və bacarıqlar nümayiş etdirir.  

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar 

nümayiş etdirir.  

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.  

  2.Təbiət məzmun xətti üzrə- 

2.1.Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini 

mənimsədiyini nümayiş etdirir  

3.Cəmiyyət  məzmun xətti üzrə - 



3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş 

etdirir.  

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş 

etdirir.  

 



Əsas standartlar alt standartlardan təşkil olunmuşdur. Alt standartlar variativ ( 

siniflər üzrə dəyişkən) komponentdir. Sinifdən-sinifə kurikulumun 

inkişafetdiricilik prinsipini həyata keçirir. 4 əsas funksiyası var: 

-Təlim məqsədlərini dəqiq müəyyən edir 

-təlim strategiyalarının düzgün seçilməsində rol oynayır 

-təlimdə inteqrativliyi təmin edir 

-təlimin məzmununun davamlı inkişafını təmin edir  

Alt standartların sayı hər sinif üçün 20 olmaqla ümumi sayı 120 dir.    

 

Alt  standartlar  bilik  və  fəaliyyət  komponentlərindən  təşkil  edilmişdir. 



Standartın bilik hissəsi  fənnin məzmunu ifadə etdirir. Fəaliyyət hissəsi isə fənnin 

fəaliyyət  xətlərini    əks  etdirir.        Fəaliyyət  xətti  məzmun  xətlərində  əks  olunan 

biliklərin  əldə  edilməsində  şagirdə  praktik  imkan  yaradır.  Fənnin  məzmun 

standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.  

Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:  

 

Problemin  həlli  -  dünyanın    siyasi  xəritəsində  mövcud  olan



qaynar  nöqtələri



onların yaranma səbəblərini və həlli yollarını  təhlil edir, dünyada və respublikada 



antropogen  landşaftların  yayıldığı  ərazilərdə  yaranan  ekoloji  problemlərin  həlli 

yollarına dair layihələr 

hazırlayır,    dünyada  və 

respublikada miqrasiya problemlərini 

həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir. 

 

Mühakimə  yürütmə



  - 

Azərbaycanın    dünyada  və  türk  dövlətləri  arasında 

mövqeyinin  üstün  cəhətlərini  əsaslandırır,  qeyri

ənənəvi  (iqlim,  kosmik, 



geotermal, rekreasiya

alternativ və s.) enerji resurslarının istifadə edilməsinə artan 



marağın  səbəblərini  izah  edir,  ekoloji  problemlərin  qloballaşması  təhlükəsinin 

reallığını əsaslandırır

 

Əməkdaşlıq/ictimaiyyətlə  əlaqə



  - 

dünya  miqyasında  Azərbaycan  respublikasının 

mövqeyini  müəyyənləşdirir,  ölkələrlə  əməkdaşlıga  dair  məlumatlar  toplayır, 

onların  əhəmiyyətini  izah  edir

yaşadığı ərazidə  ekoloji tarazlığı pozan  mənbələri 



müəyyən  edir,  qruplarda  işləyərək  ekoloji  monitorinq  keçirir

hər  hansı 



müəssisənin fəaliyyətinə dair  özünün sərbəst topladığı məlumatı təqdim edir

.

 



 

Müqayisə və təhliletmə

 - 

xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini verir



statistik  məlumatlar  əsasında  ölkələrin  təbii  ehtiyatlarla  təminatını  hesablayır  və  

müqayisə  edir

dünyaəhalisini  müxtəlif  xüsusiyyətlərinə  görə  (din,  dil,  ir

q) 

təhlil 


edir

 



Tətbiqetmə

Xəritə üzərində  yaşadığı ərazinin mövqeyini müəyyən edir, onun iri 



yaşayış  məntəqələrdən  olan  məsafəsini  hesablayır

litosfer  tavaları  anlayışını, 



onların  üfüqi  yer  dəyişməsini  və  bunun  coğrafi  nəticələrini  təhlil  edib  sxematik 

təsvir  edir

problemlərin  həll  edilməsi  üçün    birgə  fəaliyyət  proqramı  hazırlayır, 



onu  hökümət  və    ya  qeyri-hökümət  təşkilatlarnın  işi  ilə  əlaqələndirir,    layihəni  

nümayiş etdirir.

 



 

Proqnozlaşdırma

Respublikanın  Avropa  və  Asiya  qitələri  arasında  yerləşməsinin 



müxtəlif  sahələrə    təsirini  proqnozlaşdırır

dağəmələgəlmə  mərhələlərində  



materiklərin  relyefindəki  dəyişikliklərin  ardıcıllığını    izah  edir,  materiklərin  

relyefinin    gələcək  təsvirinə  dair  proqnozlar  verir

respublikanın  iqtisadiyyatının 



inkişaf perspektivlərinə dair proqnozlar 

verir. 


 

Sistemləşdirmə  və  təsnifetmə

dünyanın  müasir  siyasi  xəritəsindəki  dövlətləri 



müxtəlif  xüsusiyyətlərinə  görə  qruplaşdırır

materiklərdə  yerləşən  dağları  və 



düzənlikləri mənşəyinə və yaşına  görə qruplaşdırır

müxtəlif mənbələrdən istifadə 



edərək ən mühüm xammal və məhsulu idxal–ixrac edən ölkələri qruplaşdırır 

 

Təqdimetmə



  - 

Ölkəmizin elm müəssisələrində  aparılın tətqiqatların əhəmiyyətinə 

və  əhatə  dairəsinə  dair  topladığı  məlumatı  təqdim  edir

materik  və  okeanlarının 



ekoloji  vəziyyətini  təhlil  edir,  ekoloji  problemlərin  həllinə  dair  təqdimatlar 

hazırlayır

informasiya    mənbələri  əsasında  regionların    iqtisadi-sosial  inkişafına 



dair topladığı məlumatları təqdim edir

.

 



İstifadə edilən ədəbiyyat  

1.Coğrafiyanın tədrisi metodikası. Ali məktəblər üçün dərslik. N.Seyfullayeva 

2010 

2. Ümumi təhsil kurikulumunun əsasları üzrə təlim «Mədəd» təşkilatının təlim 



vəsaiti 2014 

3. kurikulum.az 

4. «Kurikulum» jurnal nömrələri  

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə