Fənn: Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi. Ailə hüququnun əsas prinsipləri


Ailənin yeniyetmələrin tərbiyəsinə təsiri



Yüklə 222,78 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü222,78 Kb.
#81468
1   2   3   4   5
ailədə tərbiyə

2. Ailənin yeniyetmələrin tərbiyəsinə təsiri.

Müasir dövrümüzdə valideynlərin tez-tez "bizim dövrümüzdə yeniyetmələr belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.

Valideynləri və müəllimlərlə daha çox konfliktlər yaşayan yeniyetmə üçün ən qəbuledilməz şey onu tənqid eməkdir.Yetkin insanların bu yaş dövründə olan övladını anlaması çox çətindir. Buna görə də onlar yeniyetməni dəyişmək üçün tənqid etməyə başlayırlar. Düşünürlər ki, tənqiddə fayda var. Halbuki valideynin həmin yaş dövründə olan övladını tənqid etməsi onları hər gün bir az da valideyndən uzaqlaşdırır və yadlaşdırır.Yeniyetmə bu zaman daha təhlükəli olur. Ailəsindən qopan yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər ki, bu da onların neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.

Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Uşaq öz həyatının bir mərhələsindən digərinə, yeniyetməliyə keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir. Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə yaranan anlaşılmazlıqlardır. Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Valideynlər isə əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli olmurlar.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olub, ancaq o dövrlərdə həyat tərzi bir qədər qapalı idi. Hazırkı dövrümüzdə isə, çox təəssüf ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür. Belə ki, valideynin uşağa nisbətən daha çox həyat təcrübəsi var. Ata-ana bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki, valideynlər övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirlər, təbii ki, o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur. Bundan əlavə, əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar. Bu yaş dövründə valideynlər, çox təəssüflər olsun ki, uşaqları ilə münasibətləri həll etmək üçün dünənə qədər özlərinin düzgün saydıqları tərbiyə üsullarından istifadə edirlər. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilər. Artıq uşağın ataya qarşı hörmət və sevgisi birmənalı olaraq qorxu hissinə çevrilir.

Valideynlər əslində uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam hissi yaratmalıdırlar.

Bəzən yeniyetməlik haqqında belə deyilir: "Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, o özünü dünənə qədərki uşaqların arasında görmür, valideynləri isə onları böyüklərin sırasına buraxmır". Əgər ata-ana övladına azadlıq vermirsə, güvənmirsə, etibar etmirsə, bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnir. O özünə başqa bir sığınacaq axtarmağa başlayır, bununla da yetkinlik yaşında olanlarda psixoloji gərginliklər yaranır. Məsələn, elə valideynlər var ki, geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər. "Sən heç nə bacarmırsan", "sən işə yaramırsan" və s. kimi sözlərlə uşaqların özlərinə qarşı olan inamlarını qırırlar. Bu atmosfer altında böyüyən uşaqlar təbii ki, gələcəkdə də daim valideynlərinə qarşı rəqib münasibətində olurlar. Bunu valideyn-övlad arasında gərginliklərin yaranmasının ilkin səbəblərindən biri kimi göstərmək olar. Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən yararlanmaq olar:

* Övladlarınızı birbaşa tənqid etməyin.

* Onların maraq aləminə daxil olun.

* Fikirlərini sizinlə paylaşmasına çalışın.

* Övladlarınızın dostu olmağı bacarın.

* Özünüzü nümunə göstərməyin.

* Yeniyetmə oğul və ya qızınıza həssaslıqla yanaşın.

* Onları yaşıdları ilə müqayisə etməyin.

* Övladlarınızın fikirlərinə önəm verin.

* Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın.

* Uşaqlarınıza yaş dövrü haqqında informasiya verməyə alışın.

* Onların geyim və görünüş məsələlərinə çox müdaxilə etməyin.

* Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın.

* Övladlarınızı olduğu kimi qəbul edin.


Yüklə 222,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə