Fənn: Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi. Ailə hüququnun əsas prinsipləri



Yüklə 222,78 Kb.
səhifə3/5
tarix31.12.2021
ölçüsü222,78 Kb.
#81468
1   2   3   4   5
ailədə tərbiyə

3. Ailədə gün rejimi və onun sosial

formalaşmada təsiri.

Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından, valideynlərin isə ən mühüm vəzifələrindən biridi. Biz yaxşı və pis uşaqlar haqqında danışırıq. Onların hər ikisinin atası da var, anası da. Lakin valideynlərin öz - özlüyündə xeyirxah, arzularından asılı olmayaraq, biz evdə yaxşı, digərində isə pis uşaq böyüdüb.Bunu necə izah etmək olar? Sualı bir qədər də konkretləşdirsək, ailədə hansı şəraitdə yaxşı, hansı şəraitdə pis uşaq formalaşır? Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər? Amma əvvəlcə tərbiyə anlayışı ilə tanış olaq.

Tərbiyə sözü adətən iki – dar və geniş mənada işlənilir. Dar mənada tərbiyə - tərbiyə edənin tərbiyə olunana məqsədyönlü təsiri prosesidir.Tərbiyə edən həmişə müəyyən məqsəddən çıxış edir; o, tərbiyə olunan ictimai təcrübəni aşılamaq, onda yaxşı və pis haqqında təsəvvür yaradırıq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar norması ilə tanış etmək, mənəvi keyfiyyətlər aşılamaq və s. məqsədilə müxtəlif üsulların köməyilə təsir göstərir. Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Burda sual həmin məqsədin nə dərəcədə doğru və ya səhv olmasıdır. Valideyn öz məqsədini necə həyata keçirir?

Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşımır, dəqiq olmur. Bu da uşaqların tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir. Pedaqoqlar valideynlərlə "siz öz uşaqlarınızda, hər şeydən əvvəl, şəxsiyyətin hansı keyfiyyətlərini tərbiyə etmək istərdiniz?” sualı əsasında anket sorğusu keçirilib. Əksər valideynlər belə cavab veriblər: düzlük, xeyirxahlıq, kollektivdə yaşamaq və işləmək bacarığı, böyüklərə hörmət, əməyə məhəbbət, vətəndaşlıq.

Uşağın yaxşı adam olmasını istəmək ülvi hissdir, lakin qənaət bəxş deyil. Bu "yaxşı adam” anlayışına hansı xarakter əlamətlərinin, hansı vərdiş, bacarıq, adət, hiss və s. daxil olduğunu bu və ya digər dərəcədə dəqiq aydınlaşdırmaq, uşağı "yaxşı adam” kimi böyütməyin üsul və vasitələrini bilmək lazımdır.

Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri – ata ilə ana valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluş ikinci tip amillər sırasına daxil edilir.

İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz.

Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduğunu ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.

Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır.


Yüklə 222,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə