Fənn: Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi. Ailə hüququnun əsas prinsipləri


Cəlil Məmmədquluzadə ailə tərbiyəsi haqqında



Yüklə 222,78 Kb.
səhifə5/5
tarix31.12.2021
ölçüsü222,78 Kb.
#81468
1   2   3   4   5
ailədə tərbiyə

5. Cəlil Məmmədquluzadə ailə tərbiyəsi haqqında.



Cəlil Məmmədquluzadə ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. Onun fikrincə, uşağın gələcək xoşbəxtliyini dərindən düşünməyən, tərbiyə yollarını bilməyən valideyn uşaqlarını yaxşı tərbiyə edə bilməz. Uşağın tərbiyəsinə həm ata, həm də ana məsuliyyət daşıyır. Ailədə uşaqları yaxşı tərbiyə etmək üçün ailə üzvləri, xüsusilə, ata-analar arasında dostluq, mehribanlıq və həmrəylik olmalıdır.

Mirzə Cəlilə görə, ailə tərbiyəsinin yaxşılaşması üçün Azərbaycan qadınlarının savdlanmasına, elm, təhsil almaları zəruridir. O, bu məsələni “Ailə tərbiyəsi” adlı məqaləsində yazırdı. Qeyd edirdi ki, azərbaycanlı xanımlar mütləq kitab oxumağa, hesabı bacarmalıdırlar. Eyni zamanda uşağa tərbiyə verməyi də bilməlidirlər.

C. Məmmədquluzadənin yaradıcılığında qadın azadlığı məsələsi və təhsili xüsusi yer tuturdu. O, cəmiyyətin qadınlarla bağlı problemlərini “Xanımlar ictimai”, “Yeni qızdan əski söz”, “Qərb və bizim qadınlar”, “Kişi gəlir”, “Xanın təsbehi”, “Qız və nənə” və s. əsərlərində əks etdirmişdir.

Cəlil Məmmədquluzadə “Qızların tərbiyəsi və rus-yapon davası” məqaləsində qızlara təlim və tərbiyə verməyin zəruriliyi haqqında yazırdı: “ Lazımdırmı, qızlara tərbiyə vermək? Əgər biz üzümüzü keçmiş əsrlərə döndərsək, əgər bizim müsəlmanların keçmiş tarixinə nəzər eləsək, baxıb görərik ki, dünyaya çox müctəhidlər, çox mollalar gəliblər,...amma qızların tərbiyəsi barədə bir söz buyurmayıblar. Budur ki, indiyədək müsəlman qızları səkkiz yaşa çatana kimi evdə milçək tutmaqla məşğul olublar və doqquz yaşında mollalar kəbinlərini kəsib veriblər ərə... . Qadınların cəmiyyətdə iştirakını ön plana çəkən C. Məmmədquluzadə, ailə tərbiyəsinin düzgün təşkli üçün qadın təhsilini hər iki cins üçün əhəmiyyətli hesab edib.
Yüklə 222,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə