Fənn: “Menecment” MÖvzu menecmentin priNSİp və funksiyalarinin təRKİBİ VƏ qarşiliqli əlaqəSİ plan



Yüklə 0,84 Mb.
səhifə12/15
tarix24.01.2023
ölçüsü0,84 Mb.
#99161
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1674556086.docx

Hersberg iki amil nəzəriyyəsi

Mak-Klelland nəzəriyyəsi.
Motivasiyanın digər modeli, yüksək səviyəli tələbatlara əsaslanan Mak-Klelland(abş)nəzəriy-yəsidir. Bu modeldə Maslounun yuxarı səviyyəli tələbatları ierarxiyasız təqdim olunur və hesab edilirdi ki, insanlara üc tələbat məxsusdur:
1) Uğur,
2) aidiyyat,
3) Hakimiyyət.
Uğur tələbatı insanın qarşısında duran məqsədlərə əvvəlki metodlara nisbətən daha effektiv üsullarla çatmasını əks etdirir. Bu tələbat insanın uğur qazanmasının elan еdilməsi ilə deyil (bu onun statusunu təsdiq edir), işin uğurlu başa çatdırılması prosesi ilə ödənilir.Uğur tələbatı yüksək səviyyədə inkişaf etmiş insanlar az dərəcədə risk edirlər.Onlar problemin həllinin tapılamsına görə məsuliyyəti öz üzərinə götürmək kimi situasiyaları xoşlayırlar. Təşkilat belə insanlara geniş təşəbbüs imkanları təqdim etməli və onlara işi başladıqları işi sona çatdırmaq imkan verməlidirlər.
Beləliklə, uğur tələbatı insanları motivləşdirmək üçün Sizdən onların qarşısında aşağı və orta səviyyəli riskliliyi olan vəzifələr qoymağı, qarşıya qoyulmuş məsələləri həll etmək üçün kifayət qədər səlahiyyət ötürməyi və əldə edilmiş nəticələrə uyğun olaraq konkret mükafatlandırma tətbiq еtməyi tələb еdir.
Aidiyyat tələbatı ətrafdakı insanlarla dostluq münasibətlərinə meyldə ifadə olunur. Aidiyyat tələbatı yüksək olan insanlar yaxşı münasibətlərin yaradılması və saxlanılmasına istiqamətlənirlər, ətrafdakı insanlardan müsbət yardım və kömək əldə etməyə meyl edirlər.Onlar üçün ən əsas fakt odur ki,onlar kiməsə lazımdırlar.
Kollektivin belə üzvlərinin uğurlu işinin təşkili üçün elə bir şərait yaratmaq lazımdır ki,öz fəaliyyətlərinə ətrafdakıların necə reaksiya verəcəyi haqqında informasiya əldə etmək,geniş dairədə insanlarla ünsiyyət yapatmaq üçün onların imkanları olsun.
Hakimiyyət tələbatı insanların davranışına təsir etmək, onların fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürmək kimi meyllərdə ifadə olunur.Lakin bu halda təkcə inzibati hakimiyyət deyil, eyni zamanda nüfuz, istedad və sair hakimiyyət amilləri də başa düşülür. Bəzi insanlar hakimiyyəti hakimiyyət naminə , ikinci qrup insanlar başqalarını idarə etməklə öz şəxsi qiymətləndirmələrini yüksəltmək üçün,üçüncü qrup insanlar isə digərlərinə problemlərinin həllini daha yaxşı başa salmağı öz üzərlərinə götürmək üçün axtarırlar. Məhz axırıncı tələbat for­ma­sını Mak-Klelland menecer üçün vacib hesab edirdi.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə