Fənn: “Menecment” MÖvzu menecmentin priNSİp və funksiyalarinin təRKİBİ VƏ qarşiliqli əlaqəSİ plan



Yüklə 0,84 Mb.
səhifə14/15
tarix24.01.2023
ölçüsü0,84 Mb.
#99161
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1674556086.docx
51R.Alg R.Mahm (1), strateji-marketinq-pdf (1)
İşin strukturu ( dizaynı)
İşçiləri çalışdıqları işə motivasiya etmək istəyən rəhbərlər, motivasiyaedici işləri dizayn edəcək yollar axtarırlar. Bir müəssisənin necə çalışdığına yaxından baxdıqda, onun minlərlə vəzifələrdən meydana gəldiyini görürük. Bu vəzifələr müxtəlif qruplar tərəfindən yerinə yetirilir. İş strukturu (dizaynı) termini, bir işi əksiksiz formada təşkil edən vəzifələrin cəmini ifadə edir. Rəhbərlər motivasiyaedici işlər hazırlayarkən hansı yollara əl atırlar? Bu suala J. Richard Hackman və Greg R. Oldham tərəfindən irəli sürülən iş xüsusiyyətləri modeli ilə cavab verə bilərik.
J. Richard Hackman və Greg R. Oldhamın fikrincə hər hansı bir iş müəyyən edilən 5 əsas işamili ilə təsvir edilə bilər:

  1. Bacarığın müxtəlifliyi

  2. Vəzifə vəsiqəsi

  3. Vəzifənin əhəmiyyəti

  4. Muxtariyyətlik

  5. Əks əlaqə

İş xüsusiyyətləri modeli fərd və qruplar üçün hazırlanacaq iş planında rəhbər üçün vacib yol göstəricidir.
Gözləmələr nəzəriyyəsi.
Ilk dəfə gözləmələr nəzəriyyəsindən 1964-cü ildə amerikan tədqiqatçısı V.Vrumun “Iş motivasiyası” əsərində söhbət açılmışdı. Gözləmələr nəzəriyyəsində o göstərmişdir ki, ba­şa düşülən tələbatlardan başqa insanı ədalətli mükafatlandırma da ümumi hərəkətə gətirir. Öz konsepsiyasında Vrum insanın bu və ya digər davranışı nə üçün seçdiyini (imkanlar çox olduqda) və onun məqsədə çatmaq üçün nə qədər qüvvə sərf edəcəyini müəyyən etməyə çalışmışdı.
Nəticələrin (son məqsədlərin) insan üçün arzu edilən olması, cəlb ediciliyi və prioritetliyi-valentlik adlanır.Əgər işin nəticələri insan tərəfindən yüksək qiymətləndirilirsə onda bu yüksək valentlikdir. Əksinə, sonda insan əldə edilən nəticəyə biganədirsə,onda valentlik sıfra bə­ra­bərdir. Valentlik insanlarda müxtəlifdir.biri üçün ödəniş və onun artması böyük məna kəsb edə bilər,digəri üçün valentlik sıfır, bir sıra situasiyalarda isə mənfi məna kəsb еdə bilər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ümumi nəticənin müsbət valentliyi üçün hər bir konkret nəticənin müsbət valentliyi digər nəticələrin mənfi va­lentliyindən yüksəkdir və ümumilikdə nəticə müsbət valentliyə malik olacaq.
Gözləmələr,hər hansı davranışın məqsədə çatmağa imkan verməsi haqqında insanın təsəvvürləridir.adətən bu gözləmələr birbaşa təcrübəyə əsaslanır və uğurun,məğlubiyyətin təhlilinin nə­ti­cəsi olub özünə inamdan, hazırlıq səviyyəsindən,şəraiti qiy­mət­lən­dirmə qabiliyyətindən,öz imkanlarını bilməkdən və digər amil­lər­dən asılıdır. Gözləmələrin qiymətləndirməsi 0-1 arasında baş verir. Əgər insan hesab edirsə ki, icra və nəticələr onun səylərindən asılı deyil, onda gözləmə sıfra bərabərdir. Əksinə o, hesab etsə ki, on­da bunun kəmiyyəti 1-ə bərabərdir,bu zaman gözləmə təşkilatda insanın davranışına çox güclü təsir edir, çünki buna əsaslanraq o özü üçün müəyyən edir ki, nə dərəcədə işləməlidir və nə qədər qüvvə sərf etməlidir.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə