Fənn: “Menecment” MÖvzu menecmentin priNSİp və funksiyalarinin təRKİBİ VƏ qarşiliqli əlaqəSİ plan



Yüklə 0,84 Mb.
səhifə9/15
tarix24.01.2023
ölçüsü0,84 Mb.
#99161
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
UNEC 1674556086.docx

İlkin motivasiya nəzəriyyələri
1950-1960-cı illər motivasiya anlayışının təkmilləşməsi baxımından vacib dövrdür. Tənqid olunsa da, haqqında müxtəlif fikirlər deyilsə də bu dövrdə irəli sürülən 4 nəzəriyyə bunlardır: Tələbatlatlar iyerarxiyası, X və Y nəzəriyyəsi, İki amil nəzəriyyəsi, Üç ehtiyac nəzəriyyəsi.Motivasiya ilə əlaqəli müsir dövrdə daha fərqli nəzəriyyələr irəli sürülsədə 2 səbəbə görə biz bu nəzəriyyələri öyrənməliyik. Birincisi, bu nəzəriyyələr müasir nəzəriyyələr üçün baza rolunu oynayır. İkincisi, iş mühitində rəhbərlər, işçilərin motivasiyası üçün bu nəzəriyyələrdə irəi sürülən terminlərdən istifadə edirlər.
Maslouya görə tələbatlar iyerarxiyası.
Abraxam Maslou özünün məzmunlu motivləşdirmə nəzəriyyəsini yaratmaqla göstərdi ki, insanlar çoxsaylı müxtəlif tələbatlara malikdirlər. O, nəzərdə tuturdu ki, bu tələbatları 5 əsas kateqoriyaya bölmək olar:
Motivasiyanın məzmun nəzəriyyələri insanı fəaliyyətə sövq edən tələbatların müəyyən edilməsinə əsaslanır. Bu nəzəriyyələr tələbatların strukturunu,onların məzmunu,və bu tələbatların insanın fəa­liyyətə mo­tivasiyası ilə əlaqəsini izah edir.
Fizioloji tələbatlar. Bu qrupa qida, su, hava, yaşayış və in­sanın sağ qalması, orqanizmin həyat qabiliyyətli səviyədə sax­lanmasını təmin edən tələbatlar daxildir. Bunlar insanın fizionomiyası tərəfindən yaranır və fizioloci proseslərin təmini ilə əlaqədar­dır. Bu qrup tələbatların ödənilməsi üçün işləyən işçilər işin məz­mu­nu ilə az maraqlanır. Onlar əsas diqqəti ödənişdə,əmək şəraitində, iş yerinin rahatlığında,yorğunluqdan qaçmaqda tə­mər­küzləşdirirlər.belə insanları idarə etmək üçün minimal əmək haq­qının kifayət olması və iş şəraitinin çətin olmaması metodlarından is­tifadə olunur.
Təhlükəsizlik tələbatları. Bu qrup tələbatlar insanların sabit və təhlükəsiz vəziyyətdə, qorxudan uzaq,sağlam və əzab-əziy­yətdən azad olmaq istəyi və meyli ilə əlaqədardır. Bu tip Tələbatlar hiss edən insanlar narahatedici situasiyalardan qaçır, qayda-qanunu sevir və dəqiq normalara,aydın strukturlara üs­tün­lük verirlər. Onlar öz işləri gələcəkdə sabit həyata keçirmək baxımın­dan qiymətləndirirlər. Bu tələbatların təsiri altında olan insanlara iş təminatı, təqaüd təminatı,tibbi xidmət təminatı vacibdir. Belə insanları idarə etmək üçün aydın və dəqiq sosial sığorta sistemini yarat­maq, onların fəaliyyətinin tənzimlənməsi üçün aydın və ədalətli qay­dalar tətbiq etmək, əməyi yaşayış səviyyəsindən yük­sək ödə­mək, onları qərarların qəbuluna cəlb edilməsi kimi me­tod­lardan istifadə etmək lazımdır.
Fizioloci və təhlükəsizlik tələbatlarını ödəmədən (ilkin tə­lə­batlar) hər bir insanın normal həyat fəaliyyətini təmin etmək mümkün de­yildir.
Aidolma və iştirak tələbatları (sosial). Insanlar birgə fəaliyyətdə iş­tirak etməyə çalışır. O dostluq, sevgi istəyir və insan qruplarının üzvü olmaq, ictimai tədbirlərdə və sairədə iştirak etməyə çalışır. Bütün bu meyllər aidolma və iştirak tələbatları qrupunu təşkil edir. Əgər insan üçün bu meyllər dominantdırsa,onda o, öz işinə birincisi kollektivə aid olma,ikincisi isə iş yoldaşları ilə yaxşı və dost münasibətlərin qurulması imkanı kimi baxır.bu halda işçilərlə rəhbərlik arasındakı münasibətlər dostluq, əməkdaşlıq xarakteri daşıyır və belə insanlar üçün işdə əlverişli ünsiyyət şəraiti yaratmaq lazımdır. Əməyin təşkilinin qrup for­ma­sında, qrup tədbirlərinin onların necə qiymətləndirməsi fi­kir­ləri əhəmiyyətli ola bilər.
Tanınma və özünü təsdiq tələbatları. (Hörmət) Bu qrup tələbatlar insanların səriştəli, güclü, qabiliyyətli, özünə inamlı olmaq və ətrafdakı insanlar tərəfindən tanınması və hörmət edilməsi meyl­lərini əsk etdirir. Insanlara güclü təsir edən bu tələbat lider möv­qeyinə və ya məsələlərin həlli zamanı tanınmış avtoritet mövqeyinə əsaslınır. Belə insanları idarə etmək üçün onların iş nəticələrinin müxtəlif qiymətləndirilməsi formalarından istifadə etmək lazımdır. Bunun üçün onlara titullar və adlar verilməli, mətbuatda onların işi qiymətləndirilməli, ictimai çıxışlarda rəhbərlik tərəfindən adları qeyd edilməli, müxtəlif mükafatlara təqdim edilməlidir və s.
Özünüifadə tələbatları. Bu qrup özündə insanın öz bi­lik­lərini, qabiliyyətlərini və bacarıqlarını daha dolğun istifadə edilməsi kimi meyləri birləşdirir. Bunlar insanların dərin mənalı ya­ra­dı­cılıq tələbatlarıdır. Belə tələbatlı insanlar özünün və ətrafın qav­ra­yışına açıqdırlar, yaradıcı və müstəqildirlər. Bu insanları idarə etmək üçün onlara kreativ düşüncə tələb edən vəzifə verərək nqabiliyyətlərindən maksimum istifadə etmək və vəzifələrinin icrası üçün vasitələr seçimində azadlıq vermək, habelə yaradıcılıq tələb edilən işlərə cəlb etmək lazımdır.
Maslounun tələbatlar ierarxiyasının mənası yalnız bu və ya digər tələbatın təbiəti necədir sualına cavab vermək dеyil, həm də bu və ya digər tələbatların insanın fəaliyyətə motivasiyasına necə təsir etdiyini nəzərə alaraq insana təsir etmək və öz tələbatlarını ödəməyə imkan verməkdir.
Maslou konsepsiyası müasir idarəetmə nəzəriyyəsinin və təcrübəsinin inkişafına böyük təsir etmişdir.Lakin işgüzar təcrübə göstərdi ki, bu konsepsiyanın bir sıra zəif tərəfləri var.
Birincisi, tələbatlar stiuasiyalı amillərdən asılı olaraq (işin məzmunu,təşkilatda mövqeyi, yaş, cins və s.) Müxtəlif cür ifadə oluna bilər.
Ikincisi, Maslou “piramidasında” olduğu kimi bir qrup tə­ləbatın digərinin ardınca gəlməsində heç bir sərtliyə ehtiyac yox­dur.
Üçüncüsu, yuxarı səviyyə tələbatlarının ödənilməsi,onların motivasiyaya təsirinin zəifləməsinə gətirib çıxarmır.Maslou hesab edirdi ki, qaydalardan istisna olaraq özünüifadə tələbatı ödə­nil­dikcə onun fəaliyyət motivasiyasına təsiri zəifləmir,əksinə güclənir.
Maslou nəzəriyyəsi insanların işə meylinin əsasında nəyin dayanmasının başa düşülməsinə böyük təsir etmişdir.Rəhbərlər başa düşdülər ki,insanların motivasiyası geniş spektrli tələbatlarla müəyyən edilir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə